Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2029/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, ərizəçi İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, ərizəçi İddiaçı «vərəsəlik qaydasında miras əmlakın qəbul etməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində 05 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı «vərəsəlik qaydasında miras əmlakın qəbul etməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək - bibisi X1 X4 vəsiyyət edilmiş Bakı şəhəri, Səbail rayonu, 2-ci Yubiley küçəsində yerləşən evin miras əmlak kimi faktiki qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci ildə doğulmuş X3 anası və qanuni nüırayəndəsidir. Qohumları olan mərhum X5 özünə məxsus ünvan 1 ünvanında yerləşən evini qızı Gülaya vəsiyyət etmişdir. Mərhum Вakı şəhərində qeydiyyatda olub, uzun müddət orada yaşasa da 2019-cu ilin əvvəlində Naxçıvan MR Şərur rayonuna gələrək onlarla yaşamış, ömrünü də Şərur rayonu Ərəbyengicə, kəndində başa vurnıışdur. Belə ki, 80-ə yaxın yaşı olmuş mərhum bibisinə daimi qulluq lazım olmuş ki, o bu rahatçılığı da onlarda tapmışdır. Tərəfindən ona hər cür diqqət və qayğı gəstərilmişdir.Bundan əvvəllər də tətil və ya müxtəlif məqsədlərlə Bakı şəhərində olarkən hər zaman onun evində qonaq olmuş və yaşlı olduğu üçün tərəfindən ona lazımi köməklik göstərilmişdir. Məhz bu şəbədən də mərhum bibisi vəfat etməmişdən öncə Şərur şəhəri 2 saylı notariat kontoruna vəsiyyatnəmə təqdim edərək özünə məxsus ünvan 1 ünvanında yerləşən evini qızı Gülaya vəsiyyət etmişdir. Nəzərə çatdırır ki, mərhum bibisi subay otauş, yaxın qohumu olan Muxtər adında qardaşı. Humay və Həqiqət adında bacılan uzun müddət öncə vəfat etmişlər. Hazırda vəsiyyət edilmiş evlə bağlı heç bir mübahisə yoxdur. Sadəcə olaraq mərhum bibisi vəfat etdikdən soma bir müddət onun dəfni və digər məsələlərə başları qarışmış, daha sonra pandemiya ilə əlaqədar Bakı şəhərinə gəlməkləri mümkün olmamışdır. Bu ilin yayında isə tətil niyyətilə Bakı şəhərinə gəlmiş, evdə müəyyən işlər aparmışlar. Bu zaman tərəflərindən kommunal xidmətlər ödənilmiş, sayğaclara dair müqavilələrin dəyişdirilməsi zamanı miras qalmış evin sənədləşdirilməsi zərurəti yaranmışdır. Hansı ki, vəsiyyətnamənin olması səbəbindən evin istənilən zaman sənədləşdirilməsmin mümkün olduğuni düşünmüşdür. Lakin sonradan bununla bağlı ilkin olaraq notariat orqanına müraciət etməli olmağı bildirilmiş, bu məqsədlə Bakı şəhəri 28 saylı nota kontoruna müraciət etdiyində isə müddəti ötürməyi səbəbi ilə mirası faktiki olaraq qəbul edə bilməyəcəyi bildirilmiş, müraciətlərinə baxılmasından imtina olunaraq bununla bağlı məhkəməyə müraciət etməkləri tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi-vəkili ərizəni müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Kontoru məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə maraqlı şəxs 28 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, mərhumə X2 qonşusu olmuşdur. Həmidə xanımın sağlığında da, ondan sonra da İddiaçı həyat yoldaşı və qızı X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, 2-ci Yubiley “93a” küçəsində yerləşən evində yaşamışdırlar. Həmidə xanımın övladı olmamışdır. O, rəhmətə getdikdən sonra 1 il Aidə xanım öz ailəsi ilə birlikdə həmin evdə daimi yaşamışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 19 fevral 2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X5 Bakı şəhəri, Səbail rayonu, 2-ci Yubiley “93a” küçəsində yerləşən evini X4 vəsiyyət etmişdir. AZ-İİ № 509306 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 23 fevral 2011-ci il tarixdə doğulmuşdur və anası İddiaçıdır. Bakı şəhəri 28 saylı Notariat Ofisinin 23 avqust 2022-ci il tarixli Qərarının surətindən görünür ki, X5 05 may 2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdtyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinə dair hüquqi faktları müəyyən edir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı vərəsə (qızı) X6 ilə birlikdə bibisi X2 xx.xx.2019-cu il tarixdə vəfatından sonra, ondan miras qalmış Bakı şəhəri, Səbail rayonu, 2-ci Yubiley “93a” küçəsində yerləşən evində yaşayıb, həmin mənzilə sahiblik etməklə və onu idarə etməklə, bununla da mirası vərəsə kimi qəbul etmişdir. Beləliklə, ərizəçinin övladı X3 mərhum X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 2ci Yubiley “93a” küçəsində yerləşən evi vərəsəlik qaydasında qəbul etməsi ərizəçinin ifadəsi, iş materialları və işin digər halları ilə məhkəmədə sübuta yetirildiyindən, həmin mənzilə X3 qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 2-ci Yubiley “93a” küçəsində yerləşən evin miras əmlak kimi X6 tərəfindən qanun üzrə vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətanmənin verilməsi üçün əsasdır. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2029/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2029/2022
05.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver