Məhkəmə qərarları › İş №e-2(009)-2541/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2541/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2541/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı - Cavabdehnə qarşı «qərarın qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı - Cavabdehnə qarşı «qərarın qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılm alı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatının başlanması və həyata keçirilməsi istisna edilir. İddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair iş üzrə 16 noyabr 2024-cü il tarixli rəyin qanunsuz hesab olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsinə əsasən mübahisələndirilən Cavabdeh tərəfindən verilmiş “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair iş üzrə 16 noyabr 2024-cü il tarixli rəy ayrıca icraatda mübahisələndirilə və müstəqil formada məhkəmə baxışının predmeti ola bilməz. Cavabdeh tərəfindən verilmiş rəy, yaxud bu qəbildən olan sübutlar baxılan iş üzrə ümumi sübutlar çərçivəsində məhkəmə tərəfindən qiymətləndirilir. Əgər tərəflərdən biri sübutun qanunsuz olduğunu iddia edirsə,bu, məhkəmə tərəfindən məhkəmə icraatı gedişində araşdırılır və məhkəmə həmin sübutun qəbul edilib-edilməməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı - Cavabdehnə qarşı «qərarın qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi: **********93) İddiaçı geri qaytarılsın İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar