Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2459/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. 09.09.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi özünə məxsus ** TK *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsi ilə ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər BPİ DYPİ əməkdaşı tərəfindən Cavabdeh TP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. "xxxx" MMCnin Təmir Mərkəzi tərəfindən təqdim olunmuş zərər aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 245.86 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 28.07.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 245.86 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən ödənilmiş 245.86 manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 245.86 manat sığorta ödənişinin əvəzinin və 20,40 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş C-MİC-1151/19 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı ** JX *** dövlət nömrə nişanlı avtobus 01.06.2019-cu il tarixdən 31.05.2020-ci il tarixədək sığortalanmışdır. İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati xəta haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 327.6 -cı maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqilyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “İveco Urbanway” markalı ** JX *** dövlət nömrə nişanlı avtobus "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqilyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Toyota Prius” minik markalı ** TK *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktına əsasən «İveco Urbanway » markalı ** JX *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 245.86 manat ziyan dəymişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, 245.86 manat vəsait "xxxx" ASC tərəfindən köçürülmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində olan «İveco Urbanway» markalı ** JX *** dövlət nömrə nişanlı dövlət nömrə nişanlı avtomaşın "xxxx" ASC-də sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, sığorta müqaviləsi qüvvədə olduğu vaxt sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan «İveco Urbanway» markalı ** JX *** dövlət nömrə nişanlı avtomaşına 09.09.2019-cu il tarixdə cavabdehin qanuni əsaslarla idarə etdiyi “Toyota Prius” minik markalı ** TK *** dövlət nömrə nişanlı avtomaşın tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ziyan yetirilmiş və tərtib edilmiş ziyan aktına əsasən həmin ziyan məbləği 245.86 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, sığortalı "xxxx" MMC-yə sığorta şirkəti tərəfindən 245.86 manat məbləğində pul sığorta ödənişi kimi ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar sığortalıya sığorta ödənişi ödənildiyindən, sığortaçı ödənilmiş ziyanın əvəzi miqdarında geriyə tələb hüququ yaranmışdır. İş materiallarında olan inzibati xəta haqqında qərarla təsdiq edilmişdir ki, 09.09.2019cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı hazırki tələblə ona qarşı iddia qaldırmaqda tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı təşkilat tərəfindən sığortalıya ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ olduğundan və həmin ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 245.86 manat məbləğində sığorta ödənişinin əvəzi tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğudan iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 245.86 manat (iki yüz qırx beş manat səksən altı qəpik) sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20,40 manat (iyirmi manat qırx qəpik) məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-2459/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2459/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver