Məhkəmə qərarları › İş №e-2(009)-1922/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1922/2025

03.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1922/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 - cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər cavabehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair keçirilən hərracın nəticələri haqqında xx.xx.2025-ci il tarixli **********56813568 nömrəli hərrac protokolunun etibarsiz hesab edilməsi və İddiaçı2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində dair "xxxx" ASC ilə bağlanmış 16 avqust 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC iləİddiaçı2 və borcalan İddiaçı1Amil oğlu (bundan sonra – cavabdehlər) arasında bağlanmış 16 avqust 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən, bank ilə İddiaçı1 arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün MA seriyalı ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2010- cu tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, İddiaçı2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-120/2024 nömrəli Qətnaməsi əsasında arvadım İddiaçı2 məxsus (birgə nikha dövrüdə əldə edilmi əmlak) Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325,4 kv.m ümumi, 133,4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 282000 (iki yüz səksən iki min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsindən Azərbaycan RespublikasıAli Məhkəməsinə Kassasiya şikayəti verdikdən sonra məhkəmə qətnaməsinin icrası ilə bağlı bizə heç bir məlumat verilmədiyi üçün məcbur olub xx.xx.2025-ci il tarixində vəkilsorğusu ilə Quba rayon İcra Şöbəsinə müraciət etdik. Quba rayon İcra Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubundan sonra iş üzrə qətnamənin icraya göndərildiyini və əmlakın Bakı Hərrac Mərkəzi vasitəsi ilə satılması bizə bildirilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində Bakı Hərrac Mərkəzinə Ərizə ilə müraciət edərək müvafiq sənədlərin bizə təqdim edilməsini xahiş etmişik. Əldə edilən sənədlərdən sonra bizə məlum olmuşdur ki, icra sənədi xx.xx.2024-cü il tarixində Quba rayon İcra Şöbəsinə göndərilmiş və onlarda öz növbələrində əmlakın hərracda satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi üçün xx.xx.2024-cü il tarixli İcraata Başlamaq Haqqında Qərar qəbuletmişlər. Lakin bu Qərarın surəti bizə təqdim edilməmişdir. Quba rayon İcra Şöbəsi tərəfindən Əmlakın hərracda satılması Bakı Hərrac Mərkəzinə həvalə edilmişdir. Bakı Hərrac Mərkəzi isə öz növbəsindən qanunun tələblərini kobud şəkildə pozmaqla hərrac keçirmiş və əmlak Banka borc əvəzinə satılmışdır. Belə ki, Bakı Hərrac Mərkəzi tərfindən xx.xx.2025-ci il tarixli Ərizəmiz əsasında bizə təqdim edilən xx.xx.2025 və xx.xx.2025-ci il tarixli Hərrac bildirişlərindən məlum olur ki, əmlak 282 000 manata hərraca çıxarılmış birinci hərracda alıcı olmadığı üçün xx.xx.2025-ci il tarixində əmlak 15% aşağı qiymətlə yəni 239700 manata ikinci hərraca çıxarılmşdır. Təkrar hərracda da satılmadığı üçün əmlak tələbkara borc əvəzinə 179798.97 manata tələbkara satılmışdır. Göstərilən hərrac barədə borclu kimi və həmçinin əmlakın mülkiyyətçisi kimi bizə heç bir məlumat verilməmişdir. Təqdim edilən 9 ədəd Poçt bildirişlərindən də göründüyü kimi məktublar bizə çatdırılmamışdır. Bu poçt bildirişlərindən isə ikisində “şəxsə” hissəsində başqa bir imza atılmışdır. Həmin hissədə olan imza nə mənə nə də həyat yoldaşım aid deyildir. Qanunsuzşəkildə keçirilən hərrac vasitəsi ilə əmlakımız 179 798.97 manata tələbkara tələsik satılaraq əmlakımdan məhrum edilmişəm. Necə ola bilər ki, illərdir davam edən məhkəmə prosesləri zamanı göndərilən bütün məhkəmə bildirişləri bizə çatdırıldığı halada hərrac bildirişləri bizə çatdırılmamışdır. Bakı Hərrac Mərkəzi tərəfindən təqdim edilən Poçt bildirişlərindən müəyyən etmək olmur ki, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Hərrac bildirişləri hansı tarixlərdə poçta təqdim edilmişdir. Bütün hallarda qanun pozuntusu ilə keçirilən hərraclar qanunun tələbinə uyğun olaraq nəinki 30 təqvim günü əvvəldən heç sonrada da bizə göndərilməmişdir. Məhkəmənin nəzərinə çatdırıram ki, hərrac təşkilatı hərracın keçirilməsi barədə mənə nəinki “çatdırılmasını təsdiq etmə üsulu ilə” xəbər vermiş hətda şifahidə məlumat verməmişdir. Halbuki, məhkəmə qətnamələrində mənim faktiki ünvanım tam dəqiqliklə göstərilmişdir. Bütün məhkəmə sənədləri mənim faktiki ünvanıma çatdırıldığı halda nədənsə nə icra şöbəsi nə də hərrac təşkilatı mənə icra prosesi barədə heç bir məlumat vermədən əmlakımı gizli yolla hərracda Banka satıblar Bu da Azərbaycan Respublikasının İpoteka və İcra haqqında qanunlarına tamamilə ziddir və mənim əmlak hüquqlarım pozulmaqdadır. Həmçinin sonuncu hərrac xx.xx.2025-ci il tarixində keçirilsədə tələbkar Bank əmlakı xx.xx.2025-ci il tarixində yəni 2 gün sonra əldə etmişdir. bu isə İpoteka haqqında qanun tələbinin bir daha pozulmasına səbəb olmuşdur. Qanunun tələbinə əsaəsn tələbkar 30 gün müddətində əmlakı əldə etməli olduğu halda 1706.2025-ci il tarixində əmlak əldə edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, icra məmurları akt tərtib edərək iddiaçıların Quba şəhərində yerləşən evlərində yaşamadıqlarını qeyd etmişdirlər. Halbuki iddiaçılar hər zaman həmin ünvanda yaşayıblar və hazırda da orada yaşayırlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədikləri üçün məhkəmə həmin təşkilatın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia tələbinin əsası kimi ipoteka predmeti olmuş iddiaçı Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin satışı üçün hərracın keçirilməsi barədə ona məlumat verilməməsi halına istinad etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi 282.000 manat dəyərində qiymətləndirilmiş və keçirilən hərracda 179,798.97 manat qiymətə Cavabdeh2 ASC-yə satılmışdır. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra məktubunun və xx.xx.2025-ci il tarixli protokolun surətləri ilə təsdiqlənir. Məhkəmə iddiaçının əmlakın qiymətləndirilməsini mübahisələndirməsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 2-ci maddəsinə əsasən fəaliyyətləri bu qanunla tənzimlənən fiziki və ya hüquqi şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir. Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Qiymətləndirmənin nəticələri mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin icra vərəqəsinin surətindən və iddiaçının özünün də iddia ərizəsində qeyd etdiklərindən görünür ki, Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 282.000 manat dəyərində müəyyən edilmişdir. "xxxx" MMC sözügedən mənzili məhz ilkin satış qiyməti 282.000 manat olmaqla hərraca çıxarmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş əmlakın dəyəri həmin əmlakın hərracdakı ilkin satış qiyməti ilə eynidir. Məhkəmə iddiaçının tələbinin əmlakın əsl dəyərindən aşağı qiymətə satılması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsassızdır. Hərracın nəticələri haqqında protokoldan görünür ki, sözügedən əmlak təkrar hərracda- 15%-25% enmiş faizlə 179,798.97 manata satılmışdır (282.000x15%=239,700; 239,700x25%=59,925; 239,700-59,925=179,775). Göründüyü kimi, əmlakın satış qiyməti qanunvericiliyin tələbinə əsasən düzgün müəyyənləşdirilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025- tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişləri İddiaçı2 və İddiaçı1 ünvanına poçt vasitəsi ilə məktublar göndərilmişdir. Bundan başqa Market qəzetinin xx.xx.2025-xx.xx.2025-ci il tarixli buraxılışlarında mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını əks etdirən elanlar dərc edilmiş və hərracın elektron qaydada keçiriləcəyi qeyd olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən hərrac təşkilatçısı hərracdan öncə hərracın yeri, vaxtı və s. barədə məlumatları özündə əks etdirən bildirişi tərəflərin ünvanlarına göndərmək vəzifəsi daşıyır. İşdən görünür ki, hərrac təşkilatçısı tərəfindən sözügedən məlumatları özündə əks etdirən bildiriş hərrac təşkilatçısı tərəfindən borclunun qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin borclunun həmin ünvanda yaşamaması əsası ilə bildirişin çatdırılması mümkün olmamışdır. Göründüyü kimi, hərrac təşkilatçısı qanunvericilikdə onun vəzifəsi kimi nəzərdə tutulan hərəkəti həyata keçirmiş və borcluya keçiriləcək hərrac barədə bildirişi göndərmiş, habelə kütləvi informasiya vasitəsində hərrac barəsində elanlar yerləşdirmişdir. Sözügedən bildirişin həmin ünvanda qeydiyyatda olan borcluya çatdırıla bilməməsi hərrac təşkilatçısının təqsiri ucbatından deyil, borclunun həmin vaxt həmin ünvanda olmaması səbəbindən baş vermişdir. Qeyd olunanlardan belə bir nəticəyə gəlinir ki, hərracın keçirilməsi, onun vaxtı və yeri barədə hərrac təşkilatı lazımi qaydada tərəfləri məlumatlandırmaq vəzifəsini yerinə yetirmişdir. AR Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “İcra haqqında” Qanunun: 61.1-ci maddəsinə əsasən bu qanunun 53.2-1-ci maddəsində müəyyən edilən müddətdə borclunun müraciət etməməsi, borcluya əmlakın açıq bazarda satılması üçün verilmiş müddətdə əmlakın satılmaması və tələbkara təklif edilməli olmayan əmlaka dair qiymətləndirmənin nəticələri haqqında hesabatın icra məmuruna təqdim edilməsi, belə əmlakın qiyməti icra sənədində göstərildikdə isə icra sənədinin könüllü icrası üçün verilmiş müddətin başa çatması kimi halların baş verdiyi gündən 3 iş günü müddətində icra məmuru əmlakın elektron hərracda satılması üçün “Elektron icra” informasiya sistemi vasitəsilə sifariş formalaşdırır. 62.1-ci maddəsinə əsasən elektron hərrac avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir Məhkəmə iddia tələbinin “İddiaçı2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində dair Cavabdeh2 ASC ilə bağlanmış 16 avqust 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən aşağıdakı hallarda ipotekaya xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.3-1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda; 48.1.3-2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda Hazırki işdən görünür ki, ipoteka predmeti olan əmlak keçirilmiş hərracda 179,798.97 manat qiymətə ipoteka saxlayana satılmışdır. Belə olan halda artıq qanunvericilikdə göstərilən əsas baş tutduğuna görə əmlak ipoteka saxlayan tərəfindən əldə edildiyi andan ipotekaya özözlüyündə xitam verilmişdir. Artıq xitam verilmiş müqaviləyə isə yenidən xitam verilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar