Məhkəmə qərarları › İş №e-2(009)-2567/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2567/2022

24.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2567/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmayan tələb irəli sürmüşdür. Belə ki, iddia tələbində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunmalı və iddiaçıya 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar