Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2106/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil və Cavabdeh4 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh1 qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində 06 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh1 qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 489,43 manat məbləğində, Cavabdeh2 234 manat məbləğində, Cavabdeh5 2180,50 manat məbləğində, Cavabdeh3 1372 manat məbləğində, Cavabdeh7 1591,60 manat məbləğində, Cavabdeh4 345,78 manat məbləğində, Cavabdeh1 215 manat məbləğində pulun və cavabdehlərdən müştərək qaydada 84,30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı məxsus "xxxx" ASC-yə aid 4169 7385 4921 0916 saylı birkart ve 4109 7414 7033 3925 saylı maaş kartlarına aid bank hesabları vardır. O, həmin hesablarını mobil telefonuna yüklədiyi "Birbank" mobil tətbiqi vasitəsilə idare etmişdir. Müəyyən vaxtlarda həmin kartlarından “online” ödənişlər də həyata keçirmişdir. xx.xx.2023- cü il tarixdə saat təxminən 15 radələrində Masallı şəhəri ərazisində olduğu zaman özünü "xxxx" bir nəfər tanımadığı şəxs 055-320- 03-63 sayli mobil nömrədən onun istifadəsində olan 28 may Filialının əməkdaşı kimi təqdim edən “Kamran Qasımov” adlı şəxs 055-272-38- 16 saylı mobil nömrəyə zəng edərək onun "xxxx" hesablarına kiber hücumların olduğunu, kartına müdaxilə etmek istəyən şəxslərin olduğunu, hesab məlumatlarının təhlükəsizliyini artırmaq məqsədi ilə kartların üzərində olan 16 rəqəmli şifrəni “WhatsApp” hesabına göndəriləcək linkə daxil olduqdan sonra açılacaq proqramda müvafiq yerə daxil etməyini istəmişdir. O, həmin vaxt kart hesabına kiber hücumun olacağından ehtiyat edib həmin şəxslə razılaşmış və həmin şəxsin +**********2 saylı mobil nömrə ilə açılmış “WhatsApp” hesabından onun nömrəsinə göndərilən linkə daxil olmaqla özünə məxsus 4169 7385 4921 0916 saylı ve 4169 74147033 3925 saylı kartların nömrələrini həmin linkdə ayrılan xanalara daxil etmişdir.Bundan sonra mobil telefonunda olan Birbank tətbiqindən gələn bildirişlərlə bank hesablarında olan ümumilikdə 6430 manat pulun hissə-hissə olmaqla mexaric olunduğunu görmüşdür.O, həmin vaxt dələduzluğa məruz qaldığını başa düşmüşdür. Elə həmin vaxt ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə həmin nömrəyə zəng çatmadığını bilmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng etmiş və Masallı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Masallı rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixli qərarla “cinayət işinin başlanması” rədd edilmişdir. Masallı rayon Polis Şöbəsi tərəfindən sorğu nəticəsində əldə olunmuş bank hesab çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:28-də 489.43 manat pul vəsaiti Cavabdeh6 hesabına, saat 16:33-də 234 manat pul vəsaiti Cavabdeh2 hesabına, saat 16:17-də 2180.50 manat pul vəsaiti Cavabdeh5 hesabına, saat 16:19-da 1372 manat pul vəsaiti Cavabdeh3 hesabına, saat 16:21-də 1591.60 manat pul vəsaiti Cavabdeh7 hesabına, saat 16:30-da 345.78 manat pul vəsaiti Cavabdeh4 hesabına, saat 16:36-da 215 manat pul vəsaiti Cavabdeh1 hesabına köçürülmüşdür. Məlumat üçün bildirir ki, Cavabdeh5 ilə Cavabdeh3 ər arvaddır. Göründüyü kimi İddiaçı müvafiq linkə daxil olduqdan dərhal sonra bir neçə dəqiqə ərzində ümumilikdə 6428.31 manat İddiaçı kart hesabından yuxarıda adları çəkilən şəxslərin hesabına köçürülmüşdür. Bank çıxarışından açıq-aydın görünür ki, 7 nəfər cavabdeh şəxsə köçürülən pullarla bağlı əməliyyatların növü “bir bank tətbiqi il kartdan karta köçürmə” olmuşdur. Və sözügedən köçürmələr kart sahibi İddiaçı iradəsi olmamış, o, cavabdehləri tanımamış və onlarla hər hansı şəkildə əlaqəsi olmamışdır. Kart sahibinin aksepti olmadan, qanuni əsas olmadan cavabdehlər əsassız olaraq varlanmışdır. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh2 234 manat məbləğində, Cavabdeh5 2180,50 manat məbləğində, Cavabdeh3 1372 manat məbləğində, Cavabdeh7 1591,60 manat məbləğində, Cavabdeh4 345,78 manat məbləğində, Cavabdeh1 215 manat məbləğində pulun və cavabdehlərdən müştərək qaydada 72 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdehlərdən Cavabdeh6 iddiaçı ilə əlaqə saxlamış və ondan tələb olunan pulu geri ödəmək istədiyini bildirmişdir. Bu səbəbdən iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, tələbi ona aid hissədə qəbul etmir. Belə ki, o kriptovalyuta satışı ilə məşğuldur və həmin məbləğ də ona satış müqabilində ödənmişdir. Lakin o əmtəənin kimə satıldığı barədə məlumatsızdır Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan: İddiaçı məxsus bank kartı hesabından çıxarışın surətindən görünür ki, onun hesabından 22 may 2023-cü il tarixdə Cavabdeh2 hesabına 234,20 manat, Cavabdeh5 hesabına 2180,50 manat, Cavabdeh3 hesabına 1372 manat, Cavabdeh7 hesabına 1591,60 manat, Cavabdeh4 hesabına 345,78 manat, Cavabdeh1 hesabına 215 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 iyun 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə istifadəsində olan 055 272 38 16 saylı mobil nömrəyə 055 320 03 53 saylı nömrə ilə zəng edib özünü "xxxx"-n əməkdaşı kimi təqdim edən naməlum şəxs tərəfindən ona məxsus bank hesablarının təhlükəsizliyinin artırılacağı barədə yalan məlumat verilməsindən sonra həmin şəxsin istifadəsində olan +**********2 saylı mobil nömrədən ona məxsus 055 272 38 16 saylı mobil nömrəyə göndərilən link-ə özünə məxsus "xxxx" ASC-yə aid 4169 7385 4921 0916 saylı və 4169 7414 7633 3925 saylı kartların məlumatlarını daxil etdikdən sonra həmin kart hesablarından ümumilikdə 6430 manat pul naməlum şəraitdə çəkilmişdir. AR Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Hazırkı mübahisədən görünür ki, iddiaçı aldadılaraq kart məlumatları ələ keçirildikdən sonra onun iradəsinə zidd və ondan xəbərsiz qısa vaxt ərzində cavabdehlərin hesablarına müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehlər bir-birini tanımırlar və öncədən də heç zaman bir-birini görməmişdirlər. Cavabdehlərdən Cavabdeh5, Cavabdeh4 və Cavabdeh7 məhkəmənin hazırlıq iclasında izahat verərək bildirmişdirlər ki, iddiaçı tərəfindən həmin məbləğ kriptovalyuta alqı-satqısı zamanı onların hesabına köçürülmüşdür. Məhkəmə buna münasibətdə qeyd edir ki, əvvəla cavabdehlər tərəfindən təqdim olunmuş qəbzlərdən onların iddiaçıya hər hansı bir əmtəə satması halı təsdiq olunmur. Belə ki, qəbzlərdən iddiaçının alıcı qismində çıxış etməsi görünmür. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehlər özləri də ödənişin onların hesabına kimin tərəfindən ödənildiyini bilmirlər. Göründüyü kimi iddiaçının kart hesabının məlumatları ələ keçirildikdən sonra ondan xəbərsiz cavabdehlərin hesabına müxtəlif məbləğlərdə pul məbləğləri köçürülmüş və cavabdehlər bunun nəticəsində əsassız varlanmışdırlar. Cavabdehlərdən Cavabdeh6 özü bu halı etiraf edərək, iddiaçıya dəymiş zərəri könüllü olaraq ödəmişdir. İşin bu halı da eyni zamanda təsdiq edir ki, iddiaçının bank hesabından cavabdehlərin hesabına köçürülmüş pul vəsaitləri əsassız və heç bir hüquqi əsas olmadan cavabdehləri varlandırmışdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 72 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş 72 AZN dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehlərə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 234 manat məbləğində, Cavabdeh5 2180,50 manat məbləğində, Cavabdeh3 1372 manat məbləğində, Cavabdeh7 1591,60 manat məbləğində, Cavabdeh4 345,78 manat məbləğində, Cavabdeh1 215 manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilsin. 72 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2106/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2106/2023
06.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver