Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-225/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Kia Sportage” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai 140” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində ona 2821 manat maddi ziyan dəymişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iki ay vaxt keçməsinə baxmayaraq istifadəsində olan “Kia Sportage” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməkdən məhrum olmuşdur. Buna görə də hesab edir ki, ona 1000 manat mənəvi ziyan dəymişdir. Məcburiyyət qarşısında qalaraq “Kia Sportage” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəlki vəziyyətinə gətirmək üçün o, “Kia Motors” servisinə müraciət etmişdir. Müraciəti əsasında idarə etdiyi avtomobil öz vəsaiti hesabına təmir olunaraq əvvəlki vəziyyətinə bərpa edilmişdir. Ödənilməmiş maddi ziyana görə 2821 manat və 1000 manat mənəvi ziyana görə isə pulun 10 gün müddətində onun bank hesabına ödənilməsini cavabdehdən xahiş etmişdir. Əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Baxmayaraq ki, təmir işləri xx.xx.2024-cü il tarixdə yekunlaşıb, lakin 2821 manat dəyən ziyan bu günə kimi ödənilməmişdir. Məcburiyyət qarşısında qalaraq o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən maddi ziyana görə 2821 manat, mənəvi ziyana görə 1000 manat, 59 manat dövlət rüsumu, ümumilikdə 3880 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, hadisə baş verəndən sonra sığorta təşkilatının əməkdaşı hadisə yerinə gəlmiş, mütəxəssis avtomaşına baxış keçirmiş, 7 gündən sonra ona məlumat verilmişdir ki, dəyən ziyan məbləği 340 manatdır. O, bununla razılaşmadıqda demişlər ki, “get müstəqil ekspertdən rəy al”. O, hətta demişdir ki, avtomaşını təmir edib ona qaytarsınlar. Bundan da imtina edilmişdir. Avtomaşın onun ailəsinin yeganə nəqliyyat vasitəsidir, mütəmadi həmin nəqliyyat vasitəsindən istifadə edir. O, məcbur olub “Kia Motors”da avtomobili təmir etdirmişdir, müəyyən hissələri “Kia Motors”dan almış, orada mövcud olmayan hissələri isə digər satış yerindən almış və təmirə 2821 manat xərci çıxmışdır. Bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Hansı hissənin dəyişdirilməsini isə təmir edən usta müəyyənləşdirmişdir. Dəyişdirilən hissənin köhnələri ondadır, cavabdehə təqdim edə bilər. Ekspert rəyi ilə müəyyən edilmiş ziyan məbləği ilə razı deyil. Kifayət qədər az məbləğ göstərilmişdir. Sübut kimi dəyərləndirilməməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, ekspert rəyi ilə müəyyən edilən ziyan məbləği ilə razıdırlar. İddiaçı onlar tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmadığı təqdirdə alternativ qiymətləndirmə həyata keçirilməli idi. Lakin iddiaçı həmin avtomaşını təmir etdirmişdir. Digər tərəfdən icbari sığorta yalnız hissələrin təmiri üçün xərc verməlidir. Hissələrin dəyişdirilməsi üçün deyil. İddiaçı isə avtomobilin müəyyən hissələrini dəyişdirmiş və məhkəməyə qəbz təqdim etmişdir. Qəbzlərin bəzilərində hissələrin adı yoxdur. Ona görə məhkəmədən həmin qəbzlərin sübut kimi qiymətləndirilməməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın ekspertiza rəyi ilə müəyyən edilən məbləğ həddində təmin edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş PAT********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətinə əsasən sığortalı İddiaçı məxsus olan «Kia Sportage» markalı 99BG440 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Sığorta Şirkəti ASC-də xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək icbari sığorta növündə sığortalanmışdır. Sığorta məbləği 5000 manat təşkil etmişdir. İş üzrə “Kia Motors Azərbaycan” servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təmir kartının surətindən görünür ki, “Kia Sportage” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 779 manat vəsait hesablanmışdır. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən təqdim edilmiş və qiymətləndirici Eyvaz Şirinov tərəfindən tərtib edilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesabatın surətindən görünür ki, “Kia Sportage” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri (dəmirçi – 50 manat, rəngsaz – 1150 manat, plastmas – 30 manat, armaturçu – 30 manat, çilingər – 20 manat, balans – 10 manat, razval – 10 manat, digər (disk təmiri) – 25 manat, cəmi 290 manat) və ehtiyyat hissələrinin dəyişdirilməsi (ön sol alt çaşka - 50 manat) üçün cəmi 340 manat vəsait hesablanmışdır. İş üzrə İddiaçı tərəfindən İcbari Sığorta Bürosuna və Cavabdeh Sığorta Şirkəti ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15.00 radələrində Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə idarə etdiyi 99BG440 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkət edərkən 77HA541 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı minik avtomaşını, Yol hərəkət qaydalarını pozaraq onun avtomobilinin sol tərəfdən diskə çırpılmışdır. Nəticədə idarə etdiyi avtomobilə ciddi zədə dəymişdir. AR DİN-nin onun tərəfindən zəng olunmuş və YPİ-ə əməkdaşı gələrək hadisəyə hüquqi qiymət verilmişdir. Hadisə yerinə Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi gəlmiş, hadisə barədə fotoşəkillər çəkilmişdir. Daha sonra dəyən ziyanın hesablanması üçününvan 1 ünvanda yerləşən Avtoservisə göndərilmişdir. Ona məxsus avtomaşın ciddi zədə aldığı üçün onu evakuator vasitəsi ilə Avtoservisə aparmışdır. Avtomaşın evakuatordan düşürdülmədən səthi baxış keçirilmiş və sonda dəyən ziyan 340 manat dəyərləndirilmişdir. Nəzərinə çatdırmaq istəyir ki, təkcə ARM Complete-FR LWR LH (tarelka) qiyməti 395 manatdır. Hələ digər zədələnmiş ehtiyat hissələrini demirəm. “Kia Motors”un əməkdaşları tərəfindən dəymiş ziyanın hesablanması 2700 manat təşkil edir. Ona dəyən ziyan ödənilməsə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. Bunu hədə-qorxu kimi yox, çıxış yolu kimi nəzərə almasını xahiş olunur. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, T.Əzizov etibarnamə ilə idarə etdiyi “Kia Sportage” markalı, 99BG440 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyatı hadisəsi nəticəsində zərər dəymişdir. Sözügedən avtomobilə dəymiş zərər 340 manat həcmində qiymətləndirilmişdir. Lakin İddiaçı sığorta şirkətinin müəyyən etdiyi zərər məbləği ilə razılaşmamışdır. Bu səbəblə xx.xx.2024-cü il tarixdə Cavabdeh Sığorta Şirkəti tərəfindən İddiaçı məktub ünvanlanmış, həmin məktubda sığorta şirkəti avtomobilin təmirini təşkil etməyə və ya müəyyən edilmiş zərər məbləğini ona ödəməyə hazır olduğunu bildirmişdir. Bundan əlavə, İddiaçı yazılı razılığı ilə təyin edilən müstəqil ekspert tərəfindən avtomobilə dəymiş zərərin təkrar qiymətləndirilməsinin təşkili təklif edilmişdir. Odur ki, İddiaçı yazılı razılığı olduğu halda Cavabdeh Sığorta Şirkəti müstəqil ekspertizanın keçirilməsini təşkil edəcəkdir. İş üzrə “Kia Motors Azərbaycan” servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təmir kartının surətindən görünür ki, “Kia Sportage” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin təmiri üçün cəmi 70 manat vəsait hesablanmışdır. İş üzrə “Kia Motors Azərbaycan” servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təmir kartının surətindən görünür ki, “Kia Sportage” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 850 manat vəsait hesablanmışdır. İş üzrə ödəniş qəbzlərin surətindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ehtiyyat hissələrin alınması üçün 1285 manat, təmir kartları üzrə avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün xx.xx.2024-cü il tarixdə - 779 manat, xx.xx.2024-cü il tarixdə -70 manat, xx.xx.2024-cü il tarixdə - 850 manat məbləğində ödəniş edilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh Sığorta Şirkətin ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixdi pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Kia Sportage” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai 140” markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticədə ona 2821 manat maddi ziyan dəymişdir. Sığorta şirkətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iki ay vaxt keçməsinə baxmayaraq istifadəsində olan “Kia Sportage” markalı, **-BG-*** dölvət qeydiyyat nişanlı avtomobili idarə etməkdən mərhum olmuşdur. Buna görə də hesab edir ki, ona 1000 manat mənəvi ziyan dəymişdir. Məcburiyyət qarşısında qalaraq “Kia Sportage” markalı, **-BG-*** dölvət qeydiyyat nişanlı avtomobili əvvəlki vəziyyətinə gətirmək üçün “Kia Motors” servisinə müraciət etmişdir. Müraciəti əsasında idarə etdiyi avtomobil öz vəsaiti hesabına təmir olunaraq əvvəlki vəziyyətinə bərpa edilmişdir. Ödənilməmiş maddi ziyanın 2821 manat və 1000 manat mənəvi ziyana görə isə pulun 10 gün müddətində onun bank hesabına ödənilməsini xahiş etmişdir. Əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/519 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə məktubla birlikdə göndərilən “Kia Motors Azərbaycan” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli qüsur aktlarındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən Kia avtohissələr satışı bazarlarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Kia Sportage” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1050 manat (dəyişilməli hissələrin qiyməti – 0,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1050 manat) müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Hyundai 140” markalı, **- HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkət edən zaman iddiaçının idarə etdiyi və Cavabdeh Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi” ilə sığortalanmış “Kia Sportage” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçının idarə etdiyi avtomaşına maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti tərəfindən iddiaçıya 340 manat məbləğində sığorta haqqı ödənilməsi təklif olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 2821 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti tərəfindən cəmi 950 manat sığorta ödənişi təklif edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iki ay vaxt keçməsinə baxmayaraq istifadəsində olan avtomobili idarə etməkdən məhrum olmuşdur. Məcburiyyət qarşısında qalaraq “Kia Sportage” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəlki vəziyyətinə gətirmək üçün o, “Kia Motors” servisinə müraciət etmişdir. Müraciəti əsasında idarə etdiyi avtomobil öz vəsaiti hesabına təmir olunaraq əvvəlki vəziyyətinə bərpa edilmişdir. Ödənilməmiş maddi ziyana görə 2821 manat və 1000 manat mənəvi ziyana görə isə pulun 10 gün müddətində onun bank hesabına ödənilməsini cavabdehdən xahiş etmişdir. Baxmayaraq ki, təmir işləri xx.xx.2024-cü il tarixdə yekunlaşıb, lakin 2821 manat dəyən ziyan bu günə kimi ödənilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən maddi ziyana görə 2821 manat, mənəvi ziyana görə 1000 manat, 59 manat dövlət rüsumu, ümumilikdə 3880 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur, cavabdeh sığorta hadisəsinin baş verməsini qəbul edir, sığorta ödənişinin verilməsindən imtina etmir və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, sığorta şirkəti iddiaçının idarə etdiyi avtomaşına vurulmuş ziyan məbləğini 340 manat hesablanmışdır. “Kia Motors Azərbaycan” servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli təmir kartlarına və iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən isə iddiaçının idarə etdiyi avtomaşına dəymiş ziyanın məbləği cəmi 2984 manat təşkil edir. İddiaçı avtomaşına cəmi 2821 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sığorta ödənişi kimi 340 manat məbləğində pul təklif etsə də, həmin məbləğ vurulmuş ziyanın tam ödənilməsi üçün yetərli olmamışdır. İş materiallarında olan həm iddiaçı, həm cavabdeh tərəfindən avtomaşına dəymiş ziyanla bağlı rəylər təqdim olunmuşdur. Eyni zamanda avtomaşına vurulmuş ziyanla bağlı müxtəlif rəylər olduğu üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyi alınmışdır. Məhkəmə qeyd edir ki, sığorta şirkəti tərəfindən ziyan məbləği hesablanarkən zərərin hesablanması yekun aktı əsas tutulsa da, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, aktdan görünür ki, həmin akt sığorta şirkətinin əməkdaşları tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Sığorta şirkəti kommersiya təşkilatı kimi sığorta ödənişi ödəyən tərəf olduğu üçün, ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunur. Digər tərəfdən sığorta şirkəti avtomaşına vurulmuş ziyanı müəyyən edərkən yalnız vizual baxış keçirmiş və üzdən görünən hissələrə vurulmuş ziyanı müəyyən etmişdir (yalnız dəmirçi və rəngsaz işləri ilə bağlı xərc həmin aktda qeyd olunmuşdur). Eyni zamanda ekspertiza tərəfindən həmin rəydə göstərilən hissələrin dəyişdirilməsi və təmir xərcləri nəzərə alınmaqla təmir-bərpa xərcinin 1050 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyində ziyan məbləği 1050 manat həddində olması qeyd edilsə də, faktiki iddiaçının təmirə çəkilən xərcə (ehtiyat hissələrinin alınmasına və təmirə çəkilən xərc) dair mötəbər sübutlar xərcin məhz iddia tələbi həddində olmasını təsdiq edir. Yəni məhkəmə tədqiq olunan sübutları nəzərə alaraq ekspert rəyində müəyyən olunan məbləği real ziyan məbləği kimi qəbul etmir. Beləliklə məhkəmə iddiaçıya məxsus avtomaşına dəymiş ziyan məbləğinin (təmir-bərpa üçün real çəkilən xərcin) 2821 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin iddiaçıya məxsus avtomaşına vurulmuş ziyanın ödənilməsi üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli və cavabdehdən vurulmuş ziyanın əvəzi sığorta ödənişi kimi iddiaçının xeyrinə 2821 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 1.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 1.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (48,21 manat) Cavabdeh Sığorta Şirkəti ASC-dən iddiaçının xeyrinə, ekspertiza xərci isə cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Kia Sportage» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyanla bağlı Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 2821 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48,21 manat, cəmi 2.869,21 (iki min səkkiz yüz altmış doqquz manat, iyirmi bir qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-225/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-225/2025
18.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver