Məhkəmə qərarları › İş №e-2(009)-217/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-217/2022

07.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-217/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı (X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilən) Cavabdeh Tengiz qızına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X4 - Cavabdeh Tengiz qızına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında baglanmış xx.xx.2019-cu il tarixli, AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə bağlanarkən ödənilmiş ******* (bir milyon doqquz yüz min) manat məbləğində pulun Cavabdeh Tengiz qızından tutularaq İddiaçı ödənilməsi, iddia verilərkən ödənilmiş 1740 (bir min yeddi yüz qırx) manat dövlət rüsumu və hüquqi yardım məqsədi ilə ödənilmiş 500 (beş yüz) manat vəkil xərci olmaqla ümumilikdə 2240 (iki min iki yüz qırx) manat məbləğində pulun Cavabdeh Tengiz qızından tutularaq İddiaçı ödənilməsi, İddiaçı ilə X14 arasında baglanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında xx.xx.2019-cu il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı Cavabdeh Tengiz qızı Bakı şəhəri, Nəsimi rayonu X35 küçəsi, 251 texniki mərtəbə qapı 1 ünvanında yerləşən ümumi sahəsi 919,7 kv.m olan qeyri-yaşayış sahəsini ******* manat müqabilində alıcı İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür, müqavilənin 9-cu bəndinə müvafiq olaraq isə, satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. İddiaçı daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına əmin olaraq daşınmaz əmlakın tam dəyərini ödəmiş, daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədləri almış və ondan sonra xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu X35 küçəsi, 251, qapı - 1 ünvanında yerləşən ümumi sahəsi 919,7 kv.m olan qeyri-yaşayış sahəsini həyat yoldaşı X7 bağışlamışdır. Sonradan İddiaçı məlum olmuşdur ki, iddiaçı X8 Cavabdeh qarşı “qeyri-qanuni tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020ci il tarixdə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X19 məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh əsl cavabdeh X14 ilə əvəz etmiş, eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1672/2020 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, ev 251, texniki mərtəbə, qapı 1 ünvanda yerləşən, ümumi sahəsi 919.7 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-230/2021 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh X7 qarşı “pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Hal-hazırda həmin mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatındadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 230/2021 saylı qətnaməsində qeyd olunmuşdur ki, “...iddiaçı X8 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi ev 251 ünvanda yerləşən 52, 53 və 55 nömrəli mənzillər onun mülkiyyətindədir. Qeyd edilən ünvanda yerləşən evlərin bir hissəsi Şəmsi Bədəlbəyli küçəsinə tərəf olan hissədə, bir hissəsi isə X35 küçəsinə tərəf olan hissədə yerləşsə də ümumilikdə ünvan X35 küçəsi, ev 251 kimi müəyyən edilmişdir. Həmin ünvanda yerləşən evlərin Şəmsi Bədəlbəyli küçəsinə tərəf olan hissəsi dörd mərtəbəli, X35 küçəsinə tərəf yerləşən hissəsi isə iki mərtəbəlidir. Həyətə həm Şəmsi Bədəlbəyli küçəsi (yəni Heydər Əliyev parkına tərəf olan hissə) həm də, X35 küçəsindən giriş vardır. Onun mülkiyyətində olan mənzillər Şəmsi Bədəlbəyli küçəsinə tərəf, yəni Heydər Əliyev parkına tərəf olan hissədə yerləşir və birbaşa çıxışı parka tərəfdir. Bundan başqa, o, həyətdən keçməklə X35 küçəsinə tərəf çıxışdan da istifadə edə bilir. Onlarla eyni həyətdə yerləşən və birbaşa çıxışı X35 küçəsinə tərəf olan bina iki mərtəbəlidir. Həmin binanın sakinləri də həyətdən keçməklə Şəmsi Bədəlbəyli küçəsinə tərəf olan çıxışdan istifadə edə bilirlər. X35 küçəsinə tərəf olan iki mərtəbəli binanın sakinlərindən biri iki mərtəbəli binanın üzərində əlavə 3-cü mərtəbə tikmişdir. Həmin mərtəbə qeyri-yaşayış sahəsidir. Bu yaxınlarda isə həmin tikintinin sahibi tikdiyi həmin tikilidən onların pilləkən qəfəsinə çıxış açmaq üçün qeyri-qanuni tikinti işləri görməyə başlamışdır. Belə ki, həmin şəxs onların binanın pilləkən qəfəsinin həyətin daxilinə baxan hissəsini qeyri-qanuni olaraq söküb dağıdaraq qarşı binada artırdığı üçüncü mərtəbədən onların binanın pilləkən qəfəsinin ikinci mərtəbəsinə pilləkən tikib quraşdırmaqla məşğuldur. Halbuki həmin şəxsin çıxışı X35 küçəsinə tərəfdir. Şəmsi Bədəlbəyli küçəsinə tərəf çıxmaq üçün isə o, həyətə düşməli və Şəmsi Bədəlbəyli küçəsinə tərəf oradan çıxmalıdır. O, dəfələrlə bununla bağlı həmin şəxsin işlərini görən işçilərə qeyri-qanuni hərəkətlərini dayandırmalarını tələb etsə də, bu günə qədər qeyri-qanuni tikinti dayandırılmamışdır. Belə görünür ki, bu şəxs nəyin bahasına olursa olsun, öz qeyri-qanuni əməllərini başa çatdıraraq tikdiyi üçüncü mərtəbədən onların binanın pilləkən qəfəsinin ikinci mərtəbəsinə çıxış əldə etməklə həyətə düşüb oradan keçmədən Şəmsi Bədəlbəyli küçəsinə çıxmaq niyyətindədir. Bu isə həm qanunvericiliyin, həm də binada mülkiyyət sahibi olan şəxs kimi onun və digər vətəndaşların hüquqlarının kobud surətdə pozulmasıdır. Bu səbəbdən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, “... M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə 3-cü mərtəbənin tikilməsi tam qanuni əsaslarla həyata keçirilmişdir. Belə ki, sözügedən tikilinin onlardan əvvəlki mülkiyyətçisi X11 olmuşdur. Həmdulla Cəfərov uzun müddət əvvəl həmin mərtəbədə hazırkı qeyri-yaşayış sahəsini tikdirmişdir. Daha sonra isə həmin ərazinin sənədləşdirilməsi və adına rəsmiləşdirilməsi prosesinə başlamışdır. İlk olaraq Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun həmin binanın «Texniki vəziyyəti və onun üzərində əlavə bir mərtəbənin tikilməsinin mümkünlüyü barədə» 2008-ci il tarixli rəyi alınmışdır. Həmin rəydə göstərilmişdir ki, ətraf binaların memarlıq üslubuna uyğun olaraq ümumi memarlıq ansamblının qorunub saxlanması məqsədi ilə inşa edilmiş 3-cü texniki mərtəbə X1 istifadəsindədir və bu tikili binada yaşayan vətəndaşların və ətrafda fəaliyyət göstərən hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Daha sonra isə həmin tikilinin ətraf sakinlərin hüquq və azadlıqlarını pozmaması barədə 15 saylı MKİS tərəfindən xx.xx.2011-ci il tarixli 26 saylı arayışı da verilmişdir. Bunun ardınca qeyriyaşayış sahəsinin əvvəlki mülkiyyətçisi Həmdulla Cəfərov həmin sahənin mövcud vəziyyətdə istifadəsinə verilməsi ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 181 nömrəli sərəncamı ilə X1 ünvan 5 ünvanda yerləşən 2 mərtəbəli binanın 3-cü mərtəbəsində öz vəsaiti hesabına quraşdırdığı texniki mərtəbə mövcud vəziyyətdə onun istifadəsinə verilmişdir. Daha sonra xx.xx.2011-ci tarixli sərəncamla yuxarıda qeyd olunan sərəncama düzəliş edilmiş və «istifadəsinə icazə verilsin» ifadəsi «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz olunmuşdur. xx.xx.2018-ci il tarixdə isə 062022 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə həmin qeyri-yaşayış sahəsi onun mülkiyyətinə keçirilmiş və adına rəsmiləşdirilmişdir. İddiaçı Yeganə Hüseynovanın iddia tələbinin əsassızlığı isə burada sübut olunur. Belə ki, 2008-ci ildə tikilmiş üçüncü mərtəbə üçün mümkünlük rəyi alındıqdan sonra verilmiş sərəncamda ərazinin plan-sxemi də tərtib edilərək əlavə olunmuşdur. Sərəncama əlavə edilmiş tikilinin planında hazırda iddiaçının mübahisələndirdiyi pilləkən də qeyd olunmuşdur. Daha sonra adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən texniki pasport verilərkən də həmin pilləkən tikilinin ayrılmaz tərkib hissəsi kimi göstərilmişdir. ... iddiaçının mübahisələndirdiyi pilləkən tamamilə qanuni formada tikilmiş və tikinti-texniki normalara uyğun həyata keçirilmişdir. Ən əsası isə həmin tikili heç bir tərəfin hüquqlarını pozmur. ... iddiaçı Yeganə Hüseynovanın uzun illər orada mövcud olmuş tikiliyə qarşı tələb irəli sürməsi məqsədyönlü şəkildədir. Belə ki, Yeganə Hüseynova onların qanuni tikilisinə qarşı tələb irəli sürməzdən əvvəl həmin tikili üçün ona pul ödəmələrini onlara bildirmişdir. Onlar isə tikili planında nəzərdə tutulan pilləkənin tam qanuni formada tikildiyini, buna görə heç bir pul ödəməyəcəklərini bildirmişlər. Yeganə Hüseynova isə ona pul ödəməyəcəkləri təqdirdə onları məhkəməyə verəcəyini, tikililərini də sökdürəcəyini bildirmişdir. Daha sonra isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.” Göründüyü kimi, hazırkı iş üzrə iddiaçılar mübahisənin mövcudluğu barədə yalnız Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1672/2020 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, ev 251, texniki mərtəbə, qapı 1 ünvanda yerləşən, ümumi sahəsi 919.7 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmasından sonra xəbər tutmuşlar. Halbuki istinad edilən işin materiallarından aşkardır ki, iddiaçı X8 ilə Cavabdeh arasında mübahisə İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında xx.xx.2019-cu il tarixdə AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan xeyli vaxt əvvəl mövcud olmuşdur. İddia ərizəsi ilkin olaraq verilərkən də cavabdeh qismində Cavabdeh o səbəbdən qeyd olunmuşdur ki, həmin vaxt mübahisəli qeyri-yaşayış sahəsi hələ Cavabdeh mülkiyyətində olmuşdur. Cavabdeh Tengiz qızı özü iddia ərizəsinə etirazda qeyd etmişdir ki, “...Yeganə Hüseynova onların qanuni tikilisinə qarşı tələb irəli sürməzdən əvvəl həmin tikili üçün ona pul ödəmələrini onlara bildirmişdir. Onlar isə tikili planında nəzərdə tutulan pilləkənin tam qanuni formada tikildiyini, buna görə heç bir pul ödəməyəcəklərini bildirmişlər. Yeganə Hüseynova isə ona pul ödəməyəcəkləri təqdirdə onları məhkəməyə verəcəyini, tikililərini də sökdürəcəyini bildirmişdir. Daha sonra isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir”. Eyni zamanda qeyd olunmalıdır ki, X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-230/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətində aşağıdakılar göstərilmişdir: “...İşin həqiqi halı ondan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, ev 251 ünvanda yerləşən 52, 53 və 55 nömrəli mənzillər onun mülkiyyətindədir. Həmin ünvanda yerləşən evlərin Şəmsi Bədəlbəyli küçəsinə tərəf olan hissəsi dörd mərtəbəli, X35 küçəsinə tərəf yerləşən hissəsi isə iki mərtəbəlidir. Həyətə həm Şəmsi Bədəlbəyli küçəsi, həm də X35 küçəsindən giriş vardır. İkimərtəbəli binanın sakini iki mərtəbəli binanın üzərində əlavə 3cü mərtəbə tikmişdir. Həmin mərtəbə qeyri-yaşayış sahəsidir. Daha sonra isə həmin tikintinin sahibi tikdiyi tikilidən bizim pilləkən qəfəsinə çıxış açmaq üçün qeyri qanuni tikinti işləri görməyə başlamışdır. Belə ki, onların pilləkən qəfəsinin həyətin daxilində baxan hissəsini qeyri-qanuni olaraq söküb dağıdaraq qarşı binada tikdiyi üçüncü mərtəbədən onun mənzillərinin yerləşdiyi binanın pilləkən qəfəsinin ikinci mətbəbəsinə beton konstruksiyalı pilləkən quraşdırmışdır. Halbuki həmin şəxsin çıxışı X35 küçəsinə tərəfdir. O, qanunsuz tikdiyi pilləkən nəticəsində Şəmsi Bədəlbəyli küçəsinə çıxmaq üçün özünə yol ayırmışdır. 2019-cu ildə quraşdırırlan beton pilləkən bilavasitə onun mənzillərinin yerləşdiyi mərtəbənin pilləkən qəfəsinə birləşdirilmişdir. Mübahisləndirdiyi pilləkən 2019-cu ildə quraşdırılmışdır. Onun quraşdırıldığı andan o, aidiyyəti orqanlara çoxsaylı müraciət edib məhkəmədə 2019-cu ildə iddia qaldırmışdır”. Belə olan halda aşkardır ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, ev 251, texniki mərtəbə, qapı 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi məqsədli şəkildə satılmışdır. Belə ki, həmin qeyriyaşayış sahəsindən maneəsiz istifadə edilməsi hazırkı vəziyyətdə mümkün deyildir. Təbii ki, İddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olması perspektivləri barədə məlumatlı olsa idi, həmin qeyri-yaşayış sahəsini almazdı. İddiaçı qeyri-yaşayış sahəsi alınarkən ******* manat xərcləməsinə baxmayaraq, həmin vaxtdan yalnız məhkəmə mübahisələri və vətəndaşların narazılıqları ilə üz-üzə qalmışdır. Qeyri-yaşayış sahəsinin artıq iki ildir ki, hərəkətsiz qalması iddiaçılara külli miqdarda maddi və mənəvi itkilər yaşatmışdır. Göründüyü kimi, tərəflər arasında xx.xx.2019-cu il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən satıcı Cavabdeh Tengiz qızı tərəfindən vicdanlılıq prinsipinə zidd olaraq passiv hərəkət formasında aldatma həyata keçirilmiş və qeyri-yaşayış sahəsi ətrafında ciddi mübahisələrin olması, X8 tərəfindən ondan satılan qeyri-yaşayış sahəsində pilləkənin tikilməsi ilə bağlı pul tələb etməsi və məhkəmə mübahisəsi perspektivi olması barədə susulmuş və aldatma olmasaydı mövcud müqavilənin bağlanması ehtimalı sıfıra bərabər olardı. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, müqavilə bağlanarkən ödənilmiş 1.900.000 manat məbləğində pul Cavabdeh Tengiz qızından tutularaq İddiaçı ödənilməlidir. Sonradan iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbi həcminin artırılıması barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, müqavilə bağlanarkən ödənilmiş 1.900.000 (bir milyon doqquz yüz min) manat pul, əldən çıxmış fayda olaraq 120.000 (yüz iyirmi min) manat pul, mənəvi ziyanın əvəzi kimi 100.000 (yüz min) manat olmaqla ümumilikdə 2.120.000 (iki milyon yüz iyirmi min) manat məbləğində pulun Cavabdeh Tengiz qızından tutularaq İddiaçı ödənilməsi, iddia verilərkən ödənilmiş 1850 (bir min səkkiz yüz əlli) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat vəkil xərci olmaqla ümumilikdə 2350 (iki min üç yüz əlli) manat məbləğində pulun Cavabdeh Tengiz qızından tutularaq İddiaçı ödənilməsi, İddiaçı ilə X14 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılıması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı və onun həyat yoldaşı X14 Cavabdeh ilə alqı-satqı müqaviləsi imzaladıqdan sonra ötən 2 il ərzində aldıqları “kağız üzərində onlara məxsus olan” qeyri-yaşayış sahəsindən istifadə edə bilməmişlər. Ötən 2 il ərzində nəinki bu sahədən istifadə edə bilməmişlər, hətta bu sahə ilə bağlı o ərazidə yaşayan sakinlərlə dəfələrlə qarşıdurma yaşanmış, məsələyə polislər qarışmış və eyni zamanda, mülki qaydada məhkəmə icraatında olaraq üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qeyri-yaşayış sahəsindən gəlir əldə etmək mümkün ikən, tam əksinə əldən çıxmış fayda ilə yanaşı dəfələrlə əsəb və gərginlik keçirmiş, mənəvi ziyanla qarşılaşmışlar. İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsi üçün biznes plan hazırlamış və xeyli xərc çəkmişdir. Bununla yanaşı qeyd edir ki, mübahisə mövzusu olan sahənin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu X35 küçəsində analoji qeyri-yaşayış sahələrinin orta aylıq icarə qiymətləri 5000-10000 manat aralığındadır. İddiaçı qeyd olunan sahəni ən aşağı gəlir növü sayılan icarəyə verə bilsəydi (aylıq minimum 5000 manatdan götürsək) 2 il ərzində ən az ehtimalla 120000 (yüz iyirmi min) manat fayda götürəcəkdi. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş, vəsatət təmin edilərək X9 iddiaçılar siyahısından çıxarılmış və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında xx.xx.2019-cu il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı Cavabdeh Tengiz qızı Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, 251 texniki mərtəbə qapı 1 ünvanında yerləşən ümumi sahəsi 919,7 kv.m olan qeyri-yaşayış sahəsini ******* manat müqabilində alıcı İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür, müqavilənin 9cu bəndinə müvafiq olaraq isə, satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. İddiaçı qeyri-yaşayış sahəsini aldıqdan sonra onu həyat yoldaşına bağışlamış, daha sonra isə qeyri-yaşayış sahəsinə müvafiq çıxarış almışlar. Daha sonra qeyri-yaşayış sahəsindən səmərəli istifadə üçün müvafiq biznes-plan sifariş etmişdir. Biznes-plan hazır olduqdan sonra bəhs edilən qeyri-yaşayış sahəsində təmir işləri aparmaq istəyərkən obyekt yerləşən binanın sakinləri tərəfindən ciddi təzyiqə məruz qalmış, qonşular tərəfindən qeyri-yaşayış sahəsinin üzərində məhkəmə tərəfindən həbs qoyulması, tikintinin qadağan edilməsi və uzun müddətdir davam edən məhkəmə mübahisəsinin olması bildirilmişdir. Aidiyəti məhkəmə ilə maraqlandıqda, artıq X4 cavabdeh qismində məhkəməyə cəlb olunması ona bildirilmişdir. Qeyd olunan məsələni qeyri-yaşayış sahəsinin əvvəlki sahibi olmuş Cavabdeh nümayəndələrindən soruşduqda, heç bir narahatlığa səbəb olmadığını, məhkəmə mübahisəsini özlərinin həll edəcəyini (bu günə qədər davam edən məhkəmə mübahisəsində cavabdeh olmasalar da tərəf kimi iştirak etmişlər) bildirmişlər. Qeyri-yaşayış sahəsinə dair faktiki mövcud olan məhkəmə mübahisəsinin bitmədiyini, mülkiyyətində olan əmlakdan istifadə edə bilmədiyini, hər keçən gün maddi və mənəvi zərərlə qarşılaşdığını və bina sakinləri tərəfindən təzyiqlərə məruz qaldığını görən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırki məhkəmə işi üzrə 6 aydan artıq müddət ərzində 4 hazırlıq və 2 baxış iclası keçirilmişdir. Bu iclaslar zamanı cavabdehin nümayəndəsi və vəkili tərəfindən aidiyyət məsələsi, iddia müddəti və s. ilə bağlı ərizə və vəsatətlər verilmişdir. Heç bir əsas olmadan verilmiş bu ərizə və vəsatətlər cavabdeh tərəfindən işin uzadılması və təzyiq vasitəsi kimi özünü biruzə etməkdədir. Məhkəməyə təqdim edilmiş sənədlər sübut edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanan zaman (xx.xx.2019-cu il) müqavilə predmeti olan əmlak üzərində artıq mübahisə əvvəldən mövcud olmuş, hətta məhkəmə səviyyəsinə çıxmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə qeyd olunan əmlakla bağlı Cavabdeh göstərilməklə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-2877/2019 nömrəli qərardadı ilə ərazi aidiyəti nəzərə alınaraq işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan (Cavabdeh tərəfindən) verilmiş şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadla işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə qərar verilmişdir. Yalnız 2020-ci ilin sonunda cavabdehin əvəz edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verilir və bu ərizəyə də Cavabdeh etiraz edir. Yəni, bu tarixə qədər Cavabdeh qeyd olunan mübahisə ilə bağlı öz obyekti kimi (halbuki, rəsmi alqı-satqı etdikdən sonra 1 ildən artıq müddət keçmişdir) cavabdeh olaraq işdə iştirak etmiş və etiraz vermişdir (eyni işdə bu günə qədər tərəf kimi çıxış etməkdədir). Cavabdehin nümayəndəsi və vəkili keçirilmiş bütün məhkəmə iclaslarında nəyə əsasən məhkəmə mübahisəsi gedən işdə bu günə qədər davam edən bütün proseslərdə cavabdeh kimi iştirak etdiklərinə aydınlıq gətirməmişdir. Qeyd olunan məhkəmə mübahisəsi zamanı Cavabdeh tərəfindən yazılaraq imza edilmiş xx.xx.2020-ci il tarixli etirazda “... iddiaçı X2 ona qarşı “tikilinin qeyri-qanuni hesab edilib sökülməsi” tələbinə dair iddia ərizəsinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edəsiniz” yazılmışdır. Həmin etirazın 3-cü səhifəsinin 2-ci paraqrafında Cavabdeh yazır “Bildirir ki, iddiaçı Yeganə Hüseynovanın uzun illər orada mövcud olmuş tikiliyə qarşı tələb irəli sürməsi məqsədyönlü şəkildədir. Belə ki, Yeganə Hüseynova onların qanuni tikilisinə qarşı tələb irəli sürməzdən əvvəl həmin tikili üçün ona pul ödəməklərini onlara bildirmişdir. Onlar isə tikili planında nəzərdə tutulan pilləkənin tam qanuni formada tikildiyini, buna görə heç bir pul ödəməyəcəklərini bildirmişlər. Yeganə Hüseynova isə ona pul ödəməyəcəkləri təqdirdə onları məhkəməyə verəcəyini, tikililəri də sökdürəcəyini bildirmişdir. Daha sonra isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.” Bu paraqrafdan görünür ki, qeyd olunan qeyri-yaşayış sahəsini İddiaçı satarkən, Cavabdeh nəinki məhkəmə mübahisəsindən xəbərdar olmuş, hətta bu məhkəmə mübahisəsindən əvvəl də məhkəməyə veriləcəyini bilmişdir. Məhkəmə işi ilə bağlı aidiyəti məhkəmə bildirişlərinin göndərildiyi cavabdehin qeydiyyatda olduğu ünvanda “bu ünvanda yaşamır” adı ilə geri qaytarılması faktı da öz növbəsində onun bilərək məhkəmə mübahisəsi olan qeyri-yaşayış sahəsini satmaq istəməsini və satdığını sübut edir. Əks halda cavabdehin nümayəndəsinin də dediyi kimi, bir neçə obyekti və evi olan bir şəxsin bilmədiyi bir ünvanda qeydiyyatda olması və ona çatacaq məktubun (məhkəmə bildirişinin) qəbul edilməyərək ona çatdırılmaması məntiqə uyğun deyildir. Eyni zamanda, Bakı Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2(103)-14449/2019 saylı qərardaddan da göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2877/2019 saylı 11 oktyabr 2019-cu il tarixli qərardadından Cavabdeh şikayət vermişdir. Məhkəməyə verilməsindən “xəbəri olmayan” və alqı-satqı müqaviləsi edən cavabdeh, apellyasiya şikayətini necə verib görəsən? Məhkəmə mübahisəsinin predmeti olan pilləkəni tikmiş, cavabdehin şahidləri pilləkəni tikərkən heç bir mübahisənin olmadığını bildirsələr də, heç bir mübahisə olmadığı halda nəyə görə mövcud pilləkənin inşasını yarımçıq (perilasız) və təhlükəli halda saxladıqları sualına əsaslı cavab verə bilməmişlər. Məhkəmə baxışında ifadə verən şahidlər də öz növbəsində bəhs edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi binada olan sakinlər tərəfindən mübahisənin əvvəldən olmasını, bu gün də davam etməsini təsdiqləmişlər. Eyni zamanda, həmin əraziyə xidmət edən Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları və sahə müvəkkili də əvvəlki tarixlərdən bəhs edilən qeyri-yaşayış sahəsinin mübahisə mövzusu olduğunu bildirmişlər. Cavabdeh tərəfindən aldadılaraq yüksək məbləğ qarşılığında aldığı əmlakdan iddiaçı bu gün istifadə edə bilməməkdədir. Etibarsız alqı-satqı müqaviləsi ilə sahib olduğu qeyri-yaşayış sahəsi ilə bağlı böyük planları olan, peşəkar dizaynerlərə xüsusi dizaynlar və biznes-plan hazırlatmış iddiaçı, 3 il keçməsinə baxmayaraq 1 gün belə əmlakından istifadə edə bilməmiş, külli miqdarda maddi və mənəvi zərərlə qarşılaşmışdır. Konstitusiya Məhkəməsi tərəfindən (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı) verilmiş izaha əsasən aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Bəhs etdiklərindən də aydın olduğu və sadalanan faktlarla sübut olunduğu kimi, tərəflər arasında xx.xx.2019-cu il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən satıcı Cavabdeh Tengiz qızı tərəfindən vicdanlılıq prinsipinə zidd olaraq passiv hərəkət formasında aldatma həyata keçirilmiş və qeyri-yaşayış sahəsi ətrafında ciddi mübahisələrin olması, satılan qeyri-yaşayış sahəsində pilləkənin tikilməsi ilə bağlı X8 tərəfindən ondan pul tələb edilməsi və məhkəmə mübahisəsi perspektivi (faktiki məhkəmə mübahisəsinin) olması barədə susulmuşdur. Bəhs edilən aldatma olmasaydı mövcud müqavilənin bağlanması ehtimalı belə sıfıra bərabər olardı. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək və iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə iddiaçı bildirir ki, guya pilləkan qəfəsinin mübahisələndirilməsi ilə bağlı məhkəmə prosesindən cavabdehin əsl cavabdehlə əvəz edilməsindən sonra xəbəri olmuşdur. Bu tamamilə əsassız haldır. Çünki, hazırkı iş üzrə İddiaçı onların məlumatlandırması əsasında pilləkan qəfəsi ilə bağlı məhkəmə proseslərindən hər zaman xəbəri olmuşdur. Aşağıda qeyd edəcəyi faktlar bunu bir daha təsdiq edəcəkdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən əvvəl də qeyd edilən məhkəmə mübahisəsindən xəbərdar olmuşdur. Məlumdur ki, M.Əliyev küçəsi 251 saylı ünvanda yerləşən binanın 2-ci mərtəbəsinin üzərində tikilmiş 3-cü mərtəbədəki qeyri-yaşayış sahəsi 15 oktyabr 2019-cu il tarixdə satılmışdır. Bu alqı-satqıdan sonra Cavabdeh Tengiz qızı qonşunun onu məhkəməyə verdiyini bilmişdir. Məhkəmə mübahisəsi ilə bağlı məlumat aldıqdan az müddət sonra bu məsələ İddiaçı bildirilmişdir. İddiaçı məhkəmə mübahisəsini bildirdikdən sonra özünün istəyi və xahişi ilə cavabdeh kimi onların qalmasını razılıq vermişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan zaman iddiaçı X2 vəkili X20 xx.xx.2020-ci il tarixində iddianın təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək pilləkan qəfəsinə birləşən pilləkanın tikilməsinin Cavabdeh Tengiz qızına və üçünçü şəxslərə qadağan edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Həmin ərizədə X2 vəkili X20 qeyd edir ki, hazırda məhkəmə prosesinin davam etməsinə baxmayaraq cavabdeh həmin pilləkanın tikinti işlərini davam etdirir. Bu məqsədlə hazırda həmin ərizidə xeyli usta və fəhlə işləyir. Bu isə onların hüquqlarını kobud şəkildə pozulmasından başqa bir şey deyildir. Cavabdeh bu hərəkətləri ilə təkcə onlara deyil, həm də məhkəməyə qarşı hörmətsizlik göstərir və hətta məhkəmə qətnaməsi çıxarılandan sonra da onun məhkəmə icrasında yayınmaq üçün müxtəlif cəhdlər edəcəyinə dair onlarda əminlik yaradır”. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixdə iddianın təmini tədbirinə dair vəsatəti təmin etmişdir. Məlumdur ki, xx.xx.2020-ci il tarixdə artıq bir il idi ki, ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış İddiaçı satılmışdır. Bu halda pilləkan qəfəsində də işləyən hazırkı iş üzrə iddiaçının göndərdiyi usta və fəhlələr olmuşlar. Onu da qeyd edir ki, qeyd edilən təmin tədbiri ilə bağlı qərardaddan sonra həmin sahədə ustalar işləməmişlər. Qeyd edilən hal bir daha göstərir ki, İddiaçı qeyd edilən məhkəmə mübahisəsindən xəbəri olmuşdur. Qeyd etdikləri kimi iddiaçının pilləkan qəfəsi ilə bağlı məhkəmə mübahisəsinə dair məlumatlı olmasını göstərir, digər bir fakt əmlakın üzərinə həbs qoyulmasına dair qərardaddan verilən şikayətdir. Belə ki, cavabdehin əsl cavabdehlə əvəz olunan gün eyni zamanda ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması ilə bağlı vəsatət də verilmişdir. Həmin vəsatət təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ünvan 7 ünvanda yerləşən qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bundan sonra X14 qərardaddan şikayət vermişdir. Həmin iş üzrə şikayətin məzmuna baxsaq görərik ki, şikayətin mətnində qeyd edir ki, “həmçinin nəzərinizə çatdırıram ki, daha əvvəl Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə pilləkənin tikilməsi qadağan edilmişdir və.s”. Bu məqamda onu da qeyd edir ki, iddiaçı və ya onun həyat yoldaşı X14 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2020 saylı iş üzrə bu şikayət edilən vaxtadək (xx.xx.2020-ci ilədək) iş materialları ilə tanış olmamışdır. Şikayət bilavasitə X14 tərəfindən verilmişdir. İş üzrə görünən odur ki, X4 vəkili və nümayəndəsi X17 xx.xx.2021-ci il tarixdə tanış olmuşdur. İddiaçıların Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2020 saylı iş üzrə materiallarla tanış olmaya-olmaya şikayətində də istinad etdiyi kimi xx.xx.2020-ci il tarixli təmini tədbiri barədə qarardaddan məlumatlı olması onun məhkəmə mübahisəsi ilə bağlı da məlumatlı olmasının sübutudur. Şahid ifadələri də bir daha deməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçılar qeyd edilən məhkəmə mübahisəsi barədə məlumatlı olmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, onların izahatlarını, ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri 12 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ 058765 nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ ilə Cavabdeh Tengiz qızı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu X35 küçəsi, 251 texniki mərtəbə qapı 1 ünvanında yerləşən ümumi sahəsi 919,7 kv.m olan qeyri-yaşayış sahəsini ******* manat müqabilində alıcı İddiaçı satmışdır. - Bakı şəhəri 12 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ ilə İddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, 251 texniki mərtəbə qapı 1 ünvanında yerləşən ümumi sahəsi 919,7 kv.m olan qeyri-yaşayış sahəsini X7 bağışlamışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Elektron Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, 251 texniki mərtəbə qapı 1 ünvanında yerləşən ümumi sahəsi 919,7 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdən X4 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 Cavabdeh qarşı «pilləkən tikilməsinin qeyriqanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi ev 251 ünvanda yerləşən binanın pilləkən qəfəsinin ikinci mərtəbəsində yerləşən hissəsini qeyri-qanuni sökərək qarşı binanın üçüncü mərtəbəsindən həyətin ortasından keçməklə həmin pilləkən qəfəsinə birləşən pilləkənin tikilməsinin qeyri-qanuni hesab edilməsi, tikilmiş qeyri-qanuni pilləkənin sökülməsi və binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin iddia tələbi rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2607/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-230/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 13 may 2011-ci il tarixli 181 saylı sərəncamından görünür ki, vətəndaş X11 ərizə ilə müraciət edərək, M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə öz vəsaiti hesabına quraşdırdığı 3-cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilməsini xahiş etmişdir. Sənədləri araşdıran zaman məlum olmuşdurki, Bakı şəhərinin baş planına uyğun olaraq paytaxtda aparılan yenidənqurma işləri ilə əlaqədar Füzuli, Ş.Bədəlbəyli küçələri və R.Behbudov prospektinin kəsişməsində yerləşən Heydər Əliyev parkının yaxınlığında, Mirzağa Əliyev küçəsi 251 saylı ünvandakı 2 mərtəbəli binanın Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun həmin binanın «Texniki vəziyyəti və onun üzərində əlavə bir mərtəbənin tikilməsinin mümkünlüyü barədə 2008-ci il tarixli rəy»inə əsasən ətraf binaların memarlıq üslubuna uyğun olaraq ümumi memarlıq ansamblının qorunub saxlanılması məqsədi ilə inşa edilmiş 3-cü texniki mərtəbə X1 istifadəsindədir və bu tikili binada yaşayan vətəndaşların və ətrafda fəaliyyət göstərən hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Bu barədə 15 saylı MKİS-in xx.xx.2011-ci il tarixli 26 saylı arayışı təqdim edilmişdir.Bununla əlaqədar qərara alınmışdır ki:

1. X1 ünvan 8 ünvanda yerləşən 2 mərtəbəli binanın 3-cü mərtəbəsində öz vəsaiti hesabına quraşdırdığı texniki mərtəbənin mövcud vəziyyətdə istifadəsinə icazə verilsin.

2. Mövcud qeyri-yaşayış sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası ƏMDK-yə müraciət edilməsi vətəndaş X5 tövsiyə olunmuşdur.

3. Sərəncamın surəti vətəndaş H.Y.Cəfərova, rayon MKTB-yə və məlumat üçün rayon Polis İdarəsinə göndərilsin. - Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 2011-ci il tarixli 372 saylı sərəncamından görünür ki, vətəndaş X11 ərizə iləNəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə istifadəsinə icazə verilməsi barədə Nəsimi RİHB-nin xx.xx.2011-ci il tarixli 181 saylı sərəncamının 1-ci bəndində texniki səhvə yol verildiyindən həmin bənddə qismən dəyişiklik edilərək «istifadəsinə icazə verilsin» ifadəsinin «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq qərara alınmışdır ki:

1. Nəsimi RİHB-nin xx.xx.2011-ci il tarixli 181 saylı sərəncamının giriş hissəsində və 1-ci bəndində qismən dəyişiklik edilsin. 2.Sərəncamın giriş hissəsində və 1-ci bəndində «istifadəsinə icazə verilsin» ifadəsi «adına sənədləşdirilməsinə icazə verilsin» ifadəsi ilə əvəz olunaraq «adına sənədləşdirilməsinə icazə verilsin» kimi oxunsun.

3. Sərəncamın surəti vətəndaş H.Y.Cəfərova, 15 saylı MKİS-ə və məlumat üçün rayon Polis İdarəsinə göndərilsin. - Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-2877/2019 saylı qərardadından görünür ki, İddiaçı X8 Cavabdeh qarşı «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-14449/2019 saylı qərardadından görünür ki, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)- 2877/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(103)-1898/2022 saylı qərardadından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi ev 251 ünvanda yerləşən binanın pilləkən qəfəsinin ikinci mərtəbəsində yerləşən hissəsini qeyri- qanuni sökərək qarşı binanın üçüncü mərtəbəsindən həyətin ortasından keçməklə həmin pilləkən qəfəsinə birləşən pilləkənin tikilməsinə dair qoyulmuş qadağanın götürülməsinə dair Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-230/2021 saylı qərardadından verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, ustadır və tikinti ilə bağlı getmişdi mübahisə predmetinin yerləşdiyi, Konservatoriyanın yaxınlığındakı ünvana. İş başlayanda qonşular narazıçılığını bildirərək polis əməkdaşlarını dəvət etdilər. Polis əməkdaşları gəlib onlara bildirdilər ki, məhkəmənin icraatında mübahisə olduğundan işlər görmək qadağandır. Tikintinin sahibi Rüstəm müəllim idi, qeyri yaşayış sahəsi idi. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Rüstəm müəllimin təmir işlərini təşkil edir, başqa işlərlə də bağlı xidmət göstərir. Təmirə başlayan zaman məlum oldu ki, öncəki sahiblərlə qonşular arasında mübahisə mövcuddur. Mübahisələr 2, 3 dəfə olub qonşularla. İlk dəfə təxminən 2021-ci ildə və ya öncə icazənin olmamasını bildirdilər. Alqı-satqı müqaviləsi bağlanandan bir il sonra tikinti işlərinə başlamaq istədilər. İkinci dəfə təmir işlərinə başlayanda yenə mübahisə oldu, təmirlə bağlı qadağa qoyulduğu müəyyən oldu. Daha sonra qadağa götürüldü. İşlərə başlamaq istədilər, qonşular maneə törətdilər. Ondan sonra heç bir tikinti təmir işlərini aparmayıblar. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, Mərkəzi Bankın arxasında üzü Heydər Əliyev parkına tərəf gedən yolda yerləşirdi işlədikləri sahə. Təxminən 15 gün işlədilər. 3,4 il, bəlkə də daha az vaxt bundan əvvəl olub. Köçəri adlı şəxs onları dəvət etdi, köhnə pilləkəni söküb, yenisini tikiblər. İşləri rahat gəlib görüblər. Bir iki qonşu səhər saatlarında uşaqlar yatıb deye narazıçılıq edib, işləməyə saat 9 da başlayıblar. Qonşularla başqa mübahisə olmayıb. Qonşular onlara çay, su da veriblər. Yay idi, isti vaxtlar idi. Göyçaylı qonşu da var idi, çay da verib. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Mərkəzi bankın arxasında parkla üzbəüz binada pilləkəni dağıdıb yenisini tikiblər. Yay vaxtları idi 2019-cu ildə, 10-15-gün işləyiblər. Beton pilləkəni söküb, yenisini tikiblər. Pilləkənin sayını və enini artırıblar. Dava-şava olmayıb, sakit işləyiblər. Bir iki nəfər uşaqlı olan qonşu səhər narazıçılıq bildirib. Başqa heç bir dava olmayıb. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Milli Bankın, parkın yanında yerləşən binada işləri görməyə Zabil Salmanov dəvət edib onları. 10-15 gün ərzində iş görüblər, mövcud pilləkəni söküb yenisini tikiblər. Qonşularla mübahisə olmayıb. Onlardan pilləkənin girişinə qapı qoydurmağı xahiş ediblər, onlar da yerinə yetiriblər. Yaşlı xanım var idi, çıxıb səs etməmələrini tələb etdikdə işi dayandırırdılar. 3,4 ay sonra biliblər ki, pilləkənlə bağlı məhkəməyə müraciət edilib. Həmçinin bildirib ki, aradan bir müddət keçəndən sonra Seymur bəy – işləri görən, Rüstəm müəllimin adamı – ona müraciət etdi və bildirdi ki, pilləkənin üstünü örtmək istəyir. Sonra məhkəmə mübahisəsi barədə soruşdu və bildirdi ki, alqı-satqı müqaviləsi bağlanandan 8, 9 ay sonra orada təmir işləri görülən zaman qonşular çıxıb bildiriblər ki, məhkəmədə iş bitəndən sonra təmir edə bilərlər. Sonra onunla orada görüşdük, ustalar gəlmişdi, işə başlamaq istədilər. O da getmişdi ki, müəyyən məlumatları versin. İşin materiallarından və qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu X35 küçəsi ev 251 ünvanda yerləşən mübahisəli sahə X5 məxsus olmuş və onun müraciəti əsasında M.Əliyev küçəsi 251 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının üstündə öz vəsaiti hesabına quraşdırdığı 3-cü texniki mərtəbənin mövcud vəziyyətdə istifadə edilməsinə icazə verilmişdir. Daha sonra X11 xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsini X34, xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən isə sonuncu sözügedən sahəni Cavabdeh satmışdır. Mübahisəli sahənin mülkiyyətçisi Cavabdeh olarkən Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi ev 251 ünvanda yerləşən 52, 53 və 55 nömrəli mənzillərin mülkiyyətçisi X8 ona qarşı «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair xx.xx.2019-cu il tarixdə iddia ilə Səbail rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki işin ərazi üzrə Nəsimi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh həmin qeyri-yaşayış sahəsini İddiaçı satmış, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən isə sonuncu həmin qeyri-yaşayış sahəsini X7 bağışlamışdır. Hazırda mübahisəli sahənin mülkiyyətçisi X10r. Bağışlama müqaviləsi bağlanana kimi Cavabdeh Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından verdiyi şikayət xx.xx.2019-cu il tarixdə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarından görünür ki, iddiaçı tərəf İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsini, İddiaçı ilə X14 arasında bağlanmış xx.xx.2019cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin ləğv edilməsini tələb edir. İddiaçı tərəfin tələblərinin əsasını (iddia ərizəsinin məzmunu və iddiaçı tərəfin nümayəndəsinin mövqeyinə görə) alqı-satqı müqaviləsi bağlanarkən satıcı tərəfindən vicdanlılıq prinsipinə zidd olaraq passiv hərəkət formasında aldatmanın həyata keçirilməsi və qeyri-yaşayış sahəsi ətrafında ciddi mübahisələrin olması, satılan qeyri-yaşayış sahəsində pilləkənin tikilməsi ilə bağlı X8 tərəfindən ondan pul tələb edilməsi və məhkəmə mübahisəsi prespektivi (faktiki məhkəmə mübahisəsinin) olması barədə susulması təşkil edir. Cavabdeh tərəf iddiaya etiraz edir və etirazının əsası kimi qeyri-yaşayış sahəsinin xx.xx.2019-cu ildə satılmasından sonra Cavabdeh qonşusunun onu məhkəməyə verdiyini bilməsinə, bununla bağlı məlumat aldıqdan az müddət sonra bu məsələ ilə bağlı İddiaçı bildirməsinə və sonuncunun razılığı ilə də mülki iş üzrə onların deyil, Cavabdeh kimi qalmasına, iş məhkəmə baxışında olan dövrdə xx.xx.2020-ci il tarixdə iddia təmin tədbirinə dair vəsatət verilərkən artıq qeyri-yaşayış sahəsinin 1 il müddətində iddiaçıların mülkiyyətində olmaqla onlar tərəfindən də pilləkən qəfəsində ustalar işlədilməsinə, bir sözlə iddiaçı tərəfin məhkəmə çəkişmələrindən məlumatları olmasına və bununla da iddiaların tam əsassız olmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilmiş, 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, 421-ci maddəsi ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları, 424-cü maddəsi ilə isə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqdlər bağlandığı andan etbarsızdır. - 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmaqdında (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqdi) zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etbarsız sayılmasını tələb edə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanan qanun normalarının təhlilinə əsasən əqdin ləğvi anlayışı onu ehtiva edir ki, əqd qanunun tələblərinə uyğun aparılmışdır, lakin hal-hazırda şəraitin dəyişməsi nəticəsində həmin əqd üzrə öhdəliklərin icrası qeyri-mümkündür. Əqdin etibarsızlığı anlayışı onu ehtiva edir ki, mübahisələndirilən əqd qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. İddiaçı tərəfin tələbinin əsasını alqı-satqı müqaviləsi bağlanarkən satıcı tərəfindən aldadılma faktı təşkil edir. Məhkəmə qeyd edir ki, qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin araşdırılmış hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi iradə ifadəsi əsasında bağlanmış və alıcı tərəf qeyri-yaşayış sahəsində (pilləkən qəfəsində) müəyyən təmir işlərinə başlamışdır. Binada yaşayan sakin X2 “pilləkən tikilməsinin qeyriqanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ilə əvvəl Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən iş ərazi üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, həmin iddiasında cavabdeh kimi Cavabdeh göstərilsə də, sonradan əsl cavabdeh X14 ilə əvəz olunmuş, Cavabdeh isə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəri sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Bununla bağlı X8 qətnamədən verdiyi apellyasiya şikayətində göstərdiyi kimi, mülkiyyətçinin dəyişməsi xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında təqdim edilən sənədlərdən ona məlum olmuşdur. Hazırki iş üzrə iddiaçı tərəfin dəlili ondan ibarətdir ki, cavabdeh aralarında bağlanmış alqı-satqı müqaviləsinin 9-cu bəndinin tələbini, yəni satıcının satdığı daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verməsinə dair öhdəliyini pozmuşdur. Belə ki, iddiaçı X8 ilə Cavabdeh arasında mübahisə İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında xx.xx.2019-cu il tarixdə AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan xeyli vaxt əvvəl mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından aydın surətdə görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlarkən iddiaçı X8 Cavabdeh qarşı məhkəmədə iddia qaldırmasından sonuncunun məlumatı olmamış və ola da bilməzdi. Belə ki, işin materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinə verilən iddia icraata götürülməmişdir. Cavabdeh iddia və qəbul edilmiş sözügedən qərardad barədə məlumatı alqı-satqı müqaviləsinin bağlanmasından sonra olmuş və onu mübahisələndirmişdir. İşin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl məhkəmədə qaldırılmış iddia Səbail Rayon Məhkəməsində icraata götürülməsə də, xx.xx.2019-cu il tarixdən sonra Nəsimi Rayon Məhkəməsində icraata götürülmüş, hazırki iş üzrə iddiaçı tərəf sonradan məhkəmə proseslərinə cəlb olunmaqla və vəkillə təmsil olunmaqla məhkəmə iclasında iddianı qəbul etməmiş, 3-cü şəxs Cavabdeh məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verməklə yanaşı, məhkəməyə iddia müddətinin tətbiq edilməsibarədə ərizə təqdim edərək, məhkəmədən iddianın əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında xx.xx.2019-cu il tarixdə AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən sonuncu tərəfindən müqavilənin 9-cu bəndinin tələbləri pozulmamışdır. X8 ilə Cavabdeh arasında mübahisə xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlandıqdan xeyli vaxt əvvəl mövcud olması və xx.xx.2019-cu ildə məhkəmədə iddia qaldırması isə sözügedən alqı-satqı müqaviləsinin etibarsızlığına hüquqi əsas vermir. Belə ki, qeyd edildiyi kimi Cavabdeh alqı-satqı müqaviləsi bağlanan vaxt qaldırılmış iddiadan xəbəri olmamış və icraata götürülmədiyindən xəbəri də ola bilməzdi. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14cü fəslində əqdlərin etibarsızlığının əsaslarının sırasında “öhdəliyin icra edilməməsi” nəzərdə tutulmamışdır. Ümumiyyətlə mülki qanunvericiliyin heç bir müəddəasında “öhdəliyin icra edilməməsi” əqdin etibarsızlığının əsası kimi müəyyən edilməmişdir. Belə ki, “öhdəliyin icra edilməməsi” əqdin bağlanmasından sonra yaranan və mövcud olan haldır. Əqdin etibarsızlığına isə yalnız o hal əsas ola bilər ki, həmin hal əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olsun. Tərəflər arasında müqavilə bağlanarkən isə məhz daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmaması işin mübahisəsiz halıdır. Başqa sözlə, X8 ilə Cavabdeh arasında məhkəmədən kənar mübahisənin olması daşınmaz əmlakla əlaqədar alqı-satqı müqaviləsinin bağlanmamasına, eləcə də sonradan bu əmlakla bağlı qeyd edilən şəxslər arasında məhkəmə mübahisəsinin başlanması (iddia ərizəsinin icraata götürülməsi) artıq bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına hüquqi əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, “aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.” Məhkəmə iddiaçı tərəfin qeyri-yaşayış sahəsi ətrafında ciddi mübahisələrin olması, satılan qeyri-yaşayış sahəsində pilləkənin tikilməsi ilə bağlı X8 tərəfindən cavabdehdən pul tələb edilməsi və məhkəmə mübahisəsi perspektivi (faktiki məhkəmə mübahisəsinin) olması barədə susulmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfin alqı-satqı müqaviləsindən sonra bu mübahisələrdən tam məlumatlı olması işin mübahisəsiz halıdır və hesab edir ki, bu mübahisələrin mövcudluğu baxımından alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddiaçı tərəfin izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olanmənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyininvə əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasınagətirib çıxara bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəf alqı-satqı müqaviləsinin bağlanmasından sonra 2019-cu ildə X8 ilə Cavabdeh arasında mübahisənin daha əvvəl olması barədə məlumat almalarına, hətta başlanmış məhkəmə proseslərində prosessual tərəf kimi iştirak etmələrinə və müqavilənin bağlanmasından 1 il sonra həmin iş üzrə iddia təmin təbdiri barədə vəsatət əsasında özlərinin həyata keçirdikləri təmir işlərinin dayandırılması barədə qərardad qəbul edilməsinə baxmayaraq aldadılma faktına məruz qaldıqları halda məhz 2019-cu ildə qeyd edilən məhkəmə işi başlayarkən dərhal alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmək imkanından istifadə etməmələrinin səbəblərini tam və izahlı qaydada ətraflı izah edə bilməmişdir. Başqa sözlə, məhkəmənin qənaətinə görə aldadılan şəxs aldatma faktını müəyyən edərkən dərhal buna müvafiq qaydada reaksiya verməli və hüquqi müstəvidə mübarizə etməklə iddia etdiyi pozulmuş hüquqlarının bərpasına nail olmağa çalışardı. İşin materiallarından görünür ki, iddiaçı tərəf qeyri-yaşayış sahəsinə görə külli miqdarda, yəni ******* (bir milyon doqquz yüz min) manat məbləğində vəsait ödəmiş, alqı-satqıdan sonra aldığı sahədə müəyyən təmir işlərinə də başlamağa cəhd etmişlər və buna görə də az olmayan müəyyən vəsait xərcləməyi arzulamış, buna dair ustalarla müəyyən danışıqlar aparmaqla razılaşmışlar. Müəyyən təmir işləri həyata keçirməyə başlamasına və aldığı sahə ilə bağlı əvvəlki mülkiyyətçiyə qarşı məhkəmə çəkişmələrinin müsbət nəticə ilə sonlanmasına (iddia rədd olunmuşdur) baxmayaraq iddiaçı tərəfin məhz 2019-cu ildə aldanma faktına məruz qalması əsası ilə xx.xx.2021-ci il tarixdə hazırki iddianı qaldırması onun hüququ olsa da, anlaşılan deyildir. Məhkəmə xüsusilə vurğulayır ki, konkret olaraq alqı-satqı müqaviləsinin predmeti mübahisə edilən pilləkən deyil, qeyri-yaşayış sahəsi olmuşdur ki, bununla da bağlı heç vaxt məhkəmə mübahisəsi olmamışdır. Pilləkənlə bağlı məhkəmə çəkişmələrinin olması, müqavilə predmeti ilə əlaqədar iddiaçı tərəfin aldadılması anlamına da gəlmir. İşin materiallarından görünür ki, iddianın təmin tədbiri haqqında məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəf verdikləri şikayətlərində qəbul edilmiş qərardadın birbaşa mülkiyyət hüquqlarının pozulmasını göstərərək qərardadın qanuniliyini mübahisələndirmişlər. Göründüyü kimi, işə Nəsimi Rayon Məhkəməsində baxılan zaman iddiaçı tərəf İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ni şübhə altına almamış, həmin iş üzrə tərəf olaraq aktiv iştirak etmiş, sözügedən müqavilə əsasında əldə edilmiş mülkiyyətləri ilə bağlı qəbul edilmiş qərarlardan verdikləri şikayətlərində yalnız məhkəmə tərəfindən mülkiyyət hüquqlarının pozulmasını qeyd etmiş, cavabdeh tərəfindən hər hansı hüquqlarının pozulmasını göstərməmişlər. Başqa sözlə, alqı-satqı müqaviləsi ilə əldə etdikləri əmlakların mülkiyyətçisi kimi onlara qarşı qaldırılmış iddiaya etirazlarını bildirməklə hüquqi müstəvidə aktiv mübarizə aparmışlar. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-230/2021 saylı qətnaməsi ilə yanaşı, eyni tarixli və saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi ev 251 ünvanda yerləşən binanın pilləkən qəfəsinin ikinci mərtəbəsində yerləşən hissəsini qeyri-qanuni sökərək qarşı binanın üçüncü mərtəbəsindən həyətin ortasından keçməklə həmin pilləkən qəfəsinə birləşən pilləkənin tikilməsinə dair qoyulmuş qadağanın götürülməsi qərara alındıqdan sonra iddiaçı tərəfə pilləkənlə bağlı nəzərdə tutduqları, lakin başa çatdıra bilmədikləri təmir işlərinin davam etdirməyə də artıq hər hansı maneə yox idi. Qadağa götürüləndən sonra təmir işləri aparmağa maneə yaradan şəxslərə qarşı isə hüquq mühafizə orqanlarına müvafiq şikayətlər etmək kimi hüquqları da olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin bağlanarkən satıcı tərəfindən vicdanlılıq prinsipinə zidd olaraq passiv hərəkət formasında aldatmanın həyata keçirilməsinə dair iddiaçı tərəfin dəlilləri əsassızdır. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə iddiaçı tərəfin şahid ifadələrinə qiymət verərək hesab edir ki, X12 və X13 ifadələrində məhkəmənin icraatında mübahisə olduğundan işlərin görülməsinin qadağan olunmasını bildirmələri iddianın əsaslı olmasına dəlalət etmir. Əksinə yuxarıda qeyd edildiyi kimi həmin şəxslər təmir işlərinə başlamaq istədikləri dövrdə qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin iddiaçı tərəf olduğu bir daha təsdiqini tapır. Cavabdeh tərəfin şahidləri isə ifadələrində məhkəmə mübahisəsi olmamışdan əvvəl qeyri-yaşayış sahəsinin pilləkənini söküb yenidən tikdiklərini, səhər saatlarında işləmələri ilə bağlı qonşular tərəfindən müəyyən narazılıqların olmasını, lakin hər hansı bir münaqişənin olmadığını bildirmişlər. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə iddiaçılar İddiaçı və X4 - Cavabdeh Tengiz qızına qarşı iddiasının İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan kəsici müddətin tətbiqinin müzakirə edilməsinə zərurət yoxdur. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, digər iddia tələbləri İddiaçı ilə Cavabdeh Tengiz qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi tələbindən törəmə tələb olduğu üçün həmin müqavilə etibarsız sayılmadığı üçün həmin tələblər üzrə əlavə araşdırılma aparılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Başqa sözlə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair tələb rədd olunduğundan digər tələblərin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı (X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilən) Cavabdeh Tengiz qızına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar