Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2249/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi M.M.Abışovun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi barədə iddia tələbi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında PB/GTC-022/2014 nömrəli 29.01.2014-cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun tərkib hissəsi olan 29.01.2014-cü il tarixli 2014-008 nömrəli Bank Qarantiyasının təqdim olunması haqqında Maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Ərizəyə əsasən X8 03.02.2015-ci ilədək Borc alan ilə X2 PLC arasında bağlanmış müqavilə üzrə Bank Qarantiya təqdim etmişdir. Maliyyələşdirmə üçün ərizə formasının şərtlərinə uyğun olaraq Borc alanın Bank qarşısında debitor borcu yarandığından Bank Qarantiyası münasibətləri 12.06.2015-ci il tarixdən kredit münasibətlərinə çevrilmişdir. Ərizənin şərtlərinə əsasən X8 faktiki illik faiz dərəcəsi 6.3104% (illik cərimə faizi 25% (gündəlik 0,0694%)) olmaqla 300.000 ABŞ dolları məbləğində kredit vermişdir. Maliyyələşdirmə üçün ərizə forması üzrə Borc alanın Bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 26.02.2015-ci il tarixli İS1082 nömrəli Sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 04.03.2015-ci il tarixli RX ******* nömrəli (reyestr nömrəsi: **********26-05101-083001; qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş pul öhdəliyi Borc alan tərəfindən kredit müqaviləsində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, X6rşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsası müəyyən edilmişdir. Borc alan kredit üzrə borc öhdəliyinin şərtlərini pozmağa başladığı və 29.01.2014-cü il tarixli 2014-008 nömrəli Maliyyələşdirmə üçün Ərizə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməyi üçün Bank borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair 26.02.2016-cı il tarixli iddia ərirzəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 05.06.2017-ci il tarixli, 2(006)-83/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Sonradan məhkəmə qətnaməsinin icrası istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “X1” MMC-nin 06.06.2018-ci il tarixli hərracın yekunları üzrə protokol və əmlakın alqı-satqı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nə təklif edilərək, açıq hərracda əldə edilmişdir və bu haqda mülkiyyət hüququna dair 21.06.2021-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, sözügedən qeyri-yaşayış sahəsi hal-hazırda mülkiyyətçi İddiaçı ASC-nin sahibliyində deyil və həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir. İddiaçının cavabdehə rəsmi müraciət etməsinə baxmayaraq, əmlakı faktiki idarə edən şəxs Cavabdeh əmlakı qanuni sahibinə təhvil verməkdən boyun qaçırmışdır. Bu da öz növbəsində iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Əmlaka dair mülkiyyət hüququnun İddiaçı ASC-nə məxsus olmasını nəzərə alaraq hesab edirik ki, iddiaçının əmlaka faktiki sahiblik etmək və sərəncam vermə hüquqlarının təmin edilməsi məqsədi ilə Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin əmlak boşaldılaraq iddiaçıya (mülkiyyətçiyə) təhvil verilməlidir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X3 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yaşayış yeri məlum olmadığından, qeydiyyatı inzibati binaya olduğundan onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə “Əmlak X1” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-209 No-li, 06.06.2018-ci il tarixli yekun protokolun kserosurətinə əsasən Nəsimi rayon Məhkəməsinin 2(060)- 83/2017 saylı, 05.06.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Səbail rayon icra və probasiya şöbəsinin 45570/2018-16-2-2622 saylı, 20.02.2018-ci il tarixli sifariş məktubuna əsasən Cavabdeh mükiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 150.300 manata hərraca çıxarılmış və həmin qeyri-yaşayış sahəsinin alıcısı olmadığı üçün təkrar hərracda 95817 manata İddiaçı ASC-yə satılmışdır. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 06.06.2018-ci il tarixli müqavilənin kserosurətinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 95817 manata İddiaçı ASC-yə satılmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.06.2021-ci il tarixli çıxarışın kserosurətinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin mülkiyyətindədir. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 14.07.2021-ci il tarixli daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsinə dair bildirişin kserosurətindən görünür ki, 06.06.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC tərəfindən açıq hərracda əldə edilmiş və bu haqda 21.06.2021-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, yuxarıda göstərilənlərə baxmayaraq sözügedən əmlak hələ də Cavabdeh sahibliyindədir. Mülkiyyət hüququ artıq İddiaçı ASC-yə olduğu üçün əmlak mülkiyyətçiyə təhvil verilməlidir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin istismarını dayandırmasını və 5 gün ərzində əmlakın tam boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsini xahiş etmişlər. Əks təqdirdə bank tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada əmlakın boşaldılması barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı borc alan ilə arasında bağlanmış 12.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən illik faiz dərəcəsi 6.3105% (illik cərimə faizi 25% (gündəlik 0,0694%)) olmaqla 300.000 ABŞ dolları məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan 1 üvanında yerləşən qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yetirə yetirmədiyindən bank borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Nəsimi rayon Məhkəməsinin 05.06.2017-ci il tarixli, 2(006)-83/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin 05.06.2017ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və qeyri-yaşayış sahəsi açıq hərracdan satılması üçün “Əmlak X1” MMC-yə təqdim edilmişdir. İlkin hərracda qeyri-yaşayış sahəsinin alıcısı olmadığından hərrac baş tutmamış və bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac keçirilmişdir.Təkrar hərracda da qeyri-yaşayış sahəsinin alıcısı olmadığından əmlak banka təklif edilmiş, bank qeyri-yaşayış sahəsini açıq hərracda əldə edilmiş və bu barədə mülkiyyət hüququna dair 21.06.2021-ci il tarixli dövlət reyestrindən çıxarış almışdır. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi bankın mülkiyyətində olmasına baxmayaraq, cavabdeh həmin əmlakdan istifadə edir. Bu səbəbdən bank iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X4 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən istifadəsinə etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdeh qeyri-yaşayış sahəsini boşaltmadığından, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinə hər hansı hüquqları yoxdur və həmin əmlak qanuni əsaslarla özgəninkiləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğundan və bununla da cavabdehin mübahisəli əmlakın istifadə edilməsi üçün hər hansı qanuni əsaslar müəyyən edilmədiyindən, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağlı tələbi tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 148,5 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin əmlak boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Cavabdeh dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2249/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2249/2021
13.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver