Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2289/2023 29.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X11 və X8, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Yusı̇ fova Təymı̇ nə Şamı̇ l qızına qarşı "vurulmuş maddi ziyan və əldən çıxmış fayda" tələbinə dair ilkin iddia ərzəsinə, eyni zamanda, iddiaçı Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “maddi zərərin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti cavabdeh Yusı̇ fova Təymı̇ nə Şamı̇ l qızına qarşı "vurulmuş maddi ziyan və əldən çıxmış fayda" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməlləri nəticəsində İddiaçı MMC-yə dəymiş 590 800 (beş yüz doxsan min səkkiz yüz) manat məbləğində ziyanın (422 000 manat dəyərində real zərərin, 168 800 manat həcmində isə əldən çıxmış fayda növündə ziyanın) və ödənilmiş 881 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı MMC ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında xx.xx.2015-ci il tarixində sonuncuya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan zaman Yusifova (Abdullayeva) Təyminə Şamil qızı tərəfindən notariusa təqdim edilmiş şəxsiyyət vəsiqəsində (şəxsiyyət vəsiqəsi 02 noyabr 2015-ci il tarixində “ASAN 5” tərəfindən verilmişdir) onun subay olduğu qeyd edildiyindən alqı-satqının reallaşması üçün hər hansı digər bir şəxsin razılığına lüzum olmamışdır. Alıcı qismində çıxış edən İddiaçı MMC tərəfindən mənzilin qiyməti tam olaraq satıcıya ödənilmiş, daha sonra isə həmin mənzil xx.xx.2015-ci il tarixli, D014 saylı Lizinq müqaviləsi əsasında başqa bir şəxsə (X13) lizinqə verilmişdir. Lakin həmin şəxs müqavilə şərtlərini lazımı qaydada yerinə yetirməmişdir. Ödənişləri vaxtında həyata keçirmədiyi barədə ona xəbərdarlıq edilikdə isə, o, ödənişləri vaxtlı-vaxtında həyata keçirməyə maddi imkanının olmadığını, buna görə də öz öhdəliyini başqa şəxsə ötürmək niyyətində olduğunu bildirmişdir. Bundan sonra, 1 fevral 2016-cı il tarixində D014saylı, 20 noyabr 2015-ci il tarixli X20 lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliklərinin X7 ötürülməsini nəzərdə tutan Əlavə Razılaşma imzalanmışdır. X4 da öhdəliklərin ötürülməsi haqqında müqavilənin şərtlərini pozaraq lizinq müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir. Odur ki, İddiaçı MMC “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin alqısatqı müqaviləsi bağlandıqdan bir müddət keçdikdən sonra Yusifova (Abdullayeva) Təyminə Şamil qızının həmin müqavilə bağlanarkən evli olduğu məlum olmuşdur. Nəticədə sonuncu ilə onun həyat yoldaşı Abdullayev Barat arasında mübahisələr başlanmışdır. İddiaçı MMC-nin X7 qarşı müqavilədən irəli gələn mübahisələrə dair tələblərinə məhkəmədə baxılan zaman Abdullayev Barat yuxarıda adı çəkilən alqı-satqı, lizinq və öhdəliklərin ötürülməsinə dair müqavilələrin etibarsız hesab edilməsi və həmin əmlakda pay hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə baxan Səbail rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli, 2(009)- 2120/2016 saylı Qətnaməsi ilə ilk iddianın (yəni, İddiaçı MMC-nin iddiasının) rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarmışdır. Qətnaməyə əsasən, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş X12 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı müqaviləsi, X13 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, D014 saylı Lizinq müqaviləsi və İddiaçı MMC, X12 və X13 arasında bağlanmış D014 saylı X19 xx.xx.2016-cı il tarixli Əlavə razılaşma (öhdəliyin ötürülməsi haqqında) etibarsız hesab edilmişdir. Mübahisəli əmlakın üzərində X12 ilə X14 bərabər paylı mülkiyyət hüququ tanınmışdır. Eyni zamanda qətnamə ilə X5 250 000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra, X7 qarşı AR Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.2 və 315.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi açılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qərarı X12 həmin maddələrlə təqsirli bilinərək məhkum olunmuşdur. Həmin hökmdən verilən apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 06 dekabr 2017-ci il tarixli, 1(103)- 1749/2017 saylı hökmü ilə Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv etmişdir. Apellyasiya məhkəməsi X6 əməlində AR CM-in 320.1 və 178.3.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərinin tərkibi olmadığı üçün ona bəraət verilməsi, X6 AR CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və AR CPM-in 39.1.3 və 44.2.1-ci maddələri tətbiq edilməklə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi, X6 AR CM-in 315.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarmışdır. Həmin qətnamədə göstərilir ki: “Yuxarıda qeyd olunduğu kimi, məhkəmə kollegiyası X6 adına 02 noyabr 2015-ci il tarixdə Bakı şəhəri 5 saylı ASAN Xidmət Mərkəzi tərəfindən verilmiş AZE seriyalı, 15484236 nömrəli şəxsiyyət vəsiqəsinin “ailə vəziyyəti” qrafasında edilmiş “subay” qeydiyyatının həqiqətə uyğun olmamasını müəyyən etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Təyminə Abdullayeva şəxsiyyət vəsiqəsində həmin qeydin düzgün olmamasını bilə-bilə ondan istifadə edərək, mülkiyyətində olan daşınmaz əmlakı özgəninkiləşdirməklə, AR CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, onun müqaviləni bağlayarkən notariat orqanının adına tərtib olunmuş ərizədə guya subay olduğunu və mənzil əldə edərkən də guya subay olduğunu göstərməsi onun saxta sənəddən istifadə etmək məqsədinin göstəricisidir. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)- 2120/2016 saylı Qətnaməsində də öz təsdiqini tapmışdır ki: “X6 Bakı şəhər Notariusuna ünvanlanmış 15 noyabr 2015-ci il tarixli ərizənin məzmunundan görünür ki, T.Abdullayeva ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzili həm əldə edən, həm də satan zaman subay olub, bununla bağlı hər hansı mübahisə yaranarsa, bütün məsuliyyəti öz üzərinə götürür”. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzilin dəyərinin tam şəkildə satıcıya ödənilməsinə baxmayaraq, sonradan bütün əqdlər etibarsız hesab edilmiş və həmin əmlaka olan mülkiyyət hüquqlarından tam şəkildə məhrum olmuşlar. İddiaçı uzun zaman davam edən məhkəmə mübahisələrindən sonra X12 ilə bağlanmış barışıq sazişi nəticəsində həmin əmlakın yalnız ½ hissəsində öz mülkiyyət hüququnu bərpa edə bilmişdir. Belə ki, X6 İddiaçı MMC-yə olan borcları onun həmin mənzildəki payı ilə, yəni mənzilin ½ hissəsi ilə əvəzləşdirilmişdir. Barışıq sazişi Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərardadı ilə təsdiq edilmişdir. Lakin halhazırda da, əmlakın ½ hissəsi İddiaçı MMC-yə məxsus olsa da, həmin əmlakı realizə etmək mümkün deyildir. Yəni, X6 alqı-satqı müqaviləsi bağlanan zaman bilə-bilə saxta sənədlərdən istifadə etməsi nəticəsində İddiaçı MMC alqı-satqı müqaviləsi bağlanarkən haqqı çatanların yarı hissəsindən məhrum olmuşdur. İşin hallarından aydın olduğu kimi, alqı-satqı zamanı X12 bilə-bilə saxta sənədlərdən istifadə etməklə CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir və bu fakt Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 06 dekabr 2017-ci il tarixli, 1(103)-1749/2017 saylı qərarı ilə öz təsdiqini tapmışdır və həmin hissədə preyudisial əhəmiyyətə malikdir. Mülki Məcəllənin 225.6-cı maddəsinə görə Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə ki, İddiaçı MMC 20 noyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlakın vahid və yeganə mülkiyyətçisi olmalıydı. Çünki məhkəmə qərarları ilə də öz təsdiqini tapdığı kimi İddiaçı MMC həmin zaman vicdanlı alıcı olmuş, alqı-satqı müqaviləsinin şərtlərinə də əməl edərək mənzilin qiymətini tam şəkildə onun satıcısına ödəmişdir. Lakin sonradan yaranan məhkəmə mübahisələri nəticəsində mənzil İddiaçı MMC-dən alınmışdır. Bunun nəticəsində iddiaçıya dəyən ziyan aşağıdakılarda ehtiva olunur: Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (realzərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Cavabdeh bilə-bilə saxta sənəddən istifadə etməsi nəticəsində İddiaçıya həm real zərər, həm də əldən çıxmış fayda növündə ziyan dəymişdir. Belə ki, hal-hazırda İddiaçı MMC mübahisəli əmlakın yalnız ½ hissəsində öz mülkiyyət hüququnu bərpa edə bilmiş, əmlakın qalan hissəsindən isə məhrum olmuşdur (real zərər). Başqa sözlə desək, likvid dəyəri 844 000 AZN (səkkiz yüz qırx dörd min), bazar dəyəri isə ******* (bir milyon yüz min) AZN olan əmlakın yarısından məhrum olmuş İddiaçı MMC-yə 422 000 min manat məbləğində real ziyan vurulmuşdur (əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi əlavə olunur). Həmin əmlakın gəlirliyinin illik 10 faiz olduğu nəzərə alınsa, onun icarəyə və ya lizinqə veriləcəyi təqdirdə 2019-cu ildən bu günədək olan 4 illik müddət ərzində iddiaçı 168 800 manat (422 000 manatın 10 faizi 42 200 manat edir, 4 ilə görə isə bu məbləğ 168 800 manat olur) məbləğində əldən çıxmış faydadan məhrum olmuşdur. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “maddi zərərin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən 650000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: İlk iddiaçının ona borclu olduğunu hesab edir. İddiaçı MMC vaxtilə “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, həyat yoldaşı Abdullayev Barat yuxarıda adı çəkilən alqı-satqı, lizinq və öhdəliklərin ötürülməsinə dair müqavilələrin etibarsız hesab edilməsi və həmin əmlakda pay hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə baxan Səbail rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli, 2(009)-2120/2016 saylı Qətnaməsi ilə ilk iddianın (yəni, İddiaçı MMC-nin iddiasının) rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarmışdır. Qətnaməyə əsasən, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş X12 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın AlqıSatqı müqaviləsi, X13 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, D014 saylı Lizinq müqaviləsi və İddiaçı MMC, X12 və X13 arasında bağlanmış D014 saylı X20 xx.xx.2016-cı il tarixli Əlavə razılaşma (öhdəliyin ötürülməsi haqqında) etibarsız hesab edilmişdir. Mübahisəli əmlakın üzərində X12 ilə X14 bərabər paylı mülkiyyət hüququ tanınmışdır. Eyni zamanda qətnamə ilə ondan 250 000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Müqavilə əsasında ona verilən pulun cəmi 250 000 manat olması məhkəmə qətnaməsilə təsdiq edilir. Beləliklə məhkəmə qətnaməsilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzil üçün cəmi 250000 manat ödəmişdir. Hazırda isə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişi nəticəsində həmin əmlakın ½ hissəsinin mülkiyyət hüququ iddiaçıya aiddir. Onun, X6 İddiaçı MMC-yə olan borcu yəni 250 000 manat məbləğində vəsait həmin mənzildəki payı ilə, yəni mənzilin ½ hissəsi ilə əvəzləşdirilmişdir. Barışıq sazişi Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərardadı ilə təsdiq edilmişdir. İddiaçı öz ərizəsində mənzilin dəyərini likvid dəyəri 844 000 AZN (səkkiz yüz qırx dörd min), bazar dəyəri isə ******* (bir milyon yüz min) AZN qeyd etməklə özü sübut edir ki, ona cəmi 250 000 manat ödədiyi halda 550 000 manat dəyərində əmlak əldə etmişdir. Lakin hazırda mənzilin bazar dəyəri ******* manat, iddiaçının mülkiyyətində olan hissəsi ½ hissəsi isə 900000 manat təşkil edir. Beləliklə, ilk iddiaçı cəmi 250000 manat ödədiyi halda haqsız olaraq 900000 manatlıq əmlak əldə etmiş, yəni haqsız 650000 manat gəlir əldə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X16 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin digər nümayəndəsi X15 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlkin iddia tələbinə etirazın dəlilləri: Hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Doğrudan da, İddiaçı MMC ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında xx.xx.2015-ci il tarixində ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Alıcı qismində çıxış edən İddiaçı MMC tərəfindən həmin mənzil xx.xx.2015-ci il tarixli, D014 saylı Lizinq müqaviləsi əsasında başqa bir şəxsə (X13) lizinqə verilmişdir. Lakin həmin şəxs müqavilə şərtlərini lazımı qaydada yerinə yetirməmişdir. Ödənişləri vaxtında həyata keçirmədiyi barədə ona xəbərdarlıq edilikdə isə, o, ödənişləri vaxtlı-vaxtında həyata keçirməyə maddi imkanının olmadığını, buna görə də öz öhdəliyini başqa şəxsə ötürmək niyyətində olduğunu bildirmişdir. Bundan sonra, 1 fevral 2016-cı il tarixində D014saylı, 20 noyabr 2015-ci il tarixli X20 lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliklərinin X7 ötürülməsini nəzərdə tutan Əlavə Razılaşma imzalanmışdır.” Beləliklə buradan görünür ki, həmin lizinq müqaviləsini bağlayarkən İddiaçı MMC-nin əsl niyyəti ondan mənzil alıb guya ki, alıcı X2 olmamış, həmin alıcı formal xarakterli alıcı olmuş, əslində iddiaçı pulu ona vermiş, lakin əsl niyyəti mənzil almaq olmamışdır. Çünki mənzilin “satıcısı” olan şəxs o, olan halda cəmi iki ay sonra eyni mənzili lizinq vasitəsilə almaq istəməyi absurddur. İddiaçı MMC “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda həyat yoldaşı Abdullayev Barat yuxarıda adıçəkilən alqı-satqı, lizinq və öhdəliklərin ötürülməsinə dair müqavilələrin etibarsız hesab edilməsi və həmin əmlakda pay hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə baxan Səbail rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli, 2(009)-2120/2016 saylı Qətnaməsi ilə ilk iddianın (yəni, İddiaçı MMC-nin iddiasının) rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarmışdır. Qətnaməyə əsasən, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş X12 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı müqaviləsi, X13 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, D014 saylı Lizinq müqaviləsi və İddiaçı MMC, X12 və X13 arasında bağlanmış D014 saylı X19 xx.xx.2016-cı il tarixli Əlavə razılaşma (öhdəliyin ötürülməsi haqqında) etibarsız hesab edilmişdir. Mübahisəli əmlakın üzərində X12 ilə X14 bərabər paylı mülkiyyət hüququ tanınmışdır. Eyni zamanda qətnamə ilə ondan 250 000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Müqavilə əsasında ona verilən pulun cəmi 250 000 manat olması məhkəmə qətnaməsilə təsdiq edilir. Bundan başqa məhkəmə qətnaməsinin tarixi də məlumdur ki, bu 19 dekabr 2016-cı ildir, yəni burada iddia müddətinin axımlılığı başlamış, hazırki iddiaçı da prosessin iştirakçısı olmaqla məhkəmə qətnaməsindən xəbərdardır. Bundan sonra o, gerçəkdən də haqsız olaraq cinayət məsuliyyətinə cəlb olunmuş və Bakı Apellyasiya məhkəməsi qərarı ilə “X6 əməlində AR CM-in 320.1 və 178.3.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərinin tərkibi olmadığı üçün” bəraət alımışdır, X6 AR CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsə də, AR CPM-in 39.1.3 və 44.2.1-ci maddələri tətbiq edilməklə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməmişdir. İddiaçı Səbail rayon Məhkəməsi qətnaməsinə də aşağıdakı hissədə istinad edir: Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-2120/2016 saylı Qətnaməsində də öz təsdiqini tapmışdır ki: “X6 Bakı şəhər Notariusuna ünvanlanmış 15 noyabr 2015-ci il tarixli ərizənin məzmunundan görünür ki, T.Abdullayeva ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzili həm əldə edən, həm də satan zaman subay olub, bununla bağlı hər hansı mübahisə yaranarsa, bütün məsuliyyəti öz üzərinə götürür”. Burda bir daha iddia müddətinin tətbiqi barədə əsas yaranır. Beləliklə məhkəmə qətnaməsilə müəyyən edilmişdir ki İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzil üçün cəmi 250000 manat ödəmişdir. Hazırda isə aralarında bağlanmış barışıq sazişi nəticəsində həmin əmlakın ½ hissəsinin mülkiyyət hüququ iddiaçıya aiddir. Onun, X6 İddiaçı MMC-yə olan borcu yəni 250 000 manat həmin mənzildəki payı ilə, yəni mənzilin ½ hissəsi ilə əvəzləşdirilmişdir. Barışıq sazişi Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərardadı ilə təsdiq edilmişdir. Burada İddiaçı MMC yazır ki: Lakin hal-hazırda da, əmlakın ½ hissəsi İddiaçı MMC-yə məxsus olsa da, həmin əmlakı realizə etmək mümkün deyildir. Yəni, X6 alqı-satqı müqaviləsi bağlanan zaman bilə-bilə saxta sənədlərdən istifadə etməsi nəticəsində İddiaçı MMC alqı-satqı müqaviləsi bağlanarkən haqqı çatanların yarı hissəsindən məhrum olmuşdur. Lakin: 1.İddiaçı mənzildə olan 1\2 payının realizə edilməsinin mümkün olmamasını yazsa da buna dair heç bir sübut göstərməmiş, yəni MPM-nin 77.1. maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən iddiaçı könüllü olaraq barışıq sazişini imzalamış, yəni ödədiyi pulun müqabilində mənzilin ½ hissəsinə mülkiyyət hüququnu qəbul etməyə razılaşmışdır. İddiaçı öz ərizəsində mənzilin dəyərini likvid dəyəri 844 000 AZN (səkkiz yüz qırx dörd min), bazar dəyəri isə ******* (bir milyon yüz min) AZN qeyd etməklə özü sübut edir ki, ona cəmi 250 000 manat ödədiyi halda 550 000 manat dəyərində əmlak əldə etmişdir. Yəni ödədiyi məbləğdən 120 % artıq əlavə əmlak dəyəri əldə etmişdir ki, belə olan halda onun zərər barədə hər hansı iddiası əvvəlcədən əsassız olur. Bundan başqa iddiaçı yazır ki: Cavabdeh bilə-bilə saxta sənəddən istifadə etməsi nəticəsində İddiaçıya həm real zərər, həm də əldən çıxmış fayda növündə ziyan dəymişdir. Belə ki, hal-hazırda İddiaçı MMC mübahisəli əmlakın yalnız ½ hissəsində öz mülkiyyət hüququnu bərpa edə bilmiş, əmlakın qalan hissəsindən isə məhrum olmuşdur (real zərər). Başqa sözlə, likvid dəyəri 844 000 AZN (səkkiz yüz qırx dörd min), bazar dəyəri isə ******* (bir milyon yüz min) AZN olan əmlakın yarısından məhrum olmuş İddiaçı MMC-yə 422 000 min manat məbləğində real ziyan vurulmuşdur. Həmin əmlakın gəlirliyinin illik 10 faiz olduğunu nəzərə alınsa, onun icarəyə və ya lizinqə veriləcəyi təqdirdə 2019-cu ildən bu günədək olan 4 illik müddət ərzində İddiaçı 168 800 manat ( 422 000 manatın 10 faizi 42 200 manat edir, 4 ilə görə isə bu məbləğ 168 800 manat olur) məbləğində əldən çıxmış faydadan məhrum olmuşdur. İddianın bu hissəsi də əsassızdır. Belə ki, iddiaçı - likvid dəyəri 844 000 AZN (səkkiz yüz qırx dörd min), bazar dəyəri isə ******* (bir milyon yüz min) AZN olan əmlakın yarısından məhrum olmuş İddiaçı MMC-yə 422 000 min manat məbləğində real ziyan vurulmuşdur.- yazır. Lakin elə özünün də etiraf etdiyi kimi ona cəmi 250 000 manat ödəmişdir. Belə olan halda sanki əmlakın tam dəyərini yəni ******* manat (yaxud likvid dəyərini yəni 844 000) manat ödəmiş kimi gösətərən, əvəzində isə cəmi 422 000 manat dəyərində əmlak əldə edən bununla da 422 000 manat “real zərər” çəkdiyini bildirən iddiaçı, 250 000 manat ödəməklə 422 000 manat dəyərində əmlak əldə etmiş, yəni ödədiyi məbləğdən əlavə 172 000 artıq dəyər əldə etdiyi halda (bu hələ onun göstərdiyi rəqəmdir,əslində isə onun mülkiyyətində olan əmlakın real bazar dəyəri 700 000 manatdır) haradansa “real zərər” çıxarmışdır. Halbuki, yalnız əks halda məsələn 400000 manat ödəsə də, cəmi 250000 manat dəyərində əmlak əldə etsə idi burada real zərər hesablana bilinərdi. Digər hissədə isə: “Həmin əmlakın gəlirliyinin ilik 10 faiz olduğu nəzərə alınsa, onun icarəyə və ya lizinqə veriləcəyi təqdirdə 2019-cu ildən bu günədək olan 4 illik müddət ərzində İddiaçı 168 800 manat ( 422 000 manatın 10 faizi 42 200 manat edir, 4 ilə görə isə bu məbləğ 168 800 manat olur) məbləğində əldən çıxmış faydadan məhrum olmuşdur”- yazan iddiaçı bir daha MPM-nin 77.1. maddəsini pozmuş, yəni iddia etdiyinin əksinə həmin əmlakın illik gəlirliliyinin 10% olmasına dair hər hansı sübut gətirməmişdir. Bundan əlavə iddiaçı əmlakın lizinqə verilməsi üçün hər hansı təşəbbüs göstərməsi barədə hər hansı sübut təqdim etməmşdir. Həmçinin iddiaçı əmlakın birgə icarəyə verilməsi və mənfəətin ½ payda bölünməsi barədə digər payçıya Abdullayev Barata edilmiş hər hansı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı mülkiyyətində olan digər əmlakların icarəyə və ya lizinqə verilərək illik 10 % gəlir əldə etməsi barədə sübut qismində hər hansı vergi deklarasiyası təqdim etməmişdir. Beləliklə, iddiaçı iddiasını sübut edə biləcək hər hansı dəlil gətirməməklə bütün iddia tələblərində MPM-nin 77.1. maddəsini pozmuşdur. Həmçinin, Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-2120/2016 saylı qətnaməsilə iddiaçı ilə aralarında mübahisəli mənzilə dair alqısatqı əqdləri etibarsız hesab edildiyindən həmin müqavilələr və onlaırn hüquqi əsaslarına dair iddia müddəti o zaman yaranmış, yəni hazırki iddia üzrə iddia müddətləri iddiaçı tərəfindən ötürülmüşdür. Bundan əlavə, ilkin iddia üzrə Cavabdeh məhkəməyə İddiaçı MMC-nin xx.xx.2023 tarixli 0674/23 saylı Arayışına etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının özü tərəfindən tərtib edilmiş cədvəldə 4 bank və adı çəkilməmiş, fiziki şəxs kimi qeyd edilmiş bir neçə nəfər vardır. Həmin bankların və anonim fiziki şəxslərin qarşısında 2014-2023 illər və müxtəlif faiz dərəcələri yazılmış və İddiaçı MMC-nin kreditorlarda aldığı vəsaitlər üzrə illik faiz dərəcələri sözü yazılmışdır. Cədvəlin əvvəlində isə arayış yazılmışdır. Burada iddiaçı bildirir ki, müxtəlif fiziki şəxslər və banklardan aldığı vəsaitlər üzrə illik faiz dərəcələri illik olaraq orta hesabla 10 % olmuşdur. Həmçinin iddiaçı buradan belə məntiqi nəticə çıxarır ki, ünvan 2 ünvanlı, 33 saylı mənzilin illik gəlirliyi orta hesabla 10 % və sitat “daha çox” olması sübut edilir. Bu tamamilə əsassız və sübutsuz sənəddir. Belə ki, 1. İddiaçı məhz həmin şəxslərdən aldığı vəsaitin mübahisəli (daha doğrusu barışıq sazişi bağlanana qədər mübahisəli olmuş) mənzilə yönəldiyini heç bir müvafiq sənədlə sübut etməmişdir. 2. İddiaçının iddia etdiyinin əksinə, maliyyə vəsaitlərinin gəlirlilik dərəcəsi ilə icarəyə verilən daşınmaz əmlakın illik gəlirlilik dərəcəsi arasında birbaşa əlaqə yoxdur. Bu hətta daşınmaz əmlakla bağlı kredit vasitələrinə də aiddir. Belə ki, hamıya məlum haldır ki, kommersiya və ya istehlak kreditləri 1-5 illik müddətə verilir, lakin ipoteka müqavilələri 10-25 illik bağlanılır və bunların faiz dərəcələri müxtəlifdir. 3. İddiaçı öz dediyinin əksinə vaxtilə ödədiyi 250000 manata görə tələb etdiyi pul vəsaitini bu cədvəllə əsaslandırmamışdır. 4. Hər bir halda 2019-cu ildə barışıq sazişini imzalamış və ödədiyi cəmi 250000 manata görə, öz sübut qismində təqdim etdiyi rəyə əsasən 550000 manat dəyərində daşınmaz əmlak əldə etmiş iddiaçı 4.1. İllik 10 % yəni ödənilmiş məbləğ nəzərə alınmaqla 25000 manat olduqda 12 illik artıq dəyər əldə etmiş iddiaçının heç bir əlavə məbləğ tələb etmək hüququ yoxdur. 4.2. Barışıq sazişinin bağlanması ilə lizinq müqaviləsinin əhəmiyyətini itirməsi nəzərə alınmaqla iddiaçının ümumiyyətlə 250000 manatdan artıq hər hansı tələb irəli sürmək hüququ yoxdur. Bundan əlavə, ilkin iddia üzrə Cavabdeh məhkəməyə İddiaçı MMC-nin sübut qismində təqdim etdiyi X20 etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı həmin xx.xx.2019 tarixli D051 saylı Lizinq müqaviləsini sübut qismində e-məhkəmə kabinetinə əlavə etmişdir. Lakin həmin sənəd bu işdə sübut kimi tanına bilməz. Belə ki, məzmundan göründüyü kimi həmin müqavilə iddiaçı tərəflə başqa bir fiziki şəxs arasında bağlanmışdır. Beləliklə başqa bir şəxslə bağlanmış müqavilə iddiaçı ilə cavabdeh arasında mülki-hüquqi öhdəliklər yarada bilməz. Bundan başqa, həmin müqavilə bağlanmışdan 5 ay əvvəl iddiaçı cavabdehlə olan borc münasibətlərinə xx.xx.2019-cu il tarixli barışıq sazişi ilə xitam vermişdir. Bununla da hazırda iddiaçının əlavə etdiyi müqavilə iddiaçı ilə cavabdeh arasında olan mübahisədə heç bir hüquqi əsas yaratmır. Bundan əlavə, ilkin iddia üzrə Cavabdeh məhkəməyə İddiaçı MMC-nin 0692/23 saylı xx.xx.2023 tarixli məktubuna etiraz təqdim edərək bildirmişdir ki, həmin məktub Ali məhkəmə sədri cənab İnam Kərimova və Səbail rayon Məhkəməsi sədri cənab Ağamalı Qafarova ünvanlanmışdır. Hesab edir ki, həmin məktubun bu işlə bağlı kabinetdə yerləşdrilməsi iş üzrə prosessual sənəd olmayan sənədin yerləşdirilməsi olaraq, işin hüdudlarından kənara çıxır. Çünki Cavabdeh müraciətləri prosessə sədrlik edən xanım Rəna Qafarovaya deyil məhz həmin şəxslərə yönəlmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən (MPM) həmin vəzifəli şəxslərin prosesin gedişinə müdaxilə etmək səlahiyyətləri yoxdur. Məktubun 1-ci bəndində iddiaçı hazırki mübahisəyə aid olmayan, iddiaçı ilə cavabdeh arasında olmuş 2015-2016-cı il tarixli mübahisələrə istinad edir. Həmin mübahisələr 2016-cı ildə ilk nəticəyə çatmış, hazırki Cavabdeh 250000 manat alınıb hazlrki iddiaçıya verilməsi qət edilmişdir. Göründüyü kimi qətnamə qüvvəyə minmişdir. Həmin qətnamə çıxarılarkən məhkəmə ödənilən məbləğdən başqa hər hansı başqa əlavə məbləğ hesablamamışdır. Məktubun 2-ci bəndində iddiaçı hazırki mübahisəyə aid olmayan cinayət işi materiallarına istinad etmişdir. Məktubun 4-cü hissəsində iddiaçı özünün cavabdehə qarşı 2019-cu il tarixli iddiası və xx.xx.2019-cu il tarixli qərardada istinad edir. Məktubun 5-ci hissəsində iddiaçı Cavabdeh Az R Konstitusiyası, MPM və digər qanunlarla təsbit olunmuş məhkəməyə müraciət hüququndan istifadə etməsini “Təyminə Abdullayeva məkrli planlarını işə salmış” kimi qiymətləndirmişdir ki, bu da əslində qeyri-hüquqi əsasdır. Məktubun 6-cı bəndində isə iddiaçı “göründüyü kimi Cavabdeh məhkəmə qətnaməsi ilə üzərinə qoyulan vəzifənin icrasını təmin etmək üçün bağladığı barışıq sazişinin tələblərinə əməl etmir” yazır. Bu absurddur. Çünki, Barışıq sazişinin təsdiq edilməsi ilə Cavabdeh deyil, Reyestr Xidmətinin iddiaçıya çıxarış verilməsi öhdəliyi yaranmışdır. Digər tərəfdən ödədiyi 250000 manatın əvəzinə dəyəri 900000 manat (hətta iddiaçının öz qiymətləndirməsinə görə 550000 manat dəyərində əmlak əldə etmiş iddiaçının hansısa maliyyə itkilərinə məruz qalması qeyri-mümkündür. Bundan başqa iddiaçının “Cavabdeh dövlət adından çıxarılan, məcburi qüvvəyə malik olan məhkəmə qətnaməsini bu günədək icra etməmişdir” yazısı tam yanlış və absurddur! Çünki, iddiaçı 7 səhifəlik məktubunda hazırda İcra vəziyyətində olan hər hansı qətnamə barəsində məlumat verməmiş, həmçinin hər hansı icra şöbəsi yaxud icra məmuru tərəfindən verilmiş arayışa istinad etməmişdir. Beləliklə, hazırki məktub vətəndaşın qanunlarla, Konstitusiya ilə təsbit olunmuş hüquqları-müxtəlif dövlət instansiyalarına müraciət etmək hüququnun məhdudlaşdırılmasına yönəlmiş hərəkət kimi qiyumətləndirilməlidir. Bundan əlavə, ilkin iddia üzrə Cavabdeh məhkəməyə İddiaçı MMC-nin sübut qismində təqdim etdiyi 0102.2016 tarixli Borc müqaviləsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı həmin xx.xx.2016 tarixli B001 saylı Borc müqaviləsini sübut qismində e-məhkəmə kabinetinə əlavə etmişdir. Lakin həmin sənəd bu işdə sübut kimi tanına bilməz. Belə ki, məzmundan göründüyü kimi həmin müqavilə iddiaçı tərəflə başqa bir fiziki şəxs arasında bağlanmışdır. Lakin iddiaçının iddia etdiyinin əksinə müqavilə üzrə illik faiz dərəcəsi 4% təşkil edir. Bu isə o deməkdir ki, iddiaçının iddia etdiyinin əksinə onun bütün müqavilələri illik 24-26 % ( orta olaraq 10%) deyil hətta illik 4 % olmaqla bağlanmışdır. Bundan başqa, həmin müqavilə 2016-cı ildə bağlansa da iddiaçı cavabdehə verdiyi borc üzrə illik faiz dərəcəsini 4% etməklə müqavilə bağlamağı təklif etməmişdir. Əksinə iddiaçı cavabdehlə olan borc münasibətlərinə xx.xx.2019-cu il tarixli barışıq sazişi ilə xitam vermişdir. Bununla da hazırda iddiaçının əlavə etdiyi müqavilə iddiaçı ilə cavabdeh arasında olan mübahisədə heç bir hüquqi əsas yaratmır. Bundan əlavə, ilkin iddia üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia müddətini keçirmişdir. Belə ki, hazırki iş üzrə mübahizə lizinq müqaviləsindən yarandığı üçün, həmin müqavilənin vaxtaşırı ödəmələr tipinə aid olduğu üçün MM-nin 373-cü maddəsini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - AN-1 № ******* saylı, 20 noyabr 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X12 mülkiyyətində olan 211 kv.m, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 63 saylı evin 4 otaqdan ibarət 33 saylı mənzilini 250000 (iki yüz əlli min) manata İddiaçı MMC-yə satmışdır. - D014 saylı, 20 noyabr 2015-ci il tarixli daxili lizinq müqaviləsindən və həmin mçüqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən lizinq obyekti ilkin öhdəlik 130000 (bir yüz otuz min) müəyyən edilməklə, 24 ay müddətinə hər ay 6617 ABŞ dolları ödəmək şərti ilə X9 lizinqə verilmişdir. - D014 saylı X20 01 fevral 2016-cı il tarixli Əlavə razılaşmadan (Öhdəliyin ötürülməsi haqqında) görünür ki, X13 D014 saylı Daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi X7 ötürmüş, sonuncu bu öhdəliyi qəbul etmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2120/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə "Faktor Lizinq” MMC-nin cavabdeh X7 qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, Bakı şəhəri, 9 saylı notariat kontorunda təsdiq edilmiş X12 ilə "Faktor Lizinq” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ N° ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, X13 ilə "Faktor Lizinq” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, D014 saylı daxili lizinq müqaviləsinin və "Faktor Lizinq” MMC, X12 və X13 arasında bağlanmış D014 saylı X20 01 fevral 2016-cı il tarixli əlavə razılaşmanın (öhdəliyin ötürülməsi haqqında) etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 üzərində "Faktor Lizinq” MMC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 138 kv.m, yardımçı sahəsi 72.2 kv.metrdən ibarət, ümumi sahəsi 211 kv.metr olan 4 otaqlı mənzil üzərində X12 ilə X14 bərabər paylı mülkiyyət hüququnun tanınması, o cümlədən X5 250000 manatın tutularaq "Faktor Lizinq” MMC-yə ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1749/2017 saylı xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1 -ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərinin tərkibi olmadığı üçün ona bəraət verilməsi, onun Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 44.2.1-ci maddələri tətbiq edilməklə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsi, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 21 iyun 2016-cı il tarixdən 23 iyun 2016-cı il tarixədək 2 gün həbsdə saxlama müddəti təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və qəti olaraq X6 üzərində 2 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmənin əvvəlinin 26 sentyabr 2017-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1975/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, "Faktor Lizinq” MMC ilə X12 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Barışıq sazişinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi ilə cavabdeh X6 iddiaçı "Faktor Lizinq” MMC-yə ödəməli olduğu 250.000 manat məbləğində vəsait və hazırki iş üzrə cavabdehə qarşı irəli sürülən 135.306 manat məbləğində iddia nəzərə alınmaqla iddiaçı "Faktor Lizinq” MMCnin cavabdeh X7 qarşı ümumi tələbinin həcmi 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat müəyyən olunmuş, tələb edilən məbləğin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi ilə X6 mülkiyyəti kimi tanınmış Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilindəki (bundan sonra - mənzil) payı ilə, yəni həmin mənzilin 1/2 hissəsi ilə əvəzləşdirilməsi, mənzilin digər 1/2 pay sahibi olan mülkiyyətçisi X14 X6 payını satın almada üstünlük hüququ nəzərə alınmaqla, ona X7 məxsus hissəsini 385306 manata əldə etməyin təklif edilməsi, X3 Təyminə Şamil qızının payını əldə edərsə, bunun üçün ödəniləcək ümumi tələb həcminə bərabər pul vəsaitinin iddiaçıya ödənilməsi, X3 Təyminə Şamil qızının payını əldə etməzsə və ya qanunvericiliklə müəyyən olunmuş müddət ərzində münasibət bildirməzsə, paya olan mülkiyyət hüququnun "Faktor Lizinq” MMC-yə keçəcəyi, sazişlə müəyyən olunmuş öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinin onun pozuntusu kimi qiymətləndiriləcəyi, belə olan halda 385306 manat məbləğində ümumi tələbin cavabdehə məxsus istənilən əmlaka yönəldilməsi üçün əsas olacağı barədə razılığa gəlinmişdir. - Bakı şəhəri Səbail Rayon icra və probasiya şöbəsinin "icraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1975/2019-009 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin X7 məxsus 1/2hissəsini 385306 manata əldə etmək X17 təklif olunmuşdur. - AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli məktublarının surətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 63 saylı evin, 33 saylı mənzil üzərində "Faktor Lizinq” MMC-nin hüququnun qeydə alınmasından Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi üzrə icra sənədinin rəsmi qaydada İdarəyə daxil olmaması, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2(009)-1975/2019 saylı qərardadı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmaması və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 5(004)-1056/2016 saylı qərarı ilə mənzil üzərinə həbs qoyulması səbəblərindən imtina edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3561/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı "Faktor Lizinq” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs - X23) "mülkiyyət hüququnun qeydiyyata alınması” barədə iddiası təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin 1/2 hissəsi üzərində "Faktor Lizinq” MMC-nin paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh İdarəsinə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-208/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3561/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - "Meyar Ekspertiza” MMC-nin 0127 saylı, xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən ümumi sahəsi 211 kv.m olan 33 saylı mənzilin 19 iyul 2019-cu il tarixinə bazar qiyməti ******* manat, ½ hissəsinin qiyməti isə 670000 manat kimi müəyyən olunmuşdur. - X27 Talıblının xx.xx.2023-cü il tarixli FŞ 2106 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı MMC-nin və X28 oglunun mülkiyyətinda olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 211 kv.m-dən ibarət olan yaşayış sahəsini hal-hazırda bazar dəyəri ******* (bir million yüz min) AZN, likvid dəyəri isə 844000 (səkkiz yüz qırx dörd min) AZN təşkil edir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən 211 kv.m mənzilin ½ hissəsi X28 ogluna məxsus olmaqla, ½ hissəsinə İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixində mülkiyyət hüququ qeydiyyata alınmışdır. - İddiaçı MMC-nin 0674/23 saylı, xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, "xxxx" MMC-nirı kreditorlardan aldığı vəsaitlər üzrə illik faiz dərəcləri aşağıda qeyd olunur: Azərbaycan Beynəlxalq Bankı ASC -14%-2018; Paşa Bank ASC-17 %-2017; Paşa Bank ASC-14 %-2018; Fiziki şəxs (B001) -9,68%-2019; Unibank ASC-18 %-2019; Fiziki şəxs (B001) -7,81%-2020; Fiziki şəxs (B001) -8,12%-2021; Fiziki şəxs (B001)-9,37%-2022; Unibank ASC-12.5 %-2023; - İddiaçı MMC-nin 0675/23 saylı, xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı MMC-nin 2015-ci ildən bu günədək olan dövr ərzində daşınmaz əmlakın maliyyələşdirildiyi lizinq müqavilələri üzrə illik faiz dərəcələri 24-26% olmuşdur. İddiaçı MMC kommersiya fəaliyyətini müxtəlif hüquqi və fiziki şəxslərdən aldığı kredit vəsaitləri hesabına həyata keçirir. Təqdim edilən sənədlərdən göründüyü kimi, Şirkətin kreditorlardan aldığı vəsaitlər üzrə ödədiyi illik orta faiz dərəcəsi 10%-dən aşağı olmamışdır. Hesab edir ki, bu qeyd edilənlər Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzilin illik gəlirliyinin 10 % (hətta daha çox) olmasını sübut edir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2610/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər "Faktor Lizinq” MMC və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı "barışıq sazişinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında xx.xx.2015-ci il tarixində sonuncuya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzilə dair alqı-satqı müqaviləsi, daha sonra X13 ilə "Faktor Lizinq” MMC arasında, xx.xx.2015-ci il tarixli, D014 saylı, daha sonra isə Faktor Lizinq” MMC, X12 və X13 arasında D014 saylı daxili lizinq müqavilələri, eləcə də "Faktor Lizinq” MMC, X12 və X13 arasında bağlanmış D014 saylı X20 01 fevral 2016-cı il tarixli əlavə razılaşma (öhdəliyin ötürülməsi haqqında) bağlanmışdır. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2120/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə göstərilən sənədlərin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 üzərində "Faktor Lizinq” MMC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 138 kv.m, yardımçı sahəsi 72.2 kv.metrdən ibarət, ümumi sahəsi 211 kv.metr olan 4 otaqlı mənzil üzərində X12 ilə X14 bərabər paylı mülkiyyət hüququnun tanınması, o cümlədən X5 250000 manatın tutularaq "Faktor Lizinq” MMC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmü ilə X1 Təyminə Şamil qızı təqsirli bilinərək məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1749/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə AR CM-in 320.1 və 178.3.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərinin tərkibi olmadığı üçün ona bəraət verilməsi, X6 AR CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və AR CPM-in 39.1.3 və 44.2.1-ci maddələri tətbiq edilməklə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi, X6 AR CM-in 315.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qərara alınmışdır. Həmçinin, işin materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 2120/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi qüvvəyə mindikdən və icraya yönəldildikdən sonra "Faktor Lizinq” MMC-nin X7 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, X5 135,305,55 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən işin icraatı mərhələsində tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişinə əsasən "Faktor Lizinq” MMC-nin X7 qarşı ümumi tələbinin həcmi 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat müəyyən olunmuş, sazişlə müəyyən olunmuş öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinin onun pozuntusu kimi qiymətləndiriləcəyi, belə olan halda 385306 manat məbləğində ümumi tələbin cavabdehə məxsus istənilən əmlaka yönəldilməsi üçün əsas olacağı barədə razılığa gəlinmiş bu saziş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1975/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmişdir. Bundan sonra ünvan 4 ünvanında yerləşən 211 kv.m mənzilin ½ hissəsi İddiaçı MMC-yə, ½ hissəsi X28 ogluna məxsus olmaqla onların mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızının bilə-bilə saxta sənəddən istifadə etməsi nəticəsində ona həm real zərər, həm də əldən çıxmış fayda növündə ziyan dəyməsini iddia edir. Məhkəmə ilk iddia tələbinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında əldən çıxmış fayda ilə bağlı mübahisə yarandığından tələbə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, sözügedən Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər(ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Həmin norma yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması başa düşülür. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) zərər anlayışı ilə əhatə olunur. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfinən tanınan və qorunan hüquqdur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Əldən çıxmış fayda adi mülki dövriyyə şəraitində hüququ pozulmuş şəxsin əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Lakin məlumdur ki, bazar münasibətləri bu və ya digər səbəbdən dəyişikliklərə məruz qala bilər, malların, işlərin və xidmətlərin dəyəri dəyişə bilər. Bir qayda olaraq hüququ pozulmuş şəxsə vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Lakin qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsində zərərin əvəzinin ödənilməli həcminin düzgün hesablanmasının böyük əhəmiyyəti vardır. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin özünün davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Şübhəsizdir ki, göstərilən şəxslərin davranışlarının dəymiş zərərin yaranmasına və artmasına göstərdikləri təsirə mütənasib olaraq dəymiş zərərin həcmi azaldılmalıdır. Məlumdur ki, zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Lakin bir sıra hallarda zərərin yaranmasının və ya onun artmasının əsasında zərərçəkənin özünün təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Buna görə də zərərin əvəzinin ödənilməli həcmi müəyyən edilərkən zərərçəkənin davranışının həmin zərərin yaranmasına və ya artmasına hansı həcmdə təsir göstərdiyi də mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, ilk iddia tələblərinin əsası kimi istinad edilən dəlillər iddianın əsaslı olması üçün yetərli əsas və sübut kimi qəbul edilə bilməz. Belə ki, əvvəla iddiaçı tərəfin iddia tələbinin əsaslı olmasına dair izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bundan əlavə, qanunvericiliyə görə hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə əsasən, ilk iddiaçı uzun zaman davam edən məhkəmə mübahisələrindən sonra X12 ilə bağlanmış barışıq sazişi nəticəsində həmin əmlakın yalnız ½ hissəsində öz mülkiyyət hüququnu bərpa etdiyi halda, hazırda həmin sazişdən əvvəl mövcud olmuş vəziyyətlərə (Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-2120/2016 saylı Qətnaməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmünün, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 06 dekabr 2017-ci il tarixli, 1(103)-1749/2017 saylı qərarının məzmunu və s.) istinadən ona cavabdeh tərəfindən real ziyan vurulmasını iddia etməsi əsaslı sayıla bilməz. Məhkəmənin qənaətinə görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərardadı ilə təsdiq edilmiş barışıq sazişi tərtib edilərkən iddiaçı bu halları nəzərə almaqla cavabdehlə real zərər və əldən çıxmış fayda ilə bağlı müvafiq şərt irəli sürmək imkanından istifadə edə və bu hal qarşı tərəflə razılaşdırıldığı halda barışıq sazişinin müddəalarında öz əksini tapa bilərdi. Görünən odur ki, barışıq sazişinin təsdiqi edilməsi ilə ünvan 4 ünvanında yerləşən 211 kv.m mənzilin ½ hissəsi X28 ogluna, ½ hissəsi isə İddiaçı MMC-yə məxsus olmaqla mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra sonuncu qüvvədə olan və artıq icra edilmiş barışıq sazişinin şərtlərini nəzərə almadan (və ya almaq istəmədən) uzun zaman davam edən məhkəmə mübahisələrindən sonra Yusifova (Abdullayeva) Təyminə Şamil qızı ilə bağlanmış barışıq sazişi nəticəsində sonuncunun İddiaçı MMC-yə olan borclarını mənzilin ½ hissəsi ilə əvəzləşdirilməsi yolu ilə o, əmlakın qeyd edilən hissəsində öz mülkiyyət hüququnu bərpa etsə də, əmlakın qalan hissəsindən məhrum olmaqla həmin əmlakı realizə etmənin mümkün olmamasını əsas götürərək qiymətləndirilmə barədə ekspert rəyində mənzilin likvid dəyərinin 844 000 AZN olmasına istinad edərək İddiaçı MMC-yə 422 000 min manat məbləğində real ziyan vurulmasını, əmlakın gəlirliyinin illik 10 faiz olduğu nəzərə alınsa, onun icarəyə və ya lizinqə veriləcəyi təqdirdə 2019-cu ildən bu günədək olan 4 illik müddət ərzində iddiaçının 168 800 manat məbləğində əldən çıxmış faydadan məhrum olmasını əsassız olaraq iddia etmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, ilk iddiaçı cavabdehlə sonuncunun onun qarşısında olan borclarının mübahisəli mənzildəki payı ilə, yəni mənzilin ½ hissəsi ilə əvəzləşdirilməsi məqsədi ilə barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi yolu ilə tərəflər arasında mübahisəyə faktiki olaraq son qoyulmasına baxmayaraq, iddiaçı Yusifova (Abdullayeva) Təyminənin bilə-bilə saxta sənəddən istifadə etməsi nəticəsində ona həm real zərər, həm də əldən çıxmış fayda növündə ziyan dəyməsi ilə bağlı hazırki iddianı qaldırmaqla hüquqdan sui –istifadəyə yol vermişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Məhkəmə, həmçinin iddiaçının tələbinin əsası kimi istinad etdiyi əmlakın ½ hissəsinin İddiaçı MMC-yə məxsus olsa da, həmin əmlakı realizə etmənin mümkün olmaması kimi dəlili ilə bağlı qeyd etməyi zəruri sayır ki, ilk iddiaçının paylı mülkiyyətçi kimi mülkiyyət hüquqlarının realizə edilməsi cavabdehdən deyil, birbaşa digər paylı mülkiyyətçi ilə olan münasibətlərdən aslıdır. Belə olan halda məhkəmənin qənaətinə görə əmlakın İddiaçı MMC-yə məxsus hissəsinin realizə edilməsinin mümkün olmaması ilə bağlı cavabdeh Yusifova (Abdullayeva) Təyminə iddiaçı qarşısında mülki məsuliyyət daşıya bilməz. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının cavabdehin ona həm real zərər, həm də əldən çıxmış fayda növündə ziyan dəyməsi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə, ilkin iddianın əsassız olması nəticəsinə gəldiyindən cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızının nümayəndəsi Vəkil iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmənin qarşılıqlı iddia üzrə tələbə də qiymət verərək qeyd edir ki, işin materiallarından görünür ki, qarşılıqlı iddiaçı qarşı tərəfin təqdim etdiyi X27 Talıblının xx.xx.2023-cü il tarixli FŞ 2106 saylı qiymətləndirmə rəyinə alternativ olaraq "Meyar Ekspertiza” MMC-nin 0127 saylı, xx.xx.2023cü il tarixli hesabatına istinad edərək hazırda mənzilin bazar dəyərinin ******* manat, "xxxx" MMCnin mülkiyyətində olan ½ hissəsinin isə 900000 manat təşkil etməsini, ona cəmi 250000 manat ödədiyi halda haqsız olaraq 900000 manatlıq əmlak əldə etməsini, yəni haqsız 650000 manat gəlir əldə olunmasını göstərərək qeyd edilən məbləğin də "xxxx" MMC-dən onun xeyrinə tutulmalı olmasını iddia etmişdir. Məhkəmə, qarşılıqlı iddia üzrə təqdim edilmiş əmlakın qiymətləndirilməsinə dair hesabatı hazırki iş üzrə heç bir hüquqi əhəmiyyət kəsb etməydiyi üçün sübut növü kimi qiymətləndirmir və hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə əsasən X12 İddiaçı MMC-yə olan borclarını mənzilin ½ hissəsinə dair bağlanmış barışıq sazişi nəticəsində əvəzləşdirdiyi, başqa sözlə barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi yolu ilə tərəflər arasında mübahisəyə faktiki olaraq son qoyulduğu üçün hazırki qarşılıqlı iddia da əsaslı sayıla bilməz. Belə ki, sözügedən barışıq sazişinə əsasən Yusifova (Abdullayeva) Təyminə Şamil qızı İddiaçı MMC-yə olan borclarını mənzilin öz payna aid hissəsi ilə əvəzləşdirmiş, lakin əmlakdakı payının borcların məbləğindən artıq məbləğə qiymətləndirilməklə realizə edilməsi halında nisbət fərqinin ona qaytarılması barədə müddəa barışıq sazişində razılaşdırılmamışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Yusı̇ fova Təymı̇ nə Şamı̇ l qızına qarşı "vurulmuş maddi ziyan və əldən çıxmış fayda" tələbinə dair ilkin iddiası, eyni zamanda iddiaçı Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı “maddi zərərin tutulması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İlkin iddia və qarşılıqlı iddialar təmin edilmədiyindən iddia və qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2289/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2289/2023
29.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver