Məhkəmə qərarları › İş №e-2(009)-2675/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2675/2025

28.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2675/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçıvə iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 1 Saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 ASC-yə qarşı «əmlakın ipoteka yüklülüyündən azad edilməsi və sair» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 1 Saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 ASC-yə qarşı «əmlakın ipoteka yüklülüyündən azad edilməsi və sair» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evinin yüklülükdən azad olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı cavabdehlər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 1 Saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 ASC-yə qarşı «əmlakın ipoteka yüklülüyündən azad edilməsi və sair» tələbinə dair iddia ərizəsi üzrə 2 (009)-2675/2025 nömrəli mülki işlə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri 51 saylı Notariat Kontoru, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə 2(005)- 4800/2025 nömrəli mülki iş biri-biri ilə əlaqəli olduğundan hazırkı mülki iş digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil mülki işlərin bir icraatda birləşdirilməsinə iddiaların oredmetləri fərqli olduğundan etiraz etdiklərini bildirmişlər. Məhkəmə, vəsatəti iş materialları və təqdim olunmuş sənədlər əsasında nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı cavabdeh Bakı şəhəri 51 saylı Notariat Kontoru, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair mülki iş hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-in 44.2.6-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 1 Saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 ASC-yə qarşı «əmlakın ipoteka yüklülüyündən azad edilməsi və sair» tələbinə dair iddia ərizəsi üzrə 2(009)-2675/2025 nömrəli mülki işlə, Bakı şəhəri Nəritmanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri 51 saylı Notariat Kontoru, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(005)- 4800/2025 nömrəli mülki iş biri-biri ilə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Odur ki, hazırkı mülki iş digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 43, 44, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 1 Saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 ASC-yə qarşı «əmlakın ipoteka yüklülüyündən azad edilməsi və sair» tələbinə dair iddia ərizəsi üzrə 2(009)-2675/2025 nömrəli mülki işlə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri 51 saylı Notariat Kontoru, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-4800/2025 nömrəli mülki iş əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilərək onlara birgə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar