Məhkəmə qərarları › İş №e-2(009)-2691/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2691/2024

16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2691/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. İddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində, cavabdehin hüquqi ünvanı kimi ünvan 1əbail rayon Məhkəməsinə təqdim etmişdir. Lakin “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışa əsasən isə cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanın ünvan 2 maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Hakim qeyd edir ki, iddia cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı üzrə verilməli olduğundan iddiaçı düzgün olmayaraq iddianı Səbail rayon Məhkəməsinə vermişdir. Hakim həmçinin qeyd edir ki, cavabdehin hüquqi ünvanın aid olduğu yer Səbail rayonu deyil, Nəsimi rayonuna aiddir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3 maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar