Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2196/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi İddiaçı - Cavabdeh qarşı «çıxarışın etibarsızlığı və s.» barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «çıxarışın etibarsızlığı və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh şəxs iddiaçı məhkəməyə müraciət etməzdən öncə öldüyündən və iddiaçı tərəf cavabdeh öldükdən sonra məhkəməyə müraciət etdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 154542 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 09 dekabr 2020-ci il tarixdə ölmüşdür. İddiaçı hazırki tələblə 04 avqust 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nın 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı - Cavabdeh qarşı «çıxarışın etibarsızlığı və s.» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. X1 izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2196/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2196/2021
15.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver