Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2300/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ , "Bank Aktı̇ vlərı̇ nin İdarə Edı̇ lməsi Agentlı̇ yı̇ " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti, Azərbaycan Respublı̇ kasının Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ və "xxxx" MMC-nə qarşı «ipotekaya xitam verilməsi, protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Rəhı̇ mov Bəydulla Arı̇ f oğlu cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ , "Bank Aktı̇ vlərı̇ nin İdarə Edı̇ lməsi Agentlı̇ yı̇ " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti, Azərbaycan Respublı̇ kasının Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ və "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ogluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V. Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması eyni zamanda Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə X15 oglu arasında tərtib olunmuş Y-187 saylı Protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X15 ogluna verilmiş mülkiyyət hüququna dair çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh X2 173200 manat əsas, 115005 manat faiz, 3000 manat dəbbə pulu, cəmi 291205 manat manat pul, 120500 ABŞ dollar əsas, 78937 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ipoteka qoyandan alınaraq açıq hərracda satılması, evin ilkin satış qiymətinin 250000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitdən 291205 manat və 201467 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda X3 və İddiaçı ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir. Xəzər rayon Məhkəməsinin qeyd olunmuş Qətnaməsi icraya yönəldilmiş və Xəzər rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi verilmişdir. Hesab edir ki, ipotekaya xitam verilməli, İddiaçı məxsus olan ipoteka predmeti üzərindəki yüklülüyə dair dövlət qeydiyyatı ləğv edilməli və sözügedən fərdi yaşayış evi iddiaçıya qaytarılmalıdır. Belə ki, tərəfindən Xəzər rayon İcra Şöbəsində icra işi ilə bağlı materiallara, eləcə də arxiv sənədlərinə baxış keçirən zaman müəyyən olunmuşdur ki, Xəzər rayon İcra şöbəsi icra vərəqəsi əsasında "xxxx" MMC-yə 03.03.2016-ci il tarixli, 20/5İH saylı sifariş məktubu vermişdir, iddia ərizəsinə əlavə etdiyi, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 01 aprel 2016-cı il tarixli, 1316 nömrəli Bildirişindən də göründüyü kimi, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 04 may 2016-cı il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi - 250000 manat olmaqla hərraca çıxarmışdır. Eləcə də "xxxx" MMC-nin Xəzər rayon İcra Şöbəsinin rəisinə ünvanladığı 08 may 2017-ci il tarixli məktubunun surətindən göründüyü kimi, sifariş məktubu əsasında keçirilmiş hərracda alıcı olmadığı üçün əmlak satılmamış və uyğun qərar qəbul etmək üçün iş Xəzər rayon İcra şöbəsinə geri qaytarılmışdır. Nəticədə Xəzər rayon İcra şöbəsi 21.05.2018-ci il tarixli, 8606/3İH nömrəli müşayiət məktubu ilə icra vərəqəsini və hərracın nəticələrinə dair məktubları Xəzər rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanova qaytarmışdır. Məktubda ipoteka predmetinin "xxxx" MMC-nin təşkil etdiyi açıq hərracda satılmadığı və icra vərəqəsinin geri qaytarıldığı bildirilir. Beləliklə, ipoteka saxlayan "xxxx" ASC-nin ipoteka predmetini əldə etməməsi səbəbi ilə İpoteka qoyanın İddiaçı İpoteka haqqında Qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etməsi hüququ yaranmışdır. Bundan əlavə Xəzər rayon İcra şöbəsi 20.05.2019-cu il tarixli, 26/3İH saylı məktubla "xxxx" MMC-yə ipoteka predmeti ilə bağlı təkrar hərrac keçirilməsi üçün qanuna zidd olaraq yenidən sifariş vermiş və həmin sifariş əsasında da hərrac təşkilatı da qanuna zidd olaraq 25.06.2019-cu il tarixdə ilkin və 10.07.2019-cu il tarixdə təkrar hərrac keçirmişdir. Nəticə etibarı ilə də ipoteka predmeti qeyri-qanuni olaraq 10.07.2019-cu il tarixli Hərracın nəticələri haqqında protokolla X1. Həmin çıxarışın surəti tərəfindən əldə edilə bilmədiyindən məhkəməyə təqdim etmək mümkün olmamışdır. Qeyd edir ki, 2019-cu il tarixdə keçirilmiş hərraclar və ipoteka predmetinin satılması “İpoteka haqqında Qanun”-a tamamilə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin 28.10.2014-cü il tarixli Plenum qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. "xxxx" ASC tələb etmə hüququnu versə belə, sənədlərdə onun adına yüklü olunduğundan cavabdeh "xxxx" ASC olmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X2 cəmi 291205 manat və 201467 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ipoteka qoyandan alınaraq açıq hərracda satılması, evin ilkin satış qiymətinin 250000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitdən 291205 manat və 201467 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun “Azərbaycan Beynəlxalq Bank ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda X3 və İddiaçı ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və Xəzər rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi verilmişdir. Xəzər rayon İcra Şöbəsində icra işi ilə bağlı materiallara, eləcə də arxiv sənədlərinə baxış keçirən zaman müəyyən olunmuşdur ki, Xəzər rayon İcra şöbəsi icra vərəqəsi əsasında "xxxx" MMC-yə 03.03.2016-ci il tarixli, 20/5İH saylı sifariş məktubu vermişdir, "xxxx" MMC-nin 01 aprel 2016-cı il tarixli, 1316 nömrəli bildirişindən də göründüyü kimi, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 05 may 2016-cı il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi 250000 manat olmaqla hərraca çıxarmışdır. Hərrac mərkəzinin icra şöbəsinə ünvanladığı 08 may 2017-ci il tarixli məktubunun surətindən göründüyü kimi keçirilmiş hərracda alıcı olmadığı üçün əmlak satılmamış və uyğun qərar qəbul etmək üçün iş icra şöbəsinə geri qaytarılmışdır. Nəticədə icra şöbəsi 21.05.2018-ci il tarixli, 8606/3İH nömrəli müşayiət məktubu ilə icra vərəqəsini Xəzər rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanova qaytarmışdır. Məktubda ipoteka predmetinin açıq hərracda satılmadığı və icra vərəqəsinin geri qaytarıldığı bildirilir. Beləliklə, ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi səbəbi ilə İddiaçı ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etməsi hüququ yaranmışdır. Bundan əlavə Xəzər rayon İcra şöbəsi 20.05.2019-cu il tarixli, 26/3İH saylı məktubla ipoteka predmeti ilə bağlı təkrar hərrac keçirilməsi üçün qanuna zidd olaraq yenidən sifariş vermiş və həmin sifariş əsasında hərrac təşkilatı qanuna zidd olaraq 25.06.2019-cu il tarixdə ilkin və 10.07.2019-cu il tarixdə təkrar hərrac keçirmişdir. Nəticə etibarilə də ipoteka predmeti qeyri-qanuni olaraq 10.07.2019-cı tarixli hərracın nəticələri haqqında protokolla X1. Həmin çıxarışın surəti onlar tərəfindən əldə edilə bilmədiyindən məhkəməyə təqdim etmək mümkün olmamışdır. Həmçinin qeyd edir ki, hazırki mülki işlə bağlı iddia tələbləri bir biri ilə zəncirvari bağlı olan tələblərdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, X4 məxsus kredit dosyesi X12 Kreditə 22 yanvar 2018-ci ildə ötürülmüşdür. Bu dosye ötürülən zaman birinci hərracla bağlı sənədlərin içərisində heç bir sənəd olmamışdır və hal-hazırda da yoxdur. Onlarda yalnız 2019-cu ildə baş tutmuş hərracla bağlı sənədlər var. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada digər cavabdehlərə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan Y-187 nömrəli, 10.07.2019-cu il tarixli hərracın nəticələrinə dair protokoldan görünür ki, İddiaçı ogluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V. Seryogin küçəsində yerləşən 20 nomrəli fərdi yaşayiş evi X9 tərəfindən “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən 212500 manata almışdır. İş materiallarında olan 2(003)-1052/2013 saylı, 21.06.2013-cü il tarixli icra vərəqindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh X2 173200 manat əsas, 115005 manat faiz, 3000 manat dəbbə pulu, cəmi 291205 manat manat pul, 120500 ABŞ dollar əsas, 78937 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ipoteka qoyandan alınaraq açıq hərracda satılması, evin ilkin satış qiymətinin 250000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitdən 291205 manat və 201467 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda X3 və X5 ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir. Xəzər rayon Məhkəməsinin qeyd olunmuş Qətnaməsi icraya yönəldilmiş və Xəzər rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi verilmişdir. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 01 aprel 2016-cı il tarixli, 1316 nömrəli bildirişindən görünür ki, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 04 may 2016-cı il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi - 250000 manat olmaqla hərraca çıxarmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Xəzər rayon İcra Şöbəsinin rəisinə ünvanladığı 08 may 2017-ci il tarixli məktubunun surətindən görünür ki, sifariş məktubu əsasında keçirilmiş hərracda alıcı olmadığı üçün əmlak satılmamış və uyğun qərar qəbul etmək üçün iş Xəzər rayon İcra şöbəsinə geri qaytarılmışdır. İş materiallarında olan Xəzər rayon İcra Şöbəsinin 21.05.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi hərrac vasitəsi ilə satılmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 214.6 kv.m yaşayış, 556.4 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 8790 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 31 may 2019-cu il tarixli, 610 nömrəli bildirişindən görünür ki, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 25 iyun 2019-cu il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi - 250000 manat olmaqla hərraca çıxarmışdır İş materiallarında olan "xxxx" ASC 04.10.2021-ci il tarixli tərəfin əvəz edilməsinə dair ərizəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququnun 21.04.2017-ci il tarixli müqavilə əsasında "xxxx" QSC-yə güzəşt edilməsini nəzərə alaraq, cavabdeh "xxxx" ASC-nin "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı ilə əvəz olunmasının və mülki işə cavabdeh qismində "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhəri, Səbail rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(009)-2300/2021 saylı sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.11.2021-ci il tarixli, **********20 saylı ünvana dair məlumatın və sənədlərin surətinin verilməsi barədə məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi, 20 saylı evi İddiaçı adına 01.07.2008-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinə, Hərracın nəticələri haqqında Y-187 nömrəli protokoluna, Hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə 10.07.2019cu il tarixli müqaviləyə əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı Şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 23.05.2008-ci il tarixli, 355 saylı Sərəncamından görünür ki, Buzovna qəsəbəsində vətəndaş İddiaçı tikdiyi 2 mərtəbəli, zirzəmilli, mansardalı 7 yaşayış otağa sahəsi-214,6m2 , köməkçi sahə-556,3m2 , zirzəmi-106,1m2 , kürsü-17,1m2 , torpaq sahəsinin tikili olmayan cəmi torpaq sahəsi-400m2 –dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmış. Bakı şəhər XDS İK-nin 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, vətəndaş İddiaçı adına reyestrdən çıxarış və texniki pasport verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən xahiş edilmişdir. İş materiallarında olan Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsindəki nümayəndəliyinin 04.06.2008-ci il tarixli, 263 saylı arayışından görünür ki, V.Seryogin küçəsi ev 20 ünvanındakı mülk İddiaçı məxsusdur. İş materiallarında olan 2(003)-1052/2013 saylı, 21.06.2013-cü il tarixli icra vərəqindən görünür ki, cavabdeh X2 173200 manat əsas, 115005 manat faiz, 3000 manat dəbbə pulu, cəmi 291205 manat manat pul, 120500 ABŞ dollar əsas, 78937 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ipoteka qoyandan alınaraq açıq hərracda satılması, evin ilkin satış qiymətinin 250000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitdən 291205 manat və 201467 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda X3 və X5 ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir. İcra vərəqəsi 07 may 2019-cu il tarixində verilmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 10 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, Xəzər rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında İddiaçı məxsus ünvan 3 ünvanındaki əmlak X1. Əmlakın ilkin satış qiyməti 250000 manat müəyyənləşdirilmişdir. Əmlakın satılmış son qiyməti 212500 manat olmuşdur. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin Hərracın nəticələri haqqında Y-187 nömrəli protokolundan görünür ki, Xəzər rayon İcra və Probasiya şöbəsinin sifarişi və “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin təşkilatçılığı ilə İddiaçı məxsus ünvan 3 ünvanındaki əmlak X1. Əmlakın ilkin satış qiyməti 250000 manat müəyyənləşdirilmişdir. Əmlakın satılmış son qiyməti 212500 manat olmuşdur. İş materiallarında olan Xəzər rayon İcra və Probasiya şöbəsinin 15.07.2019-cu il tarixli, 9253/11B saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlandığı məktubundan görünür ki, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin Y-187 saylı, 10.07.2019-cu il tarixli nömrəli protokoluna əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi hərracda qalib alıcı X9 tərəfindən alınmışdır. Ona görə də, məktubda xahiş olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi İddiaçı adından çıxarılıb X6 adına rəsmiləşdirilsin. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 185993 saylı Çıxarışından görünür ki, ünvan 3 ünvanındakı əmlak X6 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). İpoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər (maddə 43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı. İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Həmçinin məhkəmə qeyd edir ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Həmin hüququn realizəsini nəzərdə tutan Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə iddia tələbləri bir-biri ilə bağlı olan tələblər olduğu üçün qeyd edilən tələbə, yəni alğı-satqı müqaviləsinin etibarsızlığının nəticələri ilə bağlı 1 illik müddət şamil edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı qətnamənin surətini əldə edərək ipoteka üzərində dövlət qeydiyyatının ləğvi barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsinə müraciət etməli, əgər inzibati orqan bundan imtina edərsə, onun üzərinə müvafiq vəzifə qoyulması ilə bağlı inzibati icraat qaydasında iddia qaldıra bilər. Eyni qaydada, hazırkı qətnamə ilə ipoteka müqaviləsinə xitam verildiyindən sənədlərin geri qaytarılması ilə bağlı Banka müraciət edilməli, əgər bundan imtina edilərsə müvafiq iddia qaldırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi üzrə "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X10 arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməli, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə X15 oglu arasında tərtib olunmuş Y-187 saylı Protokolun etibarsız hesab edilsin, həmin protokol əsasında X15 ogluna verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi üzrə "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X10 arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilsin. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə X15 oglu arasında tərtib olunmuş Y-187 saylı Protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-2300/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2300/2021
16.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver