Məhkəmə qərarları › İş №e-2(009)-1987/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1987/2025

22.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1987/2025 22.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, iddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsassız varlanmaya səbəb olan qalıq borc üzrə 55.00 azn, faiz borcu üzrə 0,88 azn (faiz dərəcəsi 5% olmaqla), cəmi 55.88 azn borcun, 30 azn dövlət rüsumunun və 0,40 azn xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı» ASCnin Kart mərkəzi ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, CO0677510 saylı kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqavilə bağlanmışdır. Adı çəkilən müqavilənin 5.4-cü bəndində qeyd edilir ki, Müştəri bu Müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (www.abb-bank.az) yerləşdirilmiş xx.xx.2022-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra-Standart Şərtlər) tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərin 1.11-ci maddəsi Texniki overdraft-Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda ödəniş kartı/Əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsidir. Müştəri tərəfindən özünə məxsus olmayan 62.99 azn vəsait istifadə edilmiş və texniki overdraft yaranmışdır. Müştəri 62.99 azn məbləbində əsassız olaraq varlanmış, əsassız varlanmanın bərpa edilməsi məqsədilə 7.99 azn müştəri tərəfindən ödənişlər edilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka əsassız varlanmaya səbəb olan qalıq borc üzrə 55.00 azn, faiz borcu üzrə 0.88 azn (faiz dərəcəsi 5% olmaqla), cəmi 55.88 azn borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 azn dövlət rüsumu və 0.40 azn bank xidmət haqqı ödənilmişdir. Overdraft üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixində 6-2-22/2-27700/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq caabdeh tərəfindən öhdəliyin icrası istiqamıtində hər hansı təbir görülməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Kart mərkəzi ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixli, CO0677510 saylı kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqavilə bağlanmışdır. Adı çəkilən müqavilənin 5.4-cü bəndində qeyd edilir ki, Müştəri bu Müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (www.abb-bank.az) yerləşdirilmiş xx.xx.2022-ci il tarixcli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra-Standart Şərtlər) tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərin 1.11-ci maddəsi Texniki overdraft-Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda ödəniş kartı/Əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsidir. Müştəri tərəfindən özünə məxsus olmayan 62.99 azn vəsait istifadə edilmiş və texniki overdraft yaranmışdır. Müştəri 62.99 azn məbləbində əsassız olaraq varlanmış, əsassız varlanmanın bərpa edilməsi məqsədilə 7.99 azn müştəri tərəfindən ödənişlər edilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka əsassız varlanmaya səbəb olan qalıq borc üzrə 55.00 azn, faiz borcu üzrə 0.88 azn (faiz dərəcəsi 5% olmaqla), cəmi 55.88 azn borcu mövcuddur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar qalmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdikləri məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 29 noyabr 2024-cü il tarixli kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqavilə bağlanmışdır. Müştəri tərəfindən özünə məxsus olmayan 62.99 azn vəsait istifadə edilmiş və texniki overdraft yaranmışdır. Müştəri 62.99 azn məbləbində əsassız olaraq varlanmış, əsassız varlanmanın bərpa edilməsi məqsədilə 7.99 azn müştəri tərəfindən ödənişlər edilmişdir. Qalan məbləğ cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış, nəticədə Cavabdeh tərəfindən banka cəmi 55.88 manat ziyan vurulmuşdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 55.00 (əlli beş) manat borc üzrə, 0.88 (səksən səkkiz qəpik) manat faiz borcu üzrə (faiz dərəcəsi 5%) olmaqla, cəmi 55.88 (əlli beş manat səksən səkkiz qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 55.00 (əlli beş) manat borc üzrə, 0.88 (səksən səkkiz qəpik) manat faiz borcu üzrə (faiz dərəcəsi 5%) olmaqla, cəmi 55.88 (əlli beş manat səksən səkkiz qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar