Məhkəmə qərarları › İş №e-2(009)-2418/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2418/2025

17.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2418/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1600 (bir min altı yüz) manat pulun və iş üzrə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, iribuynuzlu mal alveri ilə məşğuldur. Mal bazarına hər dəfə əlində olan malları çıxarır, satıb çörək pulu qazanır. Hazırki iş üzrə Cavabdeh da müəyyən qədər tanıyır. Axırıncı dəfə o, onunla iribuynuzlu mal alveri edərkən 5000 manat dəyərində üç iribuynuzlu mal satmışdır. Pulun bir hissəsini ödəyən Cavabdeh ona 1600 manat borcu qalmışdır. Aralarında olan tanışlıq və xətir-hörmətə qüvənərək o, onun malını aparıb pulunu sonra verməsi istəyinə razı olmuşdur. Lakin bundan sonra pulu almaq onun üçün müşkül məsələyə çevrilmişdir. O, dəfələrlə cavabdehə zəng edərək pulunu tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə onu yola verib pulunu verməmişdir. Nəhayət o, pulunu başqa cür ala bilməyəcəyini anladıqda polisə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixində Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh ona olan 1600 manat borcunu ödəmədiyini bildirərək, pulun alınıb ona qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Cavabdeh Bərdə rayon polis şöbəsinə çığırılıb izahatı alınmışdır. Cavabdeh izahatında borcunu etiraf etmiş, maddi vəziyyətinin aşağı olmasını əsas gətirərək borcunu ödəmədiyini özünü haqlı çıxarmağa çalışmışdır. 1580 manat borcu olduğunu iddia edərək borcunu hissə-hissə ödəyəcəyini bildirərək izahatını imzalamışdır. Bundan sonra Bərdə rayon Polis şöbəsində ona bildirildi ki, mülki iş üzrə sənədlərini hazırlayıb məhkəməyə müraciət edərək cavabdehdən pulu tələb etməlidir. Bu vaxta qədər hər səfərində cavabdehdən borclu olduğu 1600 manat pulun verilməsini tələb etməsinə baxmayaraq, hər səfərində cavabdeh müxtəlif bəhanələr gətirərək verməkdən imtina edir. Cavabdeh ona qarşı dələduzluq etmişdir. Cavabdeh pulunu geri vermədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaçının onu iş iribuynuzlu mal-qara verdiyini, onun satışından əldə edilmiş pulu iddiaçıya qaytaracağını, lakin işləri zəif olduğu üçün pulu qaytara bilmədiyini, hazırda 1600 manat pulu ödəməli olduğunu qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səbail RPİnin 8-ci PB-nə Cavabdeh tərəfindən yazılmış izahatından görünür ki, Cavabdeh İddiaçı 1580 manat məbləğində pul borcu qalmışdır, borcu qaytarılmasından imtina etmir, hazırda borcu qaytarmağa çətinlik çəkir və borcun hissə-hissə imkan edib ödəyəcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi razılaşma olmuş iddiaçı, cavabdehlə iribuynuzlu mal alqı-satqısı etmiş, 5000 manat dəyərində üç iribuynuzlu mal satmışdır. Pulun bir hissəsini ödəyən cavabdehin iddiaçıya 1600 manat borcu qalmışdır. Hazırda iddiaçı ödənilməli pul məbləğinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi razılaşmaqla Cavabdeh iddiaçıdan 5000 manat dəyərində üç iribuynuzlu mal almış, pulun bir hissəsini qaytarmış, lakin 1600 manat məbləğində borcu qaldığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyi icra etmədiyi üçün, yəni aralarında olan razılaşmaya əsasən qaytarmalı olduğu pulu vaxtında qaytarmadığı üçün İddiaçı pulun ödənilməsini tələb etməkdə haqlıdır və 1600 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti və 36 (otuz altı) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti və 36 (otuz altı) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar