Məhkəmə qərarları › İş №e-2(009)-1939/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1939/2022

13.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1939/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ 13 oktyabr 2022-ci il Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı «xarici tələbənin ali təhsil müəssisəsindən xaric edilməsinə dair əmrin ləğv edilməsi və tələbələri sırasına bərpa edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun universitetin tələbələri sırasından xaric edilməyinə dair cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2021-ci il tarixli 463/4/2022 saylı əmrinin ləğv edilməsinə və onun aldığı ixtisas üzrə universitetin tələbələri sırasına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Rusiya Federasiyası vətəndaşıdır. Əcnəbi vətəndaş olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” qaydalarına uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin menecment ixtisasına qəbul olunmuşdur. Təhsilinin 2 ilini uğurla başa vurmuş, təhsil müddətində bütün qaydalara tərəfindən tam riayət edilmiş, təhsil haqqı ödənilmişdir. Təhsilinin 2-ci ilində cavabdeh- Azərbaycan Dövlət İqtisad Universiteti xx.xx.2021-ci il tarixli 463/4/2022 saylı əmr qəbul edərək, əmrdə qeyd etmişdir ki, «İddiaçı- Rus iqtisad məktəbinin “menecment” ixtisası üzrə ödənişli əsaslarla təhsilin 2-ci ili, 521 saylı qrupun əcnəbi tələbəsi ilə bağlanmış xx.xx.2020-ci il tarixli “Azərbaycan Dövlət İqtisad Universiteti ilə əcnəbi təhsilalan arasında ödənişli təhsil almaq haqqında müqavilə ləğv olunsun; İddiaçı- xx.xx.2022-ci il tarixdən universitetin tələbələri sırasından xaric edilsin. Əsas: TNnin xx.xx.2022-ci il tarixli 02-12-604/15 nömrəli məktubu və Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor s.f.d N.Muradlının xidməti məlumatı» Bildirir ki, onun universitetin tələbələri sırasından xaric olunmağı üçün əmrdə qeyd edilən heç bir hal mövcud deyildir. Universitetə qəbul edilərkən, tərəfindən cavabdeh orqan tərəfindən tələb edilən bütün sənədlər təqdim edilmişdir, əks halda iddiaçının 2 kurs ili müddətində təhsilini davam etdirməyi qeyri-mümkün olardı. İddiaçı uzun illərdir RF vətəndaşı olaraq orada daimi olaraq yaşayır, RF-da məktəbəqədər hazırlığa getmiş, daha sonra ilk orta təhsilə qəbul olunmuş, orada orta təhsilini də RF-da başa vurmuşdur. Əcnəbi - RF vətəndaşı olaraq ADİU (UNEC)-ə qanuna uyğun formada qəbul olunmuş və müqavilə bağlanmışdır. Cavaddeh orqan bu hal ilə bağlı Azərbaycan Respublikası qanunuvericiliyini pozaraq iddiaçının universitetin tələbələr sırasından xaric olunması ilə (sanksiyalanması) nəticələnməsini əsaslandırmayaraq, qanunçuluq, mütənasiblik prinsipinə zidd əmr qəbul etmişdir. Belə ki, dövlət, fərdi və ictimai maraqlara xələl gətirən hallar istisna olmaqla təhsili təşviq və təmin edir. Dövlətin bu sahədə məqsədi və təminatı “Təhsil haqqında” Qanunda açıqca əks olunmuşdur. Həmin Qanunun 5.1-5.2-ci maddələrinə görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.8-ci bəndinə görə, X7 tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi mümkün sayılır. Göründüyü kimi, ölkə qanunvericiliyi Bolonya sistemi çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin X7 tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanlarından kənar Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları imkanını tanıyır. Belə imkanın olduğu bir sistemdə, yəni dövlətin bir halda Azərbaycan vətəndaşının X3 keçirdiyi imtahandan kənar ali təhsil müəssisələrinə daxil olmaq hüququnu tanıdığı təqdirdə, digər (iddiaçıya aid) halda şəxsi məhz Azərbaycan vətəndaşı olmasına görə bu hüquqdan məhrum etməsi hüquqi məntiqə uyğun gəlmir. Avropa Məhkəməsi bir neçə işdə ayrı seçkiliyin obyektiv və zəruri (keçərli) bir əsas gətirilmədən, bənzər vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərməkdən ibarət olduğunu və fərqli münasibətin “qanuni bir məqsəd güdmədikdə və ya “hədəflənən məqsədlə tətbiq edilən vasitə arasında mütənasiblik əlaqəsi” olmadıqda, “obyektiv və zəruri əsas” tələblərinə cavab vermədiyini xatırlatmışdır. Odur ki, adı çəkilən Nizamnamənin 2.2-ci bəndinin əks mənasının Azərbaycan vətəndaşlığı olan xarici ölkə vətəndaşının müqavilə əsasında ali təhsil almaq hüququna qadağa kimi təfsir olunması dövlətin təhsil siyasəti və standartları ilə də bir araya sığmır. İddiaçının UNEC-də təhsil almasının başqa şəxslərə və ya ali təhsil müəssisəsinə hansısa formada ziyanı nəinki yoxdur, əksinə o, hər il təhsil haqqı ödəməklə universitetin büdcəsinə fayda verir. Belə olan halda, sözügedən məhdudiyyətin iddiaçıya hansı məqsədlə tətbiq edildiyi aydın deyil. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanlarm köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların 1.2-ci bəndində qeyd edilir ki, bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir. Həmin Qaydaların 1.3cü bəndinə əsasən əcnəbi və vətəndaşlığı olmayan tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələləri bu Qaydalarla tənzimlənir. Həmin Qaydaların 3-cü bəndində qeyd edilir: 3.1. Tələbə aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə; 3.1.2. başqa ali təhsil müəssisəsinə köçürüldükdə; 3.1.3. ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən); 3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda Yuxarıda qeyd edilən heç biri iddiaçıya münasibətdə mövcud deyildir. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin iddiaçı barədə əmri ləğv edilməli və tələbələr sırasına bərpa olunmaq vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Repsublikası Nazirlər Kabinetinin 365 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edilmiş, həmin Nizamnamənin 1.2-ci bəndinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsdir. Həmçinin həmin Nizamnamənin 3.1.16-cı bəndinə əsasən UNEC-in fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək UNEC-in vəzifəsidir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun əsaslı olduğundan təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, UNEC-in Rus iqtisad məktəbinin «Menecment" ixtisası üzrə əcnəbi tələbə kimi təhsil alan Rusiya vətəndaşı İddiaçı №553/4/2020 saylı xx.xx.2020-ci il tarixli əmrlə UNEC-ə daxil olmuşdur. 2020-ci ildə UNEC-ə müraciət edərək təhsil almaq arzusunu bildirən İddiaçı xaricdə yaşadığı üçün əcnəbi vətəndaş kimi müvafiq sənədləri onlayn şəkildə təqdim etmişdir. Sənədlərin qəbulu Qəbul komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əsasən aparılmış və qəbul zamanı əcnəbi vətəndaşın sənədləri həmin qaydalara uyğun olaraq yoxlanılmış və 31 avqust 2020-ci il tarixli 1 saylı protokol ilə onun UNEC-ə qəbul olunması məqsədəuyğun hesab edilmişdir. Həmçinin, qəbul zamanı İddiaçı tərəfindən doğru sənədlərin təqdim olunmasına dair məsuliyyət daşıdığı ilə bağlı ərizə imzalanmışdır. Qeyd edilir ki, qəbul zamanı tələbənin ikili vətəndaşlıq halının müəyyən olunması mümkün deyildi. Belə ki, ikili vətəndaşlıq hallarının müəyyən olunmasının əsas göstəricisi olan Müvəqqəti yaşayış icazəsi kartı (MYİ) Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən birbaşa yalnız təhsil alan tələbələrin özlərinə təqdim olunur. Bu səbəbdən, UNEC-də təhsil alan əcnəbi tələbənin ikili vətəndaşlıq halının müəyyən olunması məqsədilə 26 fevral 2020-ci il tarixli 39/1/2020 saylı əmrə uyğun olaraq İddiaçı MYİ kartının alınması və universitetə təqdim olunması xahiş olunmuşdur. ÜST tərəfindən elan olunmuş pandemiya səbəbindən İddiaçı xaricdə qalmış, dərslərə onlayn formatda qoşulmuş və müvafiq olaraq, MYİ kartını 1-ci tədris ilində təqdim edə bilməmişdir. Lakin, tələbə əvvəlki illərdə Azərbaycanda olarkən MYİ kartı almışdır. Bu səbəbdən, tələbə daha əvvəl MYİ kartı aldığı üçün, ikili vətəndaş olmadığına əmin idi. 2021/2022-ci tədris ilində dərslərin hibrid formada keçirilməsi ilə bağlı qərar əsasında tələbə Azərbaycana gəlmiş və 13 sentyabr 2021-ci ildə yenidən MYİ kartı almaq üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmişdir. Lakin, DMX-nin 24 sentyabr 2021-ci il tarixli qərarına əsasən tələbənin Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Tələbənin daha əvvəl MYİ kartına sahib olması və həmçinin Azərbaycan Respublikası vətəndaşlığına müraciət etmədiyi halda ona vətəndaşlığın verilməsi tələbənin vəziyyəti ilə bağlı ciddi təzadlar doğurduğundan, Təhsil Nazirliyinə münasibət bildirmələri üçün müraciət edilmiş və Rus iqtisad məktəbinin “Menecment” ixtisasının 2-ci kurs tələbəsi İddiaçı UNEC-də təhsilinə davam etməsinə dair münasibət bildirmələri xahiş edilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoruna ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı qəbul vaxtı Rusiya Federasiyasının vətəndaşlığı ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşlığına sahib olması nəzərə alınaraq, onun təhsilini əcnəbi tələbə statusunda davam etdirməsi məqsədəuyğun hesab edilmir. Əsas “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Təhsil Nazirliyinin mövqeyi və qanunvericiliyin tələbi nəzərə alınaraq iddiaçıya bu barədə məlumat verilmiş və onunla bağlanmış müqavilə ləğv edilməklə o, universitetin tələbələri sırasından xaric edilmişdir. Qeyd edilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilən: - xx.xx.2003-cü il təvəllüdlü İddiaçı xx-xx-420148 nömrəli pasporta əsasən Rusiya Federasiyasının vətəndaşıdır. - Azərbaycan Dövlət İqtisad Universiteti ilə İddiaçı arasında bağlanmış «əcnəbi təhsilalan» arasında ödənişli təhsil almaq haqqında xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, müqavilənin predmetinə əsasən UNEC ödənişli əsaslarla «Əcnəbi təhsilalan»a Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən proqramları əsasən bakalavr təhsil səviyyəsinə uyğun «Menecment» ixtisası üzrə təhsil verməyi, «Əcnəbi təhsilalan» isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 2200 manat məbləğində təhsil haqqının UNEC-ə ödənilməsini öhdəsinə götürür. - Prorektor f.d. Neman Muradlının Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı «əcnəbi vətəndaşın ikili vətəndaşlıq halı haqqında» məlumatdan görünür ki, UNEC-in Rus iqtisad məktəbinin «Menecment" ixtisası üzrə əcnəbi tələbə kimi təhsil alan Rusiya vətəndaşı İddiaçı №553/4/2020 saylı xx.xx.2020-ci il tarixli əmrlə UNEC-ə daxil olmuşdur. 2020-ci ildə UNEC-ə müraciət edərək təhsil almaq arzusunu bildirən İddiaçı xaricdə yaşadığı üçün əcnəbi vətəndaş kimi müvafiq sənədləri onlayn şəkildə təqdim etmişdir. Sənədlərin qəbulu Qəbul komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əsasən aparılmış və qəbul zamanı əcnəbi vətəndaşın sənədləri həmin qaydalara uyğun olaraq yoxlanılmış və 31 avqust 2020-ci il tarixli 1 saylı protokol ilə onun UNEC-ə qəbul olunması məqsədəuyğun hesab edilmişdir. Həmçinin, qəbul zamanı İddiaçı tərəfindən doğru sənədlərin təqdim olunmasına dair məsuliyyət daşıdığı ilə bağlı ərizə imzalanmışdır. Qeyd edilir ki, qəbul zamanı tələbənin ikili vətəndaşlıq halının müəyyən olunması mümkün deyildi. Belə ki, ikili vətəndaşlıq hallarının müəyyən olunmasının əsas göstəricisi olan Müvəqqəti yaşayış icazəsi kartı (MYİ) Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən birbaşa yalnız təhsil alan tələbələrin özlərinə təqdim olunur. Bu səbəbdən, UNEC-də təhsil alan əcnəbi tələbənin ikili vətəndaşlıq halının müəyyən olunması məqsədilə 26 fevral 2020-ci il tarixli 39/1/2020 saylı əmrə uyğun olaraq İddiaçı MYİ kartının alınması və universitetə təqdim olunması xahiş olunmuşdur. ÜST tərəfindən elan olunmuş pandemiya səbəbindən İddiaçı xaricdə qalmış, dərslərə onlayn formatda qoşulmuş və müvafiq olaraq, MYİ kartını 1-ci tədris ilində təqdim edə bilməmişdir. Lakin, tələbə əvvəlki illərdə Azərbaycanda olarkən MYİ kartı almışdır. Bu səbəbdən, tələbə daha əvvəl MYİ kartı aldığı üçün, ikili vətəndaş olmadığına əmin idi. 2021/2022-ci tədris ilində dərslərin hibrid formada keçirilməsi ilə bağlı qərar əsasında tələbə Azərbaycana gəlmiş və 13 sentyabr 2021-ci ildə yenidən MYİ kartı almaq üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmişdir. Lakin, DMX-nin 24 sentyabr 2021-ci il tarixli qərarına əsasən tələbənin Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Tələbənin daha əvvəl MYİ kartına sahib olması və həmçinin Azərbaycan Respublikası vətəndaşlığına müraciət etmədiyi halda ona vətəndaşlığın verilməsi tələbənin vəziyyəti ilə bağlı ciddi təzadlar doğurur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Rus iqtisad məktəbinin “Menecment” ixtisasının 2ci kurs tələbəsi İddiaçınm UNEC-də təhsilinə davam etməsinə dair münasibət bildirməyiniz xahiş edilmişdir. - Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoruna ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı qəbul vaxtı Rusiya Federasiyasının vətəndaşlığı ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşlığına sahib olması nəzərə alınaraq, onun təhsilini əcnəbi tələbə statusunda davam etdirməsi məqsədəuyğun hesab edilmir. Əsas “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. - Prorektor f.d. X10 iqtisad məktəbinin "Menecment" ixtisası üzrə təhsilin İİ ili tələbəsi İddiaçı «İkili vətəndaşlıq halının aşkarlanması haqqında məlumatdan görünür ki, Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) əcnəbi vətəndaş kimi qəbulu zamanı onun eyni zamanda Azərbaycan vətəndaşlığı olması müəyyən edilmişdir. Bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərini pozur. Eləcə də, mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyindən sorğuya cavab olaraq daxil olan məktubda onun qəbul zamanı Rusiya Federasiyasının vətəndaşlığı ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşlığına sahib olmağı nəzərə alınaraq təhsilini əcnəbi tələbə statusunda davam etdirməyi məqsədəuyğun hesab edilməmişdir. Bununla əlaqədar olaraq, UNEC-lə onun arasında bağlanan müqavilənin 2.2.3 və 3.1.1-ci maddələrinə uyğun olaraq, müqaviləyə xitam veriləcək və o, UNEC-in tələbələri sırasından xaric olunacaqdır. - Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2022-ci il tarixli 463/4/2022 saylı Əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 125 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 02-12-604/15 nömrəli məktubunu nəzərə alaraq, Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor s.f.d. N.Muradlının xidməti məlumatı əsas götürərərək İddiaçı - Rus iqtisad məktəbinin “Menecment” ixtisası üzrə ödənişli əsaslarla, təhsilin İİ ili, 521 saylı qrupun əcnəbi tələbəsi ilə bağlanmış xx.xx.2020-ci il tarixli “Azərbaycan Dövlət İqtisad Universiteti ilə “Əcnəbi təhsilalan” arasında ödənişli təhsil almaq haqqında” müqavilənin ləğv olunması, İddiaçı xx.xx.2022-ci il tarixindən universitetin tələbələri sırasından xaric edilməsi əmr edilmişdir. İş müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti iddiaçını universitetdən xaric etmiş və əsası kimi onun müqavilə bağlanan zaman Azərbaycan Respublikasının vətəndaşı olmasına, bu səbəbdən onun əcnəbilər üçün nəzərdə tutulmuş qaydada müqavilə əsasında ali təhsil müəssisəsinə qəbulunun yolverilməz olduğuna istinad etmişdir. İddiaçı isə bu halı mübahisələndirərək Rusiya Federasiyasının vətəndaşı olmasını, orada yaşayıb təhsil almasına istinad edərək, xarici ölkə vətəndaşı statusundan istifadə etməklə Azərbaycan Dövlət İqtisad Universitetində müqavilə əsasında ali təhsil almaq hüququna malik olduğunu iddia edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçının tələbələr sırasından xaric edilməklə onun təhsil hüququna gətirmək istədiyi məhdudiyyəti (universitetdən xaric edilmə əsasını) qanunvericiliyin aşağıdakı normalarına istinad etməklə izah edir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci və 44.2-ci maddələrinə görə, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 09 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsinə, bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi müəssisə və təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs əcnəbi sayılır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, 1 saylı Protokolun 2-ci maddəsində təsbit edilmiş təminatlar Avropa Şurasının üzvü olan dövlətlərdə mövcud ali təhsil müəssisələrinə tətbiq edilir və müəyyən vaxtda mövcud olan istənilən ali təhsil müəssisəsinə qəbul həmin maddənin birinci cümləsində təsbit edilmiş hüququn ayrılmaz hissəsidir (Tarantino və digərləri İtaliyaya qarşı §43, “X5rşı” § 134- 42 və s.). Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Konvensiya və Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa müdaxilə qanunda nəzərdə tutulmalı, mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi, Konvensiyanın 1 saylı protokolunun 2-ci maddəsi üzrə baxdığı işlərdə vurğulamışdır ki, təhsil hüququ nə qədər önəmli olsa da, bu hüququn mütləq olmadığı və bəzi məhdudiyyətlərə məruz qala biləcəyi qəbul edilməkdədir. Sözügedən hüququn mahiyyətinə xələl gəlməməsi məqsədilə bu məhdudiyyətlərin hər kəs üçün öngörüləbilən olduğuna və qanuni bir məqsəd güddüyünə məhkəmənin inandırılması zəruridir. ...Məhdudiyyət üçün tətbiq edilən vasitələrlə güdülən məqsəd arasında mütənasiblik əlaqəsi olmalıdır (X11 ve X4rşı § 56, Velyo Velev işi, § 32). Göründüyü kimi, insan hüquqlarının, o cümlədən təhsil hüququnun həyata keçirilməsinə məhdudiyyətə, yalnız tətbiq edilən müdaxilə qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və demokratik cəmiyyətdə zəruri (mütənsaib) olduqda haqq qazandırmaq olar. Əgər müdaxilə bu tələblərə cavab verməzsə Konvensiya və Konstitusiyaya zidd sayılır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin istinad etdiyi qanunvericilik aktlarında Azərbaycan vətəndaşlığı da olan xarici ölkə vətəndaşının sonuncu statusundan istifadə etməklə müqavilə əsasında ödənişli ali təhsil alması qadağan edilməmişdir. Hüququn təməl prinsiplərindən olan və Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsində təsbit edilən qaydaya görə isə “hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər". Eyni zamanda, Azərbaycanda müqavilə əsasında ali təhsil almaq istəyən şəxslərin bu hüquqdan yararlanmaları üçün tələb olunan sənədlərin siyahısı, o cümlədən Azərbaycan vətəndaşlığının olmaması barədə sənəd qanunvericilikdə göstərilməmiş, iddiaçıdan da bu barədə arayış tələb edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə də tələbənin Azərbaycan vətəndaşlığının olmaması şərti xüsusi olaraq göstərilməmiş, bu halın sonradan aşkar edilməsi müqavilənin ləğvinin əsası kimi nəzərdə tutulmamışdır. Hətta iddiaçı ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında bağlanmış müqavilədə tələbənin hüquqi statusu məhz “əcnəbi təhsilalan” kimi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat müqaviləni bağlayarkən tələbənin xarici ölkə vətəndaşlığını əsas götürmüşdür. Məhkəmənin qənaətinə görə xarici ölkə vətəndaşlığı olan iddiaçının cavabdeh UNEC tərəfindən müqavilə əsasında ali təhsil almaq hüququndan Azərbaycan vətəndaşlığı faktına görə məhrum edilməsi dövlətin təhsil sahəsindəki təminatları ilə uzlaşmır. Belə ki, dövlət, fərdi və ictimai maraqlara xələl gətirən hallar istisna olmaqla təhsili təşviq və təmin edir. Dövlətin bu sahədə məqsədi və təminatı “Təhsil haqqında” Qanunda açıqca əks olunmuşdur. Həmin Qanunun 5.1-5.2-ci maddələrinə görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.8-ci bəndinə görə, X7 tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi mümkün sayılır. Göründüyü kimi, ölkə qanunvericiliyi Bolonya sistemi çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin X7 tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanlarından kənar Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları imkanını da tanıyır. Belə imkanın olduğu bir sistemdə, yəni dövlətin bir halda Azərbaycan vətəndaşının X3 keçirdiyi imtahandan kənar ali təhsil müəssisələrinə daxil olmaq hüququnu tanıdığı halda, digər (iddiaçıya aid) halda şəxsi məhz Azərbaycan vətəndaşı olmasına görə bu hüquqdan məhrum etməsi hüquqi məntiqə uyğun gəlmir. Çünki sonuncu halda məhrumiyyətin qanuni məqsədi aydın deyil. Avropa Məhkəməsi bir neçə işdə ayrı-seçkiliyin obyektiv və zəruri (keçərli) bir əsas gətirilmədən, bənzər vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərməkdən ibarət olduğunu və fərqli münasibətin “qanuni bir məqsəd” güdmədikdə və ya “hədəflənən məqsədlə tətbiq edilən vasitə arasında mütənasiblik əlaqəsi” olmadıqda, “obyektiv və zəruri əsas” tələblərinə cavab vermədiyini xatırlatmışdır (Çam Türkiyəyə qarşı, § 52, Sejdic ve Finci qərarı, § 42). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 09 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsinə, bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi müəssisə və təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. Nizamnamənin bu bəndinin Azərbaycan vətəndaşlığı olan xarici ölkə vətəndaşının müqavilə əsasında ali təhsil almaq hüququna qadağa kimi təfsir olunması dövlətin təhsil siyasəti və standartları ilə uzlaşmır. Beləliklə, yuxarıda göstərilənlər birlikdə qiymətləndirildikdə məhkəmə bu qənaətə gəlir ki, iddiaçı cavabdeh təşkilatla ali təhsil haqqında müqavilə bağlamaq üçün xarici ölkə vətəndaşlığının (bu statusun verdiyi imkanın) kifayət olmasını güman etməkdə haqlı idi və bu məsələdə onun üçün qanuni məhdudiyyət olmamışdır. Məhkəmə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələblərini, Avropa insan Hüquqları Məhkəməsinin president hüququnu nəzərə alaraq vurğulayır ki, cavabdehin istinad etdiyi normalar, yəni iddiaçının təhsil hüququna məhdudiyyət qanunda nəzərdə tutulmuş olsaydı belə, bu məhdudiyyətin hansı məqsədə xidmət etməsi aydın olmalıdır. Başqa sözlə, məhdudiyyət başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, yaxud digər ictimai mənafelər üçün tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan vətəndaşlarından fərqli olaraq xarici ölkə (Rusiya Federasiyasının) vətəndaşlığı da olan iddiaçının univeristetdən xaric edilməsinin hansı məqsədə xidmət etməsi Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən əsaslandırılmamışdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçının UNEC-də təhsil almasının başqa şəxslərə və ya ali təhsil müəssisəsinə hər hansı bir ziyanı olmamaqla, hər il təhsil haqqı ödəməklə universitetin (büdcəsi) gəlir əldə edir. Məhkəmə daha sonra qeyd etməyi zəruri hesab edir ki, hətta qanuni məqsəd olsaydı belə, Azərbaycan Dövlət İqtisad Universitetinin iddiaçını universitetə daxil olduğu il deyil, onun 2 il ərzində təhsil almasını təmin etdikdən sonra özünün də yoxlamadığı və müvafiq sənəd tələb etmədiyi Azərbaycan vətəndaşlığı faktına istinad edərək universitetdən xaric etməsinə demokratik cəmiyyətdə zəruri olan davranış kimi haqq qazandırmaq olmaz. Təqdim olunmuş sənədlərdən də aydın görünür ki, iddiaçı uzun illərdir Rusiya Federasiyasının vətəndaşı olaraq orada daimi olaraq yaşamış, Rusiya Federasiyasında məktəbəqədər hazırlığa getmiş, daha sonra orta təhsilə qəbul olunmuş, orta təhsilini orada başa vurmuşdur. Həmçinin valideynləri də Rusiya Federasiyasının vətəndaşlarıdırlar. Göstərilənlərə əsasən, məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə iddiaçının təhsil hüququna müdaxilə edilməsi üçün zəruri olan şərtlər müəyyən edilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə iddiaçı arasında bağlanmış ödənişli ali təhsil almaq haqqında müqavilə etibarlıdır və tərəflər üçün hüquqi nəticə (icrası məcburi olan öhdəliklər) yaradır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i,a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Beləliklə, iddiaçının cavabdehlə bağladığı müqaviləyə əsasən seçdiyi ixtisas üzrə ona təhsil verilməsini və müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərin yerinə yetirilməsini Azərbaycan Dövlət İqtisad Universitetindən tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Dövlət İqtisad Universitetindən xaric edilməsi haqqında xx.xx.2021-ci il tarixli 463/4/2022 saylı əmr İddiaçı aid hissədə qanunsuz və əsassız olduğundan iddia təmin edilməli, əmr İddiaçı aid hissədə ləğv edilməli və İddiaçı təhsil aldığı ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) tələbələr sırasına bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2021-ci il tarixli 463/4/2022 saylı əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) təhsil aldığı ixtisas üzrə tələbələr sırasına bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi (elektron kabinet vasitəsilə) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar