Məhkəmə qərarları › İş №e-2(009)-2110/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2110/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2110/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi O.A.Məmmədovun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı «xxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxx» ASC Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 məxsus **- EV-*** dövlət qeydiyyat nişanlı “X9” markalı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 məxsus **-EV-*** dövlət qeydiyyat nişanlı “X9” markalı nəqliyyat vasitəsi ilə **- PS-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, sürücü avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-PS-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinin təsiri üçün ziyanın ümumi miqdarı 1.517,47 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən 1.517,47 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Beləliklə, “xxxxxxxxxxxx” ASC tərəfindən zərərçəkənə ödənilmiş 1.517,47 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh1 tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 subroqasiya qaydasında iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 1.517,47 manat məbləğində ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 “xxxxxxxxxxxx” ASC-yə müraciət edərək **-EV-*** dövlət qeydiyyat nişanlı “X9” markalı avtonəqliyyat vasitəsini digər şəxs olan X2 etibarnamə ilə verdiyini bildirmişdir. Sonuncu isə Cavabdeh2 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 1.517,47 manat məbləğində ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X5 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, inzibati xəta haqqında protokolda hadisə törədən Cavabdeh2 AR İXM-nın 327.1 və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Düzdür protokolda Cavabdeh2 avtomaşını etibarnaməsiz idarə etməsi ilə bağlı məsuliyyət nəzərdə tutan maddə qeyd edilməmişdir. Lakin yol-nəqilyyat hadisəsi haqqında DYP tərəfindən verilmiş arayışda avtoruçka ilə etibarnamə ilə idarə olunması qeyd edilmiş, karandaşla isə “eitbarnaməsiz” sözü yazıldığına görə sığota şirkəti belə qənaətə gəlmişdir ki, subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, maşını 2017-ci ilin fevral ayının 5-də satmışdır. Onun bu məsələdən məhkəmədən ona SMS gələn zaman xəbəri olub, o, maşını satandan 11 ay sonra hadisə olub, ona aidiyyatı yoxdur. O, maşını baş etibarnamə ilə satmışdır. Hadisə xx.xx.2018-ci ildə baş verib. Hadisə törədən şəxs var. Sığorta şirkəti əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Ona gör də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, ona qarşı subroqasiya hüququ yarana bilməzdir. Belə ki, avtomaşın onun qardaşı Mahir Hüseynovun etibarnaməsi olmuş və qardaşı ilə birlikdə avtomaşını o idarə edərkən hadisə baş vermisdir. Yəni avtomaşını qanuni əsaslarla idarə etmişdir. Ona görə də sığorta şirkətinin ona qarşı tələbi əsassızdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babaşov Ayaz Almaz oğlu öz ifadəsində göstərmişdir ki, o, İkramın dostudur. 2018-ci ilin yanvar ayında İkram, İkramın qardaşı Mahir, o, Elvin və Şahin adlı dostları ilə birlikdə gəzməyə gedərkən avtoamşın yoxuşda qəflətən xarab olmuş, arxaya hərəkət etmiş və Mitsubişi markalı avtomaşını vurmuşdur. Mahirin “Land Rover” markalı avtomaşınını qardaşı İkram idarə etmişdir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «X9» minik markalı ** EV *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh1 Dünaymalı oğlunun adına qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin kserosurətinə əsasən Dayanət Qaçayzadəyə məxsus «X9» minik markalı ** EV *** dövlət nömrə nişanlı avtomaşını 1 il müddətinə idarə edilməsi, avtomaşına sərəncam verilməsi ilə bağlı səlahiyyət X2 verilmişdir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Mitsubishi L200» minik markalı ** PS *** dövlət nömrə nişanlı avtomaşın “X7” QSC-nin adına qeydiyyata alınmışdır. İş üzrə xx.xx.2017-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumata əsasən sığortaçı qismində «xxxxxxxxxxxx» ASC sığorta edilən Mahir Hüseynova məxsus “X9” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuşdur. İş üzrə Azərbaycan Respublikası DİN Baş Dövlət X12 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kompyuter çıxarışından görünür ki, «X9» minik markalı ** EV *** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2015-ci il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixli etibarnaməyə əsasən maşın X2 etibar edilmiş, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən maşın X4 adına qeydiyyatdan keçmiş, xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən maşın Mahir Hüseynova etibar edilmiş, xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən maşın Cavabdeh2 etibar edilmişdir. İş üzrə Qusar rayonu Yol-Patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə «X9» minik markalı ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çaxmadan manevr etmə, təkərləri və şinləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı halına (hallarına) yol verilməsi nəticəsində Cavabdeh2 AR İXM-nın 327.1-ci və 342.5-ci maddələri ilə təqsirli bilinmişdir. İş üzrə Cavabdeh2 tərəfindən Qusar RPŞ-yə ünvanlanmış izahatdan görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, avtomaşını etibarnamə ilə idarə etmişdir. İş üzrə “X8” MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli elektron qaiməyə əsasən “Mirsubishi L200” markalı ** PS *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 1517,47 manat ziyan dəymişdir. İş üzrə «xxxxxxxxxxxx» ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli sığorta aktından görünür ki, PPA ********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində «xxxxxxxxxxxx» ASC sığortalı Mahir Hüseynova məxsus «X9 3» markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 5.000 manat müəyyən olunmuş, xx.xx.2018-ci il tarixdə sığortalanmış avtomobil “X7” QSC-yə məxsus “Mitsubishi L200” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 1517,47 manat ziyan dəymiş və bununla bağlı 1517,47 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə «xxxxxxxxxxxx» ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə 90EV830 dövlət qeydiyyat nişanlı “X9 3” markalı avtonəqliyyat vasitəsi “xxxxxxxxxxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. Cavabdeh2 tərəfindən idarə olunan həmin avtomobil ilə xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində ** PS *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “xxxxxxxxxxxx” ASC tərəfindən 1517,47 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisənin səbəbləri tam təsnifatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Bu səbəbdən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq şirkətin Cavabdeh2 qarşı subroqasiya hüququ yaranır. Qeyd olunanları nəzərə alaraq “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilmiş 1517,47 manat məbləğində vəsaiti 15 təqvim günü ərzində “xxxxxxxxxxxx” ASC-nin bank hesabına ödənilməsini xahiş edilmişdir. Qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında onlara qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi və Cavabdeh1 adına daşınar əmlakın dövlət reyestrində qeydə alınmış, Mahir Hüseynovun qanuni sahibliyindən (etibarnamə əsasında) olan və icbari sığorta üzrə «xxxxxxxxxxxx» ASC-də sığortalanmış «X9» markalı ** EV *** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2018-ci il tarixdə idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Mitsubishi L200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1517,47 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 «X9» markalı ** EV *** dövlət nömrə nişanlı avtomaşını etibarnamə olmadan idarə etsə də, həmin vaxt avtomaşının qanuni sahibi olan Mahir Hüseynov onun yanında olmuşdur. Qusar rayon YPX tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 342.5-ci maddələri ilə təqsirli bilinmişdir. Yəni Cavabdeh2 avtoamşını hüququ olmayan idarə edən şəxs kimi inzibati məsuliyyətə cəlb edilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1514,47 manat məbləğində ziyan sığortaçı tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Nəqilyyat vasitəsini idarə edən Cavabdeh2 onu etibarnamə olmadan idarə etdiyinə görə sığorta təşkilatın subroqasiya hüququ yaranmışdır. Etibarnamə olmadan idarə etməni təsdiq edən sənəd isə DYP-nin verdiyi arayışın 1.5 bəndində “sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur” qeydindən sonra karandaşla “etibarnaməsiz” sözünün yazılması olmuşdur. Belə olan halda iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır və bu səbəbdən iddiaçı ödənilmiş 1517,47 manat sığorta ödənişinin cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüquq olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatları olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Belə ki, iş materialalrından görünür ki, yol-nəqilyyat hadisəsi «X9» markalı ** EV *** dövlət nömrə nişanlı avtomaşınla törədilmişdir və həmin avtomaşının mülkiyyətçisi Cavabdeh1dur. İş üzrə digər cavabdeh X3 AR DİN BDYPİ tərəfindən təqdim edilmiş kompüterdən çıxarışa əsasən avtomaşına etibarnamə ilə sahiblik edən şəxsdir (hadisə törədən tarixə). Cavabdeh2 isə nəqliyyat vasitəsini idarə edən və yol-nəqliyyat hadisəsini törətmiş şəxsdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisə törədilən vaxt avtomaşının qanuni sahibi olan Mahir Hüseynov (onun adına xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək avtomaşına dair etibarnamə verilmişdir) avtomaşında olmuşdur və bu hal onu göstərir ki, avtomaşın qanuni əsaslarla Cavabdeh2 tərəfindən idarə edilmişdir. AR İXM-nın 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. İnzibati xəta haqqında qanunvericiliyin tələblərindən də göründüyü kimi sürücülük hüququ olan şəxsin nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla idarə etməsi inzibati məsuliyyət yaratmır. Məhkəmə hesab edir ki, yol-nəqilyyat hadisəsi baş verən zaman onu idarə edən Cavabdeh2 qanuni əsaslarla avtomaşını idarə etdiyi üçün, sığorta şirkətinin vurulmuş ziyanla bağlı ziyanı vurmuş şəxsə qarşı subroqasiya qaydasında ziyanı tələb etmək hüququ yaranmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığı üçün, ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «xxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı subroqasiya qaydasında 1517,47 manat məbləğində ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar