Məhkəmə qərarları › İş №e-2(009)-2451/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2451/2024

15.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2451/2024 15.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı Sergeyeviçin Cavabdeh qarşı şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Sergeyeviç Cavabdeh qarşı şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.İddia ərizəsi məhkəmənin elektron sistemi vasitəsi ilə məhkəməyə göndərilmişdir. Hakim iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, məhkəmənin elektron sisteminə yerləşdirilmiş ərizənin icraatın növü kimi sadələşdirilmiş icraat qeyd edilmişdir. AR MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hakim qanunvericiliyin yuxarıda göstərilən normasının tələbləri baxımından qeyd edir ki, şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi tələbinə dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə ki, həmin işlərə xüsusi icraat qaydasında qanunvericiliyin tələblərinə uyğun baxılır. AR MPM-nin 305.1.10-cu maddəsinə əsasən şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Məhkəmə tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır (maddə 306.1). -352.1-ci maddəsinə əsasən öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin yaşadığı yer üzrə və ya narkoloji-tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. -352.2-ci maddəsinə əsasən ərizədə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir və ərizəyə narkoloji-tibb müəssisəsinin həkim-məsləhət komissiyasının əsaslandırılmış rəyi əlavə edilməlidir. Hakim eyni zamanda qeyd edir ki, şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizəni ailə üzvlərindən biri tərəfindən verilməsi qanunvericilikdə nəzərdə tutulsa da, iddiaçı isə cavabdehin qardaşı olduğunu bildirsə də, qohumluq münasibətini təsdiq edən sübut (doğum haqqında şəhadətnamələr) ərizəyə əlavə edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərməsi, onların hüquqlarını kobudcasına pozması, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etməsini təsdiq edən sübutlar da ərizəyə əlavə edilməmişdir. Halbuki iddiaçı ərizəsində cavabdehin dəfələrlə könüllü müalicə aldığını qeyd edir. Qanunvericilik ərizəyə narkoloji-tibb müəssisəsinin həkim-məsləhət komissiyasının əsaslandırılmış rəyinin ərizəyə əlavə edilməsini imperativ norma kimi müəyyən etsə də, iddiaçı tərəfindən belə rəy ərizəyə əlavə edilməmişdir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı özünün və cavabdehin qeydiyyat ünvanının ünvan 1il rayonu, Neftçilər küçəsi, ev 7, mənzil 30 kimi qeyd etsə də, həmin ünvanda yaşamasını təsdiq edən sübutları da ərizəyə əlavə etməmişdir. AR MPM-nin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə hakim hesab edir ki, şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlərə sadələşdirilmiş icraat qaydasında baxılması yolverilməz olduğundan, onun icraata qəbulundan imtina edilməli, iddiaçıya xüsusi icraat qaydasında yuxarıda qeyd edilən nöqsanları aradan qaldırmaqla ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. AR MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149,263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Sergeyeviçin Cavabdeh qarşı şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin icraata qəbulundan qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən imtina edilsin və iddia ərizəsi geri qaytarılsın. İddiaçıya xüsusi icraat qaydasında şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ilə və ərizəyə qanunda nəzərdə tutulmuş sübutlar əlavə edilməklə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar