Məhkəmə qərarları › İş №e-2(009)-2382/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2382/2022

20.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2382/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçılar İddiaçı1 MMC, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 MMC, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəsinin məzmunundan aydın olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X1 AR Cinayət Məcəlləsinin 179.4, 194.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə istintaq orqanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin vəsatəti və AR Baş Prokurorluğun təqdimatı əsasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)- 2955/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və “X4 X3“ MMC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulmuşdur. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin həbsin götürülməsini xahiş etmişlər. Qeyd olunan kateqoriya işlər üzrə iddiaçıların cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi nəzərdə tutulduğu halda, iddia ərizəsinə pretenziya qaydasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 MMC, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, onlar qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar