Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2334/2025 05.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı icarəyə verilmiş obyektdən əldə edilmiş gəlirin payına uyğun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı icarəyə verilmiş obyektdən əldə edilmiş gəlirin payına uyğun cavabdehdən tutulması dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 10 otaqlı, yaşayış sahəsi 107.20 kv.m.və ümumi sahəsi 159,40 kv.m. olan yaşayış evi 1969-cu ildən etibarən onun babası Əliyev X2 mülkiyyətində olmuşdur. X3 evin zirzəmisindəki obyektdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq köhnə xalçaların alqı-satqısını həyata keçirmişdir. X15 xx.xx.2009-cu il tarixdə, X9 isə 2015-ci ilin mart ayında ölmüşdür. X13 ölümündən sonra onun atası X4 və əmisi Əliyev X11 arasında miras əmlakla, yəni evlə bağlı məhkəmə mübahisələri olmuş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1131/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə evin 12/18 hissəsinə Cavabdeh, 6/18 hissəsinə Kamal Əliyevin vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilərək xx.xx.2018ci il tarixdə Kamal Əliyevin, xx.xx.2018-ci il tarixdə Cavabdeh mülkiyyət hüququ qeydə alınmış və onlara müvafiq çıxarış verilmişdir. Kamal Əliyev uzun çəkən məhkəmə proseslərinin yaratdığı stress və gərginlik nəticəsində xəstələnmiş, uzun müddət və şəraitində müalicə almışdır. xx.xx.2024-cü il tarixdə isə “durğunluq ürək çatmamazlığı”ndan dünyasını dəyişmişdir. Bundan sonra o, notariat ofisində vərəsəlik işinin açılması üçün müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə 46 saylı notariat ofisi tərəfindən ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən Kamal Əliyevə verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanın yerləşən ümumi sahəsi 159,4 kv.m. olan fərdi yaşayış evinin 6/18 hissəsi miras əmlakı təşkil etmişdir. xx.xx.2025-ci il tarixdə isə evin 6/18 hissəsinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli ilə qeydə alınmışdır. Göründüyü kimi, evin 6/18 hissəsi xx.xx.2018-ci il tarixdən etibarən onun mərhum atası Kamal Əliyevin mülkiyyətində olmuşdur, xx.xx.2025-ci il tarixdən isə onun mülkiyyətindədir, bununla da ev hazırda iddiaçı və cavabdehin paylı mülkiyyətindədir. Cavabdeh evin 1-ci mərtəbəsində, o, isə 2-ci mərtəbəsində yaşayır. Cavabdeh xx.xx.2018-ci il tarixdən etibarən evin zirzəmisində antik xalça və digər əşyaların satışını həyata keçirmiş, bir müddət sonra oranı üçüncü şəxslərə kirayə vermişdir. Daha əvvəl həmin obyektdə milli geyimlərin satışı həyata keçirilmiş, hazırda isə suvenir hədiyyələr satılmaqdadır. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində vergi uçotuna alınmış vergi ödəyiciləri barədə axtarış bölməsində ad, soyad və ata adı ilə axtarış aparan zaman Pəri Əliyevanın vaxtılə ********** VÖEN-i ilə məşğul olduğu, bir müddət sonra isə VÖEN-ni ləğv etdirdiyi görünür. Cavabdeh də həmçinin vaxtı ilə VÖEN əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, daha sonra isə VÖEN-ni ləğv etdirmişdir. Bununla da cavabdeh həm özü sahibkarlıq fəaliyyəti həyata keçirməklə, həm də obyekti icarəyə verməklə gəlir əldə etmiş, lakin icarə müqavilələri barədə iddiaçını, keçmişdə isə onun atasını məlumatlandırılmış və əldə edilmiş gəlirin onun və vaxtılə onun atasının payına mütənasib olan hissəsini verməmişdir. Dövlət Vergi Xidmətinə vəkil sorğusu təqdim edilərək evin zirzəmisindəki obyekt Dövlət Vergi Xidmətində təsərrüfat obyekti kimi uçota alınarkən müvafiq vergi ödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinə təqdim edilmiş bütün icarə müqavilə(lər)in (həm ilkin, həm də sonradan dəyişdirilmiş və ya əlavələr olunmuş) surətləri tələb edilsə də, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə müraciətində qeyd etdikləri məlumatlar vergi siri və şəxsi həyata dair məlumat hesab edildiyi üçün onların verilməsindən imtina edilmişdir. Halbuki Mülki Məcəllənin 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Onunla cavabdeh arasında gəlirin bölüşdürülməsi ilə bağlı razılaşma yoxdur və evin naturada bölgüsü həyata keçirilməmişdir. Göründüyü onun xx.xx.2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixədək olan dövr üzrə evin zirzəmisindəki obyektin icarəyə verilməsi və digər hər hansı bir yolla istifadəsi əsasında cavabdehin əldə etdiyi gəlirin 6/18 hissəsini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Digər tərəfdən o, hüquqların müdafiəsi üçün məhkəmədə onu təmsil edən nümayəndəyə 320 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə iddia ərizəsinin verilməsi üçün 100,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixədək olan dövr üzrə ünvan 1 ünvanında yerləşən 10 otaqlı yaşayış evinin zirzəmisindəki obyektin icarəyə verilməsi və digər hər hansı bir yolla istifadəsi əsasında cavabdehin əldə etdiyi gəlirin 6/18 hissəsinin, 320 manat məbləğində hüquqi xidmət xərcinin və 100,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında israrla bildirirdi ki, Cavabdeh zirzəmidəki obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb, eyni zamanda həmin obyekti heç bir zaman üçüncü şəxslərə icarəyə verməmişdir, Dövlət Vergi Xidmətindən sorğuya cavab məktubundan belə məlum olur ki, Cavabdeh sözügedən ünvanda sahibkarlı fəaliyyətinə 2004-cü ildən başlamışdır. Belə ki, 2004-cü ildən 2013-cü ilə qədər həmin ünvanda ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı, 2013-cü ildən 2018-ci ilə qədər ixtisaslaşdırılmış mağazalarda xalça, divar və döşəmə üçün örtüklərin pərakəndə satışı ilə məşğul olmuşdur. 2018-ci ilin dekabr ayından xx.xx.2025-ci il tarixədək daşınmaz əmlakın istismarı və kirayə verilməsi, xx.xx.2021-ci il tarixdə xx.xx.2025-ci il tarixə qədər xalçaların pərakəndə satışı ilə məşğul olmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixdən etibarən evin zirzəmisindəki 14 kv.m sahəyə malik obyektin iddiaçıya məxsus 6/18 hissəsindən də istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və gəlir qazanmışdır. "xxxx" MMC tərəfindən 14 kv.m həcmində sahəni illər üzrə icarə qiymətləri müəyyən edilmişdir. 2026-cı il üzrə : 550; 2025- cı il üzrə: 525; 2024- cı il üzrə: 497; 2023- cı il üzrə: 486; 2022- cı il üzrə: 447; 2021- cı il üzrə: 392; 2020- cı il üzrə: 368; 2019- cı il üzrə: 358; 2018- cı il üzrə: 349 AZN olmuşdur. Bununla da,2018-ci ilin noyabr ayrndan 2025-ci ilin mart ayrna qədər olan dövr üzre sade riyazi hesablarna aparmaqla cavabdehdən iddiaçının xeyrine tutulmalı olan pul vəsaitinin məbləğini müəyyənləşdirmək mümkündür. Nəzərə alınsa ki,20l8-ci ilin 3 ayı üzrə 1047 manat (349x3:1047),2019-cu il üzrə 4296 manat (358x 12:4296),2020-ci il üzrə 4416 manat (368x12:4416),2021-ci il üzrə 4704 manat (392x12:4704),2022-ci il üzrə 5364 manat (447x12:5364), 2023-cn il üzrə 5832 manat (486x l2:5g32), 2024-crt il üzrə 63.00 manat (497x12:5300), 2025-ci ilin 2 ayı üzrə İ 100 manat (550x2:l 100) cemi 33059 manat məbləğində icarə haqqı formalaşmışdır. Bu məbləğdən iddiaçıya ödənilməli olan hissə 11.019,66 (33059/18*6=11.019,066) manatdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən 11.019,66 manat məbləğində pul vəsaitinin, 320 manat məbləğində hüquqi xidmət xərcinin və 125,20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Qurbət oğlu dəqiqləşdirilmiş iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, məhkəmə sorğusu əsasında vergi orqanı tərəfindən verilən cavabda cavabdehin xx.xx.2020-ci il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat qeyd edilsə də, onun şəxsən vergi orqanına müraciəti əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, həmin tarix yanlış olaraq qeyd edilmiş, ləğvin tarixi xx.xx.2025ci ildir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatına alınma iddiaçıya pul tələb edilməsinə əsas vermir. Belə ki, cavabdeh həmin qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı bir gəlir əldə etməmişdir və vergi orqanına bununla bağlı məlumat vermişdir. Gəlir əldə edilməyən əmlakdan istifadə ilə bağlı pul tələb edilməsi əsassızdır. Ümumiyyətlə həmin əmlakdan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı da sübutlar olmalıdır. Yəni vergi uçotunun qeydiyyata alınması gəlirin əldə edilməsi demək deyil. Ona görə də qaldırılan iddianı əsassız hesab edir və onun təmin edilməməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, CD diskə baxış keçirib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2V-9 reyestr nömrəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi qızı İddiaçıdır və o, miras əmlakdan 6/18 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 159,4 kv.m. olan fərdi yaşayış evindən ona məxsus hissədən ibarətdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, dalan 3 ünvanınla yerləşən ümumi sahəsi 159,40 kv.m. olan 3 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh (12/18 hissə - xx.xx.2018-ci il tarixdən) və İddiaçı (6/18 hissə - xx.xx.2025-ci il tarixlən) adlarına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən Əliyev X6 vergi uçotuna alınması və Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, dalan 3, 3 saylı evin 1-ci mərtəbəsində yerləşən mənzildə fəaliyyət göstərməsi barədə məlumat müəyyən edilməmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubun surətindən görünür ki, xx.xx.2026-cı il tarixinə olan vergi ödəyicilərinin vahib dövlət reyestri məlumatlarına əsasən Cavabdeh (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınması, əsas fəaliyyət növünün “İxtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı”, hüquqi ünvanının Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 3 olması və xx.xx.2020-ci il tarixdən vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir. Həmçinin Cavabdeh məxsus **********-17001 və **********-17002 kodlu təsərrüfat subyektləri (obyektləri) barədə məlumatlar müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubuna əlavə edilmiş vergi ödəyicisinin əvvəlki fəaliyyət kodları barədə məlumatdan görünür ki, Cavabdeh (VÖEN **********) xx.xx.2018-ci il tarixdə “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi”, xx.xx.2021-ci il tarixdə “Xalçaların pərakəndə satışı” barədə məlumatlar müəyyən edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş hesabata əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisində yerləşən və faktiki olaraq qeyri-yaşayış kimi istifadə edilən 14 kv.m. sahənin 2018-2026-cı illəri əhatə edən dövr üzrə hər il üçün ayrı-ayrılıqda orta aylıq icarə haqqı bazar tələbi və təklifi nəzərə alınmaqla aşağıdakı kimidir: 2026-cı il üzrə : 550; 2025-cı il üzrə: 525; 2024- cı il üzrə: 497; 2023- cı il üzrə: 486; 2022- cı il üzrə: 447; 2021- cı il üzrə: 392; 2020-cı il üzrə: 368; 2019- cı il üzrə: 358; 2018-ci il üzrə: 349 AZN . Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, dalan 3 ünvanınla yerləşən ümumi sahəsi 159,40 kv.m. olan 3 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 12/18 hissəsi Cavabdeh və 6/18 hissəsi İddiaçı adlarına qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli ev vərəsəlik qaydasında 2018ci ilin noyabr ayında Cavabdeh və iddiaçının atası Kamal Əliyevin mülkiyyətinə keçmiş, atasının ölümündən sonra İddiaçı onun payını vərəsəlik hüququ əsasında əldə etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh 2004-cü ildə mübahisəli evin zirzəmisində yerləşən 14 kv.m-lik qeyri-yaşayış sahəsinə dair vergi ödəyicisi kimi qeydiyyata alınmış, 2004-cü ildə ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı üzrə 47780 saylı kod, 2013-cü ildə ixtisaslaşdırılmış mağalarda xalça, divar və döşəmə üçün 47530 saylı kod, 2018-ci ildə şəxsi daşınmaz əmlakın istismarı və kirayə verilməsi üçün 68200 saylı kod, 2021-ci ildə xalçaların pərakəndə satışı üzrə ******* saylı kod əldə etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Dövlət Vergi Xidmətindən sorğuya cavab məktubundan belə məlum olur ki, Cavabdeh sözügedən ünvanda sahibkarlı fəaliyyətinə 2004-cü ildən başlamışdır. Belə ki, 2004-cü ildən 2013-cü ilə qədər həmin ünvanda ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı, 2013-cü ildən 2018-ci ilə qədər ixtisaslaşdırılmış mağazalarda xalça, divar və döşəmə üçün örtüklərin pərakəndə satışı ilə məşğul olmuşdur. 2018-ci ilin dekabr ayından xx.xx.2025-ci il tarixədək daşınmaz əmlakın istismarı və kirayə verilməsi, xx.xx.2021-ci il tarixdə xx.xx.2025-ci il tarixə qədər xalçaların pərakəndə satışı ilə məşğul olmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixdən etibarən evin zirzəmisindəki 14 kv.m sahəyə malik obyektin iddiaçıya məxsus 6/18 hissəsindən də istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və gəlir qazanmışdır. "xxxx" MMC tərəfindən 14 kv.m həcmində sahəni illər üzrə icarə qiymətləri müəyyən edilmişdir. 2026-cı il üzrə : 550; 2025- cı il üzrə: 525; 2024- cı il üzrə: 497; 2023- cı il üzrə: 486; 2022- cı il üzrə: 447; 2021- cı il üzrə: 392; 2020- cı il üzrə: 368; 2019- cı il üzrə: 358; 2018- cı il üzrə: 349 AZN olmuşdur. Bununla da,2018-ci ilin noyabr ayrndan 2025-ci ilin mart ayrna qədər olan dövr üzre sade riyazi hesablarna aparmaqla cavabdehdən iddiaçının xeyrine tutulmalı olan pul vəsaitinin məbləğini müəyyənləşdirmək mümkündür. Nəzərə alınsa ki,20l8-ci ilin 3 ayı üzrə 1047 manat (349x3:1047),2019-cu il üzrə 4296 manat (358x 12:4296),2020-ci il üzrə 4416 manat (368x12:4416),2021-ci il üzrə 4704 manat (392x12:4704),2022-ci il üzrə 5364 manat (447x12:5364), 2023-cn il üzrə 5832 manat (486x l2:5g32), 2024-crt il üzrə 63.00 manat (497x12:5300), 2025-ci ilin 2 ayı üzrə İ 100 manat (550x2:l 100) cemi 33059 manat məbləğində icarə haqqı formalaşmışdır. Bu məbləğdən iddiaçıya ödənilməli olan hissə 11.019,66 (33059/18*6=11.019,066) manatdır. Bu səbəbdən iddiaçı cavabdehdən 11.019,66 manat məbləğində pul vəsaitinin, 320 manat məbləğində hüquqi xidmət xərcinin və 125,20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna "mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı paylı mülkiyyət hüququ üzrə ona məxsus olan daşınmaz əmlakdan cavabdehin istifadə edərək sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi səbəbi ilə əmlakın ona düşən hissəsindən istifadə edə bilməməsi ilə əlaqədar pul tələb etməsi ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.7-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan mübahisəli 14 kv.m. sahəyə malik qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilmiş və həmin sahədə müxtəlif adda əmlaklar yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətçi kimi cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirərkən eyni zamanda digər paylı mülkiyyətçisinin sahəsindən də istifadə etdiyi üçün həmin sahədən istifadə etməklə bağlı iddiaçının tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə mübahisəli sahənin 2018-2026-cı illəri əhatə edən dövr üzrə hər il üçün ayrı-ayrılıqda orta aylıq icarə haqqının bazar tələbi və təklifi nəzərə alınmaqla "xxxx" MMC tərəfindən tərtib edilmiş hesabatı mötəbər sübut kimi qəbul edərək hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 11.019,66 manat məbləğində pul tutulmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin mübahisəli sahədən gəlir əldə edilmədiyi üçün tələbin əsassız olması barədə dəlilləri üzrə qeyd edir ki, iddiaçının tələbi əldə edilən gəlirin paya uyğun cavabdehdən tələb edilməsi ilə bağlı deyil, ona düşən hissədən istifadə ilə əlaqədar pul tələbi ilə bağlıdır və bu səbəbdən cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 320 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən “Ədalət” vəkil bürosuna hüquqi yardıma görə 320 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 320 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, məhkəmə xərcləri ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125,20 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 11.019,66 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125,20 manat və hüquqi xidmət xərci kimi 320 manat, cəmi 11.464,86 (on bir min dörd yüz altmış dörd manat, səksən altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2334/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2334/2025
05.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver