Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2497/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Milli Gəlirlər Baş X1 Dövlət Qeydiyyat İdarəsi cəlb edilməklə cavabdehlər Panoram Developments LTD, Bossdale Trade LLP, Cavabdeh qarşı cavabdehin üzərinə müəyyən öhdəliklərin qoyulması tələbinə dairiddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Milli Gəlirlər Baş X1 Dövlət Qeydiyyat İdarəsi cəlb edilməklə cavabdehlər “Panoram Developments” LTD, “Bossdale Trade” LLP, Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, onunla “xxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçiləri – “Panoram Developments” LTD, “Bossdale Trade” LLP və Cavabdeh arasında heç bir hüquq münasibətinin və heç bir müqavilənin olmaması səbəbindən, təsisçilərin – “Panoram Developments” LTD, “Bossdale Trade “LLP və Cavabdeh üzərinə, onu şirkətin direktoru vəzifəsindən çıxarılması ilə əlaqədar müvafiq qərarın verilməsi və təsisçilərin X2 Dövlət Qeydiyyatı İdarəsinə müvafiq dəyişikliyin aparılması üçün müraciətin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndəriməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Milli Gəlirlər Baş X1 Dövlət Qeydiyyat İdarəsi cəlb edilməklə cavabdehlər “Panoram Developments” LTD, “Bossdale Trade” LLP, Cavabdeh qarşı cavabdehin üzərinə müəyyən öhdəliklərin qoyulması tələbinə dair mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsin göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-2497/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2497/2020
19.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver