Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2067/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə 12000 (on iki min) manat məbləğində borc pulun, həmçinin iddianın verilməsinə görə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 110 (bir yüz on) manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 yoldaşı digər Cavabdeh1 ilə birlikdə ilk dəfə ondan başqa şəxsə vermək adı ilə xx.xx.2015-ci il tarixində 5000 (beş min) dollar pul almışdır. Daha sonra xx.xx.2015-ci il tarixində 5000 (beş min) dollar, xx.xx.2015ci il tarixində də 2000 (iki min) dollar, ümumilikdə isə 12000 (on iki min) dollar məbləğində pul almışdır. xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikasında ikinci devalvasiya oldu. Devalvasiya olan kimi cavabdehə heç bir faiz pul istəmədiyini sadəcə pulunu kimə veribsə ondan geri almağını tələb etdi. Bundan sonra Cavabdeh2 sonuncu pulu verəndən sonra xx.xx.2016-cı il tarixində ona 1700 (min yeddiz yüz) dollar pulu geri qaytardı. Pulun geri qalanını cavabdehlərdən tələb etsə də sonra verəcəyini bildirdilər. Təxminən bir ay sonra Cavabdeh2 yoldaşı Cavabdeh1 anasına demişdir ki, pulu alan zaman dolların qiyməti necə olubsa pulu da ona uyğun qaytaracaqlar. (2-ci devalvasiyadan əvvəl 1 dollar 1.05 qəpik idi). Dəfələrlə pulu tələb etməyinə baxmayaraq cavabdeh bir çox bəhanələr gətirmiş və illər keçməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aldıqları pulu qaytarmamışdır. 02 aprel 2018-ci il tarixində oğlunu xarici ölkəyə yola salarkən təcili pula ehtiyacı olduğunu deyərək Cavabdeh2 borcunu qaytarmasını istədi. Qarşılığında cavabdeh borcundan 1000 (bir min) (590$) manat pul qaytardı. Sonrasında cavabdehlər 30 aprel 2018-ci il tarixində 1500 (bir min beş yüz) manat (882$) pulu dayısı Ramiz vasitəsi ilə ona çatdırdılar, 11 may 2018-ci il tarixində 1000$ (bir min dollar) pul və daha əvvəlində də 700$ (yeddi yüz dollar) pul verdilər. Ən son danışdıqlarında isə 200 ( iki yüz) manat (118$) verdikdən sonra ümumilikdə, qaytardıqları pulu çıxdıqdan sonra 7000 (yeddi min) dollar borcları qaldı. Cavabdehlərlə son danışığı 2022-ci ildə oldu və sonrasında onlarla əlaqə yaratmaq mümkün olmadı. Yuxarıda göstərilən halların hər biri səs yazıları və watsaap yazışmaları ilə təsdiq olunur. Həmin vaxtın üstündən xeyli uzun vaxt keçməsinə baxmayaraq cavabdehlər aldıqları pulu qaytarmaq fikrində deyillər. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi dəqiqləşmə ərizəsi verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə 7000 (yeddi min) dollar məbləğində borc pul, həmçinin iddianın verilməsinə görə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 110 (bir yüz on) manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh2 imza atmaqla xx.xx.2015-ci il tarixində İddiaçı Nazim qızından 5000 (beş min) ABŞ dolları, xx.xx.2015-ci il tarixində 5000 (beş min) ABŞ dolları və xx.xx.2015-ci il tarixində isə 2000 (iki min) ABŞ dolları borc pul aldığını təsdiq edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Hüquqi yardımın göstərilməsinə dair müqavilədən görünür ki, İddiaçı tərəfindən 110 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh2 arasında sadə yazılı borc müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh2 borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh2 borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, digər Cavabdeh1 ilə İddiaçı arasında borc müqaviləsi bağlanmadığından iddia tələbi digər cavabdehə münasibətdə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat+ 10000 manatdan yuxarı məbləğin 0,3% dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 126 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 126 manat dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 7000 ABŞ dolları borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 110 (bir yüz on) manat və 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 7000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 110 (bir yüz on) manat və 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-2067/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2067/2023
12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver