Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2765/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi V.Q.Şükürovun iştirakı ilə İddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim və ödənişin tələb edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsi Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim və ödənişin tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehdə məxsus olan mehmana ünvan 1 ünvanında iddiaçının inzibati ərazisində yerləşir. Qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətlə göstərən şəxslər bələdiyyə büdcəsinə həmin oteldəqalan hər bir şəxs üçün sutkada 1,1 manatdan olmamaqla növbəti ayın 5-dək müəyyən edilmiş vəsaiti ödəməlidirlər. Lakin cavabdeh Nəsimi bələdiyyəsinin ərazisində mehmanxana xidməti göstərdiyinə baxmayaraq, qanunverici tələblərinə zidd olaraq 2018-2019-cu illər ərzində hesabatı Bələdiyyəyə təqdim etməmiş və qanunla müəyyən edilmiş bələdiyyə büdcəsinə ödənilməmişdir. Bununla bağlı cavabdehə 01-828 saylı, 02.08.2021-ci il tarixli təqdim edilmiş və həmin tarixdə bələdiyyə işçiləri tərəfindən tərtib edilmiş akta əsasən mehmanxana bağlı olmuşdur. İndiyədək cavabdeh tərəfindən hər hansı hesabat verilməmiş və ödəniş edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda fəaliyyət göstərən mehmanxanaya dair 2018-2019-cu illər üzrə “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı”n bələdiyyəyə təqdim edilməsi və 2018-2019-cu illər üzrə ödənişlərin qeyd olunan firma tərəfindən Bakı şəhəri Nəsimi bələdiyyəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhər Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödəniş üzrə yerli ödənişlərin (vergilərin) bələdiyyəyə ödənilməsi hissəsində mülki işin icraatına, həmin tələbə ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə Nəsimi Bələdiyyə tərəfindən “Karat İnn” mehmanxanası X1 ünvanlanmış 02.08.2021-ci il tarixli bildirişin kserosurətindən görünür ki, Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, Vergilər Nazirliyinin 27 dekabr 2013-cü il tarixli **********613400 nömrəli əmri təsdiq edilən “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodik Vəsait”-inə əsasən və “Yerli vergi ödənişlər haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində yerləşən mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslər bələdiyyə büdcəsinə həmin oteldə qalan hər bir şəxs üçün sutkada 1,1 manat məbləğindən çox olmamaqla növbəti ayın 5-dək müəyyən edilmiş vəsaiti ödəməlidirlər. Bundan başqa, “Karat İnn” mehmanxanası tərəfindən "Bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatı” Nəsimi bələdiyyəsinə təqdim olunmalıdır. Lakin Nəsimi bələdiyyəsinin ərazisində mehmanxana xidməti göstərdiyinə baxmayaraq qanunvericiliyin tələblərinə zidd olaraq 2018-2019-cu illər ərzində qeyd edilən hesabat bələdiyyəyə təqdim edilməmiş və qanunla müəyyən edilmiş ödəniş bələdiyyə büdcəsinə ödənilməmişdir. Göstərilənlərə əsasən nəzərinə çatdırırlar ki, növbəti 5 iş günü ərzində 2018-2019cu illərin müvafiq payları üzrə qeyd edilən hesabatın təqdim olunmayacağı və ödəniş edilmədiyi təqdirdə Nəsimi Bələdiyyəsi tərəfindən məhkəməyə müraciət olunacaqdır. İş üzrə Vergi müfəttişlər R.Əmiraslanov, İ.Qəribov və İ.İmanov tərəfindən tərtib edilmiş 02.08.2021-ci il tarixli aktın kserosurətindən görünür ki, 02.08.2021-ci il tarixdə Süleyman Rəhimov, 175 ünvanında yerləşən “Karat İnn” mehmanxanaya bildirişi apardıqları halda qəbul etməkdən imtina etdilər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yerli ödənişlərə aşağıdakılar aiddir: 9.1.1. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş; 9.1.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş; 9.1.3. bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş; 9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir; 9.1.5. bələdiyyəyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.4-cü maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. Vergilər Nazirliyinin 27.12.2013-cü il tarixli, **********613400 nömrəli əmri təsdiq edilən “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait”-nin 7.4-cü bəndinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərilən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır və bələdiyyəyə “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” (bu Metodiki Vəsaitə əlavə 10) təqdim olunmaqla, hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi mehmanxana, sanatoriyakurort və turizm xidmətləri göstərən şəxslər yerli bələdiyyələrə xidmət göstərilən şəxslərdən alınan ödənişə görə hər bir şəxs üçün 1,1 manatdan çox olmamaqla yerli bələdiyyə orqanına vergi ödəməlidir. Həmin vergilərin ödənilməsi ilə bağlı xidmət göstərən şəxslər bələdiyyə orqanlarına hesabat təqdim etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən “Karat İnn” mehmanxanasına 2018-2019-cu illər ərzində mehmanxanada turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş barədə hesabat təqdim edilməsi ilə bağlı informasiya sorğusu göndərilmiş, lakin cavabdeh həmin hesabatın təqdim edilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı həmin məlumatı almağa hüquq sahibi olduğu üçün və qanunla cavabdeh bu məlumatı iddiaçıya vermək vəzifəsi daşıdığı üçün, iddia tələbi Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda fəaliyyət göstərən “Karat İnn” mehmanxanasına dair 2018-2019-cu illər “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişinn hesabatı”n Nəsimi Bələdiyyəsinə təqdim edilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanununun tələblərinə əsasən bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar və həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirməyən iddia ərizələr üzrə dövlət rüsumu 100 manat təşkil edir. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanda fəaliyyət göstərən “Karat İnn” mehmanxanasına dair 2018-2019-cu illər üzrə “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” iddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsinə təqdim edilməsi Cavabdeh MMC-yə həvalə edilsin. Cavabdeh MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev İş № 2(009)-2370/2021 MƏHKƏMƏ İCLASİNİN QƏRARDADİ Bakı şəhər Səbail rayon Məhkəməsi Bakı şəhərində 02 dekabr 2021-ci il tarixdə Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçı Bakı şəhər Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı ödənişinin tələb edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Nəsimi Bələdiyyəsi Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim edilməsi və ödənişinin tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödəniş üzrə yerli ödənişlərin (vergilərin) bələdiyyəyə ödənilməsi hissəsində iş üzrə icraata xitam veriməlidir. AR MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyilsə, iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qeyd edilən hissəsində ümumi məhkəmədə baxılmalı olmadığından və həmin tələb kommersiya mübahisəsinə aid olduğundan, həmin tələbə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. AR MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə işin icraatına iddia tələbinə ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Bakı şəhər Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödəniş üzrə yerli ödənişlərin (vergilərin) bələdiyyəyə ödənilməsi hissəsində mülki işin icraatına, həmin tələbə ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilsin. İddiaçıya müvafiq tələblə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2765/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2765/2021
02.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver