Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-265/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oglunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən öz şəxsi vəsaiti hesabına Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilinin otağından Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin damına olan çıxış qapısının hörülərək bağlanması, evin damında olan qanunsuz tikilinin və quraşdırılmış avadanlıqların sökülməsi və evin damının əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin mənzildə təmir-bərpa işlarinin aparılması məqsədilə İçərişəhər Dövlət X2 müraciət edilmişdir. Müraciətə cavab olaraq qeyd olunan yaşayış sahəsində bərpamöhkəmləndirmə işlərinin aparılmasına razılıq verilməsi barədə xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Sözügedən təmir işlərinin aparılması məqsədilə binaya baxış keçirilən zaman məlum olmuşdur ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 №-li evin, 8 saylı mənzilinin otağından iddiaçıya məxsus evin damına qapı açılmış və damda terras salınmışdır. Bu səbəbdən evin damında bərpa-möhkəmləndirmə işlərinin aparılması mümkün olmamışdır. Həmçinin evin damında cavabdehə məxsus qanunsuz tikilinin mövcud olması iddiaçının öz əmlakından sərbəst istifadə hüququnu məhdudlaşdırmaqla yanaşı, eyni zamanda evin dayanıqlılığına zərər yetirir. Bu da öz növbəsində evin damının uçması baxımından təhlükəlidir. Bununla əlaqədar olaraq yuxarıda sadalanan halların aradan qaldırılması (evin damına olan çıxış qapısının bağlanması, quraşdırılmış avadanlıqların sökülməsi və s.) və evin damının əvvəlki vəziyyətinə qaytarılması məqsədi ilə cavabdehə pretenziya ilə müraciət edilmiş, lakin bu müddət ərzində cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Qeyd edilən hallarla bağlı olaraq məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2020-ci il tarixində iddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddianın həcminin artırılması barədə ərizə ünvanlayaraq, Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin damında Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 8 saylı evin 3-cü mərtəbəsi səviyyəsində yerləşən 8 saylı mənzilə aid açıq eyvanın Cavabdeh tərəfindən öz şəxsi vəsaiti hesabına sökülməklə evin damının əvvəlki vəziyyətinə qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilinin texniki pasport məlumatlarında öz əksini tapmayan dəhliz-mətbəx (7,7 kv.m) və anbar (1,0 kv.m) tikililərinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavəsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oglu iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi və izahat verərək bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin mənzildə təmir-bərpa işlarinin aparılması məqsədilə İçərişəhər Dövlət X2 müraciət edilmişdir. Müraciətə cavab olaraq qeyd olunan yaşayış sahəsində bərpa-möhkəmləndirmə işlərinin aparılmasına razılıq verilməsi barədə xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Sözügedən təmir işlərinin aparılması məqsədilə binaya baxış keçirilən zaman məlum olmuşdur ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 №-li evin, 8 saylı mənzilinin otağından iddiaçıya məxsus evin damına qapı açılmış və damda terras salınmışdır. Bu səbəbdən evin damında bərpa-möhkəmləndirmə işlərinin aparılması mümkün olmamışdır. Həmçinin bildirir ki, evin damında cavabdehə məxsus qanunsuz tikilinin mövcud olması iddiaçının öz əmlakından sərbəst istifadə hüququnu məhdudlaşdırmaqla yanaşı, eyni zamanda evin dayanıqlılığına zərər yetirir. Bu da öz növbəsində evin damının uçması baxımından təhlükəlidir. Bununla əlaqədar olaraq yuxarıda sadalanan halların aradan qaldırılması (evin damına olan çıxış qapısının bağlanması, quraşdırılmış avadanlıqların sökülməsi və s.) və evin damının əvvəlki vəziyyətinə qaytarılması məqsədi ilə cavabdehə pretenziya ilə müraciət edilmiş, lakin bu müddət ərzində cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Qeyd edilən hallarla bağlı olaraq məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə təyin edilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə cavabdehə məxsus evin texnikipasport məlumatlarında öz əksini tapmayan açıq eyvan, dəhliz-mətbəx və anbar tikililərinin olduğu və həmin tikililərin tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən edilmişdir. Bununla əlaqədar iddia tələbinin nəticə hissəsini dəyişdirərək, Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin damında Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 8 saylı evin 3-cü mərtəbəsi səviyyəsində yerləşən 8 saylı mənzilə aid açıq eyvanın Cavabdeh tərəfindən öz şəxsi vəsaiti hesabına sökülməklə evin damının əvvəlki vəziyyətinə qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilinin texniki pasport məlumatlarında öz əksini tapmayan dəhliz-mətbəx (7,7 kv.m) və anbar (1,0 kv.m) tikililərinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək bildirdi ki, iddiaçının sökülməsini tələb etdiyi terras əvvəlki mülkiyyətçinin razılığı ilə tikilmişdir. İddiaçı həmin fərdi yaşayış evini alarkən orada terras olduğunu görmüşdür. Həmin terrasa onun evinin pəncərəsi açılır, hansı ki, o pəncərə onun tərəfindən qoyulmayıb, evin texniki pasportunda da pəncərənin yerinin ora olduğu müəyyən olunur. Terras tikmək üçün rəsmi razılıq almışdır. 2009-cu ildə baş vermiş yanğın nəticəsində bütün sənədlər məhv olmuş, sonradan hər hansı zərurət olmadığından həmin sənədləri bərpa etməyə çalışmamışlar. Ona görə də məhkəməyə təqdim edə bilmir. Terrasa açılan qapı, sökülməsi tələb edilən avadanlıqlar digər qonşunun damında yerləşir, sökülməsi tələb edilən dəhliz-mətbəx (7,7 kv.m) və anbar (1,0 kv.m) isə terrasda yerləşmir və iddiaçıya heç bir aidiyyatı yoxdur. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, xx xxxxxx 2018-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Maqomayev-3 döngəsi, ev 6 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 30/89844 saylı, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, 8 saylı evin 8 saylı mənzili X4 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 30/10241 saylı, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, 8 saylı evin 8 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan İçərişəhər Dövlət X1 03 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən yaşayış sahəsinin bərpa-möhkəmləndirilməsinə razılıq verilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 1439 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilin dam örtüyünün üst hissəsində texniki pasportun məlumatlarında öz əksini tapmayan (terassa) açıq eyvan tikilisinin, dəhliz mətbəx tikilisinin və anbar tikilisinin inşa olunduğu; Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin damında Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilə aid eyvan, 6 saylı evin damı üzərində inşa olunduğundan mülkiyyətçinin özünəməxsus yaşayış evindən sərbəst istifadə etməsinə maneə törətdiyi və Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilindən Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evin damına açılan pəncərənin 8 saylı mənzilə aid texniki paspotun məlumatlarında öz əksini tapdığı müəyyən edilmişdir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü və 180-ci maddələrinə əsasən cavabdehə qarşı iddia ərizəsində göstərilən tələbi irəli sürməkdə haqlıdır. Odur ki, həmin normaların dispozisiya şərtlərinin hazırkı iddiaya münasibətdə mövcud olub-olmamasına qiymət verməlidir. Belə ki, Mülki Məcəllənin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunvericinin mövqeyindən göründüyü kimi lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əmlak özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Yəni qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə də məhz bu aspektdən yanaşılmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya, Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzili isə cavabdehə məxsusdur. Cavabdeh tərəfindən iddiaçının yaşadığı evin damına terrasın inşa edilməsi iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə və lazımi infrastruk işlərin həyata keçirilməsinə mane olur. Cavabdeh tərəf isə heç bir qanunsuz tikili aparılmadığını bildirmişdir. Məhkəmə tərəfindən mübahisəli tikintiyə yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Maqamayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehə məxsus 8 saylımənzilin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Maqamayev döngəsi, 8 saylı evlə bitişik vəziyyətdədir. Cavabdehə məxsus mənzil daxildən 2 mərtəbədən ibarətdir. 2-ci mərtəbədə yerləşən otağın pəncərəsinin qarşısında açıq terras mövcuddur. Terrasın aşağısında Bakı şəhəri, Səbail rayonu, Maqamayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi yerləşir. Evin mətbəxindən terrasa qapı açılır. İddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Maqamayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi 2 mərtəbəli, bir hissəsi isə 1 mərtəbəli tikilidən ibarətdir. Cavabdehə məxsus terras həmin tikilinin 2 mərtəbəli olan hissəsinin üzərində yerləşir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 1439 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilin dam örtüyünün üst hissəsində texniki pasportun məlumatlarında öz əksini tapmayan (terassa) açıq eyvan tikilisinin, dəhliz mətbəx tikilisinin və anbar tikilisinin inşa olunduğu; Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin damında Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilə aid eyvan, 6 saylı evin damı üzərində inşa olunduğundan mülkiyyətçinin özünəməxsus yaşayış evindən sərbəst istifadə etməsinə maneə törətdiyi və Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilindən Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evin damına açılan pəncərənin 8 saylı mənzilə aid texniki paspotun məlumatlarında öz əksini tapdığı müəyyən edilmişdir. Məhkəmə bu məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq və Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin damında inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilə aid eyvan özbaşına tikilidir. Qeyd edilən tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Konstitusiyanın 13-cü və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə daşınar və daşınmaz əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi əsas elemetləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə xx xxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə də məhz mülkiyyət hüququnun toxunulmazlığı və ona gətirilən məhdudiyyətin qanuni və mütənasibliyi askpektindən yanaşılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq nəinki əmlak üzərində sərbəst şəkildə sahiblik edib, sərəncam verməyi, həmçinin ondan sərbəst və manəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi ehtiva edir. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzili üzrə qanunsuz tikilnti işləri apararaq iddiaçıya məxsus 6 saylı evin damı üzərində açıq eyvan inşa etmişdir və bununla da, iddiaçının özünə məxsus ünvanda təmir-bərpa işləri aparmasına maneə yaratmışdır. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə həmin xüsusata dair ixtisaslı şəxslərin rəyini almışdır. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilə aid eyvan, 6 saylı evin damı üzərində inşa olunduğundan mülkiyyətçinin özünəməxsus yaşayış evindən sərbəst istifadə etməsinə maneə törətməsi müəyyən edilmişdir. Məhkəmə mülkiyyət hüququnun mütləq hüquq olmadığını nəzərə alıb hesab edir ki, qeyd edilən məhdudiyyətə məhz qanunilik və mütənasiblik prinsipi baxımından yanaşılmalıdır. Məhkəmə, tikililərin qanunsuz olduğunun müəyyən edilməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, İddiaçı mülkiyyətinə edilən müdaxilə qanuni xarakter daşımır və bu səbəbdən iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan evindən istifadəni məhdudlaşdıran hərəkətlərə son qoyulması tələbinə dair iddia qaldırmaq hüququna malikdir və iddiaçı bu hüququndan istifadə etmişdir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin damında inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 8 saylı evin 3-cü mərtəbəsi səviyyəsində yerləşən 8 saylı mənzilə aid açıq heyvan Cavabdeh tərəfindən öz şəxsi vəsaiti hesabına sökülməklə evin damı əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbinin Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3-cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilinin texniki pasport məlumatlarında öz əksini tapmayan dəhliz-mətbəx (7,7 kv.m) və anbar (1,0 kv.m) tikililərinin sökülməsi hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı, eləcə də, ekspert rəyi ilə həmin tikililərin Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 8 saylı evin 3-cü mərtəbəsi səviyyəsində yerləşən 8 saylı mənzilə aid açıq heyvanda inşa olunmadığı, həmin tikililərin iddiaçıya hər hansı maneəçilik törətmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, 3-cü Maqomayev döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin damında Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 8 saylı evin 3-cü mərtəbəsi səviyyəsində yerləşən 8 saylı mənzilə aid açıq heyvan Cavabdeh tərəfindən öz şəxsi vəsaiti hesabına sökülməklə evin damı əvvəlki vəziyyətinə qaytarılsın. İddiatələbiqalanhissədətəminedilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-265/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-265/2020
21.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver