Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2144/2024 05.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər yazılı barışıq sazişini məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına barışıq sazişini təsdiq edilmə əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına barışıq sazişini təsdiq edilmə əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Tərəflər arasında yazılı formada tərtib edilmiş və məhkəməyə təqdim olunmuş 05 noyabr 2024-cü il tarixli barışıq sazişinə əsasən: Bir tərəfdən, bundan sonra İddiaçı adlandırılacaq İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şəxsində, digər tərəfdən Cavabdeh adlandırılacaq Cavabdeh şəxsində məhkəmə mübahisəsinin barışıq yolu ilə həll edilməsi və Tərəflər adrasında aşağıdakı məzmunda Barışıq sazişinin başlanması barədə razılığa gəldilər.
1. Sazişin Predmeti
1.1. Barışıq sazişinin predmetini tərəflər arasında yaranmış Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan e-2(009)-2144/2024 saylı, mülki iş üzrə mübahisənin həll edilməsi təşkil edir.
2. Tərəflərin öhdəlikləri
2.1. Cavabdeh İddiaçı 2695 (iki min altı yüz doxsan beş) manat məbləğındə vurduğu ziyanı etiraf edir. 2.2. Cavabdeh İddiaçı hissə-hissə olmaqla 2695 (iki min altı yüz doxsan beş) manat vurduğu ziyanı, 47 (qırx yeddi manat) məhkəmə rüsumunu və 258 (iki yüz əlli səkkiz) manat hüququ yardımla bağlı ödənilmiş pul vəsaitini ümumilikdə 3000 (üç min) manat mıbləğındə pulu ödəməyi öhdəsinə götürür. 2.3. Bu barışıq sazişinə əsasən, Cavabdeh 3000 (üç min) manat pulu aşağıda qeyd olunan cədvəl üzrə İddiaçı nəğd çəkildə və ya onun təqdim etdiyi bank kartına ödəməyi öhdəsinə götürür.
Ayın tarixi Məbləğ xx.xx.2024 300 AZN xx.xx.2024 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN
3. Digər müddəalar
3.1. Bu barışıq sazişi məhkəmədə təsdiq olunduğu andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu barışıq sazişi ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaq. 3.3. Bu barışıq sazişi Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunaraq imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata hakim tərəfindən xitam verilir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin bağladıqları və təqdim etdikləri barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından məhkəmə tərəfindən qəbul edilməklə təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tutub məhkəmə…
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və mülki işin icraatına xitam verilsin:
1. Barışıq sazişinin predmetini tərəflər arasında yaranmış Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan e-2(009)-2144/2024 saylı, mülki iş üzrə mübahisənin həll edilməsi təşkil edir.
2. Cavabdeh İddiaçı 2695 (iki min altı yüz doxsan beş) manat məbləğındə vurduğu ziyanı etiraf edir..
3. Cavabdeh İddiaçı hissə-hissə olmaqla 2695 (iki min altı yüz doxsan beş) manat vurduğu ziyanı, 47 (qırx yeddi manat) məhkəmə rüsumunu və 258 (iki yüz əlli səkkiz) manat hüququ yardımla bağlı ödənilmiş pul vəsaitini ümumilikdə 3000 (üç min) manat mıbləğındə pulu ödəməyi öhdəsinə götürür. .
4. Bu barışıq sazişinə əsasən, Cavabdeh 3000 (üç min) manat pulu aşağıda qeyd olunan cədvəl üzrə İddiaçı nəğd çəkildə və ya onun təqdim etdiyi bank kartına ödəməyi öhdəsinə götürür.
Ayın tarixi Məbləğ xx.xx.2024 300 AZN xx.xx.2024 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN xx.xx.2025 300 AZN
Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev