Məhkəmə qərarları › İş №e-2(009)-2185/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2185/2022

27.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2185/2022 27.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, Ərizəçi İddiaçı maraqlı şəxs qismində Ağdam rayon Mərkəzi Xəstəxanası cəlb edilməklə “əmək stajl faktının müəyyən edilməsinə dair” ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Ağdam rayon Mərkəzi Xəstəxanası cəlb edilməklə “əmək stajl faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək Ağdam rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində həkim cərrah vəzifəsində işləməklə 10 il 30 gün əmək stajının olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara görə ərizə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli, 03 saylı qərarının 13.2, 13.3-cü bəndlərində izah etmişdir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Ərizəyə əlavə edilmiş Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən Bakı şəhəri Binəqədi rayon hərbi komissarlığına ünvanlanmış 02.2001-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1983-1993-cü illər ərzində Ağdam rayonunun Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir və həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə“ müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Ağdam rayon Mərkəzi Xəstəxanası cəlb edilməklə “əmək stajl faktının müəyyən edilməsinə dair” ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, o müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar