Məhkəmə qərarları › İş №e-2(009)-2140/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2140/2024

06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2140/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh4l oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 və övladları xx.xx.2014-cü il təvəllüdlü X6, 30.102015-ci il təvəllüdlü X7 ona məxsus Səbail rayonu, Dağlıq küçəsi, ev 22 ünvanında yerləşən 15 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, ev 22 ünvanında yerləşən 15 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Sözügedən əmlaka dair ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxanş təqdim edilmişdir. Qeyd edir ki, Cavabdeh4 onun qardaşı, Cavabdeh1 Cavabdeh4 həyat yoldaşı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 isə onun övladlarıdır. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 isə Cavabdeh2 övladlarıdır. Bildirir ki, cavabdehlər uzun illərdir ki, ona məxsus mənzildə yaşamırlar. Belə ki, qardaşı Cavabdeh4 öz ailəsi ilə birlikdə uzun illərdir ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildə yaşayır, təsərrüfat aparır. Bu da bir daha onu təsdiq edir ki, onların onun mənzilində qeydiyyatı formal xarakter daşıyır. Həmin mənzili atası sağlığnda ona almışdır. Onu da bildirir ki, o onların yerinə əlavə kommunal xərclərini ödəməli olur. Bu isə onun mülkiyyətçi kimi qanunla müəyyən edilən hüquqlarına toxunur. Odur ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və övladları xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, ev 22 ünvanında yerləşən 15 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, 22 saylı evin 15 saylı mənzili order əsasında onun atasına verilmiş və 2015-ci ildə bütün ailə üzvlərinin razılığı ilə həmin mənzil qardaşı, iş üzrə İddiaçı adına özəlləşdirilmişdir. O, 1993-cü ildə Cavabdeh1 ilə ailə qurmuş və həmin vaxtdan mübahisəli 15 saylı mənzil ilə qonşuluqda olan 24 saylı evin birinci mərtəbəsində yerləşən 5 saylı mənzilinə köçərək orada yaşayırlar. Həmin mənzil vaxtı ilə onun atasına köməkçi sahə kimi verilmişdir. Mənzildə bütün kommunal xidmətlər vardır. Həmin mənzil əvvəllər iki otaqlı olmuş, sonradan mənzildə əlavə tikililər də apararaq mənzilin sahəsini genişləndirmişdir. Cavabdeh1 ilə nikahdan onun iki oğlu və bir qızı vardır. Onun oğlanları Məhəmməd və Mirağa onunla birlikdə yaşayırlar. Qızı Aygül isə 10 il olar ki, ailə həyatı quraraq başqa ünvanda yaşayır və onun həmin nikahdan iki övladı var: xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9. O və ailə üzvləri mübahisəli mənzildə qeydiyyatdan çıxmağa etiraz etmirlər. Lakin onu ailə üzvləri ilə birlikdə 1993-cü ildən yaşadıqları ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə qeydiyyata almırlar. Mübahisəli 15 saylı mənzildə onun qoca atası tək yaşayır və o və həyat yoldaşı İsmiyeva Şəbinə atasına qulluq göstərirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1973-cü ildə doğulmuşdur. İş materiallarında olan AA2213446 24AOZZF nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1968-ci ildə doğulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, 22 saylı evin, 15 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ilə birlikdə Cavabdeh4l oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, X8 və X9 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 190 saylı, xx.xx.2024cü il tarixli arayışından görünür ki, Cavabdeh4l oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində hal-hazırda qeydiyyatsız yaşayırlar. İş materiallarında olan 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 189 saylı, xx.xx.2024cü il tarixli arayışından görünür ki, Cavabdeh4l oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və övladları X8, X1 rayonu, Dağlıq küçəsi, ev 22 mənzil 15 ünvanında qeydiyyatda olmalarına baxmayaraq uzun müddətdir göstərilən ünvanda yaşamırlar. Təqdim olunmuş 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 218 saylı cavab məktubundan görünür ki, Səbail rayonu, Dağlıq küçəsində yerləşən 24 saylı ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində Cavabdeh4 və ailə üzvləri yaşadığı sahənin hər hansı bir hüquqi sənədi yoxdur, yaşayış sahəsidir, bina Səbail rayon MKTBnin balansındadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsində sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9cu bəndində göstərilmişdir ki, kirayəçinin və ya onun ailə üzvləriərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olundu ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, 22 saylı evin 15 saylı mənzili order əsasında iddiaçı və Cavabdeh4l oğlunun atasına verilmiş və 2015-ci ildə bütün ailə üzvlərinin razılığı ilə həmin mənzil İddiaçı adına özəlləşdirilmişdir. Cavabdeh4 1993-cü ildə Cavabdeh1 ilə ailə qurmuş və həmin vaxtdan mübahisəli 15 saylı mənzil ilə qonşuluqda olan Dağlıq küçəsi, 24 saylı evin birinci mərtəbəsində yerləşən 5 saylı mənzilinə köçərək orada yaşayırlar. Cavabdehlərin birgə nikahlarından üç övladları var: Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2. Onların övladları Cavabdeh3 və Cavabdeh5 valideynləri ilə birlikdə 24 saylı evin 5 saylı mənzilində yaşayırlar. Qızları Cavabdeh2 isə 10 il olar ki, ailə həyatı quraraq başqa ünvanda yaşayır və onun həmin nikahdan iki övladı var: xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9. Cavabdeh4 və ailə üzvləri mübahisəli mənzildə qeydiyyatdan çıxmağa etiraz etmirlər. Lakin onu ailə üzvləri ilə birlikdə 1993cü ildən yaşadıqları ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə qeydiyyata almırlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, ünvan 2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli, ********** saylı çıxarışa əsasən xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehlər uzun illərdir ki, ona məxsus mənzildə yaşamırlar. Cavabdehlərin onun mənzilində qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehlərin mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPMnin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, 22 saylı evin 15 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab olunsun. Həmin qətnamə cavabdehlər İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 və övladları xx.xx.2014-cü il təvəllüdlü X6, 30.102015-ci il təvəllüdlü X7 Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, 22 saylı evin 5 saylı mənzilində qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar