Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2225/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı – Cavabdeh MMC-nə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı – Cavabdeh MMC-nə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin QXM-3556 saylı, xx.xx.2023-cü il tarixli Qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli qərardadında göstərilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Hazırki işdə iddia ərizəsindən görünür ki, Xaçmaz rayon İcra və probasiya şöbəsi qiymətləndirmənin keçirilməsini Cavabdeh MMC-nə həvalə etmiş və sonuncu tərəfindən əmlakın qiymətləndirilməsi aparılmışdır. Belə olan halda hazırki işdə də dəyəri mübahisələndirilən əmlak icra icraatı çərçivəsində müəyyən edilmiş əmlak olduğundan, əmlakın müəyyən edilmiş qiymətinin mübahisələndirilməsi iddia icraatı qaydasında deyil, icra çərçivəsində icra məmurunun hərəkətlərindən şikayət verilməsi qaydasında həyata keçirilməlidir. Göründüyü kimi, icra məmurunun məhkəmənin icra vərəqəsinin icrası ilə bağlı vəzifəsini yerinə yetirmək üçün qanunun ona verdiyi səlahiyyətlərdən istifadə edərək əmlakın qiymətləndirilməsi barədə verdiyi sifariş məhkəmənin icra vərəqəsinin icrasını təmin etməyə yönəlmiş tədbirin məzmununa aid edilir. Belə olan halda, icra icraatı zamanı aparılmış qiymətləndirilmənin nəticəsindən icra vərəqəsi üzrə borclu və ya tələbkar narazıdırsa, bu narazılıq, həmin şəxslə qiymətləndirməni aparmış şəxs arasında deyil, onunla icra məmurunun arasında yaranmış mübahisə kimi qəbul olunmalıdır. Hesab edirəm ki, hazırkı mübahisə məhkəmənin icra vərəqəsinin icrası zamanı tələbkar və icra məmuru arasında yaranmış mübahisədir. Belə bir mübahisə yarandıqda isə qiymətləndirmənin naticəsindən narazı qalan borclu və ya tələbkar qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. bu kimi məsələlərlə bağlı icra məmuru qarşısında vasatət qaldırmaq hüququna malikdirlər. Vəsatətləri təmin edilmədikdə isə borclu və ya tələbkar icra məmurunun qərarını, hərəkətini və yə hərəkətsizliyini icra icraatı çərçivəsində mübahisələndirə bilər. Odur ki, iddiaçı iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 266, 267-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı – Cavabdeh MMC-nə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, onun (əmlakın yenidən qiymətlədirilməsi ilə bağlı) Xaçmaz rayon İcra və Probasiya şöbəsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2225/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2225/2023
30.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver