Məhkəmə qərarları › İş №e-2(009)-2047/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2047/2025

21.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2047/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, "xxxx" MMC-yə qarşı tərtib edilmiş hesabatın, keçirilmiş hərracın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, yeni qiymətləndirmənin aparılması və yeni hərracın keçirilməsi tələblərinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, "xxxx" MMC-yə qarşı tərtib edilmiş hesabatın, keçirilmiş hərracın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, yeni qiymətləndirmənin aparılması və yeni hərracın keçirilməsi tələblərinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim qeyd edir ki, iddia ərizəsinin tərəflər qrafasında cavabdeh kimi cavabdehlər qismində Cavabdeh1 MMC, "xxxx" MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi göstərilsə də, xahiş etdim hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı hər hansı bir tələb irəli sürməmişdir. Prosessual qanunvericiliyinin tələblərinə əsasən iddia bir neçə cavabdehə qarşı qaldırıldıqda onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim digər tərəfdən qeyd edir ki, hər iki cavabdehin Cavabdeh1 MMC, "xxxx" MMC hüquqi ünvanı Səbail rayon məhkəməsinin ərazisinə aid deyildir. “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş məlumata və iddia ərizəsində göstərilənlərə əsasən cavabdeh (Cavabdeh1 MMC-nin hüquqi ünvanın ünvan 2ti Mərkəzi” MMCnin hüquqi ünvanı ünvan 3ir. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə, hakim hesab edir ki, iddiaçı tərəfindən təkrar verilmiş iddia ərizəsi AR MPM-nin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 149.2.3, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, "xxxx" MMC-yə qarşı tərtib edilmiş hesabatın, keçirilmiş hərracın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, yeni qiymətləndirmənin aparılması və yeni hərracın keçirilməsi tələblərinə dair verdiyi iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən X1 ödəmə vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə xx.xx.2025-ci il tarixdə ödənilmiş dövlət rüsumu – 100 (yüz) manat (ödəniş qəbzinin nömrəsi **********) geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar