Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-276/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC – cavabdehlər Cavabdeh1 və X2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X1 müştərək qaydada 5000 (beş min) manat məbləğində verilmiş sığorta ödənişinin və 70,40 (yetmiş manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə təqdim edərək cavabdehlərdən 5000 (beş min) manat məbləğində verilmiş sığorta ödənişinin və 70,40 (yetmiş manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəməyə Barışıq Sazişini təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi:
1. Tərəflər barışıq müqaviləsi üzrə məbləğin 2500 (iki min beş yüz) manat müəyyən edilməsini razılaşırlar.
2. İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və X2 qarşı subroqasiya qaydasında 5000 manat məbləğində verilmiş sığorta ödənişi və 70.40 manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin tutulması tələbinə dair iddia ərizəsindən Səbail Rayon Məhkəməsinə rəsmi ərizə ilə müraciət edərək imtina edir.
3. Cavabdeh1 barışıq müqaviləsi üzrə 2500 manat məbləğdən ilkin olaraq 500 (beş yüz) manat pul vəsaitini barışıq müqaviləsi təsdiq olunan gündə "xxxx" ASC-nin bank hesabına ödənilməsini, qalıq 2000 manat məbləğində pul vəsaitini isə hər ay 200 manat olmaqla 10 ay müddətinə tələbkarın bank hesabına ödənilməsini öz üzərinə götürür.
4. Cavabdeh1 bu barışıq sazişi şərtlərinə uyğun üzərinə götürdüyü öhdəliyi tam və vaxtında yerinə yetirmədiyi təqdirdə iddiaçı "xxxx" ASC barışıq sazişinin ləğv edilməsi və mülki işə iddia ərizəsi üzrə yenidən baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5 maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
I. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:
1. Tərəflər barışıq müqaviləsi üzrə məbləğin 2500 (iki min beş yüz) manat müəyyən edilməsini razılaşırlar.
2. İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və X2 qarşı subroqasiya qaydasında 5000 manat məbləğində verilmiş sığorta ödənişi və 70.40 manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin tutulması tələbinə dair iddia ərizəsindən Səbail Rayon Məhkəməsinə rəsmi ərizə ilə müraciət edərək imtina edir.
3. Cavabdeh1 barışıq müqaviləsi üzrə 2500 manat məbləğdən ilkin olaraq 500 (beş yüz) manat pul vəsaitini barışıq müqaviləsi təsdiq olunan gündə "xxxx" ASC-nin bank hesabına ödənilməsini, qalıq 2000 manat məbləğində pul vəsaitinin isə hər ay 200 manat olmaqla 10 ay müddətinə tələbkarın bank hesabına ödənilməsini öz üzərinə götürür.
4. Cavabdeh1 bu barışıq sazişi şərtlərinə uyğun üzərinə götürdüyü öhdəliyi tam və vaxtından yerinə yetirmədiyi təqdirdə iddiaçı "xxxx" ASC barışıq sazişini ləğv edilməsi və mülki işə iddia ərizəsi üzrə yenidən baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
İİ. İddiaçı "xxxx" ASC-nin – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair 2(009)-276/2022 saylı mülki işin icraatına xitam verilsin. İİİ. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Rəna Qafarova