Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1933/2025 25.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndələri və vəkilləri Vəkil3 və Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Sabı̇ r oğluna (X14 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "əqdlərin əhəmiyyətsizliyi və digər" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh Sabı̇ r oğluna (X14 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "əqdlərin əhəmiyyətsizliyi və digər" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 8, ümumi sahəsi 172.33 kv.m.olan 4 otaqdan ibarət 218 saylı mənzilə dair Y/218 nömrəli, xx.xx.2023cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 11, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 240 saylı mənzilə dair Y/240, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cıməhəllə, bina 3, mərtəbə 13, ümum isahəsi 85,96 kv.m.olan 2 otaqdan ibarət 248 saylı mənzilə dair Y/248, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 13, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 251 saylı mənzilə dair Y/251, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 14, ümumi sahəsi 84,48 kv.m.olan 2 otaqdan ibarət 253 saylı mənzilə dair Y/253, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360cı məhəllə, bina 3, mərtəbə 14, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 256 saylı mənzilə dair Y/256, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 17, ümumi sahəsi 168,36 kv.m.olan 4 otaqdan ibarət 270 saylı mənzilə dair Y/270 nömrəli müqavilələr əhəmiyyətsiz hesab edilərək, cavabdehin həmin müqavilələrdə göstərilən mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı 2024-cü ilin sentyabr ayından qanuni təmsilçisi təyin edilmiş Ceyhun Bədəlov tərəfindən Cəmiyyətin maliyyə vəziyyəti yoxlanılarkən, Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllədə inşa etdiyi yaşayış kompleksində yerləşən çoxmərtəbəli binada bir sıra mənzillərə hazırkı iş üzrə Cavabdeh adına müqavilələr tərtib edildiyini aşkar etmişdir. Həmçinin araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən qeyd edilən mənzillərin dəyəri Cəmiyyətə rəsmi olaraq mədaxil edilməmişdir. Cəmiyyətin hazırkı rəhbərliyinin araşdırması ilə müəyyən olunmuşdur ki, cavabdeh öz həyat yoldaşı X9 "xxxx" MMCnin təsisçisi kimi rəsmiləşdirsə də özü faktiki təsisçilik etmiş, Cəmiyyətə külli miqdarda vəsaitlər qoyacağını vəd etmiş və bu səbəbdən də, Cəmiyyətin əvvəlki rəhbərliyi tərəfindən mübahisəli mənzillərə görə heç bir ödəniş edilmədən cavabdehin adına formal müqavilələr tərtib edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu,Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 8, ümumi sahəsi 172.33 kv.m.olan 4 otaqdan ibarət 218 saylı mənzilə dair Y/218 nömrəli, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 11, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 240 saylı mənzilə dair Y/240, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 13, ümumi sahəsi 85,96 kv.m.olan 2 otaqdan ibarət 248 saylı mənzilə dair Y/248, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360cı məhəllə, bina 3, mərtəbə 13, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 251 saylı mənzilə dair Y/251, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 14, ümumi sahəsi 84,48 kv.m.olan 2 otaqdan ibarət 253 saylı mənzilə dair Y/253, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 14, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 256 saylı mənzilə dair Y/256, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 17, ümumi sahəsi 168,36 kv.m.olan 4 otaqdan ibarət 270 saylı mənzilə dair Y/270 nömrəli müqavilələr əhəmiyyətsiz hesab edilərək,cavabdeh həmin müqavilələrdə göstərilən mənzillərdən çıxarılmalı və mənzillər boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İddiaçı iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 8, ümumi sahəsi 172.33 kv.m.olan 4 otaqdan ibarət 218 saylı mənzilə dair Y/218 nömrəli, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 11, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 240 saylı mənzilə dair Y/240, xx.xx.2023-cü il tarixli Bakışəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cıməhəllə, bina 3, mərtəbə 13, ümumisahəsi 85,96 kv.m.olan 2 otaqdan ibarət 248 saylımənzilə dair Y/248, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 13, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 251 saylı mənzilə dair Y/251, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 14, ümumi sahəsi 84,48 kv.m.olan 2 otaqdan ibarət 253 saylı mənzilə dair Y/253, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 14, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 256 saylı mənzilə dair Y/256, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 17, ümumi sahəsi 168,36 kv.m.olan 4 otaqdan ibarət 270 saylı mənzilə dair Y/270 nömrəli müqavilələrin əhəmiyyətsiz hesab edilərək, cavabdehin həmin müqavilələrdə göstərilən mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmıhdır ki, araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh"xxxx" MMC-nin təsisçisi olan X10 Bakı şəhəri, Bayıl qəs. ərazisidə yerləşən torpaq sahəsinin əldə edilməsi üçün 1.100000 manat məbləğində pul vermiş və artıq qeyd edildiyi kimi "xxxx" MMC-yə də külli miqdarda vəsaitlər qoyacağını vəd edərək Cəmiyyətin inş etliyi iddia ərizəsində qeyd edilən mənzillərə dair onun adına formal müşavilələr tərtib edilməsinə nail olmuşdur. Cavabdeh eyni zamanda başqa biznes üçün yəni yuxarıda qeyd olunn torpaq sahəsinin əldə edilməsi məqsədi ilə M.Qarayevə verdiyi külli miqdarda pul vəsaitinə görə həmin mənzillərə dair formal tərtib olunmuş müqavilələri girov kimi özündə saxlamışdır. Lakin sonradan M.Qarayev tərəfindən cavabdehə pul vəsaitinin tam qaytarılmasına baxmayaraq cavabdeh öz vədinə əməl etməmiş, "xxxx" MMC-yə heç bir sərmayə etməmiş və heç bir ödəniş etədiyi mənzillərə dair ona verilmiş əhəmiyyətsiz müqavilələri Cəmiyyətə qaytarmamışdır. Etirazın dəlilləri: İddiaçı MMC tərəfindən cavabdehlə bağlanmış müqavilələrin əhəmiyyətsiz əqd hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsi tamamilə əsassızdır. Belə ki, iddiaçı tələbini belə əsaslandırmışdır ki, cəmiyyətin hazırki rəhbərliyinin araşdırılması ilə müəyyən olunmuşdur ki, cavabdeh həyat yoldaşı X9 İddiaçı MMC-nin təsisçisi kimi rəsmiləşdirsə də, guya özü faktiki təsisçilik etmiş, Cəmiyyətə külli miqdarda vəsaitlər qoyacağına vəd etmiş və bu səbəbdən də, Cəmiyyətin əvvəlki rəhbərliyi tərəfindən mübahisəli mənzillərə görə heç bir ödəniş edilmədən cavabdehin adına formal müqavilələr tərtib edilmişdir. İddiaçı bu səbəbdən də həmin müqavilələrin formal olaraq bağlanmasını və cavabdeh tərəfindən həmin mənzillərlə əlaqədar maliyyə arayışı alınsa da, mənzillərlə əlaqədar ödəniş qəbzi olmadığına görə həmin müqavilələrin əhəmiyyətsiz hesab edilməsini məhkəmədən tələb etmişdir. İddiaçının bu mövqeyinə münasibətdə bildirmək istəyir ki, Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarına əsasən, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müvafiq iddia tələbi üzrə mübahisələndirilən müqavilələrin heç birində qeyd olunan şərtlərə riayət edilməməsinə dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tələbini heç bir sübutla öz təsdiqini tapmayan sözlərlə əsaslandırmağa çalışmışdır. İddiaçı tələbini cavabdehə həmin mənzillərin verilməsinin səbəbi kimi cavabdehin həyat yoldaşı X5 İddiaçı MMC-nin təsisçisi olmasını və cavabdehin də Cəmiyyətə külli miqdarda pul qoyacağı vədinin olmasını göstərsə də, bununla bağlı məhkəməyə heç bir rəsmi sübut təqdim etməmişdir. Cavabdehin həyat yoldaşının iddiaçı Cəmiyyətin təsisçisi olması və cavabdehin də həmin MMC-dən mənzillər alması həmin müqavilələrin əhəmiyyətsiz və ya yalan əqd olmasını ehtiva etmir. Belə ki, nə cavabdehin nədəki onun həyat yoldaşının həmin cəmiyyətdə və yaxud digər cəmiyyətlərdə təsisçi kimi olması onların təsis etdikləri cəmiyyətlərə pul qoyacaqları kimi bir vəzifələrinin olmamasını ehtiva etmir. Bu barədə nə qanunvericilikdə, nə də mövcud bağlanmış müqavilələrdə hər hansı bir öhdəlik nəzərdə tutulmamışdır. Cavabdehin ailə üzvünün təsisçisi olduğu bir müəssisənin bazara çıxardığı bir məhsulun həmin ailədən olan digər bir üzvünün alınmasını məhdudlaşdıran mövcud qanunvericilik aktlarında hər hansı bir normativ hüquqi akt yoxdur. Həmin müqavilələrin bağlanması zamanı cəmiyyət tərəfindən digər şəxslərə qarşı hansı bazar münasibətləri tətbiq edilmişdirsə eyni ilə ona da həmin münasibət göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Belə ki, həm müqavilənin bağlanması üçün tələb olunan forma şərtlərinə, məzmununa dair şərtlərə, əqdlərin iradə ifadəsinə və subyekt tərkibinə dair şərtlərin hər birinə əməl edilmişdir. Həmin müqavilələr bağlanarkən hər iki tərəfin tam fəaliyyət qabiliyyətli olması, əqdlərin bağlanması zamanı iradə sərbəstliyinə sahib olması, azad iradə ifadəsinin olması və s. kimi hallar müqavilələrin əhəmiyyətsizliyini istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, “Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri)”. İddia tələbi üzrə etibarlılığı mübahisələndirilən müqavilələrin predmetinin daşınmaz əmlak kimi mənzil olduğu halda İddiaçı MMC tərəfindən fiziki şəxs olan cavabdehə etimad edilərək mənzillərin tam ödənişsiz şəkildə gələcəkdə külli miqdarda vəsait qoyulacağı vədi ilə cavabdehə verilməsi barədə müqavilələrin bağlanması və maliyyə arayışının verilməsinin formal olaraq qeyd edilməsi barədə iddia tələbində qeyd edilələr tamamilə əsassızdır. Müqavilənin etibarlılıq şərtlərinin hər birinə riayət edildiyi təqdirdə, eyni zamanda, müvafiq mənzillərlə bağlı maliyyə arayışlarının cavabdehə təqdim edildiyi halda müqavilələrin etibarsızlığının mübahisələndirilməsi heç bir mötəbər sübuta əsaslanmamaqla tamamilə absurddur. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Lakin müvafiq iddia tələbi üzrə mübahisələndirilən müqavilələr etibarlılıq şərtlərinə tam cavab vermişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir”. Göründüyü kimi, yalan əqdlər hər iki tərəfin məqsədli şəkildə hüquqa uyğun olmayan davranışı nəticəsində bağlanır. İddiaçı MMC tərəfindən cavabdehlə bağlanmış həmin əqdlərin yalan əqd hesab edilməsinin tələb edilməsi məntiqə uyğun deyil. Belə ki, yalan əqdlərin tərkib əlamətlərinə əsasən, yanlış təsəvvür yaratmaq niyyəti – yəni, tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Müvafiq mübahisə üzrə tərəflərin hər hansı üçüncü şəxslərdə əqdin etibarlılığına dair və s. fikir formalaşdırmaq niyyətləri olmamışdır. Belə ki, əgər həqiqətən də müvafiq mənzillərə dair müqavilələr cavabdehin MMC-yə verəcəyi pul vəsaitləri qarşılığında həmin 7 mənzilin cavabdehə verilməsi şərti ilə bağlanmış olsa idi, bu zaman, həmin şərtlər də müqavilədə göstərilərdi. 7 mənzilin iddiaçı MMC tərəfindən cavabdehdən heç bir ödəniş alınmadan Cavabdeh verilməsi inandırıcı olmamaqla, yalandır. Bu faktı sübut edən heç bir mötəbər sübut da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən iddia tələbinin sübut edilməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyi halda, iddianın əsaslı hesab edilməsi mümkün deyildir. Həmçinin, AR MPM-nin 81-ci maddəsinə əsasən, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Müvafiq müqavilələr üzrə cavabdeh tərəfindən alınmış mənzillərin dəyərinin tam ödənilməsi cavabdehə verilmiş maliyyə arayışları əsasında sübut edilə bilərdi ki, həmin maliyyə arayışlarının da mövcud olması müqavilələrin etibarlılığının mübahisələndirməsini istisna etmişdir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Müvafiq maddənin tələbinə əsasən, əgər iddiaçının iddia etdiyi kimi müvafiq müqavilələr əhəmiyyətsiz əqd olsaydı belə, həmin əqdlərin əhəmiyyətsiz əqd hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş iddia müddəti də artıq bitmişdir. Belə ki, həmin müqavilələr 2023-cü ilin sentyabr ayında bağlanmışdır. Əgər iddiaçı MMC-nin tələbinə əsasən, cavabdehin iddiaçı qarşısında başqa öhdəliyi olsaydı və cavabdeh iddiaçının dediyi kimi Cəmiyyətə pul vəsaiti qoymalı idisə, 2023-cü il tarixdən bu günədək nə üçün MMC tərəfindən müvafiq müqavilələrin etibarsızlığı mübahisələndirilməmiş və bu barədə iddia irəli sürülməmişdir ? Göründüyü kimi, iddiaçı tərəfindən müvafiq müqavilələrin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulan iddia müddəti də ötürülmüşdür. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, “Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri və vəkilləri Vəkil3 və Vəkil2 etirazı müdafiə edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxış iclasında iştirak etmiş üçüncü şəxs X8 izahatında bildirdirmişdir ki, o, "xxxx" MMC-nin rəsmi təsisçisidir, payını başqa şəxsdən almışdır, Cavabdeh verdiyi pul müqabilində mənzillərə dair girov kimi onunla müqavilə bağlanılıb. Sonuncu dəfə qalıq qalan 250.000 manatı ona notariat ofisində verilməsi üçün gedib, lakin cavabdeh pulu götürməyə gəlmədi, mənzilləri də qaytarmır. Məhkəmə baxış iclasında iştirak etmiş üçüncü şəxs X14 izahatında bildirdirmişdir ki, o, "xxxx" MMC-nin rəsmi təsisçisidir, qardaşı investordu. Şahbala müəllimin həmin layifədə 17,5% payı var. Onunla birlikdə işlədiklərindən ona etibar edirdilər. Layihəyə əsasən "xxxx" MMC-nin tikdiyi binanın layihə rəhbəri o olacaqdı, ilk əvvəl səmərəli iş apardı, sakinləri rahat şəkildə münasib qiymətlərə oradan köçürdü, amma sonradan cavabdeh layihədən uzaqlaşdı. Bayıl layihəsində verdiyi ******* manat pul məbləğinin əvəində ona girov kimi mənzillər verilib, layihə uğurlu olmadığı üçün həmin pul məbləğinin çox hissəsi ona qaytarılıb, lakin axırıncı qalıq qalan 250.000 manatı notariat ofisində qaytarılması üçün onu gözləmişlər, Cavabdeh isə pulu götürməyə gəlməmişdir. Pul tam şəkildə qaytarıldıqdan sonra mənzilləri qaytarmalı idi. Bugün cavabdehin qaytarmadığı mənzillərdə digər təsisçilərin və investorların haqqı var. 5 mənzilə aid olan pulu hazırlamışlar, cavabdehin həyat yoldaşının adına Bayıldakı layihədə 10% payı var. Bugünki gündə cavabdeh nə mənzilləri qaytarmır, nə də ki, danışdıqları kimi Bayıl layihəsində olan 10 % payı qaytarmır. Cavabdeh mənzilləri qaytarmadığı üçün digər investorlar da layihəni davam etdirmək üçün xərc çəkmirlər, layihə yarımçıq qalıb. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X23 bildirdi ki, o, "xxxx" MMC-nin həyata keçirdiyi layihədə investordur. Cavabdeh Bayıldakı layihənin 10 faiz payına şərik olub, Şahbala müəllimlə Rəfail müəllim arasında layihə ilə bağlı mübahisə oldu. Cavabdeh layihə üçün verdiyi ******* manatdan hissə-hissə ona qaytarılıb, sonuncu 250000 manatı isə o özü gəlib götürmədi. Çayxanada danışıb, razılaşıb protokol imzalayıblar. 250000 manat qaytarıldığı təqdirdə mənzilləri qaytaracaqdı. O da 250000 manatı alıb Elnur Hümmətovla notariusun yanına getmiş, lakin cavabdeh gəlməmişdir, telefona öncə cavab vermiş, daha sonra cavab verməmişdir, o da təsisçilərin votsap qrupuna bu barədə məlumat vermişdir. Rəfael müəllim problemi olan hər kəsin pullarını qaytarıb. Rəfail müəllim Qarayev Mahirin qardaşıdır. Protokola imza etsə də cavabdeh mənzilləri qaytarmır. Bir yatırımdan qazanıb, amma digər yatırımdan gəlir əldə etməyib, hamının pulu batıb Bayıl layihəsində, amma Cavabdeh qaytarılan puldan əlavə gəlir əldə etmək istəyir, onun mənzilləri qaytarmaması düzgün deyil. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Sübutlar: Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" MMC-nin təsisiçilərinin iclas protokolu adlanan, Cavabdeh Sabı̇ r oğlu, X3, X11, X23, X12 və X8 tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, gündəlikdə olan məsələ Cavabdeh 250.000 min qaytarılır, o da öz növbəsində götürdüyü 5 mənzili qaytarır. Betona olan borcu beton şəklində qaytarılır. 131.66 kv mənzil geriyə qaytarılır. Obyektlərin maliyyə arayışları təsisçilərə verilir. Nizamnamədə qeyd olunan Rafailin adına olan 10% pay, bina tikilib qurtarana kimi... Gələcəkdə müəssisənin direktoru Ağaməmmədov Rəşad təyin olunur, o da öz növbəsində müəssisələri təsisçilərlə razılaşdırır. Dəyən ziyan Cavabdeh, Abıyev Rövşən və Bağıyev Yusif 100.000 manat məbləğində ödənilir. xx.xx.2024-cü ilə qədər. Ofisin yeri dəyişdirilir. Təyin olunan direktor təhvil təslim aktı alır. - Cavabdeh imzaladığı xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Bayıl layihəsi üçün Cavabdeh alınmış 930000 manat vəsaitdən 130000 manat geri qaytarılır, 800000 manat borc qalır. Aktı öz iradəsi ilə yazdı və imzalayıb təsdiq edir. - Cavabdeh imzaladığı xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Bayıl layihəsi üçün Cavabdeh alınmış 800000 manat vəsaitdən 7 mkr-da yerləşən “Anar-60” firmasına məxsus 244000 manat dəyərində 61 kv.m (61*4000=244000) olan qeyri yaşayış sahəsini borc əvəzindən ödənilir. Cavabdeh 556000 manat borc qalır. Aktı öz iradəsi ilə yazdı və imzalayıb təsdiq edir. - Cavabdeh imzaladığı tarixi qeyd olunmayan Aktdan görünür ki, Bayıl layihəsi üçün Cavabdeh alınmış 800000 manat borcdan qalıq borc olan 556000 manatdan (borc əvəzi 7 mkr-da yerləşən “Anar-60” firmasına məxsus 61 kv.m (61*4000=244000) 244000 dəyərində olan qeyri yaşayış sahəsi verildi) 268000 AZN ödənilir. Cavabdeh 288000 manat borc qalır. Aktı öz iradəsi ilə yazdı və imzalayıb təsdiq edir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövdət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, MMC xx.xx.2020-ci ildə qeydiyyata alınmış, Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki) X19 – 5%, X8 – 15%, X4 – 7.5%, X26 – 2.5%, Səməd-zadə Sərxan Azad oğlu – 10%, X14 – 30%, X15 – 17.5%, X6 – 10%, və X7 – 2.5% . Təsisçilərin və nizamnamə kapitalında mayalarının miqdarı (hazırki) X19- 5% X8 – 30%, X4 – 7.5%, X26 – 2.5%, Səməd-zadə Sərxan Azad oğlu – 10%, X14 – 15%, X15 – 17.5%, X6 – 10%, və X7 – 2.5%, Qanuni təmsilçi X13. - İddiaçı MMC-nin təsisçilərinin - X1 Elnur Fərahim oğlu, X4, X26, Səməd-zadə Sərxan Azad oğlu, X14, X15, X6 və X2 xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin direktoru X20 vəifəsindən edilərək direktor vəzifəsinə X13 təyin edilmişdir. - İddiaçı MMC ilə Cavabdeh Sabı̇ r oğlu arasında bağlanmış Y/218 nömrəli, 21 sentyabr 2023cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən ”İcraçı” “SR-A Construction" MMC, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 8, ümumi sahəsi 172.33 m² olan 4 otaqdan ibarət 218 saylı mənzili 344660 manata “Alıcı"ya satır, “Alıcı ” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada "İcraçı"ya ödəyir. - İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 8, ümumi sahəsi 172.33 m² olan 4 otaqdan ibarət 218 saylı mənzili tam dəyəri Cavabdeh Sabı̇ r oğlu tərəfindən tam ödənilmişdir. - İddiaçı MMC ilə Cavabdeh Sabı̇ r oğlu arasında bağlanmış Y/240 nömrəli, 21 sentyabr 2023cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən ”İcraçı” “SR-A Construction" MMC, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 11, ümumi sahəsi 35.70 m² olan 1 otaqdan ibarət 240 saylı mənzili 71400 manata “Alıcı"ya satır, “Alıcı ” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada "İcraçı"ya ödəyir. - İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 11, ümumi sahəsi 35.70 m² olan 1 otaqdan ibarət 240 saylı mənzili tam dəyəri Cavabdeh Sabı̇ r oğlu tərəfindən tam ödənilmişdir. - İddiaçı MMC ilə Cavabdeh Sabı̇ r oğlu arasında bağlanmış Y/248 nömrəli, müqavilənin 15 mart 2025-ci il tarixli dublikatından görünür ki, müqaviləyə əsasən ”İcraçı” “SR-A Construction" MMC, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 13, ümumi sahəsi 85.96 m² olan 2 otaqdan ibarət 248 saylı mənzili 171920 manat “Alıcı"ya satır, “Alıcı ” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada "İcraçı"ya ödəyir. - İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışının dublikatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 13, ümumi sahəsi 85.96 m² olan 2 otaqdan ibarət 248 saylı mənzili tam dəyəri Cavabdeh Sabı̇ r oğlu tərəfindən tam ödənilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 13, ümumi sahəsi 85.96 m² olan 2 otaqdan ibarət 248 saylı mənzili tam dəyəri Cavabdeh Sabı̇ r oğlu tərəfindən tam ödənilmişdir. - İddiaçı MMC ilə Cavabdeh Sabı̇ r oğlu arasında bağlanmış Y/251 nömrəli, 21 sentyabr 2023cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən ”İcraçı” “SR-A Construction" MMC, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 13, ümumi sahəsi 35.70 m² olan 1 otaqdan ibarət 251 saylı mənzili 71400 manata“Alıcı"ya satır, “Alıcı ” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada "İcraçı"ya ödəyir. - İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 13, ümumi sahəsi 35.70 m² olan 1 otaqdan ibarət 251 saylı mənzili tam dəyəri Cavabdeh Sabı̇ r oğlu tərəfindən tam ödənilmişdir. - İddiaçı MMC ilə Cavabdeh Sabı̇ r oğlu arasında bağlanmış Y/253 nömrəli, müqavilənin 15 mart 2025-ci il tarixli dublikatından görünür ki, müqaviləyə əsasən ”İcraçı” “SR-A Construction" MMC, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 14, ümumi sahəsi 84.48 m² olan 2 otaqdan ibarət 253 saylı mənzili 168960 manat“Alıcı"ya satır, “Alıcı ” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada "İcraçı"ya ödəyir. - İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışının dublkatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 14, ümumi sahəsi 84.48 m² olan 2 otaqdan ibarət 253 saylı mənzili tam dəyəri Cavabdeh Sabı̇ r oğlu tərəfindən tam ödənilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 14, ümumi sahəsi 84.48 m² olan 2 otaqdan ibarət 253 saylı mənzili tam dəyəri Cavabdeh Sabı̇ r oğlu tərəfindən tam ödənilmişdir. - İddiaçı MMC ilə Cavabdeh Sabı̇ r oğlu arasında bağlanmış Y/256 nömrəli, 21 sentyabr 2023cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən ”İcraçı” “SR-A Construction" MMC, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 14, ümumi sahəsi 35.70 m² olan 1 otaqdan ibarət 256 saylı mənzili 71400 manata “Alıcı"ya satır, “Alıcı ” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada "İcraçı"ya ödəyir. - İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 14, ümumi sahəsi 35.70 m² olan 1 otaqdan ibarət 256 saylı mənzili tam dəyəri Cavabdeh Sabı̇ r oğlu tərəfindən tam ödənilmişdir. - İddiaçı MMC ilə Cavabdeh Sabı̇ r oğlu arasında bağlanmış Y/270 nömrəli, 21 noyabr 2023cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən ”İcraçı” “SR-A Construction" MMC, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 17, ümumi sahəsi 168.36 m² olan 4 otaqdan ibarət 270 saylı mənzili 252540 manata “Alıcı"ya satır, “Alıcı ” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada "İcraçı"ya ödəyir. - İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 17, ümumi sahəsi 168.36 m² olan 4 otaqdan ibarət 270 saylı mənzili tam dəyəri Cavabdeh Sabı̇ r oğlu tərəfindən tam ödənilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışının dublikatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən yaşayış kompleksinin bina 3, mərtəbə 17, ümumi sahəsi 168.36 m² olan 4 otaqdan ibarət 270 saylı mənzili tam dəyəri Cavabdeh Sabı̇ r oğlu tərəfindən tam ödənilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli aktdan görünür ki, MMC-də aparılmış daxili araşdırmanın nəticələrinə əsasən bildirilir ki, Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinə uyğun olaraq şirkət tərəfindən aşağıda göstərilən daşınmaz əmlakların sənədləri adışəkilən şəxsə təqdim edilmişdir. 1)Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən: 2)bina 3, mərtəbə 8, 4 otaqlı, 218 saylı mənzil (172.33 m²), 3)bina 3, mərtəbə 11, 2 otaqlı, 240 saylı mənzil (35.70 m²), 4)bina 3, mərtəbə 13, 2 otaqlı, 248 saylı mənzil (85.96 m²), 4)bina 3, mərtəbə 13, 2 otaqlı, 251 saylı mənzil (35.70 m²), 5)bina 3, mərtəbə 14, 2 otaqlı, 253 saylı mənzil (84.48 m²), 6)bina 3, mərtəbə 14, 2 otaqlı, 256 saylı mənzil (35.70 m²), 7)bina 3, mərtəbə 16, 2 otaqlı, 265 saylı mənzil (84.18 m²), 8)bina 3, mərtəbə 17, 4 otaqlı, 270 saylı mənzil (168.36 m²). Lakin, alqı-satqı müqaviləsində nəzərdə tutulan ödənişlər şirkətin hesabına daxil olmamış, bu barədə heç bir bank və ya kassa əməliyyatı qeydə alınmamışdır. Əsaslandırıcı hissə: İşin materiallarından göründüyü kimi, iddiaçı tərəf mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3-də olan 218, 240, 248, 251, 253 və 256 saylı mənzillərə, xx.xx.2023-cü il tarixli həmin binadakı 270 saylı mənzilə dair müqavilələrin əhəmiyyətsiz hesab edilməsini tələb edir və tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.5, 340-cı maddələrinə istinad edir və tələbini onunla əsaslandırır ki, Cavabdeh "xxxx" MMC-nin təsisçisi olan X10 verdiyi külli miqdarda pul vəsaitinə görə həmin mənzillərə dair formal tərtib olunmuş müqavilələr verilmiş pulun təminatı kimi girov kimi saxlanılmış, lakin cavabdehə pul vəsaitinin tam qaytarılmasına baxmayaraq öz vədinə əməl etməyərək ona verilmiş əhəmiyyətsiz müqavilələri Cəmiyyətə qaytarmamışdır. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi iddiaçının -cavabdehin həyat yoldaşı X5 İddiaçı MMC-nin təsisçisi olmasını və cavabdehin də Cəmiyyətə külli miqdarda pul qoyacağı vədinin olması ilə bağlı dəlillərinə dair məhkəməyə heç bir rəsmi sübut təqdim etməməsinə, həmin müqavilələr bağlanarkən hər iki tərəfin tam fəaliyyət qabiliyyətli olmasına, əqdlərin bağlanması zamanı iradə sərbəstliyinə sahib olmasına, azad iradə ifadəsinin olmasına, mənzillərə dair müqavilələrin cavabdehin MMC-yə verəcəyi pul vəsaitləri qarşılığında həmin 7 mənzilin cavabdehə verilməsi şərti ilə bağlanmış olsa idi, bu zaman həmin şərtlərin də müqavilədə göstərilməli olmasına, 7 mənzilin iddiaçı MMC tərəfindən cavabdehdən heç bir ödəniş alınmadan ona verilməsinin inandırıcı olmamasına, həmçinin iddiaçı tərəfindən müvafiq müqavilələrin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulan müddətin ötürülməsinə istinad etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Maddə 337.1.) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.( Maddə 337.2.) Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.( Maddə 337.3) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.(Maddə 337.5) Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.( Maddə 340.2.) Mülki Məcəllənin 324.1 və 389.1-ci maddələrinin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, birbirinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Belə ki, alqı-satqı müqavilələri üzrə satılan əşyalar (alqı-satqı müqavilələrinin predmetləri) fərdi-müəyyən əşyalardır. Bu mənada alqı-satqı müqavilələrinin obyektlərinin hər hansı digər əşyadan yalnız özlərinə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM, maddə 135.7). Müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm də müqavilənin predmeti barəsində razılığa gəlmiş olması lazımdır (MM, maddə. 405.1) Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh dilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərilib ki, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edir ki, əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 340.2-cı maddəsi nəzərdə tutula bilər. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası (faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırılmış hüquqi mövqeləri diqqətə alaraq hesab edir ki, hazırki iş üzrə alqı-satqı müqaviləsinin formal, digər əqdi pərdələmək və ən əsası bu müqavilənin bağlanmasında tərəflərin niyyətlərinin dəqiq müəyyən edilməsi baxmından onların davranışını, aralarında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə alınmalıdır. Məhkəmə iddiaçı tərəfin iddianın əsası kimi istinad etdiyi hallara və iddiaya etirazının dəlilləri ilə bağlı verdikləri izahatlarını iddianın əsaslı olması üçün yetərli sübut kimi qiymətləndirmir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokolda “SR-A Consrtuction" MMCnin təsisiçiləri kimi Cavabdeh Sabı̇ r oğlu, X3, X11, X23, X12 və X8 göstərilsələr də müəyyən edilmişdir ki, onlardan yalnız X6 və X8 təsisçidir. Başqa sözlə, bu protokol MMCnin bütün təsisçilərinin yığıncağının protokolu deyildir. Məhkəmə qeyd edilən protokolun işə aid olan hissəsinin məzmununa əsasən (təsisçilər baxımından) düzgün tərtib edilmədiyi üçün sübut kimi qiymətləndirməsə də, iddiaçının tələblərinin əsaslılığına qiymət verilməsi baxımından onun məzmununda əsas istinad mənbəyi olan 1-ci məsələ üzrə göstərilənlərə diqqət yetirilməsini zəruri sayır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, Cavabdeh "xxxx" MMC-nin təsisiçilərindən biri deyildir və onun yoldaşı X15 təsisçi olmaqla 17.5% təsis payına malikdir. Lakin, sonuncunun iştirakı ilə iddiaçı tərəf ilə hər hansı razalışma və ya müqavilə bağlanması işin materiallarından görünmür. İşin materiallarından görünür ki, mübahisələndirilən mənzillərə dair bütün müqavilələr Cavabdeh ilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli protokoldan və iş materiallarında olan Cavabdeh imzaladığı aktlardan görünür ki, o, protokolda adları qeyd edilən şəxslərlə birgə sahibkarlıq fəaliyyəti məqsədilə 2023-cü ildə (tərəflərin izahatına əsasən) Bayıl layihəsinə müəyyən qədər sərf etdiyi vəsaitin bir hissəsi ona həm nağd, həm də digər daşınmaz əmlak qaydasında geri qaytarılmış və Cavabdeh qalan 250.000 min qaytarılması müqabilində o öz növbəsində götürdüyü 5 mənzili qaytarmalı idi. Lakin protokolda həmin 5 mənzillərin dəqiq ünvanları göstərilməmişdir. İddiaçı tərəf iddiasında 5 deyil, 7 mənzilə dair müqavilələri mübahisələndirsə də, bu mənzillərdən hansının iddia etdiyi kimi, cavabdehin M.Qarayevə verdiyi külli miqdarda pul vəsaitinə görə həmin mənzillərə dair formal tərtib olunmuş müqavilələri girov kimi özündə saxlamasını göstərə bilməmişdir. Başqa sözlə, iddia predmeti olan mənzillərdən hansı 5nin bu münasibətlərin (razılaşmanın) predmeti olmasını dəqiq göstərə bilməmiş, həmçinin razılaşma 5 mənzil ilə bağlı olduğu halda hazırda 5 mənzildən əlavə 2 mənzili də iddia predmetinə daxil edilməsinin səbəblərini açıqlaya bilməmişlər. İddiaçı tərəf bununla bağlı verilən suallar üzrə verilmiş iddianı müdafiə etmələrini və onun əsaslı olmasını vurğulamışlar. Cavabdeh tərəf isə iddiaçı tərəflə müəyyən layihələrdə birgə fəaliyyət göstərdiklərini təsdiq etsə də, hazırki iddia predmeti olan 7 mənzilin bu münasibətlərə hər hansı bir formada aid olmasını təsdiq etməyərək, bu mənzillərin əhəmiyyətsiz əqd olmasına dair qaldırılmış iddiaların əsassız olmasını və eləcə də MM-nin 354.1-ci maddəsinə əsasən müddətin keçməsini bildirmişdir. Müddətlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu normanın tələbinə əsasən, əgər iddiaçının iddia etdiyi kimi müvafiq müqavilələr əhəmiyyətsiz əqd olsaydı belə, həmin əqdlərin əhəmiyyətsiz əqd hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müddət 2024-cü ilin sentyabr və noyabr ayında bitmişdir. Mübahisələndirilən müqavilələr 2023-cü ilin sentyabr və noyabr ayında bağlanmış və iddiaçı MMC-nin iddiasını əsaslandırdığı hallar mövcud olsa idi müqavilələr bağlanan vaxtdan 1 il ərzində müvafiq müqavilələrin əhəmiyyətsizliyinin mübahisələndirilməsi üçün iddia irəli sürülməli idi. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq müqavilələrin etibarsızlığının mübahisələndirilməsi üçün hazırki mübahisəyə cavabdeh tərəfin etirazda qeyd etdiyi kimi iddia müddəti deyil, kəsici müddət tətbiq olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında həmçinin göstərilmişdir ki, “əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.” Məhkəmə həmçinin hesab edir ki, müddət ötürülməsi halı baş vermədiyi təqdirdə belə qaldırılmış iddia üzrə iddia tələblərinin faktiki əsası onun qanuni əsasının şərtlərinə uyğun gəlmir, mübahisələndirilən əqdlərin qeyd olunan normaların tələbləri pozulmaqla bağlanması işin araşdırılmış halları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəf cavabdehlə birgə fəaliyyəti əsnasında 5 mənzili girov kimi qoymaqla bu mənzillərə dair formal müqavilələr bağlanmasını, cavabdehə də pullarının qaytarılmasına baxmayaraq həmin mənzilləri geri qaytarmadığını bildirsələr də, iddialarında 5 deyil, 7 mənzilə dair müqavilələri mübahisələndirmiş, bu mənzillərin hansının məhz aralarında olan birgə fəaliyyətlə bağlı razılaşma üzrə verilən pulun təminatı rolu (girov) kimi çıxış etməsinə dair məhkəməyə mötəbər və tutarlı sübut növü təqdim etməmişlər. İşin materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh adına xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 8, ümumi sahəsi 172.33 kv.m.olan 4 otaqdan ibarət 218 saylı mənzilə dair Y/218 nömrəli, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 11, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 240 saylı mənzilə dair Y/240, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu,Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 13, ümumi sahəsi 85,96 kv.m.olan 2 otaqdan ibarət 248 saylımənzilə dair Y/248, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 13, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 251 saylı mənzilə dair Y/251, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 14, ümumi sahəsi 84,48 kv.m.olan 2 otaqdan ibarət 253 saylı mənzilə dair Y/253, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 14, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 256 saylı mənzilə dair Y/256, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 17, ümumi sahəsi 168,36 kv.m.olan 4 otaqdan ibarət 270 saylı mənzilə dair Y/270 nömrəli müqavilələrdən əlavə eyni tarixli maliyyə arayışları da tərtib edilmişdir. Həmçinin işin materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə həmin mənzillərinin bəzilərinin müqavilə və maliyyə arayışlarının dublikatların da təkrarən verilməsi faktı mövcuddur. Bundan başqa, məhkəmə iddiaçı tərəfin sübut kimi təqdim etdiyi şahid ifadələri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən şahid ifadəsinin məzmunu iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı olmaqla göstərilənlər konkret hər hansı bir sübutla təsdiqini tapmamışdır. Buna görə də məhkəmə hesab edir ki, şahid qismində dindirilmiş hazırki iş üzrə şahidin işin nəticəsində maraqlı olması ilə yanaşı onun ifadəsinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmadığı, eləcə də şahidin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığından bu ifadələr iddia tələbinin əsası kimi istinad edilən hər hansı bir halın həqiqiliyinin müəyyən edilməsində mötəbər hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin irəli sürdüyü dəlillər mübahisələndirdiyi müqavilələrin əhəmiyyətsiz əqd sayılması üçün hüquqi əsas yaratmır. Məhkəmə qeyd edir ki. hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə, mübahisələndirilən müqavilələrin əhəmiyyətsiz hesab edilməsinə dair iddiası əsassız sayıldıığı üçün hesab edir ki, bu tələbdən törəmə olan cavabdehin həmin müqavilələrdə göstərilən mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair tələblər üzrə əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1933/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1933/2025
25.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver