Məhkəmə qərarları › İş №e-2(009)-2065/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2065/2023

20.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2065/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, ərizəçi İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs qismində Xaçmaz rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Xaçmaz rayon Qeydiyyat şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyul 1911-ci il təvəllüdlü Quba rayonunda doğulmuş mərhum X1 15 sentyabr 2004-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri olan X6 ilə anası X7 rəsmi nikah bağlamaqla evlənmişlər. Həmin nikahdan 2 oğlan, 4 qız dünyaya gəlmişdir. xx.xx.1949-cu il tarixdə, o, dünyaya gəlmişdir. X6 09 oktyabr 1972-ci il tarixdə infarkt xəstəliyindən vəfat etmişdir. Ölümündən sonra atası X3 rayonunun Mürşüdoba kənd qəbiristanlığında dəfn edilmişdir. 15 sentyabr 2004-cü il tarixdə anası Xaçmaz rayonu, Müzəffəroba kənd sakini X8 rəhmətə getmiş və kənd sakinlərinin iştirakı ilə Xaçmaz rayonu Müzəffəroba kənd qəbirstanlığında dəfn edilmişdir. O, mərhum anasının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Xaçmaz rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin həmin şöbədən ona 27 sentyabr 2023-cü il tarixli məktub ilə rədd cavabı verilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Həmin arayışın olmadığına görə ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Xaçmaz rayonu Müşkür kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt ilə təsdiq olunur ki, 15 sentyabr 2004-cü il tarixdə anası Xaçmaz rayonu, Müzəffəroba kənd sakini X8 rəhmətə getmiş və kənd sakinlərinin iştirakı ilə Xaçmaz rayonu, Müzəffəroba kənd qəbirstanlığında dəfn edilmişdir, 26 iyul 1965-ci il tarixli AZ-1№ ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 və anası isə X4r. X1 ölüm haqqında arayışı zamanında tərəflərindən hüquqi savadları olmadıqlarından ala bilməmişlər, Torpağa mülkiyyətə verilməsinə dair JN048F KOD 30219078 saylı şəhadətnamə üzrə çıxarış alınması üçün onun ölüm kağızının alınmasının hal-hazırda zərurəti vardır. Anasının ölümündən sonra 1 ay ərzində xəstəxana arayışı almadıqlarından yalnız ölüm faktını məhkəmə qaydasında təsdiq edə bilər. Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 28 sentyabr 2023-cü il tarixli arayışındanda ölüm haqqında tibbi şəhadətnamə almadıqları tam təsdiq olunur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 23 iyul 1911-ci il təvəllüdlü Quba rayonunda doğulmuş mərhum X1 15 sentyabr 2004-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, onlar ailədə 2 qardaş və 4 bacı olublar, 2 bacısı rəhmətə gedib. Saq qalan iki bacısı Xaçmaz rayonunda yaşayırlar. Onun qardaşı 20 ildən çoxdur ki, Rusiyada yaşayır və anasının dəfnində də gəlib iştirak etməyib. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Xaçmazl rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, ərizəçinin oğludur, nənəsi rəhmətə gedən vaxtı o, Bakı şəhərində olmuşdur. Ona zəng edərək bildirmişlər ki, nənəsi rəhmətə gedib, o, Xaçmaz rayonuna gedərək şəxsən nənəsinin dəfnində iştirak etmşdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonunun Müzəffər kəndində anadan olub, həmin kəndə müəllim və bələdiyyə sədri işləmiş, onlarla ailəvi yaxın olmuşlar. 2004-cü ilin payızında X8 rəhmətə gedib və o, onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçi qaynanasının qardaşıdır və mərhum Nicabət Babayeva onun yoldaşının nənəsidir. 2004cü ildə Nicabət Babayeva rəhmətə gedib, onun dəfnində iştirak etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Xaçmaz Rayon Müşkür İƏD Müşkür kənd sakinləri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdar görünür ki, Xaçmaz rayon Müzəffəroba kənd sakini X5 həqiqətən 15 sentyabr 2004-cü il tarixdə Xaçmaz rayon Müzəffərova kəndində vəfat etmiş, kənd sakinlərinin iştirakı ilə Xaçmaz rayon Müzəffəroba kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1949-cu ildə Quba rayonu, Gurgəh kəndində anadan olmuş, X6, anası X4r. İş materiallarında olan AZ-İİ 363493 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1972-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1972 ilin 10 ayının 09 günündə 0016 No ilə qeyd edilmişdir. İş materiallarında olan “Xaçmaz rayon Mərkəzi xəstəxanasının” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 18-1-43/2-2844/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1911ci il təvəllüdlü X2 xx.xx.2004-cü il tarixdə vəfatı barədə “Ölüm haqqında tibbi şəhadtənaməsinin” verilməsi haqqında Xaçmaz RMX-da heç bir məlumat olmadığı bildirilmişdir. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16- 5/8-15-421/2023 №-li məktubundan görünür ki, X8 barəsində 1910-xx.xx.2023-cü illər üzrə Xaçmaz rayonu qeydiyyat şöbəsi üzrə ölümün qeydə alınıb-alınmaması yoxlanılmışdır. X10 barəsində 1910-xx.xx.2023-cü illər üzrə Azərbaycan Respublikası ümumrespublika elektron yoxlama aparılmış ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, X2 15 sentyabr 2004-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X2 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 23 iyul 1911-cü il təvəllüdlü X2 15 sentyabr 2004-cü il tarixdə Xaçmaz rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar