Məhkəmə qərarları › İş №e-2(009)-2073/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2073/2024

20.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2073/2024 20.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı – Cavabdeh (Maraqlı şəxs2, Maraqlı şəxs1 və X3 3-cü şəxs qismində) qarşı «pul» tələbinə dair mülki işə 20 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh (Maraqlı şəxs2, Maraqlı şəxs1 və X3 3-cü şəxs qismində) qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən satılmış HyundaiAccent Minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin yarı hissəsi olan 10.000 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh ilə birgə nikah dövründə HyundaiAccent Minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mülkiyyətçi Maraqlı şəxs2 satın almışıq. Həmin avtomobili birgə vəsaitlə əldə etdiyimiz üçün mülkiyyətçi tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehə, daha sonra isə xx.xx.2021-ci il tarixində mənə sərəncam hüquqqu verən etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh mənə məlumat vermədən və mənim razılığımı almadan həmin nəqliyyat vasitəsini öz tanışı olan iş yoldaşı Maraqlı şəxs1 adına rəsmiləşdirmişdir. Rəsmiləşdirmə zamanı avtomobilin addan ada keçməsini bilməməyim üçün avtomobilin dövlət qeydiyyat nişanını olduğu kimi saxlatdırmışdır. O, avtomobilin addan ada keçirildiyi gün yəni xx.xx.2023-cü il tarixində öz adına yenidən etibarnamə alaraq avtomobili idarə etməyə davam etmişdir. Daha sonra isə xx.xx.2023-cü il tarixində avtomobili sərəncam hüququ verən etibarnamə ilə X1. Avtomobilin satılmasından bir neçə gün sonra avtomobilin harada olduğunu maraqlandıqda o guya avtomobili gündəlik arendaya verdiyini demişdir. Beləliklə cavabdeh birgə təsərrüfatla və birgə vəsait hesabına əldə etdiyimiz avtomobili mənə xəbər vermədən sataraq mənə aid olan pulu özünə götürmüşdür. Bundan sonra mən bu işin araşdırılması üçün vəkilə müraciət etdim. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Qeydiyyat-imtahan idarəsinə sorğu göndərilərək atomobilin satılması tarixi,avtomobilin satış dəyəri, kimə satılması və s. məlumatlarıəldə etmək üçün sorğu göndərilmişdir. Sorğuya xx.xx.2024-cü il tarixli, 3-13-16/2-50002/2024 saylı cavab məktubu verilmişdir. Həmin məktubda bildirilmişdir ki, “Sizin 19.0.2024-cü il tarixli 155 nömrəli məktubunza cavab olaraq bildirik ki, DİN Baş X7i Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyiniz “Hyundai Accent” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs2 adına qeydiyyata alınmış, 04.08.023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Maraqlı şəxs1 adına rəsmiləşdirilmişdir” Qeyd edim ki, zəruri məlumatları əldə etmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Qeydiyyatİmtahan İdarəsinə zəruri məlumatları əldə etmək üçün səlahiyyətli nümayəndə və vəkil tərəfindən Azərbaycan Respublikasının Baş X7 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə sorğu verilmiş və həmin idarə tərəfindən sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixində 3-xx-xx/250002/2024 saylıcavab məktubu ilə avtomobillərin qeydiyyat tarixləri,əvvəlki sahibi etibarnamə ilə idarə edən və sərəncam verən etibarnamə ilə istifadə və sahibliyinə veriliş şəxslərin məlumatları və digər məlumatlar təqdim edilmişdir təqdim edilmişdir. Həmçinin alqı-satqı müqaviləsinə əsas olmuş sənədlərin ( alqı-satqı müqaviləsinin) və s. surətinialmaq xahiş edilsə də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən bildirilmişdir ki,Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi və s.) surətini almağa yalnız təhqiqat, istintaq, məhkəmə orqanlarının hüququ vardır. Hesab edirik ki, məhkəmə tərəfindən də alqı-satqı müqaviləsi və digər sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsindən tələb ediləcəkdir. Hal-hazırda hesab edirəm ki, avtomobilin dəyəri nəzərə alınmaqla 20000 manat məbləğində pul vəsaitinin mənə aid olan yarı payının cavabdehdən tutulub mənə verilməsi zəruridir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs2 tərəfindən həm iddiaçının, həm də cavabdehin adına etibarnamə verilməsi zatən onu təsdiq edir ki, əmlak əslində tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olmuşdur. Bundan başqa Maraqlı şəxs2 ilə Maraqlı şəxs1 arasında bağlanmış alqı-satqı müqaviləsinə fikir verəndə məlum olur ki, satıcı qismində müqaviləni Cavabdeh imzalamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügdən avtomobil heç vaxt cavabdehin mülkiyyətində olmamışdır. Başqa şəxsin mülkiyyətində olan əmlakın hazırki tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak kimi qəbul edilməsi yolverilməzdir. Surxayın əmlaka sərəncam verilməsi barədə etibarnamə əsasında Maraqlı şəxs2 ilə Maraqlı şəxs1 arasında bağlanmış alqı-satqı müqaviləsini imzalaması onun sözügedən avtomobilin mülkiyyətçisi və sahibi olmağı anlamına gəlmir. 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: AR DİN BDYPİ-nin məhkəməyə göndərmiş olduğu “Hyundai Accent” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin surətindən görünür ki, avtomobil xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs2 adına rəsmiləşdirilmiş, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə isə 15,000 manat qiymətə Maraqlı şəxs2 tərəfindən Maraqlı şəxs1 satılmışdır. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasə Maraqlı şəxs1 adından qeydiyyatdan çıxmışdır. 30 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X3 bildirmişdir ki, avtomobili Badamdar Avtomobil Bazarından Hatəm adlı şəxsdən 12,700- 12,800 manat qiymətinə avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnaməyə əsasən əldə etmişdir. Daha sonra avtomobili təmir etdirərək Cəvahir adlı xanıma avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnaməyə əsasən 16,000 manat pula satmışdır. Hatəm adlı şəxsi əvvəldən tanımamışdır. Hatəm avtomobili satarkən bazarda tək idi. Surxay adlı şəxsi isə tanımır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Hyundai Accent” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilk öncə Maraqlı şəxs2, daha sonra isə Maraqlı şəxs1 xüsusi mülkiyyətində olmuşdur. Həmin şəxslər tərəfindən müxtəlif tarixlərdə X4 və onunla yanaşı başqa şəxslərə nəqliyyat vasitəsinə dair istifadə və sərəncam hüququ verən etibarnamələr verilmişdir. Məhkəmə iş materiallarında olan sübutları işin halları ilə yanaşı yoxlayaraq qeyd edir ki, “Hyundai Accent” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh xüsusi mülkiyyətində olmamaqla tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakları olmamışdır. İş üzrə 3-cü şəxs R.Muxtarovun da məhkəmə iclasında vermiş olduğu izahatdan məlum olur ki, o, avtomobili Maraqlı şəxs1 almışdır. Avtomobilin alqı-satqısı zamanı isə Cavabdeh iştirak etməmiş və ümumiyyətlə avtomobilin ona məxsusluğuna dair alıcı və satıcı arasında heç bir söhbət olmamışdır. Hazırda isə iddiaçı onun keçmiş ərinə məxsus olmayan əmlaka dair iddia edir. Belə olan halda isə iddiaçının cavabdehin heç zaman mülkiyyətində olmayan əmlaka dair birgə nikah dövründə əldə edilmiş əmlak əsası ilə iddia etməsi əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci və 36.3-cü maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə yuxarıda sadalanan normaları iş materiallarında olan sənədlərlə yanaşı yoxlayaraq yekun nəticəyə gəlir ki, iddiaçının satışından əldə olunmuş vəsaitin yarı hissəsini tələb etdiyi əmlak iddiaçı ilə cavabdehin birgə nikahı zamanı (dövründə) dəyəri ödənilərək əvəzli surətdə əldə edilmədiyindən, həmin əmlak onların ümumi birgə mülkiyyəti sayıla bilməz. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar