Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2065/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçı (3-cü şəxs qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyin Tikintidə X1 Agentliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğın Nəzarət Xidməti cəlb olunmaqla) cavabdehlər "xxxx" MTK-ya, "xxxx" MMC-yə, Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyin Tikintidə X1 Agentliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğın Nəzarət Xidməti cəlb olunmaqla) cavabdehlər "xxxx" MTK-ya, "xxxx" MMC-yə, Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndə və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmaqla geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (3-cü şəxs qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyin Tikintidə X1 Agentliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğın Nəzarət Xidməti cəlb olunmaqla) cavabdehlər "xxxx" MTK-ya, "xxxx" MMC-yə, Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-2065/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2065/2022
12.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver