Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2154/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Cavabdehin nümayəndələri X5 və X2 iştirakları ilə, İddiaçı - cavabdeh Azərbaycan X4rşı “qərarın ləğvi” barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X4rşı “qərarın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Teatr Xadimləri İttifaqı” tərəfindən qəbul edilmiş “Teafond İKM”-in ləğv edilməsi barədə 11 mart 1998-ci il tarixli, 07 saylı qərarın ləğv edilməsi,“Teafond İKM” -nin fəaliyyətinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" X1, (bundan sonra "xxxx" İKM) Azərbaycan Teatr Xadimləri ittifaqı (bundan sonra ATXİ) İdarə Heyyətinin xx.xx.1988-ci il tarixli qərarı ilə, ATXİ-nın nəzdində yaradılmış, xx.xx.1993-ci il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Sonradan, "xxxx" X1, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə çevrilmiş və xx.xx.1993-cü il tarixdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatıaparılmaqla, bu barədə müəssisəyə 2055-saylı Qeydiyyat Şəhadətnaməsi verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 308 saylı Sərəncamından görnür ki Teafon İKM həmin tarixdən dəyişdirilərək Teafond QSC olmuşdur. Azərbaycan Teatr Xadimləri İttifaqının 11 mart 1998-ci il tarixli Qərarına əsasən “X3 Müəssəsi” ləğv edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi E.İbrahimova tələbin təmin olunmamasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi K.Ələkbərova məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və tələbin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə məhkəməyə təqdim edildiyini bildirərək, tələbin həm də bu əsasla rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Teatr Xadimləri İttifaqının idarə heyətinin 11 mart 1998-ci il tarixdə keçirilmiş iclas protokolunun surətindən görünür ki, gündəlik olan məsələlərdən biri "xxxx" istehsalat kommersiya müəssisəsinin fəaliyyəti olmuşdur. Ləğvetmə komissiyası yaradılmış və komissiyanın üzvlərindən biri də "xxxx" istehsalat kommersiya müəssisəsinin direktoru İddiaçı olmuşdur. Azərbaycan Teatr Xadimləri İttifaqının 11 mart 1998-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" istehsalat kommersiya müəssisəsi ləğv edilmişdir. "xxxx" istehsalat kommersiya müəssisəsinin nizamnaməsinin 9.1-ci bəndində qeyd edilir ki, "xxxx" İKM-nin fəaliyyətinin dayandırılması Azərbaycan Teatr Xadimləri İttifaqının qərarı ilə və yenidən təşkil edilmə və ya ləğv edilmə yolu ilə həyata keçirilə bilər. Məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlar ilə təsdiq olunmuşdur ki, "xxxx" istehsalat kommersiya müəssisəsi Azərbaycan Teatr Xadimləri İttifaqının 11 mart 1998-ci il tarixli qərarı ilə ləğv edilmişdir. İKM-nin nizamnaməsindən görünür ki, müəssisənin ləğvi qaydası nizamnamədə təsbit olunmuşdur. Belə ki, "xxxx" İKM-nin ləğv edilməsi Azərbaycan Teatr Xadimləri İttifaqının qərarı ilə həyata keçirilə bilər. İşdən göründüyü kimi müəssisənin ləğv edilməsi üçün Azərbaycan Teatr Xadimləri İttifaqının idarə heyətinin iclası çağırılmış və iclasda səsvermə yolu ilə müəssisənin ləğv edilməsi qərara alınmışdır. Yığıncağın protokolundan eyni zamanda o da görünür ki, həmin iclasda hazırki iddiaçı o vaxtki "xxxx" İKM-nin direktoru olan İddiaçı də iştirak etmiş və bu qərara narazılığını bildirməmiş, hətta özü də ləğvetmə komissiyasının üzvü kimi müəssisənin ləğvi prosesində iştirak etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının ərizəsində qeyd etdiyi dəlillər Azərbaycan Teatr Xadimləri İttifaqının 11 mart 1998-ci il tarixli qərarının ləğvi üçün əsas deyildir. AR Mülki Məcəlləsinin: 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq ləğv edilə bilər. 60.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir: AR Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Teatr Xadimləri İttifaqının 11 mart 1998-ci il tarixdə keçirilmiş iclasında iştirak etmişdir. Göründüyü kimi, iddiaçının həmin qərardan o tarixdə artıq məlumatı olmuşdur. Lakin iddiaçı hazırki tələblə məhkəməyə 27 il keçdikdən sonra 2025-ci ilin sentyabr ayında müraciət etmişdir. Ümumi iddia müddətinin 10 il təşkil etdiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir və tələb həm də bu əsasla da rədd edilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi təmin olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2154/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2154/2025
21.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver