Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2031/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərardadı ilə "xxxx" MMC iş üzrə birgə cavabdeh qismində işə cəlb edimişdir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən Elektron Məhkəmə Sistemi vasitəsilə məhkəməyə vəsatət verərək göstərmişdir ki, İddiaçı MMC iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı işə baxılması üçün Səbail Rayon Məhkəməsinə müraciət etsə də, hazırki iş üzrə mübahisə kommersiya mübahisəsi olduğuna görə məhkəmə aidiyyat qaydaları pozulmuşdur. AR MPM-nin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Bildirmək istərdik ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarda qeyd olunanlar hazırki mübahisənin kommersiya mübahisəsi hesab edilməsi əsasdır. Qərarda qeyd olunur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Tərəflərin hüquq münasibətlərinin xarakterini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici rol oynayır. İddiaçı MMC “X2”də tədbir təşkil edən zaman, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan zaman əmlakına ziyan dəydiyini iddia edir. "xxxx" MMC də həmçinin “X1 ilə aralarında bağlanmış xidmət müqaviləsinə əsasən, təmizlik işləri həyata keçirən zaman, yəni sahibkarlıq fəaliyyətini həyata keçirən zaman İddiaçı MMC-yə məxsus əmlaka zərər vurması iddia ərizəsindən məlum olur. O, kameradan iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə edirdi. Hadisə də məhz tərəflərin ayrı-ayrılıqda öz sahibkarlıq fəaliyyətlərini həyata keçirdiyi vaxtda və eyni məkanda baş vermişdir. Borc tələbi bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə baxmayaraq kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Ziyan vurulmuş kamera iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində istifadə edilmişdir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. МPМ-in 45.1-ci maddəsinə görə mübahisənin məhkəməyə aidiyyətı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. МPМ-in 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Göstərilənləri nəzərə alaraq İddiaçı MMC Cavabdeh Sığorta Şirkəti ASCyə qarşı iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Kommersiya Məhkəməsinə göndərilməlidir. AR MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır” Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarın 22-ci maddəsinə əsasən bu baxımdan məhkəmələrə izah edilir ki, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. AR MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hakim qeyd edir ki, mübahisənin Kommersiya Məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. İrəli sürülmüş tələbdən görünür ki, İddiaçı MMC “X2” də tədbir təşkil edən zaman, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan zaman əmlakına ziyan dəydiyi iddia edir. İş materiallarından məlum olur ki, "xxxx" MMC də “X1 ilə aralarında bağlanmış xidmət müqaviləsinə əsasən, təmizlik işlərni görür, yəni sahibkarlıq fəaliyyətini həyata keçirir. İşin faktiki halları ilə müəyyən olunur ki, "xxxx" MMC təmizlik işlərini həyata keçirərkən İddiaçı MMC-yə məxsus əmlaka zərər vurmuşdur. Həmin kameradan iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə edirdi. Hadisə də məhz tərəflərin ayrı-ayrılıqda öz sahibkarlıq fəaliyyətlərini həyata keçirdiyi vaxtda və eyni məkanda baş vermişdir. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-dən "xxxx" MMC-nin xeyrinə, “GoLive MMC-yə məxsus olan və cavabdeh tərəfindən sığortanın ödənilməsi məqsədi ilə təhvil alınan, seriya nömrəsi 00671979 olan DATAVİDEO BC-80 markalı kameranın yarasız vəziyyətə düşməsinə görə 2890 manat məbləğində vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçı hazırda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı istifadə etdiyi avadanlığın digər hüquqi şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirərkən sıradan çıxması və bunun səbəbi olaraq vurulmuş ziyanın tələb edilməsinə istinad etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi hüquqi şəxslər olmaqla iddianın predmeti kommersiya fəaliyyəti ilə əlaqəli olaraq yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə hüquqi şəxslər arasında yaranmaqla, kommersiya xarakterlidir. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını, bu halın məhkəmə tərəfindən iddia ərizəsini icraata götürdükdən sonra müəyyən edilməsini, bununla da işin məhkəmə aidiyyət qaydalarının pozulması ilə icraata götürülməsinin nəzərə alaraq hesab edir ki, hazırki mülki işə kommersiya məhkəməsində baxılmalıdır. AR MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2031/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2031/2024
31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver