Məhkəmə qərarları › İş №e-2(009)-2101/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2101/2024

22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2101/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi İddiaçı2 nümayəndəsi və vəkili Ə.M. Əmirəliyevin iştirakı ilə Ərizəçilər İddiaçı2 və İddiaçı1 hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçilər İddiaçı2 və İddiaçı1 hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, "xxxx" İcarə Müəssisəsi Azərbaycan Hidrotexnika və Meliorasiya Elmi-Tədqiqat İnstitutu (AHMETİ) X8 (EİB) əmək kollektivi tərəfindən xx.xx.1991-ci ildə təsis edilmiş, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Binəqədi (əvvəlki) Kirov rayon İcraiyyə Komitəsinin 21/538 saylı qərarı ilə dövlət qeydiyyatına alınması qərara alınmışdır. Müəssisənin vergi uçotuna alınması barədə Azərbaycan Respublikası Baş X6 tərəfindən xx.xx.1993-cü il tarixdə AB No 023735 saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən qeydiyyat tarixi 04.29.93, qeydiyyat nömrəsi 299 olan “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” ******* saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Baş X6 tərəfindən "xxxx" İcarə Müəssisəsi vergi ödəyicisi kimi qeydiyyata alınmış və bu barədə xx.xx.1993-cü il tarixli, seriya AB No 023735 saylı şəhadətnamə verilmişdir. Məlum olduğu kimi, həmin dövrdə hüquqi şəxslərin dövlət qeydiyyatını rayon icra hakimiyyətləri həyata keçirirdi. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” xx.xx.1996-cı il tarixli, No 17-İQ saylı Qanun qəbul edildikdən sonra dövlət qeydiyyatı Ədliyyə Nazirliyinin bölgə şöbələri tərəfindən həyata keçirilirdi. Həmin Qanunun 22-ci maddəsində nəzərdə tutulmuşdur ki, “bu Qanunun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar”. "xxxx" İcarə Müəssisəsi də həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyata alınmaqla müəssisəyə 9 rəqəmli VÖEN verilmişdi (VÖEN: 1********). “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” xx.xx.2003-cü il tarixli, No 560-İİQ saylı Qanunun qəbul edilməsi ilə xx.xx.1996-cı il tarixli Qanun qüvvədən düşmüşdür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” xx.xx.2003-cü il tarixli, No 560-İİQ saylı Qanunun 20.3-cü maddəsinə əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyatı sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Qeyd etmək lazımdır ki, icarə müəssisələri əmək kollektivi tərəfindən yaradıldığı üçün adından da göründüyü kimi, dövlət müəssisəsinin əmlakını icarəyə götürməklə fəaliyyət göstərirdi, əmək kollektivinin ümumi yığıncağı tərəfindən idarə olunurdu. Əmək kollektivinin istehsal etdiyi məhsul və ya həmin məhsulun satışından əldə olunan mənfəət kollektiv üzvü olan işçilər arasında ümumi yığıncağın qərarı ilə bölüşdürülürdü. Müəssisə yaradılan zaman əmək kollektivinin üzvü olmuş 16 nəfərdən 14-nün əmək müqaviləsinə 1999-cu ilə kimi olan dövrdə müxtəlif vaxtlarda xitam verilmiş və sonradan müəssisənin əmək kollektivi üzvlərinin sayı 2 nəfər – İddiaçı2 mərhum atası X9 (direktor) və İddiaçı1 qalmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-34/2-487/01-3/2024 saylı məktubu ilə də bildirilmişdir ki, müəssisə xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınmış və reyestr məlumatlarında işçilərinin sayının 2 olduğu qeyd olunmuşdur. X9 xx.xx.2006-cı il tarixdə vəfat etmiş və ölüm faktı Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsində qeydiyyata alınmışdır (AZ-İ No 202430 nömrəli ölüm haqqında şəhadətnamə). X5 arvadı X3 xx.xx.1980-cı ildə vəfat etmişdir (İİ-JQ No 331001 nömrəli ölüm haqqında şəhadətnamə). X1 yeganə vərəsəsi olan İddiaçı2 və İddiaçı1 müəssisənin iştirakçısı hüququnu həyata keçirməklə müəssisənin fəaliyyətini davam etdirmək niyyətindədirlər. Bu məqsədlə Dövlət Vergi Xidmətinə müraciət edilərək, müəssisənin doqquz rəqəmli ********* VÖEN-lə bağlı arxiv sənədlərinin surətinin təqdim edilməsini xahiş edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********079100 saylı məktubu ilə bildirildi ki, “…dövlət reyestrində "xxxx" İcarə Müəssisəsinin xx.xx.1991-ci il tarixdə 21/538 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2008-ci ildə Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədləri arasında "xxxx" İcarə Müəssisəsinə aid qovluq aşkar edilməmişdir”. Göründüyü kimi hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirmək və reyestrini aparmaq səlahiyyətləri Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə (hazırda Dövlət Vergi Xidmətinə) verilməli idi. Lakin müəssisəyə aid qovluq hazırda həmin Xidmətdə olmadığı üçün ərizəçilər müəssisə ilə bağlı hüquqlarını – müəssisənin iştirakçıları kimi müəssisənin nizamnaməsinə dəyişiklik etmək, icra orqanının rəhbərini təyin etmək və s. bu kimi hüquqları həyata keçirə bilmirlər. Bunun səbəbi isə dövlət reyestrinə daxil edilməli olan məlumatların – müəssisənin iştirakçılarının (təsisçilərinin) sayı və payları barədə məlumatları vergi orqanı tərəfindən müəyyən edilməsinin qeyri-mümkün olmasıdır. Qeyd edildiyi kimi, "xxxx" İcarə Müəssisəsinin yaradılan vaxt 16 nəfər əmək kollektivi üzvünün (işçilərinin) olması, sonradan, yəni təqribən 1999-cu ildən sonra isə cəmi 2 üzvünün (işçisinin) qalmasına dair dolayı sübutlar (sənədlər) olsa da, vergi orqanında həmin müəssisəyə dair qovluq olmadığına görə müəssisənin iştirakçılarının (təsisçilərinin) sayı, hansı şəxslər olması və paylarının miqdarı barədə reyestrə daxil edilməli olan məlumatların məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi müəyyən olunmasına ehtiyac yaranmışdır. Həmin hüquqi əhəmiyyətli faktlar İddiaçı2 (X5 vərəsəsi kimi) və İddiaçı1 "xxxx" İcarə Müəssisəsinin iştirakçıları olmaqla bərabər iştirak paylarına malik olan şəxslər kimi hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi və iştirakçı (təsisçi) hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 7-ci bəndinin 18-ci hissəsinə əsasən “Notarius kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətləri apardığı zaman kommersiya hüquqi şəxslərinin təsisçilərin (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələri barədə məlumatları elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edir və bu brədə çap edilmiş arayışı müvafiq notariat hərəkəti üzrə notariusda saxlanılan işin nüsxəsinə əlavə edir”. Göründüyü kimi, müəssisəyə dair qovluğun Dövlət Vergi Xidmətində olmadığı təqdirdə Təlimatın yuxarıda qeyd edilən bəndində notarius tərəfindən hüquqi şəxslərlə bağlı əməliyyatların da aparılması mümkün olmayacaqdır. İddiaçı2 atasının həmin müəssisədə olan mirasın (iştirak payına) dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri 21 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 21 saylı notariat ofisinin Dövlət Vergi Xidmətinə göndərdiyi xx.xx.2023-cü il tarixli, 230/2023 saylı məktubu ilə bildirilmişdir ki, “İddiaçı2 müraciəti və onun miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2006-cı il tarixində vəfat etmiş atası – X5 adına vərəsəlik işi açılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini təmin etmək üçün "xxxx" İcarə Müəssisəsinin mövcud olub-olmaması barədə və mərhuma məxsus olan təsis payı və həmin təsis payı üzərində yüklülüyün, məhdudiyyətin olub-olmaması barədə məlumat verməyiniz və sorğunu təqdim edən şəxs vasitəsilə notariat ofisinə göndərməyiniz xahiş olunur”. Lakin yuxarıda qeyd edilən səbəblərdən (yəni, müəssisəyə aid qovluğun vergi orqanında olmaması səbəbindən) notarius da tələb etdiyi məlumatı əldə edə bilməmişdir. Göründüyü kimi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı” haqqında xx.xx.2003-cü il tarixli, No 560-İİQ saylı Qanunun 20.3-cü maddəsində nəzərdə tutulmuş hal – “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməsi halı baş vermədiyi üçün və bunun nəticəsi olaraq müəssisəyə aid qovluq vergi orqanında olmadığı səbəbindən və həmin qovluğun açılması və müəssisənin hüquqi şəxs kimi dövlət reyestrinə daxil edilməsi üçün müəssisənin təsisçilərinin (iştirakçılarının) sayı, tərkibi və paylarının miqdarı barədə məlumat tələb olunduğundan və bu məlumatın da yuxarıda qeyd edilən səbəblərdən yalnız məhkəmə tərəfindən müəyyən edilə bilməsi nəzərə alınmaqla ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. Göstərilənləri nəzərə alaraq ərizəçilər "xxxx" İcarə Müəssisəsinin (əvvəlki 9 rəqəmli VÖEN: 1********) iştirakçılarının (təsisçilərinin) 2 nəfər – xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9 və xx.xx.1947-ci il tarixdə anadan olmuş İddiaçı1 (şəxsiyyət vəsiqəsi AZE No 0*******, FİN:xxxxxxx) olması və həmin müəssisədəki iştirak paylarının bərabər (hər birinin payı 50%) olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış ərizəçi İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ərizəçi İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanlandığı ərizədə işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçi İddiaçı1 nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi İddiaçı2 nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətinə əsasən İddiaçı2 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X9, anası X2r. İş üzrə Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.1980-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1980-cı il tarixdə 826 No ilə qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" kiçik müəssisəsi Statistika Komitəsi tərəfindən xx.xx.1993-cü il tarixdə 299 qeydiyyat nömrəsi ilə Dövlət Reyestrinə daxil edilmişdir. İş üzrə Azərbaycan Respublikası Baş X6 tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, AB seriyalı 023735 saylı şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" İcarə Müəssisəsi vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X9 xx.xx.2006-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 480 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 21-ci dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2006-cı ildə vəfat etmiş X5 vərəsəsi oğlu İddiaçı2dur. İş üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, “Babək-3” müəssisəsi haqqında keçmiş Kirov rayon XDS İK-nın (indiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 21/538 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Pənah Əliyevə və Kənan Səfərzadəyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, dövlət reyestrində "xxxx" İcarə Müəssisəsinin xx.xx.1991-ci il tarixdə 21/538 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2008-ci ildə Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədləri arasında "xxxx" İcarə Müəssisəsinə aid qovluq aşkar edilməmişdir. xx.xx.2001-ci il tarixdən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən verji orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə publik hüquqi şəxslərə, habelə kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eynilləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Məcəllənin 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan "xxxx" İcarə Müəssisəsinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamənin dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti, müəssisənin nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişiklik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın qərarı, idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195), Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. İş üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən “Ədalət” Vəkil Bürosunun vəkili Kənan Səfərzadəyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, "xxxx" kiçik müəssisəsi xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınmış və reyestr məlumatlarında işçilərinin sayının 2 olduğu qeyd olunmuşdur. Eyni zamanda zamanda bildirirlər ki, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. İş üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə xx.xx.2000-ci il tarixli, xx.xx.2000-ci il tarixli haqq-hesab cədvəllərinin, Əlilləri Sosial Müdafiə Fonduna məcburi və məqsədli ayırmaları üzrə 2000-ci ilin İ-ci və İİ-ci rüb üçün haqq-hesab üzrə cədvəllərinin, işçilərin sayı, əmək haqqı və hərəkəti haqqında 2000-ci il tarixli İ-ci rüb üçün hesabatın surətlərindən görünür ki, cədvəllərdə "xxxx" İcarə Müəssisəsinin VÖEN-i 10012264, işçilərin sayı – 2 kimi qeyd edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" İcarə Müəssisəsi Azərbaycan Hidrotexnika və Meliorasiya Elmi-Tədqiqat İnstitutu (AHMETİ) X8 (EİB) əmək kollektivi tərəfindən xx.xx.1991-ci ildə təsis edilmiş, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Kirov (hazırkı Binəqədi) rayon İcraiyyə Komitəsinin 21/538 saylı qərarı ilə dövlət qeydiyyatına alınması qərara alınmışdır. Müəssisənin vergi uçotuna alınması barədə Azərbaycan Respublikası Baş X6 tərəfindən xx.xx.1993-cü il tarixdə AB No 023735 saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən qeydiyyat tarixi 29.04.93, qeydiyyat nömrəsi 299 olan “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” ******* saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Baş X6 tərəfindən "xxxx" İcarə Müəssisəsi vergi ödəyicisi kimi qeydiyyata alınmış və bu barədə xx.xx.1993-cü il tarixli, seriya AB No 023735 saylı şəhadətnamə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" İcarə Müəssisəsi həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyata alınmaqla müəssisəyə VÖEN: ********* verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" İcarə Müəssisəsi yaradılan zaman əmək kollektivinin üzvü olmuş 16 nəfərdən 14-nün əmək müqaviləsinə 1999-cu ilə kimi olan dövrdə müxtəlif vaxtlarda xitam verilmiş və sonradan müəssisənin əmək kollektivi üzvlərinin sayı 2 nəfər – X9 (direktor) və İddiaçı1 qalmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, X9 xx.xx.2006-cı il tarixdə vəfat etmiş və onun qanun üzrə vərəsəsi İddiaçı2 olmuşdur. X5 yeganə vərəsəsi olan ərizəçi İddiaçı2 və ərizəçi İddiaçı1 müəssisənin iştirakçısı hüququnu həyata keçirməklə müəssisənin fəaliyyətini davam etdirmək niyyətindədirlər. Lakin müəssisəyə aid qovluq Dövlət Vergi Xidmətində olmadığından, ərizəçilər müəssisə ilə bağlı hüquqları həyata keçirə bilmirlər. Bunun səbəbi isə dövlət reyestrinə daxil edilməli olan məlumatların – müəssisənin iştirakçılarının (təsisçilərinin) sayı və payları barədə məlumatları vergi orqanı tərəfindən müəyyən edilməsinin qeyri-mümkün olmasıdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” xx.xx.2003-cü il tarixli Qanununun 20.3cü maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı ilin 06 fevral tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onların qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verməlidir. Bu sənədlər həmin hüquqi şəxsləri və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Qanunvericiliyin qeyd edilən norması Qanun qüvvəyə mindiyi tarixdən 1 il müddətində mövcud hüquqi şəxslərin qeydiyyat sənədlərinin icra orqanına təhvil verilməsini müəyyən etsə də, "xxxx" İcarə Müəssisəsinə dair sənədlər həmin orqana təhvil verilmədiyindən, Dövlət Vergi Xidməti tərəfindən Ədliyyə Nazirliyindən götürülmüş arxiv sənədlərində də həmin hüquqi şəxsin qovluğunun aşkar edilməməsi müəyyən edildiyindən, həmin Xidmət ərizəçilərin müraciətini müsbət həll edə bilməmişdir. Yəni müəssisəyə aid qovluq hazırda qeyd edilən Xidmətdə olmadığı üçün ərizəçilər müəssisə ilə bağlı hüquqlarını – müəssisənin iştirakçıları kimi müəssisənin Nizamnaməsinə dəyişiklik etmək, icra orqanının rəhbərlərini təyin etmək və s. bu kimi hüquqları keçirə bilmirlər. Bunun səbəbi isə qeyd edildiyi kimi dövlət reyestrinə daxil edilməli olan məlumatların – müəssisə iştirakçılarının (təsisçilərinin) sayı və payları barədə məlumatların vergi orqanı tərəfindən müəyyən edilməsinin qeyri-mümkün olmasıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı1, həmçinin ərizəçi F.X7 yeganə vərəsəsi kimi mövcud faktın müəyyən edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93.6-cı maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı paylar cəmiyyətin iştirakçısı olan fiziki şəxslərin vərəsələrinə və hüquqi şəxslərin hüquq varislərinə bu şərtlə keçir ki, cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçılarının razılığı ilə keçməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsinə əsasən məhkəmə həmin maddədə göstərilən işlərə xüsusi icraat qaydasında baxır, o cümlədən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, xüsusi icraat mülki işlərə məhkəmədə baxılıb həll edilməsini təmin edən məhkəmə icraatının bir növüdür. Məhkəmə xüsusi icraat qaydasında fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının yaranmasının, dəyişməsinin və xitamının asılı olduğu hüquqi əhəmiyyət kəsb edən faktları, habelə qanunla hüquqi əhəmiyyət daşıyan konkret hərəkətləri və hadisələri təsdiq etmək səlahiyyətinə malik olan orqanların hərəkətlərinin hüquqauyğun olubolmamasını müəyyən edir. Xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması və xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 3 nömrəli Plenum Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında "xxxx" İcarə Müəssisəsi yaradılan zaman əmək kollektivinin üzvü olmuş 16 nəfərdən 14-nün əmək müqaviləsinə 1999-cu ilə kimi olan dövrdə müxtəlif vaxtlarda xitam verilməsi, müəssisənin əmək kollektivi üzvlərinin hazırda sayının 2 nəfərdən ibarət olması - ərizəçi İddiaçı2 mərhum atası X9 və İddiaçı1 olması müəyyən edildiyindən, həmin şəxslərin "xxxx" İcarə Müəssisəsindəki iştirakçı (təsisçi) kimi paylarının bərabər olmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, həmin faktın müəyyən edilməsi ərizəçilərin həmin müəssisənin iştirakçıları olmaqla bərabər iştirak paylarına malik olan şəxslər kimi hüquqi şəxslərin dövlət qeydiyyatına və iştirakçı hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, "xxxx" İcarə Müəssisəsinin (əvvəlki 9 rəqəmli VÖEN: 1********) iştirakçılarının (təsisçilərinin) 2 nəfər – xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9 və xx.xx.1947-ci il təvəllüdlü İddiaçı1 (şəxsiyyət vəsiqəsi AZE No 0*******, FİN:xxxxxxx) olması və həmin müəssisədəki iştirak paylarının bərabər (hər birinin payı 50%) olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. "xxxx" İcarə Müəssisəsinin (əvvəlki 9 rəqəmli VÖEN:1********) iştirakçılarının (təsisçilərinin) 2 nəfər – xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9 və xx.xx.1947-ci il təvəllüdlü İddiaçı1 (şəxsiyyət vəsiqəsi AZE No 0*******, FİN:xxxxxxx) olması və həmin müəssisədəki iştirak paylarının bərabər (hər birinin payı 50%) olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar