Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2194/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Nümayəndə 2019-cu ildən İddiaçı MMC-ni (VÖEN **********) təsis edərək həmin şirkətin direktorudur. Direktor olduğu şirkət turizmçilik fəaliyyəti göstərir. 2022-ci ilin noyabr ayında iş birliyi etdiyi firmanın rəhbəri Cavabdeh2 ona həkimlərin konfransı ilə bağlı Ankaraya 30 nəfərlik aviabiletlər sifariş vermiş və bir neçə nəfərin ümumvətəndaş pasportlarını göndərmişdir. Bununla bağlı o, aviabiletlərin alınması üçün depozit məbləği olan 4000 manat verilməsini bildirmişdir. Həmin ilin dekabr ayında Kəmalə xanım özünə məxsus olan şirkətin sifarişləri ilə bağlı bütün məsələləri həll edilməsi üçün Cavabdeh1 ilə tanış etmişdir. Cavabdeh2 tərəfindən verilmiş Ankaraya konfransla bağlı 30 nəfərin dekabr ayının sonuna qədər aviabiletlərin alınması üçün depozit məbləği olan 4000 manatın tərəfindən ödəməsini o, Cavabdeh1 da bildirmişdir. Cavabdeh1 Kəmalə xanımla tanışdıqdan sonra ona bildirmişdir ki, aviabiletlərin alınması üçün tələb olunan 4000 manatı ödəməsini və tez bir müddətdə yeni 2023-cü ilin yanvar ayının ilk onluğunda ödəyəcəklər. Aviabiletlərin alınması üçün depozit məbləği olan 4000 manat tərəfindən ödənilmiş və bununla bağlı Cavabdeh1 məlumat vermiş və hətta Kəmalə xanıma da məlumat verməsini bildirmişdir. Bundan əlavə olaraq bildirmək istəyir ki, Cavabdeh2 ilə telefon danışığı zamanı o, özü də ona bildirmişdir. Lakin, onların ona bildirdiyi gün tamam olmasına baxmayaraq hətta üstündən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, heç bir ödəniş edilməmişdir. Həmin pulun ödənilməsini Cavabdeh1 tələb etsə də, ilkin olaraq bildirmişdir ki, həmin 4000 manat pulun ödənilməsi Cavabdeh2 sifarişi olduğundan özü ödəməlidir. Bununla bağlı Cavabdeh2 ilə əlaqə saxladığı zaman sonuncu ona bildirmişdir ki, həmin ödənişi guya Cavabdeh1 vermişdir. Bundan əlavə olaraq bildirmək istəyir ki, Cavabdeh1 digər qalıq borcu və həmin Ankara aviabiletlərinə görə Türkiyənin “TİKA” təşkilatında köçürülən 1250 manat vəsaitin onlara tam çatmaması ilə bağlıdır. Bundan əlavə olaraq da, Cavabdeh1 Gürcüstan Respublikası Tiflis şəhərində təşkil edilmiş konfransla bağlı alınan aviabiletlərin məbləğidir. Həmin aviabiletlər üzrə ödəniləcək məbləğ 2.535 manat təşkil etmişdir. Sonradan Cavabdeh1 tərəfindən 479 manat ödənilmişdir. Ümumilikdə cavabdehlərin cəmi olaraq 7.306 manat borcları yaranmış və günü bugünə kimi ödənilməmişdir. Bununla əlaqədar olaraq tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin 27ci Polis Şöbəsinə müraciət edilmiş və xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehlərə dəfələrlə müraciət etsə də, bugünə kimi borclarını ödəməmiş və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 Vəliyəddin qızından və Cavabdeh2 7.306 manat və iddia ərizəsi verilərkən ödənilmiş 94 manat pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Cavabdeh2 aprel ayında keçiriləcək konfransla bağlı yalnız 30 nəfərin təyyarə biletinin sifarişini etmiş, dekabrın sonunadək 4000 manat depozitə pul keçirilməli, mart ayına qədər isə yerdə qalan məbləğ ödənilməli idi. Kəmalə xanımla danışıq zamanı depozitin onun tərəfindən ödəniləcəyini demiş və dekabrın sonlarında ödəniş etmişdir. Dekabrın əvvəlində Kəmalə xanım Dilbər xanımın artıq bu işlərlə məşğul olacağını ona bildirmiş və dekabrdan başlayaraq hər dəfə depozitə ödənilən pulu ona ödənilməsi Dilbər xanımdan tələb edilmişdir. Dilbər xanım isə demişdir ki, pul ödəniləcək. Mart ayınadək yerdə qalan məbləğ ödənilmədiyi üçün depozit batmışdır. Lakin pul ona ödənilməmişdir. Eyni zamanda 2022-ci ilin dekabr ayından Dilbər xanım da bir neçə dəfə sifarişlər vermiş, sifarişlərə görə onun 3306 manat ödənilməmiş borcu yaranmış, bu yaxınlarda 70 manat ödəniş olunmuşdur. 2023-cü ilin iyun ayında Kəmalə xanımla danışaraq 4000 manatı tələb etdikdə Kəmalə xanım bildirmişdir ki, pulu Dilbərə verib. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, onun 4000 manatla bağlı heç bir əlaqəsi yoxdur. Belə ki, sifariş noyabr ayında Kəmalə xanım tərəfindən edilmişdir, dekabrda isə o, Ramilə xanımla tanış olmuş və şirkətin sifarişlərini yerinə yetirmişdir. Doğrudur, onun tərəfindən edilən sifarişlər üzrə ödənlməmiş borcu var və həmin borcun 3210 manat olmasını etiraf edir. Kəmalə xanım tərəfindən ona 4000 manat pul verilməmişdir, şahid yalan danışır, onun yanında ona pul verilməyib. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, həqiqətən Kəmalə xanım tərəfindən 2022-ci ilin noyabrında Ramilə xanıma sifariş verilmiş, Ramilə xanım tərəfindən depozitə dekabr ayının sonunda 4000 manat pul ödənilmiş və həmin ay şirkətin işləri ilə artıq Dilbər xanım məşğul olduğu üçün Kəmalə xanım Aynurə xanımın iştirakı ilə Dilbər xanıma 4000 manat məbləğində öz vəsaiti hesabına pul vermişdir. Həmin pul sonradan sifariş edilmiş şəxslərdən yığılaraq ona verilməli idi, lakin pul ödənilməmişdir. Gələcəkdə Dilbər xanıma qarşı iddia qaldırılacaq. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, əvvəllər "xxxx" şirkətində işləmişdir, Kəmalə xanımı 10 ildən çoxdur ki, tanıyır. 2022-ci ilin dekabrında onun yanında “Elmlər Akademiyası” metrosu yaxınlığında yerləşən “Metropol”da olarkən Kəmalə xanım 4000 manat pulu Dilbər xanıma vermişdir. O, pulun verilməsinin şahidi olmuşdur. İş üzrə İddiaçı MMC-nin 1 nömrəli əmrin surətindən görünür ki, Nümayəndə İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixdən direktor vəzifəsində fəaliyyətə başlamışdır. Əmrin əsası kimi təsisçilərin qərarı göstərilmişdir. İş üzrə “Şirkət” qismində İddiaçı MMC-nin direktoru Nümayəndə ilə “Sifarişçi” qismində "xxxx" MMC-nin direktoru X2 arasında bağlanmış turizm xidmətlərinin göstərilməsinə dair RA010/22 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən icraçı, sifarişçinin müraciəti üzrə Azərbaycan Respublikasının ərazisində və xaricdə istirahətin və ya peşəkar-işgüzar tədbirlərin (seminarlar, konfranslar və s.) təşkili üzrə kompleks xidmətlərin göstərilməsini, Sifarişçi isə həmin xidmətlərin qiymətini ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə "xxxx" ASC-nin ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə - 490 manat, xx.xx.2023-cü il tarixdə - 3000 manat, xx.xx.2023-cü il tarixdə - 3000 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş e-qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən müqaviləyə əsasən "xxxx" MMC-yə aviabiletlərin dəyərinin ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə - 4.880 manat, xx.xx.2023-cü il tarixdə -3000 manat, xx.xx.2023-cü il tarixdə - 3000 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışından görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlər arası İddiaçı MMC depozitə 4350 manat pul köçürülmüşdür. İş üzrə Yasamal rayon RPİ-nin 27-ci PŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Nümayəndə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmə hüququnun izah edilməsi qərara alınmışdır. Həmin qərarında həmçinin göstərilmişdir ki, araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, o, Nümayəndə 2 ildir tanıyır, sonuncunun müraciətində göstərdiyi borcla bağlı bildirmişdir ki, həkimlərin konfransı aparılması ilə bağlı ona sifariş etməmişdir, onun sifarişi səs yazısında var. Cavabdeh2 etmişdir, sifarişin 4000 manat borcunun ona aidiyyatı yoxdur. Qalıq 3.250 manat pul o qısa zaman ərzində ödəyəcəkdir, 500 manat bilet cəriməsinində ödəyəcəyini söz vermişdir. Cavabdeh2 izahatında göstərmişdir ki, Nümayəndə 2 ildir tanıyır, bütün biletlərin ondan alıb münasibət qurmuşdur. 1 il müddətində Dilbər xanımla tanış etmişdir. Dilbər xanım konfrans təşkilatı ilə məşğul olmuş və halhazıradək məşğul olur. Lakin ona təklif olunan konfransa gedərək rəsmi ödənişini etmişdir. Onun heç kimə borcu yoxdur. O aylar öncə Ramilə xanımla danışıb ona Dilbər xanıma köməklik etməsini bildirmişdir. Borcla bağlı o da bildirmişdir ki, onlar özləri həll edəcəklər və yenidən başqa ölkəyə konfransla bağlı iş birlikləri var və çox rəfiqə olmuşdurlar. Onun köməyinə ehtiyacı olmamışdır. Onun işlədiyi klinika və ya həkimlərlə bağlı heç bir iş birliyi olmayıb. Nümayəndə onun barəsində dedikləri həqiqətə uyğun deyil. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, cəmiyyətin fəaliyyətini Azərbayan Respublikası qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə müvafiq icazə almaqla məşğul olmaq təşkil etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı MMC ayrı-ayrı fiziki və hüquqi şəxslərdən Azərbaycan Respublikasından müxtəlif ölkələrə getmək üçün sifariş verilən aviabiletlərin alınması və tur səyahətlərinin təşkil edilməsi ilə bağlı olan fəaliyyətlə də məşğul olmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 2019-cu ildən İddiaçı MMC-ni (VÖEN **********) təsis edərək həmin şirkətin direktorudur. Direktor olduğu şirkət turizmçilik fəaliyyəti göstərir. 2022-ci ilin noyabr ayında iş birliyi etdiyi firmanın rəhbəri Cavabdeh2 ona həkimlərin konfransı ilə bağlı Ankaraya 30 nəfərlik aviabiletlər sifariş vermiş və bir neçə nəfərin ümumvətəndaş pasportlarını göndərmişdir. Bununla bağlı o, aviabiletlərin alınması üçün depozit məbləği olan 4000 manat verilməsini bildirmişdir. Həmin ilin dekabr ayında Kəmalə xanım özünə məxsus olan şirkətin sifarişləri ilə bağlı bütün məsələləri həll edilməsi üçün Cavabdeh1 ilə tanış etmişdir. Cavabdeh2 tərəfindən verilmiş Ankaraya konfransla bağlı 30 nəfərin dekabr ayının sonuna qədər aviabiletlərin alınması üçün depozit məbləği olan 4000 manatın tərəfindən ödəməsini o, Cavabdeh1 da bildirmişdir. Cavabdeh1 Kəmalə xanımla tanışdıqdan sonra ona bildirmişdir ki, aviabiletlərin alınması üçün tələb olunan 4000 manatı ödəməsini və tez bir müddətdə yeni 2023-cü ilin yanvar ayının ilk onluğunda ödəyəcəklər. Aviabiletlərin alınması üçün depozit məbləği olan 4000 manat tərəfindən ödənilmiş və bununla bağlı Cavabdeh1 məlumat vermiş və hətta Kəmalə xanıma da məlumat verməsini bildirmişdir. Cavabdeh2 ilə telefon danışığı zamanı o, özü də ona bildirmişdir. Lakin, onların ona bildirdiyi gün tamam olmasına baxmayaraq hətta üstündən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, heç bir ödəniş edilməmişdir. Həmin pulun ödənilməsini Cavabdeh1 tələb etsə də, ilkin olaraq bildirmişdir ki, həmin 4000 manat pulun ödənilməsi Cavabdeh2 sifarişi olduğundan özü ödəməlidir. Bununla bağlı Cavabdeh2 ilə əlaqə saxladığı zaman sonuncu ona bildirmişdir ki, həmin ödənişi guya Cavabdeh1 vermişdir. Cavabdeh1 digər qalıq borcu və həmin Ankara aviabiletlərinə görə Türkiyənin “TİKA” təşkilatında köçürülən 1250 manat vəsaitin onlara tam çatmaması ilə bağlıdır. Bundan əlavə olaraq da, Cavabdeh1 Gürcüstan Respublikası Tiflis şəhərində təşkil edilmiş konfransla bağlı alınan aviabiletlərin məbləğidir. Həmin aviabiletlər üzrə ödəniləcək məbləğ 2.535 manat təşkil etmişdir. Sonradan Cavabdeh1 tərəfindən 479 manat ödənilmişdir. Ümumilikdə cavabdehlərin cəmi olaraq 7.306 manat borcları yaranmış və günü bugünə kimi ödənilməmişdir. Bununla əlaqədar olaraq tərəfindən Bakı şəhəri Yasamal RPİnin 27-ci Polis Şöbəsinə müraciət edilmiş və xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehlərə dəfələrlə müraciət etsə də, bugünə kimi borclarını ödəməmiş və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən iddiaçı cavabdehlər Cavabdeh1 Vəliyəddin qızından və Cavabdeh2 7.306 manat və iddia ərizəsi verilərkən ödənilmiş 94 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" MMC-nin təmsilçisi Cavabdeh2 tərəfindən dəfələrlə turizm xidmətlərinin göstərilməsi ilə əlaqədar (o cümlədən istirahət, işgüzar tədbirlər – seminar, konfranslar) İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə sifarişlər verilmiş, həmin sifarişlər əsasında aviabiletlər alınaraq sifarişçiyə təqdim edilmişdir. Tərəflər arasında etibarlı münasibət yaranmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 2022-ci ilin noyabrında Cavabdeh2 tərəfindən Türkiyə Respublikasının Ankara şəhərində keçiriləcək konfransla bağlı 30 nəfər üçün avibiletlərin alınması məqsədi ilə İddiaçı MMC-yə sifariş verilmiş, həmin MMC-nin təmsilçisi Nümayəndə bunun üçün depozit hesaba 4000 manat pul ödəməli olduğunu bildirdikdə, sifarişçi aralarında olan etibara əsaslanaraq həmin pulun Nümayəndə tərəfindən ödənilməsi xahiş olunmuş, yaxın zamanlarda həmin məbləğin ona qaytarılacağı barədə öhdəlik götürmüşdür. Bu hal cavabdehin nümayəndəsi və vəkili tərəfindən də etiraf edilmişdir. Lakin sonradan dəfələrlə edilən müraciətlərə baxmayaraq, iddiaçının təmsilçisi tərəfindən ödənilən 4000 manat məbləğində pul iddiaçıya ödənilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi, həmçinin onun tərəfindən şahid qismində dindirilmiş Əzizova Aynurə 4000 manat məbləğində pulun Kəmalə xanımın öz vəsaiti hesabına olduğu və onun iştirakı ilə Dilbər xanıma verilməsi barədə izahat və ifadələrini məhkəmə inandırıcı və məntiqli hesab etmir, şahid ifadəsinə tənqidi yanaşır, 2022-ci ilin dekabr ayından öz vəsaiti hesabına Dilbər xanıma ödənilən 4000 manat məbləğində pulun ondan bu günədək tələb edilməməsi, bununla bağlı məhkəməyə və digər orqanlara müraciət edilməməsini həmin halın həqiqətə uyğun olmadığını sübut edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən həkimlərin konfransa aparılması məqsədi ilə iddiaçının təmsilçisinə bilet alışı ilə əlaqədar sifariş verilmiş və həmin sifarişin məbləğinin ödənilməmiş hissəsi 3210 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Qeyd edilən Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, tapşırıq müqaviləsi mülki-hüquq münasibətləri iştirakçılarına bu münasibətlərdə öz seçimi ilə təyin etdiyi və müvafiq vəkalət verdiyi şəxs vasitəsi ilə iştirak etməyə imkan verən hüquqi vasitədir. Həmin müqaviləyə əsasən tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı işləri və ya xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Yəni bu müqavilə iki tərəfli, konsensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən aviabiletlərin alınması ilə bağlı ona verilən tapşırıqları vicdanla yerinə yetirmiş, sifarişçilərlə aralarında yaranan etibarlı münasibət səbəbi ilə ödənişləri özü həyata keçirmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər sifariş etdikləri aviabiletlərə görə iddiaçı tərəfindən ödənilən məbləğlərlə bağlı sonradan həmin məbləğləri iddiaçıya qaytarmamaqla üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında Cavabdeh2 tərəfindən aviabiletlərin sifarişi ilə əlaqədar edilmiş ödənişə görə 4000 manat məbləğində pulun geri qaytarılmaması, Cavabdeh1 tərəfindən isə edilmiş sifarişlərə görə 3210 manat məbləğində pulun geri qaytarılmaması təsdiqini tapdığından, məhkəmə hesab edir ki, həmin pul vəsaitinin qaytarılmasında hər bir cavabdeh etdiyi sifarişə görə məsuliyyət daşıdığından, həmin pul vəsaiti müştərək deyil, ayrı-ayrılıqda cavabdehlərdən tutulmalıdır. Beləliklə məhkəmə həmin pul vəsaitlərinin iddiaçıya qaytarılmaması səbəbi ilə cavabdehlər tərəfindən ona zərər yetirilməsini müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 iddiaçının xeyrinə 4000 manat, Cavabdeh1 isə iddiaçının xeyrinə 3210 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (93,25 manat) cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə sifariş etdiyi aviabiletlərə görə ödənilməmiş 3.210 (üç min iki yüz on) manat məbləğində pul tutulsun. Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə sifariş etdiyi aviabiletlərə görə ödənilməmiş 4.000 (dörd min) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 93,25 (doxsan üç manat, iyirmi beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2194/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2194/2024
12.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver