Məhkəmə qərarları › İş №e-2(009)-191/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-191/2025

09.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-191/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş zərərlə bağlı cavabdehlə razılığa gəldiyini və dəymiş 1700 manat məbləğində ziyanı ödəmişdir. Bu səbəbdən iddia tələbindən imtina etdiyini göstərmişdir. Məhkəmə iclasında İddiaçı ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçı tərəfindən iddiadan imtina edilməsini qanuna zidd olmadığını bildirərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, mülki işin icraatına iddia tələbi üzrə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməlidir. AR MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi hüquq və azadlıqların və ya qanuni mənafeyin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılmasıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə mülki işin başlanılması üçün əsas olan iddianın verilməsi iddiaçının birtərəfli iradə ifadəsi olduğu üçün, həmin iddia üzrə mülki işin davam etdirilməsi də bir qayda olaraq iddiaçının belə bir arzusunun olmasından asılıdır. İddiaçının iddiadan imtina etməsi onun iddiasına əsasən başlanılmış işin məhkəmə icraatını davam etdirmək arzusunun olmadığını təsdiq edir. İddianın verilməsi kimi iddiadan imtina da iddiaçının hüququdur. İddiaçı iddiadan imtina etməklə irəli sürdüyü tələbin məhkəmədə müdafiəsi hüququndan da imtina edir. Məhz bu səbəbdən qanunvericilik iddiadan imtinanın məhkəmə tərəfindən qəbul olunmasını həmin iddiaya əsasən başlanılmış mülki işin icraatına xitam verilməsini prosessual hüquqi əsası kimi müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə tərəfindən qəbul edilməli və mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 261.0.4, 262-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar