Məhkəmə qərarları › İş №e-2(009)-2400/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2400/2025

27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2400/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə qarşı əmlakın üzərində olan həbsin götürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə qarşı əmlakın üzərində olan həbsin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip- Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinə görə xx.xx.2023-cü il tarixli ML-194 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsi üzrə 78800 manat məbləğində vəsait İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) tərəfindən X6 etibarnamə əsasında nümayəndəsi X4 (şəxsiyyət vəsiqəsi AZE********) "xxxx" ASCdə olan hesabına köçürülmüşdür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)-3021/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən mülkiyyətində olan “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban- SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)-3021/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban- SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması nəticəsində İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) hüquqları pozulmuşdur. Nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması nəticəsində mülkiyyətçinin qanunla qorunan daşınar əmlaka dair mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşır. ********* nömrəli cinayət işi üzrə Səbail RPİ tərəfindən miülkiyyətində olan nəqliyyatvasitəsinin üzərinə 2024-cü ildə həbs qoyulmuş və sonradan götürülmüşdür. İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) mülkiyyətində olan “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə səhvən həbs qoyulmuşdur. “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsinə dair xx.xx.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası DİN-nin Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur. Göstərilənləri nəzərə alaraq İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) mülkiyyətində olan “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip- Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərində olan həbsin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, hazırkı işə cavabdehin nümayəndəsinin də iştirakı ilə çəkişmə prinsipi ilə baxılmalı olması, həmçinin Gömrük Komitəsinə sorğu verilməsi ilə əlaqədar vəsatətində qeyd etdiyi halların və sübutların əldə edilməsi işə obyektiv baxılmasına səbəb ola bilərdi. Hesab edir ki, iş üzrə tam araşdırma aparılmamışdır. Eyni zamanda iddiaçı əmlakın vicdanlı əldə edənidir, Konstitusiya Məhkəməsinin bununla bağlı 2004-cü ilin oktyabr ayında qəbul etdiyi Qərar da mövcuddur. Nəqliyyat vasitəsinə kifayət qədər vəsait sərf olunub, qanuni əsaslarla alınıb, səhvən üzərinə həbs qoyulduğu üçün həbs götürülməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı Rauf Cəfərov tərəfindən BDYPİ-nin Qİİ-nin rəis müavini Afəddin Leysanova ünvanlanmış xx.xx.2023-cü il tarixli rəyinin surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istisntaq və təhqiqat şöbəsinə müraciət edərək X7 adına sənədləşdirilmiş “X25 Rover” markalı, universal tipli, SALGS2RKXKS519369 ban nömrəli, 2019-cu il buraxılışlı avtomobilin ban nömrəsinin silinmə-nömrəsiz olması ilə bağlı araşdırma aparıb rəy verilməsini xahiş etmişdir. X14 izahatında göstərmişdir ki, özünə avtomobil almaq istəmiş və bu məqsədlə də internet vasitəsi ilə satışda olan avtomobillərə baxmışdır. Nəhayət Gürcüstan dövlətində satışda olan “X25 Rover” markalı, universal tipli, SALGS2RKXKS519369 ban nömrəli, 2019-cu il buraxılışlı qəzalı vəziyyətdə olan avtomobil xoşuna gəlmiş və imkanı həmin avtomobili almağa çatdığı üçün avtomobili almaq barədə fikrini dəqiqləşdirilmişdir. Sonra avtomobili qohumu X7 adına sifariş etmişdir. Avtomobil sifarişi əsasında Azərbaycan Respublikasına gətirilmiş, xx.xx.2023-cü il tarixdə avtomobil Azərbaycan Respublikasında gömrük qeydiyyatından keçmişdir. Avtomobil qəzalı vəziyyətdə olduğu üçün ban nömrəsi silinmiş-nömrəsiz vəziyyətdədir. Birka yerindədir, avtomobilə aid baq nömrəsi birka üzərində də qeyd edilmişdir. “X25 Rover” markalı, universal tipli, SALGS2RKXKS519369 ban nömrəli, 2019-cu il buraxılışlı avtomobil uçot göstəriciləri üzrə BDYPİ Qİİ-in X2 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. “X25 Rover” markalı, universal tipli, SALGS2RKXKS519369 ban nömrəli avtomobilin qeydiyyat sənədlərindən göründüyü kimi avtomobil 2019-cu il buraxılışlı olmaqla 4 ildir ki, istismardadır. Avtomobilə baxış zamanı ban nömrəsinin silinmə-nömrəsiz olması müəyyən edilmişdir. Avtomobilin birkası yerindədir, avtomobilə aid göstəricilər də birkada qeyd edilmişdir. Həmçinin avtomobilin ön alın şüşəsinin altında ban nömrəsi göstəricisi qeyd edilmişdir. Birka üzərində olan ban nömrəsi göstəricisi ilə ön aldın şüşəsi altında olan ban göstəricisi eynilik təşkil edir. Araşdırma zamanı avtomobilin gövdəsinin və quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat hərəkətlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X24 İdarəsinin səlahiyyətlərinə daxildir. Odur ki, avtomobilin ban nömrəsinin silinmə-nömrəsiz olması xüsusatında, eləcə də mülkiyyətçi və istifadəçilərin hərəkətlərində qanun pozuntusu aşkar edilmədiyindən nəqliyyat vasitəsi ban nömrəsi birka üzərində olması nəzərə alınmaqla ban nömrəsinin silinmə-nömrəsiz olması kimi qeydiyyata alınması məsələsinə baxılması üçün rəyin surəti BDYPİ-nin Qİİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən “X25 Rover” markalı, universal tipli, 2019-cu il buraxılışlı avtomobilin qeydiyyat sənədlərində SALGS2RKXKS519369 ban nömrəsinin birka üzərində olması nəzərə alınmaqla ban nömrəsinin silinmə-nömrəsiz olması kimi qeydiyyata alınması məsələsinə baxılması üçün rəyin surəti BDYPİ-nin Qİİ-nə göndərilməsi rəy verilmişdir. İş üzrə “Satıcı” qismində X12 ilə “Alıcı” qismində "xxxx" MMC arasında bağlanmış ML-194 saylı, xx.xx.2023-cü il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinin surətinə əsasən Satıcı bu müqavilənin 6-cı bəndində göstərilmiş əşyanın - “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY- ***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) avtomaşını – Alıcıya satılmasını, Alıcı isə həmin əmlakın bu müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş qiymətinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür (bənd 1.1). Alıcı əmlakı lizinqə vermək məqsədilə əldə edir (bənd 1.2). Əmlakın qəbul edilməsi tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanmış Qəbul aktı ilə rəsmiləşdirilir (bənd 1.3). Müqavilənin predmeti olan əmlakın qiyməti 78800 manat təşkil edir və bütün ödlənişlər manatla aparılır (bənd 2.1). İş üzrə "xxxx" KB ASC-nin 11 saylı filialının xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən X8 194 saylı xx.xx.2023-cü il tarixli lizinq müqaviləsinə “X25 Rover” avtomaşının alışı üçün 52.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə "xxxx" KB ASC-nin 11 saylı filialının xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən X8 194 saylı xx.xx.2023-cü il tarixli lizinq müqaviləsinə “X25 Rover” avtomaşının alışı üçün 26.300 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «X25 Rover» minik markalı, ** PY *** dövlət nömrə nişanlı avtomaşın "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Xüsusi qeydlər kimi BDYPİ və Tİ 3-13-5/2-17065/23 saylı rəyinə əsasən ban birkada ban silinmə nömrəsiz qeyd.ol.lizinq müqaviləsi əsasında özgəninkişəldirilməsi göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Səbail rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş X24 İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. Həmin cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə ünvanlandığı 3-13-16/2-123915/24 saylı məktuba əsasən “Range Rover” markalı, “SALGS2RKXKS519369” ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) istifadəsində olan avtomaşınla bağlı tərəflərindən istintaq hərəkətləri aparılmış və istintaq zərurəti aradan qaldırıldığından həmin avtomaşın üzərinə qoyulmuş həbsin götürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)-3021/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində olan tünd göy rəngli “SALGS2RKXKS519369” ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin “AZEMİS” Elektron Məhkəmə sistemindən çıxarışından belə məlum olur ki, 5(103)-42/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixdə çıxarılmış qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti təmin edilməmiş və qərar qüvvədə saxlanılmışdır. İş üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinə görə xx.xx.2023-cü il tarixli ML-194 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsi üzrə 78800 manat məbləğində vəsait İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) tərəfindən X6 etibarnamə əsasında nümayəndəsi X5 (şəxsiyyət vəsiqəsi AZE No ********) "xxxx" KB ASC-də olan hesabına köçürülmüşdür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)-3021/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən mülkiyyətində olan “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)-3021/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması nəticəsində İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) hüquqları pozulmuşdur. Nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması nəticəsində mülkiyyətçinin qanunla qorunan daşınmaz əmlaa dair mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşdır. Hesab edirlər ki, İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) mülkiyyətində olan “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə səhvən həbs qoyulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinnayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) mülkiyyətində olan “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərində olan səhvən qoyulmuş həbsin götürülməsinə dair razılıq məktubunun verilməsini xahiş edirlər. İş üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası DİN-nin Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) mülkiyyətindədir. Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış ********* nömrəli xinayət işinin ibtidai istintaqı aparılır. Cinayət işi ilə əlaqədar “X25 Rover” minik markalı (qeydiyyat nişanı **- PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmişdir. Göstərilənlərə əsasən İddiaçı MMCnin (əvvəlki adı "xxxx" MMC) mülkiyyətində olan “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY- ***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin mühafizə olunan duracağa hansı əsaslarla yerləşdirilməsi və hal-hazırda harada olması barədə məlumat verilməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X24 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş kompüter çıxarışından görünür ki, “X25 Rover” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən X7 adına qeydiyyata alınmış (qeyd: BDYPİ İ və Tİ-nin 3-13-5/2-17065/23 saylı rəyinə əsasən ban birkada ban silinmə nömrəsiz qeyd.ol.), avtomaşın xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1, xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən avtomobil X8 etibar edilmiş, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən avtomaşın (77PY585 dövlət qeydiyyat nişanlı) "xxxx" MMC-yə satılmış (qeyd: BDYPİ İ və Tİ-nin 3-13-5/2-17065/23 saylı rəyinə əsasən ban birkada ban silinmə nömrəsiz qeyd.ol.,Lizinq müq.əsasən özgələşməs.) və hazırda mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli nəqliyyat vasitənin alqısatqı müqaviləsinin surətinə əsasən X14 ona məxsus olan “X25 Rover” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-yə 78.800 manata satmışdır. İş üzrə «Lizinq verən» qismində "xxxx" MMC ilə «Lizinq alan» qismində X11 arasında bağlanmış 194 saylı, xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsinin surıətinə əsasən Lizinq verən “X25 Rover” markalı (Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban- SALGS2RKXKS519369) avtomaşını Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə müqavilədə müəyyənləşdirilmiş 78.800 manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 36 ay müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Toğrul Hüseynov tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidmai istintaqı aparılır. Cinayət işinin başlanmasına əsas və səbəb ünvan 4 ünvanında qeydiyyatda olan və hal-hazırda Kanada Respublikasında yaşadığı bildirən X3, onun qardaşı, eyni ünvanda qeydiyyatda olan və yaşayan X13, Zəngilan rayonu, Zəngilan şəhəri, Genlik kəndində qeydiyyatda olan X9 2023-cü ilin yanvar ayından, həmin ilin iyul ayınadək olan müddət ərzində Kanada Respublikasından Gürcüstan Respublikasına X19 üçün 4 ədəd avtomaşın göndərmə barədə sövdələşmələrinə görə bir neçə dəfəyə ondan ümumilikdə 216.070 manat məzənnəsində, cəmi 127.100 ABŞ dolları pul alıb ələ keçirmələri, lakin verdikləri vədə əməl etməmələri barədə R.Y.İmanovun verdiyi ərizə əsasında toplanmış materiallar olmuşdur. Cinayət işi üzrə araşdırma zamanı məlum olmuşdur ki, Kanada Respublikasından Gürcüstan Respublikasına tünd göy rəngli “SALGS2RKXKS519369” ban nömrəli “Range Rover” markalı avtomaşın göndərilmiş, həmin avtomaşın sonradan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gətirilmişdir. Odur ki, yaranmış istintaq zərurəti ilə əlaqədar olaraq "xxxx" MMC-yə məxsus “Range Rrover” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə məhkəmə-trasoloji ekspertiza təyin edildiyindən həmin avtomobilin ekspertizaya təqdim üçün göstəriş verilməsini xahiş etmişdir. İş üzrə Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi Zamiq Mustafayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli qərarın surətindən görünür ki, ********* saylı cinayət işi üzrə **-PY-*** dövlət qeydiyyat nişanlı, tünd göy rəngli “Range Rover” markalı avtomobilin ban nömrəsi qeyd olunan hissələrinə kənar müdaxilənin olub-olmaması, ban nömrəsinin dəyişdirilməsi və ya pozulması halını müəyyənləşdirmək üçün məhkəmə-trasoloji ekspertiza təyin edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin müstəntiqi Zamiq Mustafayev tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, icraatında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci madddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq zamanı təyin edilərək keçirilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3/763 nömrəli rəyi ilə “Range Rover” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin “SALGS2RKXKS519369” ban nömrəsini bildirən birkaların kustar üsulla yapışdırılması, metal lövhə üzərində həkk edilmiş ban nömrəsinin silinərək pozulması müəyyən edilmiş, həmin avtomobilin üzərinə həbs qoyulması xahişi ilə tərəfindən verilmiş vəsatət Səbail rayon prokurorluğunun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın xx.xx.2025-ci il tarixli 5(009)-3021/2025 nömrəli qərarı ilə təmin edilərək həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Səbail rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın xx.xx.2025-ci il tarixli 5(009)-3021/2025 nömrəli qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qanuni və əsaslı hesab edilərək qüvvəyə saxlanılmışdır. Hazırda “Range Rover” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin duracağında saxlanılır. İş üzrə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin ********* nömrəli cinayət işi üzrə təyin edilmiş xx.xx.2025-ci il tarixli 3/763 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş “Range Rover” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin “SALGS2RKXKS519369” ban nömrəsini bildirən birkalar kustar üsulla yapışdırılmışdır. Lakin metal lövhə üzərində həkk edilmiş ban nömrəsi silinərək pozulmuşdur. Məhkəmə qaldırılmış tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli “X25 Rover” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşın (Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban- SALGS2RKXKS519369) xx.xx.2023-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının (əvvəlki adı "xxxx" MMC) adına daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə lizinq alan X11 arasında həmin avtomaşının müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə verilməsi yolu ilə xx.xx.2023-cü il tarixdə Daxili Lizinq müqaviləsi bağlanılmış və həmin müqavilənin şərtinə əsasən lizinq alan lizinq obyektinin dəyərini illik 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən istintaqı aparılan və Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə qaldırılmış ********* nömrəli cinayət işi üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3/763 nömrəli rəyi ilə “Range Rover” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin “SALGS2RKXKS519369” ban nömrəsini bildirən birkaların kustar üsulla yapışdırılması, metal lövhə üzərində həkk edilmiş ban nömrəsinin silinərək pozulması müəyyən edilmiş, həmin avtomobilin üzərinə həbs qoyulması xahişi ilə müstəntiq tərəfindən verilmiş vəsatət Səbail rayon prokurorluğunun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(009)-3021/2025 nömrəli qərarı ilə təmin edilərək həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qanuni və əsaslı hesab edilərək qüvvəyə saxlanılmışdır. Hazırda “Range Rover” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin duracağında saxlanılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mübahisəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən onun (əvvəlki adı "xxxx" MMC) mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinə görə xx.xx.2023-cü il tarixli ML-194 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsi üzrə 78800 manat məbləğində vəsait İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) tərəfindən X6 etibarnamə əsasında nümayəndəsi X4 "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)-3021/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən mülkiyyətində olan “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)-3021/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması nəticəsində mülkiyyətçinin qanunla qorunan daşınar əmlaka dair mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşır. ********* nömrəli cinayət işi üzrə Səbail RPİ tərəfindən miülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə 2024-cü ildə həbs qoyulmuş və sonradan götürülmüşdür. İddiaçının mülkiyyətində olan mübahisəli nəqliyyat vasitəsinin üzərinə səhvən həbs qoyulmuşdur. Həmin nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsinə dair xx.xx.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası DİN-nin Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur. Bu səbəbdən iddiaçı onun mülkiyyətində olan mübahisəli avtomaşının üzərində olan həbsin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququq geniş hüquqi məzmuna malik olmaqla bir sıra elementləri əhatə edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun AR CPM-nin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun AR CPM-nin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən şikayət hər bir şəxs o cümlədən cinayət prosesinin iştirakçısı üçün qanunla təminat altına alınmış bir tərəfdən hüquqlarının pozulması dövlətin müvafiq orqanlarının diqqətini cəlb etmək, digər tərəfdən isə bu hüquqları müdafiə və bərpa etmək imkanıdır. Məhkəmə qeyd edir ki, cinayət təqibi həyata keçirilən dövrdə mübahisələndirmə olmadıqda üzərinə həbs qoyulan əmlakların hüquqi müqəddəratı barədə hökmdə (məhkəmənin yekun qərarında) qiymətləndirmə aparılmalıdır ki, bundan sonra bu məsələnin mülki icraat qaydasında mübahisələndirməyə yol verilmir. Belə ki, AR CPM-nin 346.1-ci maddəsində məhkəmənin cinayət mühakimə qaydasında məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həll edilməli məsələlərə cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı və hansı əmlakın xüsusi müsadirə edilməli olduğu göstərilmişdir. Hazırkı vəziyyətdə isə cinayət işi yekunlaşmadığından və həmin cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilmədiyindən, bununla da üzərinə həbs qoyulmuş əmlakın taleyi ilə bağlı məsələ həll edilmədiyindən, iddiaçı mülki mühakimə icraatı qaydasında əmlak üzərindən həbsin götürülməsi ilə bağlı tələblə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası CPM-nin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdir. Bu müraciətə 10 gün müddətində cavab verilmədikdə şəxslər mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən başlanılmış cinayət işi üzrə istintaq orqanının mübahisəli nəqliyyat vasitəsi üzərinə həbsin qoyulması ilə bağlı təqdimatı əsaslı hesab edilərək təmin edildiyindən, həmin qərardan verilmiş apellyasiya şikayəti isə təmin edilmədiyindən, bununla da cinayət işinə mahiyyəti üzrə baxılıb qiymət verilmədən mübahisəli avtomaşın üzərindən həbsin götürülməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 248.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs: 248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədi ilə tətbiq edilir; 248.1.2-ci əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir. Həmin Məcəllənin 254.1-ci maddəsinə əsasən cinayət işi üzrə mülki iddiadan imtina edildikdə, təqsirləndirilən şəxsə ittiham edildiyi əməlin tövsifi dəyişdirildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildiyi hallardan başqa əmlak məhkəmə tərəfindən qoyulmuş həbsdən yalnız məhkəmənin qərarı əsasında azad edilə bilər. Eyni Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2-177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan avtomaşın cinayət predmeti olduğundan, yəni həmin nəqliyyat vasitəsinin xaricdən əldə edilməsinə verilən pul vəsaiti cinayət işi üzrə zərərçəkənə məxsus olduğundan, həmin nəqliyyat vasitəsinin ban nömrəsi dəyişdirilərək ölkə ərazisinə keçirildiyindən, müvafiq rəsmiləşdirmə aparılmaqla iddiaçının mülkiyyətinə keçdiyindən, cinayət işinin istintaqı aparıldığı müddətdə həmin avtomaşın üzərindən həbsin götürülməsi barədə iddiaçının tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə qarşı İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) mülkiyyətində olan “X25 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban- SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərində olan həbsin götürülməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar