Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1968/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, ərizəçi İddiaçı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Bakı şəhəri 18 saylı Notariat Ofisi və DƏDRX maraqlı şəxs qismində qeyd olunan) ərizəsi üzrə mülki işə Bakı şəhərində 25 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Bakı şəhəri 18 saylı Notariat Ofisi və DƏDRX maraqlı şəxs qismində qeyd olunan) ərizə ilə məhkəməyə müraciət edərək, “Şəxsi mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçinin atası X3 SSRİ-nin dağılmasından bir neçə ay öncə ailənin dolanışığının təmin edilməsi üçün 1990-cı ildə RF Nijne-Kamsk vilayətinə getmişdir. Lakin orada səhhətində problem yaranmış və vəfat etmişdir. Hələ 1960-cı ildə ərizəçinin atası ünvan 1 ünvanında yerləşən torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evi tikmişdir. Ərizəçi də ailəlikcə orada yaşamağa başlamış və bu günə qədər də həmin ünvanda yaşayır. 1976-cı ildə atasının icra hakimiyyətinə etdiyi müraciət əsasında torpaq sahəsinin ona ayrılması haqqında qərar qəbul olunmuş və torpaqda inşa edilmiş tikili qeydiyyata alınmışdır. Əirzəçi bu evdə anadan olduğu gündən fasiləsiz olaraq yaşayır. 2022-ci ildə mərhum atasından qalmış fərdi yaşayış evinin sənədləşdirilməsi məqsədilə notariat ofisinə vərəsəlik işinin açılması ilə bağlı müraciət etmişdir. Vərəsəlik işi açılmış və həmin ünvanda yerləşən fərdi yaşayış evinin mərhum atasının adına mülkiyyət hüququ haqqında çıxarışın verilməsi xahiş olunmuşdur. Lakin DƏDRX müxtəlif səbəblər gətirərək imtina etmişdir. Əsas səbəb isə evin texniki pasporta əsasən hüquq sahibinin adı X7 kimi göstərildiyi və eyni şəxs olması barədə əlaqələndirici sənəd təqdim edilmədiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi-vəkili ərizədə göstərilənlərə uyğun məzmunda ifadə verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azər. Resp. MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: İİİ-KБ № 412577 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03 noyabr 1990-cı il tarixdə vəfat etmişdir. “Şəxsi mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun surətindən görünür ki, Bakı şəhəri, 2-ci Yubiley küçəsi ev 121 X5 adına qeydiyyatdan keçirilmişdir. 149 saylı MKİS-nin məhkəməyə ünvanladığı 13 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Y.Bədəlov küçəsi əvvəlki dövrdə Yubiley döngəsi adlandırılıb. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçinin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, ərizəçi ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Eyni zamanda Bakı şəhəri, 2-ci Yubiley küçəsi ev 121 barəsində X5 adına “Şəxsi mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport verilmişdir. Ərizəçinin atası 03 noyabr 1990-cı il tarixdə vəfat etmişdir. Y.Bədəlov küçəsi SSRİ dövründə Yubiley döngəsi adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 18 oktyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, ərizəçi onun doğma bibisidir. Babası o 3-4 yaşında olanda vəfat etmişdir. Bibisi həmişə onun babasının evində yaşamışdır. Həmin mənzil Yubileyni küçəsində yerləşir. 18 oktyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, Nelli və Rafiki tanıyır. Nellinin anasının adı Fəridədir. O, Nelli ilə qonşudur. Ərizəçinin yaşadığı ev əvvəllər atası Rafikə məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, X6 bildirmişdir ki, ərizəçinin bacısıdır. Atasının adı Rafik, anasının adı isə Fəridə olmuşdur. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini atası özü inşa etdirmişdir. Atası vəfat etdikdən hazırki tarixə kimi bacısı Nelli həmin evdə yaşayır. Məhkəmə iş materiallarında olan sübutlara və şahid ifadəsinə istinadən belə qənaətə gəlir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi məhz X5 adına verilmiş “Şəxsi mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportda qeyd olunan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evidir və həmin pasport ərizəçinin atası X2 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 227, 233, 307-308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə aid “Şəxsi mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1968/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1968/2023
25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver