Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-206/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı nın nümayəndəsi və vəkili Vəkil Cavabdehlərin nümayəndəsi E.İ.Cəlilovun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı daşınmaz əşyanın müsadirə olunmuş əşyalar siyahısından çıxarılması və üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı daşınmaz əşyanın müsadirə olunmuş əşyalar siyahısından çıxarılması və üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsinə məhkəməyə müraciət etmişdir. İddia tələbindən belə məlum olur ki, iddiaçı ünvan 1 binanın 1-ci mərtəbəsində 201.8 kv.m ümumi, 98,6 kv.m əsas, 103,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin və ünvan 1 5 mərtənbəli binanın yarımzirzəmisində 225,6 kv.m ümumi, 157,3 kv.m əsas, 68,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Azərbaycan Respubliası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi Qabil Səfərovun vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 5(001)- 88/2014 saylı qərarı ilə X1 mülkiyyətində olması kimi qeyd edilən yuxarıda göstərilən daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixdə 1(101)-78/2016 saylı hökmü ilə X1 mülkiyyətçisi kimi göstərilən qeyd edilən daşınmaz əmlakların müsadirə olunmaqla hərrac vasitəsilə satılması, hərracdan əldə edilən vəsaitin vergi borcunun ödənilməsi, sonra banklara vurulmuş ziyanların ödənilməsinə yönəldilməsi hökm edilmişdir. İstintaq və məhkəmə tərəfindən həmin əmlakların faktiki kimin mülkiyyətində olması araşdırılmamışdır. Nəticədə iddiaçının mülkiyyətində olan əmlaklarla bağlı düzgün qərar qəbul edilməmişdir. Bu səbəbdən iddiaçı həmin əmlakların müsadirə olunmuş əşyalar siyahısından çıxarılması və üzərinə qoyulmuş həbsin götürülməsi barədə iddia ilə məhkəməyəmüraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəv vəkili Vəkil iddia tələblərini tam müdafiə etmişdir. Məhkəmı iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, onu əsassız hesab etmişdir. Məhkəmə mülki iş materiallarını arşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfində vəkil sorğusuna xx.xx.2022-ci il tarixdə verdiyi cavab məktubundan belə məlum olur ki, ünvan 1 binanın 1-ci mərtəbəsində 201.8 kv.m olan qeyri-yaşayış sahəsi ünvan 2 kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 225,6 kv.m olan qeyri-yaşayış sahəsi ünvan 2 kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyatdadır və hazırda mülkiyyətindədir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 5(001)-88/2014 saylı qərarı ilə Azərbaycan Respubliası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi Qabil Səfərovun vəsatəti təmin edilərək X1 mülkiyyətində olan digər daşınmaz əmlaklarla yanaşı Bakı şəhəri, Səbail rayonu, H.Niyazi küçəsində 7 ünvanda yerləşən 1 nömrəli foto laboratoriya və 289,25 kv.m ölçüdə qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubundan belə məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, H.Niyazi küçəsində 7 ünvanda yerləşən 225,6 kv.m qeyri-yaşayış sahəsi üzərində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 5(001)-88/2014 saylı qərarına əsasən həbs qeydə alınmış, lakin yüklülük qeydə alınmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixdə 1(101)-78/2016 saylı hökmü ilə Bakı şəhəri, Səbail rayonu, H.Niyazi küçəsində 7 ünvanda yerləşən 1 nömrəli foto laboratoriya və 289,25 kv.m ölçüdə qeyri-yaşayış sahəsi də Rauf Kərimova məxsus digər daşınmaz əmlaklar kimi müsadirə olunmaqla hərrac vasitəsilə satılması hökm edilmişdir. AR CPM-nin 253.0.-cı maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. İddiaçı cinayət mühakimə icraatı qaydasında üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuş və məhkəmə hökmü ilə müsadirə olunmuş ona məxsus daşınmaz əmlakların həbsdən azad olunması məqsədinə mülki mühakimə icraatı qaydasında iddia irəli sürməklə nail olmaq istəyir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbində göstərdiyi dəlillərin nə dərəcədə əsaslıəsassız, yaxud əhəmiyyətli-əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyin müəyyən edilməsi, ayrıca iddianın, yaxud mülki mühakimə icraatının predmeti olmaqdansa, bunlar eyni işdə, yəni cinayət mühakimə icraatında məhkəmə araşdırılmasını predmeti olmalıdır. Başqa sözlə eyni məsələlərin qanununiliyi və əsaslığı müxtəlif məhkəmələr tərəfindən yə ya eyni məhkəmənin müxtəlif hakimləri tərəfindən fərqli icraatlarda ayrı-ayrılıqda yoxlanılması ədalət mühakiməsinin məqsədlərinə də cavab vermir. Çünki nəticəsi ziddiyətli bir vəziyyət yarana, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktlarının ortaya çıxamasına səbəb ola bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə zidddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respulikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenimunun xx.xx.2017-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamamsını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının, kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də, hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. “Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayətprosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Beləliklə, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 261.0.1 -ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. AR MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Beləliklə məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya göstərilən məsələyə dair cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı daşınmaz əşyanın müsadirə olunmuş əşyalar siyahısından çıxarılması və üzərinə qoyulmuş həbsin götürülməsinə dair tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya göstərilən məsələyə dair cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-206/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-206/2023
23.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver