Məhkəmə qərarları › İş №e-2(009)-2604/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2604/2022

30.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2604/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə avtomaşına dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə avtomaşına dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi ilə bağlı hər hansı sübutlar təqdim etməmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən sığorta hadisəsi baş veridkdən sonra sığortalı sığorta ödənişinin alınması ilə bağlı sığortaçıya rəsmi qaydada müraciət etməlidir. Sığortaçı tərəfindən sığortalıya sığorta ödənişinin verilməsindən imtina olunarsa, yaxud vurulmuş ziyanla bağlı mübahisə olarsa və bu barədə sığortaçı tərəfindən sığortalıya rəsmi məlumat verilərsə (yaxud rəsmi müraiciət qanunla müəyyən olunmuş qaydada cavablandırılmazsa), bu halda iddiaçı sığorta ödənişinin məhkəmə qaydasında tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Yəni qanunvericilik bu növ işlərdə mübahisənin məhkəmədən kənar həlli qaydasını müəyyən etmişdir və bu imkanlar tükəndikdən sona müqavilə tərəfi digər müqavilə tərəfindən öhdəliklərin yerinə yetirilməsini tələb edə bilər. AR MPM-nin 150-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Həmin Məcələlnin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar həlli qaydasına raiyət etmədiyidən və bu qaydaya riayət edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etmədiyindən, iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Hakim həmçinin izah edir ki, iddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsinin rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə avtomaşına dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar