Məhkəmə qərarları › İş №e-2(009)-1925/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1925/2025

04.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1925/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bakı Hərrac Mərkəzi MMC-yə və Cavabdeh1 ASC-yə qarşı (DƏDRX PHŞ üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçıların iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 ASC-yə qarşı (DƏDRX PHŞ üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair keçirilən hərracın nəticələri haqqında xx.xx.2025-ci il tarixli **********56813568 nömrəli hərrac protokolunun etibarsiz hesab edilməsi, İddiaçı2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində dair "xxxx" ASC ilə bağlanmış 16 avqust 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bakı Hərrac Mərkəzi MMC-yə və Cavabdeh1 ASC-yə qarşı (DƏDRX PHŞ üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar