Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2397/2025 31.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.000 manat məbləğində pulun və 20.000 manat pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş xərcin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh başqasına məxsus torpaq sahəsini öz torpağı kimi mənə bildirib, 0,02 ha mənə satacağı ilə razılaşdıq. Həmin torpaq sahəsini almaq üçün xx.xx.2023-il tarixdən xx.xx.2023-cü il tarixə kimi müxtəlif vaxtlarda 13000 (on üç min) manat pul cavabdehə vermişəm. Qarşılıqlı razılaşma əsasında torpağa görə verdiyim 17000 manat, qalan 4000 manatını alqı-satqı zamanı yəni torpaq mənim adıma kəçirəndən sonra verməli idim. Lakin sonradan məlum oldu ki, Cavabdeh mənə satdığı torpaq sahəsi başqa bir şəxsin, yəni X1 məxsus olmuşdur. Bakışəhəri Səbail rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 1(009)-65/2024 saylı hökmü ilə Cavabdeh mənə qarşı mənim etibarımdan sui istifadə edərək 13000 manat pulumu mənimsədiyinə görə AR CM-nin 178.2-ci maddəsi ilə 2 il 2 ay azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmişdir. Eyni zamanda cavandeh 2023-cü ilin iyul ayından məni aldadıb pulumu mənimsədiyindən sonra hüquq mühafizə orqanlarına verdiyim şikayətlər əsasında çağırışlara getmiş, dindirmə və üzləşmədə iştirak etmiş, hüquqlarımın müdafiəsi üçün vəkil xdimətlərindən istifadə etmiş, işlədiyim işə getmədiyimdən həmin günlər üçün əmək haqqı almamışam. Beləliklə, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi məhkəmə çəkişmələrindən iştirak etməklə,cavabdeh mənə 20000 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin o və ya nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-65/24 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CMnin) 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Hökmlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh adına rəsmiləşdirilmiş heç bir torpaq sahəsinin olmamasına baxmayaraq, o, zərərçəkmiş İddiaçı etibarından suiistifadə edərək və aldadaraq ona qarşı xeyli miqdarda, yəni 13.000 manat məbləğində dələduzluq etmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. AR Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Qanunvericiliyin göstərilən tələblərinə və iş materiallarında olan sübutlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh hüquqazidd əməl ilə iddiaçıya ziyan vurmuşdur. Belə ki, onlar iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıyırlar. Bu səbəbdən iddiaçıya vurulmuş zərərin əvəzi kimi 13.000 manat məbləğində pul vəsaiti zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddia tələbinin “20.000 manat pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bu halı təsdiq edə biləcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən tələb qeyd olunan hissədə əsassızdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin hesab edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırkı iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13,000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2397/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2397/2025
31.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver