Məhkəmə qərarları › İş №e-2(009)-210/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-210/2024

05.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-210/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əlı̇ yev Əli Yunı̇ s oğluna, Cəfərov Ramı̇ l Arı̇ f oğluna, Həsənova Fı̇ rəngiz Tofı̇ q qızına qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əlı̇ yev Əli Yunı̇ s oğluna, Cəfərov Ramı̇ l Arı̇ f oğluna, Həsənova Fı̇ rəngiz Tofı̇ q qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X3 müştərək qaydada ümumi borcdan qalan 7500 manat əsas borcun, 1970 manat banka olan faiz borcunun, eləcə də hüquqi yardımla əlaqədar ödənilmiş məbləğ və məhkəmə rüsumlarının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh1 uzun illərdir tanıyır, digər Cavabdeh3 isə Cavabdeh1 vasitəsi ilə tanımışdır, Cavabdeh2 isə Cavabdeh3 həyat yoldaşıdır. 2022-ci ilin axırlarında söhbət əsnasında Cavabdeh1 ailə üzvlərindən birini işə düzətmək niyyətində olduğunu bildirdi. Həmin vaxt Cavabdeh1 geniş əlaqələrinin olduğunu deyərək ona köməklik edəcəyini bildirdi. Bu məqsədlə onu Cavabdeh3 ilə tanış etdi. Aralarında olan razılaşmaya əsasən o, 2023-cü ilin yanvar ayında Cavabdeh3 Qara Qarayev metrosunun yaxınlığındaki Sevinc kinoteatrının qarşısında 31 500 manat pul verdi. 31 500 manat məbləğində olan pulu bankdan kredit götürərək vermişdir. Verdiyi pulun müqabilində isə Cavabdeh3 ailə üzvlərindən birini işlə təmin olunmasında köməklik etməli idi. Lakin, Cavabdeh3 tərəfindən verilən vədə əməl olunmadığını gördükdən sonra aldadıldığını anladı. Tərəfindən sözügedən məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinə müraciət olundu. Yalnız bundan sonra ümumi məbləğdən 18 500 manat ödənildi. Qalan məbləğ isə Cavabdeh1 xahişi ilə Cavabdeh3 tərəfindən ödəniləcəkdi. Lakin yerdə qalan 13 000 manat məbləğində pul ödənilmədi. O da öz növbəsində borcun ödənilməsi ilə bağlı Cavabdeh3 pretenziya məktubu göndərdi. Pretenziya məktubunda yerdə qalan 13000 manat pulun 5 gün ərzində ona ödəniləcəyini, əksi təqdirdə həmin məbləğ ona ödənilmədikdə bununla bağlı müvafiq qaydada məhkəməyə müraciət edəcəyini bildirdi. Bundan sonra Cavabdeh2 məhkəməyə müraciət etməməyini və yerdə qalan 13 000 manat pulun ödənəcəyini bildirərək aşağıda qeyd olunan tarixlərdə ödənişlər etməyə başladı: xx.xx.2023-cü il tarixində-1000 manat, xx.xx.2023-cü il tarixində -1500 manat, xx.xx.2023-cü il tarixində-1000 manat, xx.xx.2023-cü il tarixində isə 2000 manat ödəniş edilməklə, yerdə qalan 13000 manat puldan ümumilikdə 5500 manat ödəniş edildi. Sonuncu xx.xx.2023-cü il tarixindən sonra Cavabdeh2, eləcə də digər Cavabdeh3 tərəfindən bugünə qədər hər hansı məbləğdə ona pul ödənilməmişdir. Hal-hazırda 7500 manat borc qalmışdır. Yuxarıda da qeyd etdiyi kimi, Cavabdeh3 verdiyi 31 500 manat məbləğində olan pulu bankdan kredit götürdüyündən bankada hal-hazırda 1970 manat faiz borcu yaranmışdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Əlı̇ yev Əli Yunı̇ s oğlu, Cəfərov Ramı̇ l Arı̇ f oğlu və Həsənova Fı̇ rəngiz Tofı̇ q qızı məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı tərəfindən Həsənova Fı̇ rəngiz Tofı̇ q qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 154 saylı məktəbin direktoru Əli müəllimin vasitəsi ilə onu tanımışdır. 2023-cü ilin yanvar ayında aralarında şifahi əqd bağlanmışdır. Şifahi əqdə əsasən işə düzəltmək adıyla ona Qara Qarayev metrosunun yaxınlığında Sevinc kinoteatrının qarşısında 31 500 manat pul vermişdir. Lakin, tərəfindən verdiyi vədə əməl olunmadığını gördükdən sonra aldadıldığını anlamışdır. Tərəfindən sözügedən məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Bundan sonra, onun tərəfindən ümumi məbləğdən 18 500 manat (sonuncu dəfə xx.xx.2023-cü il tarixində 500 manat karta köçürülmüşdür) ödənilmişdir. Lakin bugünə kimi yerdə qalan 13 000 manat məbləğində pul ödənilməmişdir. Qeyd olunan borcun 5 gün ərzində ödənilməsi, əks təqdirdə həmin məbləğ ona ödənilmədikdə bununla bağlı müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Kredti Bürosunun 29 noyabr 2023-cü il tarixli B-1302/23 saylı cavab məktubundan görünür ki, İddiaçı aktiv öhdəliklərinə xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən götürülmüş kredit öhdəliyi daxildir. Hazırda aktiv kreditlərin cəmi qalıq məbləği 2438.92 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli ******* saylı müqavilədən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında sonuncuya 48 ay müddətinə, illik 15% dərəcəsi ilə 12500 manat məbləğində ev təmiri məqsədilə istehlak krediti verilmişdir. - xx.xx.2023-cü il tarixli ******* saylı müqavilədən görünür ki, "xxxx" ASC ilə X1 arasında sonuncuya 48 ay müddətinə, illik 15% dərəcəsi ilə 9000 manat məbləğində ev təmiri məqsədilə istehlak krediti verilmişdir. - xx.xx.2023-cü il tarixli ******* saylı müqavilədən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında sonuncuya 48 ay müddətinə, illik 15% dərəcəsi ilə 7500 manat məbləğində ev təmiri məqsədilə istehlak krediti verilmişdir. - İV JQ 374630 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında 03 fevral 1989-cu il tarixdə bağlanmış nikah 3 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. - Nizami Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Tərəflər arasında mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi Balandin küçəsi 2 ev 4 mənzil 27-də yaşayan İddiaçı tanıdığı Cavabdeh3 verdiyi 31.500 manat borc pulun sonuncu tərəfindən 18000 manat qaytarılsa da, geri qalan 13.500 manatı qaytarmaması müəyyən edilmişdir. Araşdırma zamanı Cavabdeh3 Eldar qızı izahatında bildirmişdir ki, o tanışı Əli adlı şəxsin vasitəsi ilə Teyyub adlı şəxslə və onun həyat yoldaşı ilə tanış olmuşdur. Tanışlıqlarından 20 gün sonra o, Teyyubdan 31.500 manat borc pul almış və həmin pulu o ailə vəziyyəti ilə əlaqədar olaraq öz ailə işlərinə sərf etmişdir. Hissə-hissə olaraq o, aldığı 31.500 manat pulun 18000 manatını Teyyub adlı şəxsə qaytarmışdır, aralarında qalan 13.500 manat pulun 500 manatını keçən həftə yəni xx.xx.2023-cü il tarixdə Teyyubun istifadəsində olan bank kartına köçürmə etdikdən sonra yerdə qalan 13000 manatı bir ay müddətində qaytaracağını Teyyuba bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən cavabdeh Həsənova Fı̇ rəngiz Tofı̇ q qızına 2023-cü ilin yanvar ayında 31.500 manat məbləğində pul verilmiş, Həsənova Fı̇ rəngiz Tofı̇ q qızı həmin məbləğdən əvvəl 18 500 manat, daha sonra isə xx.xx.2023-cü il tarixində -1000 manat, xx.xx.2023-cü il tarixində -1500 manat, xx.xx.2023-cü il tarixində -1000 manat, xx.xx.2023-cü il tarixində isə 2000 manat olmaqla, 5500 manat ödənilmişdir. Hazırda iddiaçı qalan 7500 manat borcun və götürülmüş kredit üzrə banka ödənilməli olan 1970 manat faiz borcunun ödənilməsini tələb edir. Həmçinin müəyyən edilmişdir ki, Nizami Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə tərəflər arasında mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh3 Eldar qızı izahatında bildirmişdir ki, o tanışı Əli adlı şəxsin vasitəsi ilə Teyyub adlı şəxslə və onun həyat yoldaşı ilə tanış olmuşdur. Tanışlıqlarından 20 gün sonra o, Teyyubdan 31.500 manat borc pul almış və həmin pulu o ailə vəziyyəti ilə əlaqədar olaraq öz ailə işlərinə sərf etmişdir. Hissə-hissə olaraq o, aldığı 31.500 manat pulun 18000 manatını Teyyub adlı şəxsə qaytarmışdır, aralarında qalan 13.500 manat pulun 500 manatını keçən həftə yəni xx.xx.2023-cü il tarixdə Teyyubun istifadəsində olan bank kartına köçürmə etdikdən sonra yerdə qalan 13000 manatı bir ay müddətində qaytaracağını Teyyuba bildirmişdir. Hazırki icraat üzrə məhkəmə iclaslarında cavabdeh Həsənova Fı̇ rəngiz Tofı̇ q qızı iştirak etməsə də, Nizami Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırma zamanı o, İddiaçı 31.500 manat borc pul almasını və həmin pulu o ailə vəziyyəti ilə əlaqədar olaraq öz ailə işlərinə sərf etməsini etiraf etmişdir. İddiaçı tərəfin izahatları ilə həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı borc münasibətləri olmamış, qeyri müəyyən bir işlər bağlı İddiaçı tərəfindən Həsənova Fı̇ rəngiz Tofı̇ q qızına 31500 manat məbləğində pul verilmiş, Həsənova Fı̇ rəngiz Tofı̇ q qızı isə həmin məbləğin 24000 manatını geri qaytarmış, qaytarmalı olduğu qalıq pul məbləği 7500 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Odur ki, iddiaçı qaytarılmalı olan qalıq 7500 manat məbləğində pulu cavabdeh Həsənova Fı̇ rəngiz Tofı̇ q qızından tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Məhkəmə, iddia ərizəsi üzrə pulun həm də digər cavabdehlər Əlı̇ yev Əli Yunı̇ s oğlundan və Cəfərov Ramı̇ l Arı̇ f oğlundan tutulmasını əsassız hesab edir. Belə ki, iddiaçı özünün bu tələbini qanunvericilik normaları baxımından kifayət qədər əsaslandıra bilməmiş, məhkəmə tərəfindən də pulun onlardan tutulması üçün heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin “1970 manat banka olan faiz borcunun ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyə görə hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. İddiaçı tərəf cavabdeh Həsənova Fı̇ rəngiz Tofı̇ q qızına verilmiş 31500 manat məbləğində pulun bankdan kredit götürüldüyünü və banka da hal-hazırda 1970 manat faiz borcu yarandığını iddia etsə də, bununla bağlı, yəni bankdan pul götürülməsinin məhz cavabdehə verilmiş pul vəsaiti ilə birbaşa əlaqəsinin olmasını təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı və həyat yoldaşı X1 ilə "xxxx" ASC-dən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində 12500 manat, 9000 manat və 7500 manat məbləğində istehlak kreditinin götürülməsinə dair aralarında bağlanmış kredit müqvilələrinin surətləri məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sənədlərin iddianın qeyd edilən hissədə təmin edilməsinə kifayət edən mötəbər və tutarlı sübut kimi qiymətləndirmir. Məhkəmə onu da qeyd edir ki, kredit müqavilələrindən görünür ki, həmin müqavilələr üzrə istehlak kreditləri ev təmiri məqsədilə götürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassızdır və təmin edilə bilməz. İş materialları ilə müəyyən edilir ki, vəkil xərci olaraq 120 (bir yüz iyirmi) manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının əsas iddia tələbinin həcmi 7500 manat maddi və 1970 manat faiz borcu olmasına, cəmi 9470 manat olmasına baxmayaraq iddiaçı tərəfindən dövlət büdcəsinə 114,7 manat əvəzinə 95 manat məbləğində rüsum ödənilmiş, bununla da 19.7 (on doqquz manat yetmiş qəpik) manat dövlət rüsumu kəsiri yaranmışdır. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Həsənova Fı̇ rəngiz Tofı̇ q qızından 7500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, həmçinin 120 (bir yüz iyirmi) manat vəkil xərcinin 100 (bir yüz) manat hissəsi, ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu Həsənova Fı̇ rəngiz Tofı̇ q qızından tutulub İddiaçı ödənilməli, xərclərin qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Dövlət rüsumunun kəsiri olan 19.7 (on doqquz manat yetmiş qəpik) manat İddiaçı tutulub dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Həsənova Fı̇ rəngiz Tofı̇ q qızından 7500 (yeddi min beş yüz) manat pul vəsaiti, vəkil xərcinin 100 (bir yüz) manat hissəsi, ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun kəsri olan 19.7 (on doqquz manat yetmiş qəpik) manat İddiaçı tutulub dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar