Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2525/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı iddia ərizəsi üzrə mülki iş materialını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borcun əvəzləşdirilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı icra vərəqələri üzrə borcların əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçıya izah olunmalıdır ki, icra vərəqələri üzrə borcların əvəzləşdirilməsi barədə tələb iddia icraatının predmeti yox, icra icraatın predmetidir. Odur ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddiaçıya hazırki ərizəsi ilə icra icraatı çərçivəsində müvafiq icra şöbəsində icra məmuruna müraciət etmək hüququ vardır, həmçinin bununla bağlı icra məmurunun hərəkət və hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, icra vərəqələri üzrə borcların əvəzləşdirilməsi iddia icraatının predmeti yox, icra icraatının predmetidir və iddiaçıya hazırki ərizəsi ilə icra icraatı çərçivəsində müvafiq icra şöbəsində icra məmuruna müraciət etmək hüququ vardır. Həmçinin bununla bağlı icra məmurunun hərəkət və hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət etmək hüququ iddiaçıya izah edilir. Vəkil tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 300,55 (üç yüz manat əlli beş qəpik) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi **********) Vəkil geri qaytarılsın Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2525/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2525/2025
27.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver