Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2565/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakları ilə İddiaçı – Cavabdeh qarşı «pul və əşya» tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı «pul və əşya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ərizədə qeyd edilmiş əşyaların onları qaytarmaq mümkün olmadıqda isə həmin dəyərdə 32930 manat pulun, evin təmiri-tikintisi üçün çəkilmiş xərclərin dəyəri 53822 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 350,26 manatın, cəmi 87102,56 (səksən yeddi min bir yüz iki vergül əlli altı) manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mən, İddiaçı yaxın qohumum X5 ilə 2009-cu ildə faktiki ailə qurmuşuq. Yoldaşım bundan əvvəl 1990-cı ildə X4 ilə nikaha daxil olmuş və bu nikahdan Cavabdeh və X6 dünyaya gəlmişlər. Sonradan 10 fevral 2007-ci ildə onların nikahı pozulmuşdur. Mən yoldaşım ilə faktiki nikah münasibətinə daxil olaraq Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanına gəlin köçmüşdüm. Həmin ünvanda 2022-ci il aprelin 15-nə kimi evin xanımı olaraq yaşamışdım. Mərhum həyat yoldaşım Vaqifin 14 sot torpaqda yarımçıq tikili bir evi vardı. Biz birlikdə bir meyvə-tərəvəz mağazası Dövlət rüsumunun ödənilməsi haqqında məlumat açmışdıq. Sonradan böyüdərək ərzaq mağazası edərək işlədirdik. Birgə yaşadığımız müddətdə 14 sot torpaqda təsərrüfat işləri aparmışdıq. İndi mən, min bir əziyyətlə qurub yaratdığım evimə gedə bilmirəm. 14 il mən evdə yaşamışam, bütün xanımlar kimi evimə lazım olan əşyaları almışdım. Heç gedib əşyalarımı götürə bilmirəm. X1 ilə birgə yaşadığım dövrdə sahibliyimdə olan əşyaları və həmin ev üçün çəkilən xərcləri cavabdehdən tələb etsəm də o mənə həmin əşyaları və çəkilmiş xərcləri verməkdən imtina etmişdir. Həmin evdə yaşayarkən mülkiyyətimdə olan daşınar əşyalar : Qonaq dəsti - 1800 AZN, Künc divan - 1600 AZN, Jumal stolu -120 AZN, Televizor -780 AZN, Xalça 1 ədəd -55OAZN, DVD aparatı və disklər -80 AZN, Peyk antenası 1 əd-50 AZN, Qab servisləri 4 əd-1200 AZN, Bagema dəsti, dolça və 6 stəkan -160 AZN, billur bakal 12 əd-96 AZN, Konfet vazaları 4 ədəd -120 AZN, Meyvə vazaları 4 əd -160 AZN, Şirniyyat vazaları 2 əd -100 AZN, Duz qabı (billur)-12 əd -36 AZN, Pufık 2əd- 60 AZN, Yataq dəsti-2400 AZN, Divan 1 əd-120 AZN, Xalça 2 əd-550 AZN, Yazı stolu 1 əd-80 AZN, Geyim əşyaları- 1200 AZN, Yataq örtükləri, dəsmallar, süfrələr -800 AZN, Tozsoran-l əd-340AZN, Ütü-2əd-100AZN, Saç feni 2 əd-65 AZN, Ə1 çantası 3 əd-75 AZN, Gəncə xalçası (yun)-l əd-620 AZN, Kosmetika ləvazimatları -150 AZN, Divan-1 əd - 240 AZN, Çarpayı 1 əd-120AZN, Tikiş maşını-1 əd- 345 AZN, Stol+stul (1+2) dəsti -150 AZN, Döşək 4 əd- 200 AZN, Yorğan - 5 əd-350 AZN, Balış 8 əd-320 AZN, Çarpayı örtükləri 4 əd220 AZN, Xalça 1 əd-150 AZN, Televizor 1 əd- 820AZN, Kondisionerlər -1 əd-600 AZN, Paltaryuyan maşın -1 əd-620 AZN, Soyuducu -1 əd -760 AZN, Mətbəx künc dəsti -880 AZN, Masa və stul dəsti -450 AZN, Palaz — 2 əd - 120 AZN, Ətçəkən maşın-1 əd-55 AZN, Şirəçək maşın -2 əd-75 AZN, stəkan+nəlbəki-48 əd-110 AZN, boşqablar -120 əd, Qaşıqlar - 48 əd, İri qazan - 1 əd -120 AZN, Qazan dəsti - 2 əd -160 AZN, Qazan - 7 əd, tava -4 əd -480 AZN, Müxtəlif məişət əşyaları - 400 AZN, Elektrik sobası, elektrik çaynik, saç feni - 3 əd - 270 AZN, Somavar - 1 əd- 60 AZN, Çaydanlar - 13 əd - 145 AZN, Ayaqqabı rəfi - əd - 35 AZN, Digər müxtəlif xırda əşyalar 150 AZN, Gül dibçəyi -17 əd- 85 AZN, Saxlanılan ev quşları - 6 əd-60 AZN, birgə təsərrüfatımızda olan mağazada müxtəlif ərzaq məhsulları - 8000 AZN, mən evdən çıxarkən evdə qalan qolbaq 10 q – 1800 manat, nağd pul 1000 manat, evin, həyətdəki digər tikilinin və mağazanın tikinti və təmiri üçün sərf edilən 53822 manat, doğum haqqında şəhadətnamə, əmək kitabçası, dərzilik diplomu, şəkil albomu və məzun vinetkası, orta təhsil haqqında atestatlar. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)-398/2025 saylı Qərarına əsasən İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddiası təmin edilməmişdir. Qərarda qeyd edilir ki, iddiaçının dini nikaha istinad etməsi və mərhumun faktiki arvadı olmasının bu mübahisənin həllində hər hansı əhəmiyyəti yoxdur. Çünki, bu nikah hər hansı hüquqi nəticə yaratmır və iddiaçıya mərhumun ailə üzvü olması statusu vermir. Səbail rayon icra hakimiyyəti başçısının 14 iyul 1994-cü il tarixli Sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X2 torpaq ayrılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mərhum X5 ilə faktiki ailə münasibətlərində olduğunu və bu səbəbdən Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən evin təmir-tikintisinə çəkilmiş xərcin, habelə həmin mənzilə köçərkən özü ilə apardığı əşyaların yaxud dəyərinin cavabdehdən alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki tələbin təmin olunması üçün ilk öncə iddiaçının X5 ilə ailə münasibətlərində olduğu və onun həqiqətən V.Əsədovun ailə üzvü (arvadı) olması sübut olunmalıdır. Lakin işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan Qərarı ilə İddiaçı X3 ailə üzvü olmadığı müəyyən edilmişdir. Həmin Qərarla eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi kimi V.Əsədov ilə dini nikahda olması hər hansı hüquqi nəticə yaratmır. Belə olan halda iddiaçının Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən evin təmir-tikintisinə çəkilmiş xərcin birgə nikah dövründə çəkildiyi əsası ilə cavabdehdən pul tələb etməsi əsassızdır. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində sadalanan əşyaların ona məxsus olduğunu və sözügedən evə gəlin köçərkən cehiz əşyaları qismində ora aparıldığını göstərsə də, bu halları təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci və 36.3-cü maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. AR Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşmalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunmadığından məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2565/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2565/2025
24.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver