Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2269/2022 09.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin – cavabdeh X2 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC - cavabdeh X2 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və İddiaçı MMC şirkətlərinin möhürlərinin, elektron imzalarının, sənədlərin (bütün müştərilər və tədarükçülərlə müqavilələr, həmin müqavilələr üzrə əlavə, qoşma və aktlar, işçilərlə imzalanmış əmək müqavilələri, əmək kitabçaları, məzuniyyət əmrləri və digər kadr uçot sənədləri, mühasibatlıq və bank sənədləri) cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-nin direktoru vəzifəsində çalışmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq hələ də hər iki MMC-nin möhürlərini, elektron imzalarını, bütün müştərilər və tədarükçülərlə müqavilələr, həmin müqavilələr üzrə əlavə, qoşma və aktlar, işçilərlə imzalanmış əmək müqavilələri, əmək kitabçaları, məzuniyyət əmrləri və digər kadr uçot sənədləri, mühasibatlıq və bank sənədlərini şirkətin səlahiyyətli nümayəndəsinə təhvil verməmişdir. Bununla bağlı cavabdeh ona göndərilən məktublara müxtəlif bəhanələr gətirməklə sənədləri verməkdən imtina edir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini tam müdafiə edib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, qeyd olunan müəssisələrin bütün sənədləri 01 aprel 2022-ci il tarixdə “Füzuli Residence” ofisində cavabdehin həmin vaxt orada olmadığı zaman Maksim Karamışev və Alim Salahov tərəfindən götürülmüşdür. Cavabdeh direktor vəzifəsinə təyin olunduğu tarixdən təsisçilər tərəfindən ona hər hansı əmlak təhvil verilməmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-nin, xx.xx.2021-ci il tarixdən isə İddiaçı MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC tərəfindən X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, cəmiyyətdə direktor vəzifəsində işlədiyi müddət ərzində yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrə fiziki və hüquqi şəxslərlə aparılmış şübhəli əməliyyatların dürüstləşdirilməsi ilə əlaqədar "xxxx" MMC-nin auditoru X1 mühasibat uçotu sənədləri təqdim edilmişdir. Odur ki, auditor yoxlamasında iştirakınız vacibdir. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçının ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı məhkəməyə "xxxx" MMC və İddiaçı MMC şirkətlərinin möhürlərinin, elektron imzalarının, bütün müştərilər və tədarükçülərlə müqavilələr, həmin müqavilələr üzrə əlavə, qoşma və aktlar, işçilərlə imzalanmış əmək müqavilələri, əmək kitabçaları, məzuniyyət əmrləri və digər kadr uçot sənədləri, mühasibatlıq və bank sənədlərinin cavabdehdə olması və qeyd olunan sənədlərin iddiaçıya təhvil verilməməsini təsdiq edə biləcək heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı şirkət xx.xx.2022-ci il tarixdə cavabdehə ünvanladığı məktubda sənədlərin audit yoxlaması üçün auditora təqdim edildiyini qeyd etmişdir. “Audit Xidməti haqqında” Qanunun 12-ci maddəsinə əsasən sərbəst auditor və auditor təşkilatı yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək hüququna malikdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. Məhkəmə iddiaçının xx.xx.2022-ci il tarixli məktubuna və yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək eyni zamanda hesab edir ki, iddiaçı cavabdehin direktor vəzifəsində işlədiyi dövr ərzində onun fəaliyyətinin yoxlanılması məqsədi ilə auditor yoxlaması təşkil etməklə həm də ərizəsində qeyd etdiyi sənədlərin cavabdehdə olmadığına əsas yaradır. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, mühasibat uçotu sənədlərini, habelə audit yoxlanılmasının aparılması üçün zəruri olan digər bütün sənədləri auditora təqdim etmədən audit yoxlanılmasının aparılmasının mümkünlüyü qanunvericiliklə istisna olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçı tərəfindən onun əsaslarına dair heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin – cavabdeh X2 qarşı «əmlak» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2269/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2269/2022
09.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver